_________________Milli Kitabxana
________________
338
fəlsəfi baxışlarına görə 1983-cü ildə S.M.Kirov ad. Azərbaycan Dövlət
Universitetində işdən çıxarılması, pantürkist, antisovet, antikommunist, faşist,
klerikalist və b. adlarla damğalanması, elmi adının əlindən alınması və o zaman
qorxunc cəza sayılan Sov. İKP üzvlüyündən çıxarılması barədə məsələ
qaldırılması...
1975-ci ildə Universitetdə yaratmış olduğu "Etik və estetik tərbiyə klubu"nun
sıxışdırılıb oradan çıxarılması, "Bilik" cəmiyyətində bir az yaşadıldıqdan sonra
klubun tamam yasaqlanması; 1978-ci il noyabrın 30-da klubun "Ocaq", klub
sədrinin "Ata" adlanması...
1982-ci ildə ailəsi dağıldıqdan sonra Alatavadakı evindən çıxması
("Çamadanımı götürüb dəniz kənarına düşdüm"); dostu Sabir Yanardağın
evində keçirdiyi aylar, Buzovna qəsəbəsində (M.S. Ordubadi, 44) ev
kirələməsi, orada da rahat buraxılmayıb DTK-ya çağırılması (artıq sayını da
unutmuşdu neçənci dəfə), Yeni Əhmədli qəsəbəsində müvəqqəti xarici səfərə
getmiş bir qohum evinə sığınması; oradan Montin qəsəbəsinə (öncə Yusifzadə
küç.-də, sonra Komsomolun 50 illiyi küç.-də) birotaqlı müvəqqəti (üç-beş
aylıq) sığınacaqlar; nəhayət, mart 1985-ci ildən bu həyatdakı son ünvanına –
Səməd Vurğun küç., 116, ikinci qat, 44-cü birotaqlı mənzilə yığışması; burada
ev dustağı kimi yaşamağa məhkum olunması; üzünə mətbuat, nəşriyyat
qapılarının uzun müddət bağlanması (sağlığında işıq üzü görmüş birinci kitabı
"Müdriklik səlahiyyəti" 1976-cı ildə çapdan çıxmışdısa, ikinci kitabı "İnam və
Şübhə" bundan 12 il sonra – 1988-ci ildə nəşr olunmuşdu); adamlarla görüş-
məyin ona yasaqlanması, onunla görüşənlərin belə təqiblərə uğraması; hətta
yazı yazmağının qeyri-rəsmi olaraq qadağan edilməsi...
Gündə, günaşırı DTK-ya çağırılan, DTK-dan "qonağı" gələn, ailəsi dağılmış,
işsiz bir kimsəni öz evində saxlamağa kimin həvəsi olar?! Dostları,
pərəstişkarları, sevimli tələbələri, qohumları, hətta doğmaları ondan qaçırdılar,
üz döndərmişdilər... Saysız-hesabsız hədələnmələr, söyüşlər, böhtanlar,
təhqirlər, təhdidlər, şirnikdirmə cəhdləri...
Öldükdən (5 iyun 1997) sonra meyidinin belə rahat buraxılmaması, qəbirdən
qəbirə, bölgədən bölgəyə köçürülməsi – Onun gətirdiyi İnamı, deməli, Onun
Taleyini də Onunla bölüşən bir ovuc ardıcılının çiynində...
Tələbəlik illərindən tutmuş, bütün bu dartışmalar, dağılmalar, köçhaköçlər
Asif Ata içindəki o bir İdeyaya görə idi! O, işdən işə, evdən evə malını-
mülkünü yox, hətta başını-canını yox, həmin İdeyanı götürüb qaçırdı əslində,
Onu qoruyurdu. 1979-cu ilə qədər bunu nə qovanlar bilirdilər, nə qovulan
bilirdi...
Asif Əfəndiyev özünə "Asif Ata" Adını götürmüşdü, cəmiyyətsə Onu qova-
qova İnam Ata (İnam Atası) elədi.
_________________Milli Kitabxana
________________
339
Cəmiyyət şərinin baskısı tündləşdikcə, Fərdin içindəki Göy Eşqi daha da
aydınlaşır. Təzad artır. Ayrılma qaçılmaz olur. Yeni yaranan yeni adla ortaya
çıxır... Asif Ata Peyğəmbərliyində onun adı Mütləqə İnam olur.
Atamız var olsun!
2. İnam
"Təbiətdə, Mənəviyyatda, Kainatın Ahəngində, Gözəllikdə, İdrakda,
Ehtizazda, Vəcddə, Analıqda, Məhəbbətdə,
Ruhun Ülvi Xilqətində, Bəşərin
Özündən Böyük Mənasında, Ürəyin ürəyə Qovuşmaq Arzusunda, İdeala
qarşısıalınmaz Meyldə, Dostluqda, Həyada, İsmətdə, Dünənlə Bugünün
Təmasında, Özündənkeçmədə, Qeyrətdə, Müqəddəsliyin Əfsunlu Cazibədar-
lığında Əbədi, Sonsuz Mütləq yaşayır.
Mənim Allahım odur!" (Asif Ata. "Cövhər" əsərinin birinci cümləsi).
Asif Ata Peyğəmbərliyinin Birinci Təsdiqində Atanın Ömründən danışıldı.
Bu Ömrün döyüşlərdə keçdiyini gördük. Ailədən çıxarıldı, işdən, evdən
çıxarıldı, cəmiyyətdən çıxarıldı; təhsildən, komsomoldan və partiyadan
çıxarılmaqla, fəlsəfə elmləri namizədi alimlik adının alınmasıyla hədələndi,
elmi şurada bəyənilmiş fəlsəfə elmləri doktorluğu işi müdafiəyə buraxılmadı...
Çörəksiz qaldı, evsiz, işsiz, ailəsiz qaldı, həmdəmsiz, həmdərdsiz qaldı. Ev
dustağı oldu, illərlə o biri dustaqlığa salınma, hətta öldürülmə hədələri altında
yaşadı... (Bunların hamısı Safruhun "Başlanğıc" və "Ata Səcdəsində"
kitablarında – elə o günlərdə aparılmış gündəlik qeydlər əsasında əks olunmuş-
dur). Ancaq o bir İdeyasından əl çəkmədi, bütün bu tufanlardan Onu qorudu.
Onun qoruduğu İdeyanın adı İnsana İnam idi! İnsanın böyüklüyünə, aliliyinə,
ruhaniliyinə, ilahiliyinə Mütləq inam. İnsanlar tərəfindən qovula-qovula,
döyülə-döyülə, söyülə-söyülə yaratmışdı özündə bu İnamı. Yaratdığı İnamda
isə çəkdiyi sıxıntıların izi də yoxdur!
Peyğəmbər borc vermir, borc almır. Peyğəmbər həm də öc almır. Peyğəmbər
verdiyini sevə-sevə verir, uğradığına sevə-sevə uğrayır. İman gətirənlər də –
Peyğəmbərin kəşfinə, bəxşişinə yox, Harayına iman gətirirlər.
Nə yaratdı Asif Ata? Mütləqə İnam – İnsana İnam! Onu qovan, alçaltmaq
istəyən, öldürmək istəyən İnsanı Mütləqləşdirdi, ona Allah məzmunu gətirdi;
bununla da əslində Allah məzmununun qurtuluş yolunu göstərdi.
Özünə çirkli gözlə baxan, başqasına çirkli gözlə baxan, başqasının çirkli
gözlə baxdığı İnsana Asif Ata İlahi gözlə baxdı. Onun Peyğəmbərliyinin israrı,
inadı budur: Sən, İnsan, özünə diqqətlə bax, dərindən bax! Ötəri həvəslərini
çirkli görüb, öz gözəlliklərini ötəri görüb özünə inamını itirmə! Sən dərində
gözəlsən, böyüksən, bütövsən! Tanıdığın Mən'indən artıqsan, ucasan! Sənin