_________________Milli Kitabxana
________________
349
İlk
OCAQ YÜKÜMLÜSÜ
Adam yaranmağa Yoxluqdan başlayır sanki; adam İmkandan başlayır.
İmkanın da bir adı “Var”dırsa, biri də “Yox”dur…
Küçədə, meydanda, kənd arasında gördüyümüz yığın-yığın adamlara yönəlik:
“var”, “yaranıb” demək olmaz. Onlardan birisi yığnaqdan ayrılıb gəlir, onun
eni-boyu görünür, üzünün ifadəsi oxunur, təhər-töhrü bilinir. Bu zaman onun öz
adı olmasa belə, təhər-töhrünə, üz-gözünə baxıb ona bir ad verirsən; deyirsən
bu, Filankəsdir. “Filan” sözcüyü burada ünvan, aydınlıq bildirir; “kəs”ə
gəldikdə isə, “hər kəs” mövcuddur, onların kimliyi, biçimi yoxdur.
Deməli, Var olmaq üçün mövcudlar arasından sıyrılıb çıxıb Yaranmaq gərək,
fərdləşmək, öz biçimini tapmaq, öz üzünlə bilinmək gərək.
Bu gediş fərdə aid olduğu kimi, Ulusa, Yurda da aiddir.
İstər fərdin, istərsə də millətin Mənafeyi onun Varlığı üçün məqsəd deyil,
vasitədir. (Bunun əksini doğru sayanlar, bizcə, doğruya yetməmişlərdir). Bəzi
«qabaqcıl ölkələrdə» belə, kürəsəlləşdirməyə qarşı güclü etirazların baş verməsi
bundan irəli gəlirdi.
Əslində kürəsəlliyi yaratmaq istəyənlərin özləri də bənzərsizliklərini itirmək,
bənzəmək, mövcudlar arasında itmək istəmirlər; başqalarının öz üzlərini itirib,
onlara bənzəmələrini istəyirlər. «Kürəsəlləşmə» bəhanədir.
«Kürəsəlləşmə» – təbii gediş kimi – heç kəsin qayğısı deyil; o, təbiət halı
kimi bir şeydir; nə yaxşıdır, nə pis; yaxşı-pisliyi tərəziyə qoyulsa, bəlkə də
yaxşılığı ağır basar. Kürəsəlləşdirmə isə – qəsddir, zəbtdir, istiladır(dininki
kimi, «Avropa dəyərləri» tələbindəki kimi…
Türk xalqının ruhani yaranma çağı gəlib. O özünün kimliyini (bən-
zərsizliyini) ortaya qoymalı, sübut etməli və qorumalıdır. Xalqda bu yeriş
başlayıb – ötən yüzilin ortalarından – İnam Atanın işə başlaması ilə.
Mən Asif Atanın (İnam Atanın) «zühurunu» belə bir çağın əlaməti sayıram.
Xalqın içində bütövləşmə, özümləşmə, sıxlaşma prosesləri getməsəydi, onun
içindən birisi «peyğəmbərəm» deyə ortaya çıxa bilməzdi. Asif Ata qabaqca
oldu, sonra dedi bunu. Olmamış «olmuşam» deyənlər – kələklə gələnlərdir;
küləklə də gedirlər. Çünki təbiət – zarafat meydanı deyil.
İnam Ataya qədər türk soyunun (etnosunun) inanc mənsubluğuna yönəlik
bir-birindən tamamilə fərqli, heç biri bu soya doğma olmayan (bu soyun
doğmadığı) çoxlu ünvanlar göstərilib: Şamançılıq, Atəşpərəstlik, Buddaçılıq,
Musəvilik (yəhudi dini), Xristianlıq, İslam…; kommunizm, demokratiya…
(Oxuduqlarımdan mənim anladığıma görə, Atəşpərəstliklə Zərdüştçülük bir şey
deyil – Atəşpərəstlik Zərdüştçülüyün tərkib hissələrindən, ünsürlərindən
biridir).
_________________Milli Kitabxana
________________
350
Arxaiklərini çıxmaqla, bu inancların yaradıcıları, yayıcıları bizə «pey-
ğəmbər», «imam», «apostol» («həvari»), «fədai» və b.k. müqəddəs adlarla
sırınıb, sunulub. Ancaq onların heç biri bizim içimizdə peyğəmbərlik,
öyrətmənlik etməyib; Asif Ata kimi kənd-kənd, qapı-qapı dolaşmayıb, bizim
taleyimizi, dərdimizi düşünməyib. Bizi tanımayıb, sevməyib, xalqımızın
içindən özünə köməkçi, yardımçı, «qurban», «dəli» seçməyib, Evlad seçməyib,
yaratmayıb, yetirməyib; biz onları anlamamışıq, onlara daş atmamışıq, əksinə,
onlar bizə qılınc çəkiblər və bu qılınc zoruna özlərini bizə anladıb qəbul
etdiriblər. Asif Ata isə – bizi anlayıb, taleyimizi və ləyaqətimizi düşünüb; biz
onu (onun dilini) anlamışıq; O bizə Mütləqə İnam harayı çəkib, biz ona daş
atmışıq… Beləcə, çəkişə-çəkişə bərkişmişik və bərkişməkdəyik…
Asif Ataya qədər biz (türk soyu olaraq) Zərdüştə baş əyməmişik – özgəçi
olub Buddaya baş əymişik, Musaya baş əymişik, İsaya baş əymişik,
Məhəmmədə baş əymişik; Nəimiyə baş əyməmişik – özgəçi olub «Marksizm
klassiklərinə» baş əymişik – hamısında özgəçi olmuşuq; indi də «Demokratiya
klassiklərinə», «Avropa standartlarına» baş (və bel) əyirik. Özgəçiliyə
yürüşümüz davam etməkdədir… O qədər özgələşmişik ki, üzümüzü tamam
itirmək üzrəyik.
Asif Atanın işi ağırdır!..
Yurdumuzda Asif Atanın qaladığı Mütləqə İnam Ocağının 20-ci ilinə qədər
onun soyu (qısa müddətli Göytürk dönəmini çıxmaqla) yalnız yabançı abelərdə
(əlifbalarda) yazmışdır – bu sahədə soyun əl vərdişləri, sözünün geyimi
(əlifba), gözünün seyri özgələşmişdir. Çin heroqlifləri, ərəb, latın, kiril
əlifbaları, əlifba cizgiləri üzərində gəzməklə. Mütləqə İnam Ocağının 20-ci
ilindən (01. III. 1999) isə Onun soyu (bir qom Ocaq Evladının timsalında)
Orxon-Yenisey Göytürk yazılı anıtlarının əlifbası əsasında yaradılmış Ocaq-
Türk əlifbası ilə yazıya keçib… Buna qədər bu aləmdə «türk yazı qrafikası»
sözü də yox idi.
Onun soyu öz adıyla bağlı, öz adıyla çağırılan fəlsəfə yaratmayıb; mən heç
bir ensiklopediyada «Türk Fəlsəfəsi» adında məqalə görməmişəm. Onun
Mütləqə İnam Fəlsəfəsi bu baxımdan da başlanğıcdır… Dünyada fəlsəfə,
demək olar ki, tamamilə yoxa çıxdığı, «gərəksizlikdən» öldüyü, ölmüş elan
edildiyi bir zamanda yaranan fəlsəfə başlanğıcı…
Asif Atanın işi ağırdır!..
O, ölüb iylənmiş inanclar, mənəviyyatsızlıq və inamsızlıq çərənləyən
fəlsəfələr; ölmüş (millətçilik adına bir-birinə yağılıqdan başqa heç nəyi
qalmamış) millətlər, «ölmüş insanlıq», ölmüş həqiqətlər, Allahlar… dönəmində
«zühur eləmişdi» – Özünün Mütləqə İnamıyla, İnsanilik fəlsəfəsiylə,
Mənəviyyat fəlsəfəsiylə, «millətçilik – əbədi dəyərdir» yəqinliyi ilə…
Acınacaqlı taledir!..