Microsoft Word safruh. Inama dogru doc



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə112/133
tarix21.06.2018
ölçüsü2,84 Mb.
#50922
1   ...   108   109   110   111   112   113   114   115   ...   133
    Bu səhifədəki naviqasiya:
  • Sabir

_________________Milli Kitabxana

________________ 

 

 



366

cibi üçün, şəxsi üçün, nə bilim nə üçün — heç nə yoxdur! Yenə orada “Bəşər 

həyatının davamını təmin edən xalqla qəhrəmanın vəhdətidir”. Bu, Sabirin öz 

sözüdür. Ancaq harada görünüb o Vəhdət? Hər  şey qəhrəmanın çiynindədir! 

Bunu mən Sizə orda demişəm. Xalqla qəhrəmanın vəhdəti. Mən sizin qədər az 

şəxs görmüşəm ki, qəhrəmananə idrak yolunda çalışsın, məna yolunda, ləyaqət 

yolunda, haqq yolunda... Sözü mən böyük hadisə hesab eləyirəm ey bu cür 

sözü, bu cür əsəri. Xalq da  var, onun belə bir oğlu da var — vəhdət yoxdur. 

Hanı vəhdət?! Hər şey qəhrəmanın özündən asılıdır. 

Sabir: Bugün üçün real nəticə zəifdi da! O vəhdət yoxdur deyə zəifdir. Bax o 

vəhdət Axillesin simasında, Axilleslə Aqamemnon anlaşılmazlığında, 

Aqamemnon yekəbaşlığı, xudpəsəndliyi ucbatından Axilles 10 il gedib çadırına 

çəkildi və yunan xalqı da az qala üz üstə qapanmışdı. Başqa bir təsadüfdəki 

qardaşı, daha doğrusu dostu Patrokl ölür, o da Axilleslik eşqinə düşdüyünə görə 

ölür ha. Demişdi ki, uzaq getmə. O da deyir ki, daha gedirəm. Onda 

Aqamemnon yekəbaşlığı, xəbisliyi həddini aşır; başlayır Yunanıstan uğrunda 

yenidən döyüşə. Orda Axillesnən xalq arasında vəhdət yaranır. Hətta 

Aqamemnon onun ayağına gəlir. Onun o kənizini bağışlayır. Deyir: İnan ki, 

mən o kəniz Briseidanın yorğanının ucuna belə, əlimi vurmamışam. Yəni mən 

öz hökmdarlığımı, öz sərkərdəliyimi, öz hakimiyyətimi, karyeramı müdafiə 

eləmişəm — özümü yox. Sərkərdənin, hökmdarın sözü yerə düşməməlidir. O 

vurulmamalıdır. Bu da (Axilles də) işi görən adamdı axı, nə  təhər. Sən də 

ondan ləyaqətini tələb eləyirsən. 



Safruh:  Hətta Siz onun o “ayağa gəlməsini” belə  qəbul eləmirsiniz ki, bu, 

ləyaqətli gəliş deyil. Orada o yenə də hökmdar kimi hərəkət eləyir. Orada bir 

söz deyir, Siz o sözdən tutursunuz. Əgər bu, ləyaqətli gəliş olsaydı, bu söz 

olmazdı. Yenə ağalığını qorumaq üçün gəlib. O son dərəcə qədim məsələni o 

qədər gözəl araşdırırsınız,  əsla tələsmədən. Elə araşdırırsınız ki, müasir dövrə 

də aid olur. Siz onu qəsdən belə eləmirsiniz; təbii  şəkildə, necə ki, Gün (əş) 

üfüqdən çıxır, tələsmədən, yavaş-yavaş  gəlir, Göyə qalxır. Bax Sizin 

araşdırmanızda da elə bir arxayınlıq var. 



Sabir:  Təsəvvür elə ki, 75 yaşım var; 60 yaşım olanda mənim barəmdə 

erməni kartı oynandı. Onu da Vurğun Əyyub yazıb da! Günü — dekabrın 27-si, 

87-ci il (əlini stola döyür). Dekabrın 27-si 27-ci ildə də mən anadan olmuşam. 

Təsadüfən bir günə düşür. Düz 60 il bundan qabağın söhbəti idi. Mən bu əsəri 

yarımçıq qoyub, bir bu qədər, bir də bunun yarısı  qədər hələ yazıya 

götürülməyib (makinada yazılmasını nəzərdə tutur — S.). Düz 15 ildir o əsəri 

yarımçıq qoymuşam, bugünün məsələləriylə  məşğul oluram. Bu da elə 

arxayınlıq, tələblə işləməyin nümunəsidir. Amma burda bir inam da var də! Ki, 

mən çox yaşayacam, bu məsələləri qurtarıb, yenidən öz işimin üstünə 

qayıdacam. 




_________________Milli Kitabxana

________________ 

 

 



367

Safruh:  İndi mən nəyi deyirəm ey, o ordakı indiki vəziyyətə aid olur, 

cürbəcür ictimai quruluşlara, vəziyyətlərə aid olur — heç birində görükmür ki

yazar özü bunu bilərəkdən ora gətirir, istəyir ki, ora gəlsin, fırlayır, əyir — yox! 

Sabir: Gedişat, proses oraya olur. 

Safruh:  Hə. O qədər təbii axarıyla, obyektiv araşdırırsınız ki, sanki heç… 

Elə gözəl, geniş, hərtərəfli araşdırma ki, cürbəcür məsələlər orada qeyri-adi 

həllini tapır… Heyranlıqdan başqa mənim silahım yoxdur… Sabir Yanardağ 

deyir (dekabrın 14-də yazmışam), Cabbarlının “Aydın”  əsərindən danışır: 

“”Aydını istibdadın gizli məsamələri məhv edirdi. Bu məsamələr azı onu artıq 

tikəyə — gözəl arvada malik olduğuna görə  məhv edəcəkdi”. (Gülür). Onu 

orda, iş yerində Sizə demişəm: Artıq tikəyə — gözəl arvada malik olması 

məsələsi çox faciəlidir. 

Sabir: Bu onun haqqıdır! Amma min dənə göz var: O kimdi ki... Bizim 

olmalıdı! Onda (Aydın obrazını  nəzərdə tutur) olan o sərvət görükmür. O, 

böyük insandı, gözəl insandı. Gültəkinin Aydında axtardığı o böyüklükdü, — 

onu görür, o işığa gedir… 



Safruh:    İndi də orda məsələyə  məhz bu qiyməti vermək ki, o qusacaydı, 

çünki gözəl qadın bu cür zad üçün artıq tikədir. Burda bəşərin, həqiqətin faciəsi 

var, ona gözəl işarə vurmaq. Məni heyran elədiyinə görə yazmışam… 

Sabir: Loletta Torez Argentina müğənnisi cavan oğlana ərə getdi. O da çox 

böyük kino ulduzu idi. Ərə gedəndən sonra da nəğməkarlıqdan, kinodan 

uzaqlaşdı. Yeganə yol o oldu ki, ərini öldürdülər. Loletta 50-ci illərin böyük 

nəğməkarıydı. Ərini öldürdülər. O da aləmi buraxdı ki, mən onu istəyirəm — 

bütün böyük adamları (rədd etdi). Müəllim idi, onun əri, 22 yaşında. Ona ərə 

getdi. Onun çox gözəl səsi vardı! 



Safruh: Sizin bu sözünüzə  mən o vaxt da Sizə demişəm, mənim özümün 

belə qeydim var: İnsanın bəzən heyvandan da aşağı  rəftar etməsinin 

səbəblərindən biri — onun maddi — cismani gözəlliyi tanımasında, 

bilməsindədir. Mən üzr istəyirəm! Heyvan bilmir ki, o biri gözəldir, ya gözəl 

deyil, ona görə də o birinin qismətində o cəhətdən gözü, tamahı olmur. Amma  

insan görür ki, orada artıq tikə var, ondan almaq olar, o ağıl gedir Şərə xidmət 

eləyir. Bu görmə, bilmə  məsələsi. Sonra, məsələyə  mən daha böyük mənada 

gələcəm. 



Sabir: Sədinin bir təmsili var ki, iki eşşək, arxıt deyirlər, yem-zad yeyirlər də 

onda. 


Safruh: Axur. 

Sabir:  Hə, axur. Samanın üstünə arpa-zad səpiblər.  Bu  biri  eşşək arada 

ağzını, dilini yalayıb, dilini uzadıb o biri eşşəyin qabağındakı yemdən yeyir. Bu 

vaxt o biri eşşək buna acıqlanıb deyir: “Ə, insan oğlu, insan! Sən eşşəksən axı! 

Bu cür nəcabətli nəslə əskiklik gətirmə! Sən insan kimi yaramaz deyilsən. Sən 

bizim Eşşək adımızı batırırsan! (Bu yerdə Sabir də, Safruh da bərkdən 



Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə