Microsoft Word safruh. Inama dogru doc



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə119/133
tarix21.06.2018
ölçüsü2,84 Mb.
#50922
1   ...   115   116   117   118   119   120   121   122   ...   133

_________________Milli Kitabxana

________________ 

 

 



380

yoxdur. (Burada Sabir telefon zənginə cavab verir; Safruh Nüsrətlə danışır:) 

Doğru deyirəm ki, mənim biliyim yoxdur. Bax, Sabir müəllim izah eləyir. 

Onun biliyi mində, milyonda bir adamda var. İndi elə adamlar var ki, onun 

elmini məndən yaxşı başa düşür; onun ləyaqətini, onun harada nəyə, niyə 

diqqət yetiribdi, o diqqətin kökü hardan gəlir Sabir müəllimdə, bax ona mən 

fikir verirəm, o elm adamı üçün maraqlı deyil; mənim üçün maraqlıdır o. 

Nüsrət: O adamlar təmiz adamlar deyillər. O elm adamı onun bildiyini 

sizdən yaxşı bilir, ancaq xəbisdi, xəbislik qoymur ki, onu desin, ona heyran 

olsun, onu təsdiq eləsin. Amma siz yox! Siz idealsınız deyə, özünüzü nə qədər 

alim hesab etməsəniz də, alim hesab eləməsəniz də, o zilə qalxmış alimlərin 

elmindən siz yüksəksiniz. 

Safruh: Mən onu qəbul eləyirəm. Düzdür. Çünki məqsəd də ondan ibarətdir 

ki, insan yaxşını görsün, yaxşıya doğru addım atsın. Yaxşıya doğru addım 

atdırsın; elmnən yetərlənməsin: mən bilirəm, demək mən yaxşıyam. 

Yaxşılığnan Bilik — ayrı şeydir! 



Nüsrət: Safruh müəllim, məni bir şey çox maraqlandırır: Bunun rəngi qaradır 

daa! Sən zornan denən ağdır! Gözüm görür qaradır da! 



Sabir: Hə, Safruh! Üstün idi… 

Safruh: (Nüsrətə:) Sabirdə elə  şeylər duyuram ki, onun onda birini, yüzdə 

birini yarada bilmirəm. Sabir kimdir, fərz eləyək — Sabir Yanardağ kimdir? Bu 

əsərlər  əsasında, bir az onun həyatı  əsasında — həyat tərzi, necə yaşayır — 

onun  əsasında, xəyala gəlmədən, uydurmadan, Həqiqəti görə-görə bir şey 

yazsam, çox ülvi bir obraz yaranar, əbədi bir obraz alınar, ona and içmək olar, 

İndi Azərbaycanda kimə and içəsən?! Məsələn, Səməd Vurğun var, məsələn 

dəə, xalqın çox sevdiyi. Şairdi. Qeyriləri var — Mirzə  Cəlil var, Üzeyir var. 

Onların gözəlliyi, böyüklüyü ayrıdı, onlarınkı ayrıdı. Sabir müəlliminki 

bənzəmir heylə  şeylərə. Çünki bu kişini filoloq adlandırmaq mümkün deyil, 

filosof adlandırmaq mümkün deyil, musiqiçi deyil. Ya bəs bu nədi? Bunun 

qeyri-adi təyini var — onu gərək tapasan. Mənim ağlıma qəribə  şeylər 

gəlmişdi, yəqin ki, haradasa yazmışam bu məndə necə təsəvvür əmələ gətirdi, 

nə  təhər adamıdı… Qəribə, bənzərsiz bir şey… Bəlkə ümumdünya mə-

dəniyyətində hardaysa olubdu; mən bilmirəm. Amma mənim nə oxuduqlarımın 

içində, nə də gördüklərimin içində belə şey görməmişəm. (Gülür). 

Sabir: Bir dəfə anam mənə dedi. Məktəbi qurtarmışdım evdəydim, ya da 

qurtarmamışdım, kanikula gəlmişdim. Dedi “Bəlkə  sən 12-ci imamsan. 

Vallah… Anam mənə çox da alışmırdı. Qeyd eləyirdi ki, mən, bax 

doğruçuyam. Sonra, mənə bir az istedadlı, zəkalı kimi baxırdılar — 

baxmayaraq ki, pis oxumuşam. Superistedad, superzəkalı kimi baxıblar. Və s. 

Bayaq da danışdım. Çox.. işcil olmuşam. Nüsrət həm o boyda dingin — 

dəyirmanın müdiriydi, texnikum oxuyurdu. Amma… Ağır işləri də birlikdə 

görərdik… Çox da işcil olmuşam. Qapalı olmuşam, zahirən çılğın olmuşam. 




_________________Milli Kitabxana

________________ 

 

 



381

Qapalı — öz hisslərimə qapalı qalan olmuşam. Sırtıq olmamışam və yadına 

gəlirsə, ay Nüsrət, mənim kimi də utancaq adam da ağlına gəlməzdi — qızarıb 

qalardım. Elədir yoxsa yox? (Nüsrət: Bəli). Mən zahirən deyib-gülənəm, 

ağlağanam. Təsəvvür edin ki, belə… (Safruh: Bunlar azdır!) Ən başlıcası odur 

ki, həyatdan heç nə götürməyə çalışmamışam. Sonra, istəmişəm ki, həyatdan 

götürdüyüm daa, çox nadir sevgi, mülayim görünürəm… Yaxınlaşan kimi bir 

qədər cəzb eləyir, iki, üçüncüdə  mənə  həyat it leşi təsiri bağışlayır. O qədər 

böyük cazibə!! Dərhal bundan açılmışam. Mən sevirəm və heç bir zaman 

unutmuram. Amma kiçik bir vaxtdan sonra üz çevirirəm. Unutmuram, amma üz 

çevirirəm. Həyata münasibətim belədir. Mən rahatlıq, var-dövlət, imkan 

istəyirəm — ətrafımı  zəlalətdən qurtarmaq üçün — özüm üçün yox. Amma, 

bununla belə, sən deyənlərə  gəlirəm: özüm də bilmirəm mən nəyəm, amma 

bunların hamısı məni ifadə eləmir. 



Safruh: O dediyiniz o yaxşılıqlar, onlar balaca bir şeydir. Onlar… 

Sabir: Birinci dəfə bu mənimlə bağlı məsələdi, sualdı, mənə elə gəlir bunun 

cavabını ancaq özün verə biləcəksən. Biz onu düşünməmişik dəə, bu nədi, 

kimdi. 

Safruh:  Mən bu Ötkünlə Soylunu  müqayisə    eləmişəm. O deyir, bəlkə 

fəaliyyət göstərmək lazım deyil, Soylu çox coşğundu, Ötkün çox ağıla 

əsaslanan bir adamdı. Ağılın ağıl yeri var, amma elə yer var ki, ağıl kara gəlmir 

— coşğunluq gərəkdir, — ağılnan bərabər coşğunluq gərəkdir. Bu Soyluda var, 

Ötkündə o qədər yoxdur. 

Sabir: Mən Ötkünü bir dəfə görmüşəm. Ötkün elmi tutumu olan bir təfəkkür 

sahibidi. O baxımdan, hər halda, hamıdan üstündü, yəni kütlədən üstündü, 

amma Asifçi, Ocaqçı, Mütləqçi deyil. 

Safruh: Hə, doğrudur, onda zəiflik var o cəhətdən. 

Sabir: Bilirsən nədir?.. Bir az qəribəlik də var yəni. “Qəribə” — yaxşı 

mənada yox. Yəni, məsələn, belə ki, giclik eləyir ki, fərqliliyi görüksün. 

Nemətdə  də vardı belə hal — Nemət Sükut. O da münasibəti pozdu… Onda 

təxminən belə bir şey vaar… Amma o elmi dünyası onun, həm də təsdiqə getdi 

daa! Mütləqnən Təsdiq bir yerə  sığa bilərmi? (Safruh: başa düşmədən “yox” 

deyir). Mütləqdən böyük təsdiq yoxdur! Ancaq o neyləsin, təsdiq onun üçün 

çörək ağacıdır daa! Çörəksiz neyləyə bilərsən?! Ancaq o ona haqq vermir ki!.. 

Mən quzu kimi onun qabağına getmişəm. Heç ömrümdə onlarnan — o iki 

nəfərnən — Fərəhnən idi dəə? Ötkün, Fərəh — heç ömrümdə  məni onların 

qabağında olan qədər sakit gördüyün olub? Bir kəlmə artıq-əskik… Nə haqqı 

var ki, məndən üz çevirsin?! Bəlkə  mən bir görüşdə vurulmuşam, səninçün 

darıxıram?! Günahım da yoxdur. İndi ad da tapa bilmir ki, Stalindən 

danışmışam. Stalini söymək asandır, Stalin qədər hünərli olmaq çətindir; Stalini 

söymək asandır, o ziyalılıqda olmaq çətin! O elmdə olmaq — özü də  təhsili 




Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə