_________________Milli Kitabxana
________________
384
görməyən adama deyirlər. Sizdə də deyilirmi bu söz? Ona bəzi yerlərdə “gecə
qarovu”, “gecə korluğu” deyirlər. Elə adam var ki, axşam qaranlığı gələndə
gözü görmür; “gecə korluğu” deyirlər ona. (Sabir müəllim bunu elmdəki
“çöpcüklər, kolbacıqlar” baxışı ilə izah eləyir — mətləbdən yayındığı üçün bu
parçanı yazmadım). Elə bir xəstəlik var. (Oxuyur:) “Vəziyyəti əsatir bir cür,
biz başqa cür məna edirik”. Vəziyyəti yunan əsatiri bir cür görür, mən ayrı cür
görürəm! Bunu demək — Sabir müəllimin gücüdür!
Sabir: Sənin böyük sözün hardadır: “Homerdə yol qurtarır, yol da Homerin
yoludur. Bu deyir ki, əslində yol qurtarmayıb, biz onu axıra qədər gedəcəyik”.
Hələ olmayıb ey belə! Tuneldi ey! Tunel qurtarır, amma yol qurtarmır. Deməli,
mənim haqqımda, deyək ki, bunların əsasında sən monoqrafiya yazası olsan,
mən bu dünyada o məsələləri kəşf eləmişəm, sən də məni kəşf eləmiş olarsan.
Safruh: (Oxuyur:) “Herakl artıq nə Yerdə — insanlar arasında, nə də Göydə
— Allahlar arasında naqis dünya ilə yanaşı gedə bilməzdi”. Yəni Herakl burada
Allahlardan da yüksək tutulur. Ocağın Dost-Doğması Sabirin bu tipli deyişləri
göstərir ki, onun Asif Ata haqqında hərdən işlətdiyi “O — Allahdır” öygüsünə
çox da bel bağlamaq olmaz. Yəni Sabir müəllim “O — Allahdır” deyir, əslində
Allah haqqında yüksək fikirdə deyil.
Sabir: Bu Allah o Allahdan deyil. Qərəz! Bir var mənim Asifə münasibətim.
Bəlkə bu daha böyük münasibətdir. Siznən mən tapışandan sonra — 2005-ci il
18 martda bir də görüşək. (Safruh: Hə, nolar! Sizin yaddaşınız möhkəmdir).
Bəlkə onda daha yaxşı sözbət elədik.
Safruh: (Oxuyur:) “Arqonavtlar”da Hakimiyyət, Qəhrəmani Ləyaqət və
Səadət problemi üz-üzə dayanır. Medeyaçılıq burada köməkçi ideyadı”. Bunu
orda ayırırsınız ki, bu ora üzvi şəkildə girmir.
Sabir: Gedib oraya ki, qızılyunlu qoyun dərisini götürməyə. Yəni o,
bərəkətdi, millətin bütün həyatıdı, taleyidi, baxtıdı. Onu oğurlayıblar, millətin
baxtını oğurlayıblar! Onu qaytarır daa! O qızılyunlu (qoyun dərisi) —
əkinçilikdi daa!.. İstehsaldı, təsərrüfatdı o. Gedir orda… həm də Medeya…
Medeya — amazonkadı. Yelenanı qaçırmışdılar haa tarixdə, ondan əvvəl
yunanlar amazonka — onları iberlər kimi verirlər; əslində türk qızıdır o,
Medeya. Onu sonradan çevirib belə şey eləyirlər. İberlər nəydi böyük türk
tayfasının qabağında?! Onu şey götürüb qaçdığına görə əvvəlcə Arqonavtlar,
ona qarşı Yelenanı götürüb qaçırlar. Troya da türklərdir daa! Həm gözəl qızdı,
həm də o xalqın taleyidi, baxtıdı!.. Bizim baxtımızı götürüb qaçıblar daa —
yəni Azərbaycan iki bölünübdü. Məmməd Heydərov vardı. Onu, Ordubadidə
ruslar erməni qızı Esterin əliylə Leylanı oğurlayıblar, çeçen qızı Leylanı
oğurlayırlar. Bizik daa!
Safruh: (Oxuyur:) Sabir Yanardağ siqləti — sığmazlıqdır — hətta
peyğəmbərliyə də. Bu hal (Onun bu halı Safruhu, Soylunu və başqa İnamçıları
_________________Milli Kitabxana
________________
385
düşündürməlidir). Biz (məsələn, mən) Peyğəmbər yolunu deyə bilərik, onun
yolunu yox. Çünki Sabir sırf idraka söykənir, Peyğəmbər isə əsasən İnam
Duyğusuna (bizdə olana). Peyğəmbər Yolu — daha fərəhlidir, daha uğurludur,
uğur gümanlıdır. Sabir Yanardağ yolu — İdrakçılıqdır. Peyğəmbərlik
İdrakçılığı öz içinə alar — cırılmaz; Peyğəmbərlik İdrakçılığa sığmaz. Mən ilk
müqayisədə belə düşündüm… Sabir Yanardağda zərrə qədər də dinilik yoxdur!
Sabir: Mən sənə bir şey deyim: O əsərlər yazılanda Asif hələ Əfəndiyev idi,
Asif Ata deyildi.
Safruh: Sabir Yanardağ (İmamverdiyev Sabir Mustafa oğlu) bu ay İnam
Ocağının ən yaxın yörəsi olmaq istəyini bildirib Soyluya, və özünə “Doğma”
adını istəyib… Bu heç…
Dost-Doğma: Yunan toplumuna nə üçün Axillesin deyil, Aqamemnonun
başçı seçilməsindən danışarkən yazır: “Bəs nə üçün allahlar istibdada,
ağılsızlığa meydan verdilər? Bu, bəşər tarixi üçün dövlət quruluşunun
zəruriliyi, əhəmiyyəti ilə bağlıdır. Dövlət bəşərin ən böyük hadisələrindən,
kəşflərindən biridir. Əgər o çevrilib antidövlət olmasa… Lakin antidövlət özü
belə, dövlətsizlikdən üstündür… Allahlar Aqamemnonun tərəfində durmağa
məcburdurlar… İnsanın zəifliyi, tarixin naqisliyi, antibəşəriliyə meydan ver-
məsi tələb edir ki, hadisələrin başında şər dayansın, Aqamemnonlar
dayansınlar”. Bayaqkı fikrin davamıdır. Bayaq deyirdiniz ey, Axilles olsaydı,
yenə belə olardı…”
Sabir: Bax, məsələn, Hegel də deyir, Engels də deyir ki, “insan öz təbiəti
etibari ilə xeyirə xidmət edən, yaxşılıq edəndir” fikrinə nisbətən “insan öz
təbiəti etibarı ilə pisə meyl eləyəndir, şərə xidmət eləyəndir” fikrində daha
böyük məna var. Çünki şər vasitəsiylə xeyirə impulslar verilir. Şər xeyirə
impulslar verir... Yaxşı, mənim bütün bu yazılarımda müəyyən dərəcədə
Marksizmə meyl varmı?
Safruh: Yox. Hər hansı bir doktrinaya meyl yoxdur, yalnız o, bayaq
qardaşınıza dediyiniz ümumbəşərə aid olan hər bir şey saxlanılmalıdı. Həmin
ideya. Heyrətamiz dərəcədə…
Sabir: Bəşəriyyətin təxminən dörd min problemi qoyulub həll olunur. Bax,
o üç kitab oxudun dəə “Fəlakət”dən. O üç kitab bir problemdir ki, bəşəriyyət
fəlakət burulğanında boğulur. Orda, o kitabda bir qədər Belinski izi tapmaq
olar; burda heç kəsin izini tapmaq olmaz.
Safruh: Hə, orda bir qədər var. Amma mən
yenə deyirəm ki, Belinskini
müəyyən bir dairə hesab eləmək olar özü üçün. Sabir müəllimi dairə hesab
eləmək olmur, eləyə bilmirəm mən. Yəni deyək ki, barama qurdu kimi, toxudu,
bitdi.
Sabir: Bunlardan sonra mən 30 ildi özümütəlim keçirəm… O türk, Osmanlı
tarixiylə bağlı kitab səndədi daa?