_________________Milli Kitabxana
________________
342
sıralayır: Zərdüşt İnsanı görürdü, Budda insana yanırdı, İsa insana acıyırdı,
Məhəmməd insana acıqlanırdı, Musa üçün insan yox idi, yalnız Yəhudi vardı,
Asif Ata insana inanır).
Asif Atanın insana inamı Asif Atanın Kitabını yaratdı. Deməli, bu inam –
Kitab yaradacaq siqlətdə və qüdrətdə olmuşdur.
Allaha inanan demir Allahlaşın – deyir bəndələşin! İnsana inanan deyir
İnsanlaşın. Çünki insanlaşmaq bəşərin Amalıdır. Amal – həm də nicatdır.
Quruca nicatda – bəndəlik var, Amalda – İlahilik. İlahilik – elə İnsanilikdir.
İnsanilik – elə İlahilikdir, Ülvilikdir. İlahi, ülvi tələblərə cavab verməyən –
İnsan deyil.
Buna görə də Amaldır insanilik! Asif Atanın Kitabını yaradan bunun Harayı
idi.
Bəşərin Amalı – Müqəddəsdir. Asif Atanın Kitabı – bu Amalın təsbitidir.
Bəşərin Amalı Müqəddəs olduğu üçün onu təsbit edən Kitab da Müqəddəsdir.
Asif Ata, demək olar, bütün şüurlu ömrü boyu bu Harayı çəkmişdir. Bu
Haray 45 Müqəddəs Kitab, 7 Müqəddəs Kəlam yaratmışdır. Bunlar, əslində, bir
Kitabdır: Ata Kitabı və ya Ata Kitab – öpülüb göz üstünə qoyulan (Hamısı bir
yerdə həcmcə elə də böyük deyil). Bu, o Kitabdır ki, oxuyub bir qırağa qoya
bilməzsən – O, sənin insanlıq üslubundur, içindəki kompasdır – bəşəri Amalına
doğru səmtləşdirən, yönəldən, aparan. Bu, artıq adi anlamdakı kitab deyil,
yuxarıda dediyimiz kimi, məhz Daxili Yol Kitabıdır. Bəşərin daxilində Yol
ehtiyacı tükənəndə bu Kitaba da ehtiyac olmayacaq. Bəşərin daxilində Yol
ehtiyacı isə sonsuzdur!
"Ayılsın dünya! Qalxsın dünya! Düzəlsin dünya! Dirilsin dünya! – Amal
məqamıdır!" – deyir o Kitab. Amal da – İnsanlaşmaqdır! Yəni ruhani dəyərlər
əsasında yaşamağa keçməliyik. Yəni qardaş qarından irəlidir, yəni el üçün
ağlamayan kordur. Yəni Xeyirin Xeyirdən başqa mükafatı yoxdur. Yəni İnsan
doğrudan da Yer üzünün əşrəfi olmalıdır!.. Yəni İnsan ömrü "beş günlük" deyil,
tükənməzdir.
Asif Atanın Kitabı bu kimi Harayların peyğəmbəranə izharıdır. O həm
elmdir, həm şeirdir, həm musiqidir, həm idrak əməlidir, həm əməli işdir –
bütövlükdə Peyğəmbər Haraydır.
Peyğəmbər Harayı bütün varlığı əhatə etsə də, misilsiz bir yığcamlığa malik
olur, o, sanki bircə sözə yerləşir. Asif Atanın o Bircə sözü budur: İnsanlaşın!
Bu Söz təkrar deyil Ata Yazılarında, məhz canlı, nəfəsli, ehtiraslı, ağrılı,
yanğılı, minbir çalarlı Haraydır. Musiqinin "do" səsi (notu) həmişə bir cür
yazılır, onun haray çaları isə tükənməzdir.
Asif Ata belə bir Kitab qoyub ortaya.
...Asif Ata türkün həm Konfutsisidir, həm Lao-tszısı (həm filosofudur, həm
peyğəmbəri); həm İsasıdır, həm Məhəmmədi; həm yeniçağ Zərdüştüdür, həm
Buddası. Asif Ata – türkün mənəvi-ruhani Atasıdır.
_________________Milli Kitabxana
________________
343
Asif Ata – bəşərin ilk İnsanilik Peyğəmbəridir.
Onun Ömrü Onun İnamını doğurmuşdur. Onun İnamı Onun Kitabına
doğmadır, Onun Kitabı – Onun İnamına.
Onun Ömrü, İnamı, Kitabı Onun Ocağında yaşayır.
Atamız var olsun!
4. Ocaq
Peyğəmbər yalnız izharçı, harayçı deyil, həm də qurucudur. Asif Ata
Azərbaycanda Mütləqə İnam Ocağı (Ruhaniyyat Ocağı) qalayıb. O Ocaq bugün
artıq 25 yaşındadır. Onun onlarca Evladı və bir neçə Ruhani Ailəsi var.
Ocağın məramı Mütləqə İnamı bərqərar eləmək, İnsanın kamilləşməsinə
ünvan və yardımçı olmaq; müstəqil-müqəddəs Vətən ideyasını yaymaq, Ruhani
Birlik örnəyi olmaq; Şərqi dəyərləri (müqəddəslik, ruhanilik...) bəşərə
qaytarmaq; bəşəri dəyərləri artırmaq, onların yiyəsi və xiridarı olmaqdır.
Ayrıca: Ocağın məqsədi – Asif Atanın Peyğəmbərliyini təsdiq etməkdir.
Çünki bunsuz – Mütləqə İnam bağbansız bağa bənzərdi.
Asif Atanın Mütləqə İnam Ocağı – gələcək Ruhani Birliyin rüşeymidir.
Ocağın öz yaşayış və iş qaydaları var. Ocaq ildə 8 Mərasim keçirir: Yeni il (1
Günəş ayı – mart), Ruhani İdrak Günü (25 Çiçək – aprel), Evlad Günü (1 şölə –
iyun), Ata Sonevini Ziyarət (və ya Anma) Günü (5 Şölə – iyun), Müqəddəs
Ziyarətgah Bayramı (1 Qürub – avqust), Ata Günü (25 Ata – sentyabr), Ruhani
Səfər Günü (27 Sərt – dekabr) və Ruhani Ailə Günü (6 Köçəri – fevral).
Ocağın ildə 4 bayramı var: İnsanilik (14 Günəş – mart), Xəlqilik (13 Şölə –
iyun), Şərqilik (12 Ata – sentyabr) və Bəşərilik (12 Sərt – dekabr).
Asif Atanın Xəzan ayı, 7-il (oktyabr 1985) tarixli "Müqəddəs Əməl" əsərinin
X bəndində deyilir: "Atalılar Müqəddəs Tarix və Müqəddəs Təqvim əsasında
yaşayırlar". O vaxtdan Ocaq həm öz ilsırası (tarixi), həm də öz günsırası
(təqvimi) ilə yaşayıb işləyir. Ocağın ayları: 1 - Günəş (mart), 2 - Çiçək (aprel),
3 - İşıq (may), 4 - Şölə (iyun), 5 - Od (İyul), 6 - Qürub (avqust), 7 - Ata
(sentyabr), 8 - Xəzan (oktyabr), 9 - Yağış (noyabr), 10 - Sərt (dekabr), 11 - Qar
(yanvar) və 12 - Köçəri (fevral). Ocaq günsırasında (təqvimində) günlərin
adları: I - Arzu, II - Ümid, III - Dözüm, IV - Mərhəm, V - Qismət, VI - Murad,
VII - İnam.
Ocaq – Ailələrdən ibarətdir. Bu, cismani ailə deyil, 3-5 və daha çox Evladın
birliyidir. Onlar "üzv" yox, elə "Evlad" (və ya "Ocaqçı") adlanırlar. Hər Ailənin
bir Yükümlüsü (Təmsilçisi) olur. ("Yükümlü" sözü Asif Atanın "Yükümüzdən
Böyük Fərəhimiz yoxdur!" deyimi əsasında yaradılmışdır). Ailənin işlərini o
nizamlayır. Ümumi Ocağın da bir Yükümlüsü olur. Mənim şəxsi qənaətimə