Microsoft Word safruh. Inama dogru doc



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə116/133
tarix21.06.2018
ölçüsü2,84 Mb.
#50922
1   ...   112   113   114   115   116   117   118   119   ...   133
    Bu səhifədəki naviqasiya:
  • Sabir

_________________Milli Kitabxana

________________ 

 

 



374

Safruh: (Oxuyur) “Qriboyedovların, Puşkinlərin, Lermontovların qətlində 

mütləqiyyəti suçlamaq asandır. Lakin onlar da asanlıqla missioner ləkəsi 

daşıyırlar...  İstedadların missionerləşməsi isə zülmə daha böyük qida verən 

şeydir. Zülmü günahlandırarkən işin bu cəhətini nəzərə almaq lazımdır” — Bu 

Sizin sözünüzdür. İstedad da, dahilik-filan da təəssüf ki, əsl xeyir və  şərə 

gələndə, gerçəklikdəki… 



Sabir:  Şərin qırxayaqlılığı ordadır daa! İstedadları belə, müəyyən  şərtlərlə 

özünə xidmətə  məcbur eləyir. Amma hiss olunur ki, məsələn, özümü götürək 

dəə, mən Əli Vəliyevin, Bayram Bayramovun, Mirzə İbrahimovun, Süleyman 

Rəhimovun, Məmməd Rahimin xeyrinə bir cümlə  işlətməmişəm. Məni 

çıxandan sonra, hamı  işlədib ki! Bu və ya başqa  şəkildə. 40-ayaqlı  şərə 

dolayısıyla istedadların… İndi Bəkirlər eləməlidir, Qulu Xəlilovlar eləməlidir. 

Mən eləməməliyəm axı. Amma mən eləməyəndə… Sən dəfələrlə soruşursan ki, 

bu boyda necə  yəni qapalı qalıb?! Ona görə qapalı qalmışam ki, o işləri 

görməmişəm. O işləri görənlərə onlar müəyyən dərəcədə imkan verir. Biz buna 

görə, bir də, qardaş, gözümün içinə  qədər… Mənə qarşı allergiya var dəə! 

Dözməmək var! (Safruh: Var, bəli!) Bu daha böyük daa!.. Mənim qapalı 

qalmağımda gözü götürməmək, dözməmək daha böyükdür. Buyur! 



Safruh: (Oxuyur) “Varlığın mayasında belə, yekcinsliyi saxlamaq mümkün 

deyil. Hər bir hərəkət ilk təkanı yekcinslikdən alır, sonra şaxələnir, variasiyalar 

yaradır. Diktatura istibdada qarşı bir addım irəlidir. O öz amansızlığı ilə 

istibdadı xatırladır. Ancaq istibdada hərəkət verən  şey — subyektiv cəhətdən 

kütbeyinlik, zəiflik, nəfs və şıltaqlıqdırsa, diktaturanı idrak və qüdrət müşayiət 

edir.  İstibdad hazır dünyanı çapqın vəziyyətinə  gətirərək, viran qoyan şər 

mücəssəməsinə çevrilir. Diktatura, öz üslubunda olsa da, yaradıcılığa xidmət 

göstərir… İctimai sistemlərin ən pisi — cılız demokratiyadır”. 

Yanardağın indiyədək çox yazılarını oxumuşam. Onların yaxşı  cəhətləri 

barədə sözcüyümü yazmışam. Pisi odur ki, Sabir həyatın gözəlliklərindən 

yazmır. O, Taqordan uzaq, Mirzə  Əli Möcüz yox, Mirzə  Ələkbər Sabirə 

yaxındır və Taqorla Möcüz arasındadır; daha doğrusu Möcüzlə Sabir 

arasındadır. Bilirsiniz, Azərbaycanda bir Möcüz adında da şair olub. (Sabir: Hə, 

Mirzəli Möcüz daa!). Möcüz dərdi elə gözəl öyür ki, elə bil ki, özünün  

balasıdı. Dərd şairidir! (Sabir: Sabirçidir dəə o da). (Oxuyur:) Sabir Yanardağ 

özünün “Aqibət”  əsəri haqda deyir: “Bizim əsərimizin məqsədi Ordubadinin 

fikirləri çərçivəsində istibdad və istilanı izləməkdir. Əsl vəziyyəti ifadə eləyən 

bədii vəsait  əldə yoxdur. Əldə olan vəsaitdən istifadə edərək, nəysə bir şey 

söylənirsə, həyat təcrübəsi ilə birlikdə  nəysə ümumi bir təsəvvürə  gəlmək 

mümkündür”. Bu Sizin fikrinizdir. 



Sabir: Yəni bədiiyyatda o yoxsa da, həyatda var. 

Safruh:  Mən deyirəm: Məncə, Yanardağ yaradıcılığının başlıca qüsuru 

fərəhsizlikdir, ondan sonrakı qüsuru — uzunçuluq, təfərrüatçılıqdır; üçüncüsü 




_________________Milli Kitabxana

________________ 

 

 



375

— dilin arı-duruluğu qayğısına qalmamaqdır. Bunu mən əvvəl elə düşünürdüm. 

Təfərrüatçılıq-filan, sonra aydın oldu mənə. Onun yaradıcılığında tərəqqi 

İnsandan ayrılır. Sanki insanın iradəsi xilafına yeriyir, yaranır. Hər halda, 

burada Tərəqqinin aparıcısı fərdləşmir, simalaşmır. Ona görə alınır fərəhsizlik, 

işıqsızlıq. Sanki bir tunelə girirsən, ha gedirsən — minlərcə səhifə yol gedirsən 

ki, bir işıq ucu görəsən. Ancaq o görükmür. Hətta tunel qurtarsa da, işıq ucu 

görükmür. Ona görə  də sorğu yaranır: Bəs bu həyatın gözəlliyi nədədir, 

nədəndir? Yoxmu? Sabir deyir var — Tərəqqi özünə yol açır. Necə, kimlərin 

əliylə? Bunu da göstər qaranlığı göstərdiyin səbr və genişliklə. Deyirəm bunu 

da göstər — işıq hardadır... Bir oxucu kimi dəə. 

Sabir:  Təsəvvür elə ki, bu hələ giriş hissəsidir, beşinci kitabda, bu cür 

kitabda yarımçıq qalıb. Gələcək  əsərin özü … Giriş  hələ bilinmir 10 cild 

olacaq, 20 cild olacaq?.. Əsərin özü, belə getməynən, yəqin 150-200 kitab 

olacaq. (Safruh gülür). 



Safruh: Yenə deyirsiniz: “Xalq Xeyirə nisbətən  Şəri, Həqiqətə nisbətən 

Yalanı  və b.k. daha asanlıqla həzm edir”. İndi mən deyirəm: Bunun nyiəsi 

açılmalıydı. Mən bunu “Aqibət”in 112-ci səhifəsinə aid olmaqla 111-cinin 

dalına yazmışam. Burada bir də  xırdalayıram. Xalq — təbiətə  bənzər bir 

varlıqdır. Ona iradə xas deyil. Həqiqət və Xeyir isə iradə  əməlləridir.  Şərə, 

Yalana dirsək göstərmək də eləcə — iradə  əməlidir. Xırda-xuruş dirənişlər 

təbiətdə  də olur və onlar iradə  əməli yox, fəhm  əməlidir, ya da fiziki 

tərpənişdir. Bunların  əsasında mən bir Haray yazmışam, orda Sizin bax bu 

sözünüzdən başlanğıc götürmüşəm. Sabir Yanardağ belə deyir, onun niyəsini 

açmaq. Hər halda, mən öz sözümü orda yazmışam. Sonra. Yenə Sabir müəllim 

deyir: “Dünyadan çoxdan köçmüş Femistoklu təqdir etmək, onun üçün göz yaşı 

tökmək asandır. Bunun özündə belə, istibdadın özünə övliyalardan zireh 

çəkmək cəhdi var”. Aristofanın “Atlılar” əsəri ilə bağlı yada salınır. Hə, yenə 

qabağa gedək. Sabir müəllim deyir: “Həyasız və özünü suçlu bilmək — baş-

tutmaz əhvalatdır”. Bir də mən fikir verib görmüşəm ki, qanmaz adam heç vaxt 

demir ki, mən səhv eləmişəm. Çox belə  qəribədir! O elə bilir ki, qanmaz elə 

bilir ki, o səhv eləyə bilməz. Ona görə  də qanmazla üz-üzə  gələndə qalırsan 

məəttəl! Gülləni ya gərək öz başına vurasan, ya onun (Gülürlər). Deyir ki, 

bağışla, bilmədim, necə ola bilər həm qanmaz olasan, həm səhv eləyəsən?! 

Mənim belə bir deyimim də var. (Sabir əlavə eləyir Mirzə Cəlilin ünlü sözünü: 

“Necəsən qanmayam, atan yansın!” (Yenə gülüşürlər). 

Sabir: Qanmaz səhv eləmir daa?! Yaxşıdı! 

Safruh: Sabir Aristofanın “Atlılar”ında və Ordubadlının “Döyüşən 

şəhər”ində istibdad mənzərələrini araşdırarkən yazır: “Bütün bu uyğun gələnlər 

silsiləsinin müəyyən bir ortaq kökü olmalıdır.” Bir var eradan öncədə 

Aristofan, V əsrdir, neçənci əsrdir — mən bilmirəm. 



Sabir: Eradan əvvəl V əsr. 


Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə