Microsoft Word safruh. Inama dogru doc



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə114/133
tarix21.06.2018
ölçüsü2,84 Mb.
#50922
1   ...   110   111   112   113   114   115   116   117   ...   133
    Bu səhifədəki naviqasiya:
  • Safruh

_________________Milli Kitabxana

________________ 

 

 



370

qarışıqlıqdan, xaotiklikdən nizama, ahəngdar aləmə gəlib çatana qədər keçdiyi 

yoldır.” Bunu Siz yazırsınız. Mən deyirəm elə  çıxır ki, diktatura və  cılız bir 

demokratiya ahəngdar aləmdir? Mən heylə nəticə çıxarıram. 



Sabir: Bir dəqiqə! Belə demək istəyirəm ki, məsələn, deyək ki, inqilab 

İnqilabdan sonra dolğun demokratiya olmur, cılız olur. Və ahəng də yaranmır. 

Qarmaqarışıqlıq! Dolğunluğa qədər tarixin keçdiyi yoldur. Cılızlıq da, 

qarmaqarışıqlıq da. Bunlar xaosdur. O gəldi onunla nəticələndi ki, bizi  

boğurdular, deyirdilər deyin ki, biz nizamda yaşayırıq, səadət ayaq tutub gəzir. 

Əsl demokratiyadır. Biz də deyirdik “yoxdu axı!” (əlini stola çırpa-çırpa 

danışır). Axırda nooldu? Hanı sənin o nizamın?! Hanı o demokratiyan?! Hanı o 

ahəngin?! Hanı o nicatın?! Hanı o səadətin?! Yox, yalanla sən bizi aldadanda 

tarix özü-özünə düzəlmir axı! Hasil olunca… Sən deyən uzun məsələdi. 

Safruh: “Aqibət”in 7-ci səhifəsində deyirsiniz, “Əxlaqın pozulmasının 

təşkili” ifadəsini işlədirsiniz. 



Sabir:    Şüurlu surətdə  əxlaqı pozur da… Məsəlçün, bu saat bir neçəsin 

deyim da. Məsələn, rüşvətə qarşı mübarizəni erə aparır ki, rüşvət dövlət 

səviyyəli qanuna çevrilir. Qəsdən bunu eləyir ki, sən həmişə diliqısa olasan. 

Bax, məsəlçün. Neməti götürək də, Pənahovu. Prezident aparatına müşavir 

götürmüşdü. Dərhal ona demişdi ki, bu işi gör, 20%-i sənin, 80%-i mənim. O 

işi görən kimi də videosu var dəə! İndi görürsən?! Ya dalını davam elə, ya da 

ekrana çıxarıram. Vəssəlam! O işi görəcək, prezidentin də böyüklüyündən, 

təmizliyindən (havanı) dalğalandıracaq qulaqbatırıcı, gözqapayıcı. Məsələnin 

birin deyirəm ha! Sonra. Məsələn, bizdə heç narkomaniya təsəvvürü yox idi. 

Bütün yazıçılar da — Anar da, Elçin də,  İbrahimbəyov qardaşları da ondan 

yazmağa başladılar. Vəssəlam, camaat narkomaniyaya dadandı. Sonra - 

piyaniskalığa qarşı… araq dəb düşdü. O cür iş — təşkildir, mübarizə deyil. 

Məsələn, bu saat səfeh musiqi, açıq-saçıq gəzmələr nədən ötrüdür? İnsanlar 

heyvanlığa getsin, heç bir əqidə ilə yaşamasın.  İdeya budur! Onun dalınca 

gedən Mütləqçi ola bilər? Ocaqçı ola bilər?! Nəyin hesabına olursa-olsun, 

nəyiysə qopart, bu anı yaşa! Bu anı da insan kimi yaşamazsan da, heyvan 

kimi… İranda farsca danışığa ona görə üstünlük verilir ki, türkə desin: “sənin 

mən olmağına çox var”. Burda da: “Sənin mən olmağına çox var ey, mən rusca 

danışıram!” Hər yerini sürtən gəlir bir-biriylə rusca danışır. Sən də böyük bir 

mədəniyyətin, böyük bir tarixin dilindən ayrıla bilmirsən axı!.. Dövlət də onun 

dövlətidir. Həmin şeydir (Safruh: Təşkil məsələsi). Bəli Təşkil budur! 

Safruh: (Dəftərindən Sabirin sözünü oxuyur). “Dövlət zorun mükəmməl 

formasıdır. Dövlət cinayətkar və  qəbahətli mahiyyət daşısa da, ictimai 

prinsiplərin simvoludur; xalqın, cəmiyyətin pərakəndə  vəziyyətinə qarşı 

dövlətin  əlindəki canlı qüvvə mütəşəkkil vəziyyətdədir”. Mən dövlət, xalq, 

insan münasibətlərinə bu cür çox geniş yayılmış münasibətləri heç vaxt qeyd-

şərtsiz  qəbul etməmişəm, çünki onu, ən azı, başa düşə bilmirəm. Daha 




_________________Milli Kitabxana

________________ 

 

 



371

doğrusu, o münasibətə bu baxışı yanlış saymışam və sayıram. Dövlətsiz 

insanlar bir-birinizin ətini şişə çəkib, manqalda qızardıb yeyəcəklər, özəl ətlik 

insanlar fermaları yaradacaqlar — dövlətsiz, — ətlik heyvandarlıq kimi. Bu 

qənaət mənim insana inamsızlığımdan irəli gəlmir; mən insana inanıram, insan 

mənim sevgilimdir — özünün dövlətiylə. Dövlət — insanın öz vəhşiliyinə, 

orman  əhli olmasına qarşı öz ağzına vurduğu cilovdur. Məncə, “Dövlət” və 

“İnsan” adlı iki varlıq yoxdur. Onlar bir varlığın iki halının ayrı-ayrılıqdakı 

adlarıdır. 

Sabir: Eybi yoxdu! Eybi yoxdu! (Safruh gülür; “Eybi yoxdu!”) Burda 

fikirləşirəm. Dövlət o vəzifəni yerinə yetirməlidir. Amma heç vaxt, nadir 

hallarda öz vəzifəsinin başında durur da! Məhz öz vəzifəsindən kənara 

çıxdığına görə dövlətə qarşı münasibətlər yaranır. 



Safruh: (Dəftərindən Sabirin sözünü oxuyur). “Zülm, zalım sözündə bir 

əzəmət də var”. Siz yazmısınız. Təəssüf ki, belədir! 



Sabir: Heylə görükür daa! Xalq nifrət eləyir, amma daima çalışır ki, dövlətin 

kölgəsində olsun. Nifrət eləyir haa! Məni görmür, çünki mənim kölgəm yoxdur, 

onun istədiyi kölgə. Dövlətin kölgəsi var. Halbuki mənim ətrafımda birləşsə,.. 

Dövlətin yanında, tərəfində ictimai rəy var daa! Mənim tərəfimdə ictimai rəy 

yoxdur. O KQB də qoymur ki, bunun tərəfində ictimai rəy olsun! Məni öldürsə, 

tutsa, həbs eləsə, — dərhal mənim  ətrafımda rəy olar. Mənim  ətrafımda rəy 

olmasın deyə buna imkan vermir daa! Rəy o tərəfdədir. Hətta başqa çalar da var 

burda: otçujdeniye, özgələşmə, yadlaşma o deyən sözdür. Ananın yeri ali ol-

malıdır. Amma balasını sevdiyi güzəştli münasibətdir. Anaya ən çox yük olan 

da baladır!.. Bala onu göydə saxlamalıdır, amma ananın balaya güzəştli 

münasibəti balaya ərk verir ki, bütün yükləri  ananın üzərinə yığsın. Ataya sözü 

olduqda belə, anası vasitəsiylə deyir. Ana ikiqat — həm ərin yükünün altında 

qalır, həm balanın. Otçujdeniyadı daa!.. İndi, xalq da elədir daa! Gedir Dövlətin 

kölgəsində durur, öz düşmənini gücləndirir. Yox, əgər ondan sədəqə umursa, 

onun istəyinə qarşı dayana bilər?! Hamı gedir Milli Məclisin üzvü olmağa daa! 

İndi o Milli Məclisə gedənlərdən bir nəfər Mütləqçiliyə yan alır? Allahın 

Zəlimxanı da, indi Bağdatdadı; gör gəlir?! Asifi görəndə ayağına yıxılırdı. 

Safruh: Elə danışır orda (Zəlimxan MM-də) adamın əti çimçəşir. 

Sabir: Ba-ba-ba!.. O, Xəlili  təqlid eləyir axı! Xəlil ayrı, bu ayrı! Heç 

Xəlildən də bərk guruldayır. 



Safruh: Mənasız ricətlərə çıxır, mənasız həmcins sözlər deyir, guruldayır. 

Sabir:  Hə, o da Anardandır.  Ədəbsiz adam deyil ha amma. Nökərdir, 

nalayiqdir, amma ədəbsiz adam deyil, sırtıq,  əxlaqsız adam deyil Zəlimxan. 

Plakatdı. Şirədi. 

Safruh: Nəysə mənə pis təsir eləyir. Ətim çimçəşir (o danışanda). 



Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə