Microsoft Word safruh. Inama dogru doc



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə106/133
tarix21.06.2018
ölçüsü2,84 Mb.
#50922
1   ...   102   103   104   105   106   107   108   109   ...   133

_________________Milli Kitabxana

________________ 

 

 



353

Biz Soylunu oraya «təyin» eləmədik, o özü bu işi aparırdı: qururdu, 

planlaşdırırdı, yönəldirdi, Ocağın yeni-yeni addımlarını kəşf eləyirdi, simasını 

qoruyurdu… Ata Gedişi onu sanki silkələyib sarsıtmış, fitrətindəki 

qabiliyyətləri oyatmışdı. Mən onun bu halları barədə ayrı-ayrı  məqamlarda 

yazmışam («Kaspi» qəzetində, «Kriminal»da…); ayrıca olaraq «Ocaq 

Yükümlüsü», «Hünərin qurucusu», «Soyluyaöygü» və b.k. başlıqlar altında.  

Atadan sonra Ocağın varlığını Soylunun Hünəri xilas elədi. 

Bu Hünərin boyunu Nurtəkinin, Göylünün, Üstünün, qismən də Safnurun və 

Safruhun dəstəkləri kəsərli-keçərli saxladı; onların ona bağlılığı, mənim onu 

bilməyim, onun hünərinə inanmağım. 

Soylu ruhani Evladlıq möcüzələri göstərirdi. Özüylə döyüşürdü, özünü 

boğurdu, qovurdu, çimdikləyirdi, ifşa edirdi, bir yerdə qərar tutmurdu; heç bir 

uğur onu arxayın salmır, heç bir çətinlik ram eləmirdi. 

Onun Yurda və Ulusa sevgisi mütləq səviyyədəydi. Buna görə  də 

xasiyyətinin (temperamentinin) məziyyətləri öz yerində, çatışmazlıqları da 

Mütləqə İnam Yolunun xeyrinə işləyirdi. 

Ata Gedişindən sonra onun içinə vahimə dolmuşdu ki, Yurdun, Ulusun 

yeganə tam müstəqil sözçüsü olan bu Ocaq sönə bilər! Ata, Ocaq ideyalarının 

gerçəkləşməsi üçün ən kiçikdən tutmuş  ən iriyə  qədər hər cür əməli,  əməl 

təklifini göydə tutur, özü ətrafında olan iki-üç gənc Ocaq Evladının başına bu 

cür təklif və  təşəbbüslər yağdırırdı. Bəzən, gücü yetməyəsi işlərə  də gedirdi! 

Onun dilində «mümkün olmayan iş» deyimi yoxdur! Onun əhvalında 

oyunçuluq və həvəsçilik də yoxdur… 

Axı Soylu kim idi ki, xalqla görüşəydi də?! İxtisasını da işlətməyən bir inşaat 

mühəndisi; heç yerdə natiqlik qabiliyyəti göstərməmiş, kağız-qələmlə elə  də 

dostluğu olmayan birisi, heç bir qurumun üzvü olmayan, «Bilik» cəmiyyətinin 

harada yerləşdiyini də bilməyən birisi… Mütləqə  İnam Ocağına yiyəlik 

duyğusu, bu duyğunun onun qüdrətli varlığına tamam yiyələnməsi onun dilini 

açdı, mahnıda deyildiyi kimi «oxutdu bülbül elədi», əlinə qələm verdi… Adsız-

ünvansız bu oğlan adlı-ünvanlı auditoriyalar üzərinə yeridi, öz içindəki oyanışı, 

Mütləqə  İnam zərurətini, xalqın özgəçiliklərə qarşı dirəniş  və özünüyaratma 

zərurətini xalqa çatdırmağın açarını tapdı. Bu açar Mütləqə İnam Atası, İnsana 

İnam Peyğəmbəri Asif Atanın – bir-biriylə üst-üstə düşən yaşam və mübarizə 

yolu barədə oçerkvari bir süjet qurub, onu (haray kəskinliyi ilə) danışmaqdan 

ibarət oldu. Bu Açar yüzlərlə, ayrı-ayrı insanları, xırda qrupları da nəzərə alsaq, 

deyə bilərik ki, minlərlə qapıya düşdü – onları açdı (radio-televiziya çıxışları 

hələ bir yana)… 

Qabaqca dili-dodağı təpiyərək, sonra dilləri-dodaqları təpidərək sözə başladı 

Soylu – Asif Atanın İnsanlaşıb İnsanlaşdırmaq harayını davam etdirdi, öz Evlad 

nəfəsini də ona qataraq. 



_________________Milli Kitabxana

________________ 

 

 



354

Soylunun Ocaq quruculuğu hərtərəfli oldu. (Buna görə Ocaqda onun adıyla 

bağlı dönəm var, məs., Safruhun adıyla bağlı dönəm yoxdur). Onun hər cür 

Ocaq toplantısı aparıcılığı, buna və Ocaq yayıcılığına hər an hazır olması 

heyrətə layiqdir; Ocaq Ailələrinin aylıq toplantılarına illər boyu verdiyi Xeyir-

dualar – uğurlamalar, məncə,  Atanın da ürəyincə olardı. Buna görə də mən tam 

əminliklə deyirəm:  Mütləqə  İnam Ocağının Asif Atadan ilk sonrakı çağı 

«Zülfüqar Talıblı» kökündən olan Soylu Atalının dönəmidir.  32 ildir ki, 

mən Asif Ata işinin içindəyəm, lap ortasındayam. Bugünə qədər Ocağa həmin 

bu Soylu qüdrətində olan başqa birisi gəlməmişdir. 

Soylu – iş adamıdır,  əməlçi və hünərçidir. O, Asif Atanın buyuruqlarına 

uyğun olaraq, xalqın toy-vay işlərinə qarışır, izn verənlərin, maraq 

göstərənlərin məclislərinə gedir (başının dəstəsiylə) və onlara Mütləqə  İnam 

Ocağının qaydalarını aparırdı; Ocaq Evladlarını bu cür axtarışlara sövq eləyirdi; 

yanındakılar onun xalqla görüşlərinin «yolunu açırdılar» və bu, çox uğurlu 

alınırdı. 

Burada «titanik» adlana biləcək əmək vardı… 

Asif Atasız qaldıqdan sonra, bu Əmək sayəsində, Ocaq nəinki sönmədi (bunu 

gözləyənlərin istəyini gözündə qoyaraq), əksinə, öz yaşamını bütün dolğunluğu 

ilə saxladı, Ata Üslubunu Evlad üslubuyla zənginləşdirdi!  

Bu yəqinliyə çatana qədər Soylu özünü Ocağın o biri «Qol»larının təmas və 

təsirindən inadla qoruyurdu. Bu yəqinlik isə onun müdrikliyini artırdı  və o, 

«Qollar»la yaxınlaşmadan qaçmadı,  əksinə, onlarla dil tapmağa can atdı, 

bununla Ocağın gücünə güc qatmağa çalışdı – ta o vaxta qədər ki, bunun heç 

bir variantda mümkün olmayacağını kəsdirdi. 

Anlaşmanın, yaxınlaşmanın, birləşmənin baş verməməsinin,  tarixi və faciəli 

səhvin aradan qaldırılmamasının səbəbi – «Bakı Qolu»ndan olan 

«danışıqçıların» səmimiyyətsizliyi, hünərsizliyi və  məkri idi (nəyin bahasına 

olur-olsun, qabağa çıxanı əngəlləmək)! 

O biri «Qol»da da buna bənzər  əhval var idi: hətta «Bakı Qolu» ilə  də 

anlaşma axtarılırdı, «Saray-Soylu» ilə yox! 

Tarixə və bəşərə tanış sifətdir! Belədə məziyyətlərin çağdaş silahdaşlarının da 

gözündə – suçun olur (doğruçu suçların hələ bir yana). 

Onlar bu halı 18-ci ilin «İdrak» Mərasimində (25 aprel 1998) Asif Atanın 

dilindən eşitdikləri: Atadan sonra «Mərasimləri hər dəfə biriniz idarə edərsiniz» 

sözünə söykənib yaratmışdılar.  İşdə isə Atanın bu sözü ortada qalmış, 

parçalanmalar baş alıb getmişdi… 

Odur ki, biz Ocaq və Ocaqçı kimliyini özümüz üçün qəti aydınlaşdırmağa 

məcbur olduq və bunu «Yeni Carçı» qəzetinin 01.02.2004 ilsıralı «İnam Ata və 

Ocağı» adlı özəl buraxılışında yayımladıq: «Hər hansı bir Ocaq Ailəsində olan, 

hazırda Atakənddə (Bakı  ş.-də) fəaliyyət göstərən «İnam Evi»ni İnamçılığın 

mərkəzi və İnamçıların məbədi kimi tanıyan, Ümumocaq Yükümlüsü təsisatını 



Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə