Microsoft Word safruh. Inama dogru doc



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə110/133
tarix21.06.2018
ölçüsü2,84 Mb.
#50922
1   ...   106   107   108   109   110   111   112   113   ...   133
    Bu səhifədəki naviqasiya:
  • Safruh

_________________Milli Kitabxana

________________ 

 

 



362

verilməyəcəkdi, ad verilmir; sən isə onu araşdırmaq istəyirsən, özü də haralara 

qədər gedirsən?! Mövzu hara qədər gedir, fikir ver! Bir gedər-gəlməz yol olardı 

ha nağıllarda. O adam gedər-gəlməz yolnan gedir, yol qurtarır; bu deyir yox, 

hələ  məqsəd o yandadır. Ora da gedir. Bax o, izahedilməz bir gözəllikdir. 

“Gözəl” nədir ey, sözəsığmaz bir keyfiyyətdir, bax mənim təsəvvürümdə. İndi 

bax mənim söhbətimin o preambulası olsun, demək ki, başlanğıcım olsun. Məni 

bura dartıb gətirən o istəyim. Hə, siz necə baxırsınız belə bir istəyə? 



Sabir: Onda bu, bilirsən, mənim cavabım böyüdü. Mənə sual verirsən məni 

vadar eləyən nədir, niyə bu yükün altına girirsən? Mən hiss eləmirəm də o 

yükü. Bir onu bilirəm ki, bu iş görülməlidir. Yaxşı ki, bu burdadır (qardaşı 

Nüsrəti göstərir). Mən çox balacaydım.  İndi də az yuxuluyuram, amma 

uşaqlıqda ən az yatardım. Gecəni hamı yatır, mən yuxulamıram, düşünürdüm. 

Bəzən elə olurdu ki, Məhəmməd, Nüsrət, mən yanaşı yatırdıq. Və sair! Mənim 

düşüncəm bu olurdu. Ən çox xorxutlar haqqında düşünürdüm. Əfruz bacının 

da uşaqları çox idi. Böyük ailə idi. Demək olar ailələrin hərəsinin 6-7-8-10 

uşağı vardı. Bundan başqa, bizim qohum-qardaşlar da, Nənəşlər də, o Popurrar 

da, Popur yox ey, Pambıq bacı-zad. 

Bütün el-oba gələrdilər bizə. Bəzən 50-60 adamnan süfrə açılardı. babamızı 

görməmişik, nənəmizə Böyük Şirin deyirdilər. Bütün el-oba Böyük Şirin Bacı. 

Yadımdadır. 

Safruh: Nəniyə?! 

Sabir:  Nəniyə! Bütün el-oba! Gəlirdilər onu görməyə.  İndi o bazarlığı  nə 

təhər çatdırırdılar? Pul var! Onun bişiri, düşürü, yumağı, təmizlənməyi...  İndi 

sual verdin ki, niyə yazmısan? Mənim, birinci uşaqlıqdan “Mən  əgər, üç yaş 

yalan isə, azı beş yaşımdan o ailələrin dərdini çəkmişəm. Çünki onlar çətin 

dolanırdılar. Burnumdan yemək-içmək keçmirdi. Sonra, sonra dəhşətli 

müharibə başladı. Hamı öz dərdinə qaldı. Təkcə bizdə 1 ilin içində qardaşım 

getdi — böyük qardaşım Məhəmməd. 

Safruh: Allah rəhmət eləsin! 

Sabir:  Allah ölənlərinizə  rəhmət eləsin! 1942-il sentyabrın 24-də  əsgərə. 

Atam da otstavnoy polkovnik, dalınca ki, generalnı  ştablarda onun 

təcrübəsindən istifadə eləmək olardı. 42-il noyabrın 15-də. İdealında da könüllü 

getdi onda. İşləyirdi onda. Univermağın müdiri idi, anam. Həm də komisyonnı 

maqazin var idi. Onu aparırdı. Mən də gedirdim ona kömək eləyirdim. 

Safruh: Ananın adı nəydi? 

Sabir: Anabəyim. 

Safruh: Mənim anamın adı Minabəyimdir. 

Sabir:   Minabəyim, Anabəyim! Bizim də böyük mülkümüz var idi. Mən 

diribaş idim. Nüsrət şəhər işində, bazar işində diribaş idi, amma böyük mülkün 




_________________Milli Kitabxana

________________ 

 

 



363

çəpərin elənməsi, meyvələrin yerinə çatması,  əkin, biçin, filan. Ağır işlərə 

Nüsrətnən, qardaşımnan birlikdə gedirdik. Məhəmməd də eləyirdi, işləyirdi. 

Yəni biz o boyda ailə! Birdən-birə iki başçını itirdik. Anam işləyirdi, hər ikisi 

gəlirli yer idi. Anam savadlı adam idi; dərs də deyə bilərdi. Müəllimliknən işə 

başlayıb. Univermağın müdiri olmaq böyük şeydi. Komisyon da gəlirli yer idi. 

Təsəvvür elə ki, təşkil eləmişdi o zaman naçalnik NKVD qızıl saatı 

oğurlatmışdı ki, iş  gəlsin. Sonra ona dedi, əşi, hesab eləyərəm ki, çaqqal 

toyuğumu aparıb. Heylə arxayın. Amma hər halda, başçılarıyıq bunların. Elə 

gəldi ki, əmilərimizdən biri həmin ağır illərdə... Nüsrət həm oxudu texnikumda, 

həm də işə girdi. Maşın dəyirmanı deyirdilər. Bir, iki, üç dəyirman idi — biri 

çastnı, ikisi kazyonnu, iki də ding idi; çəltik — düyü döyürdü gündə 15 ton; 

təxminən 8-10 ton da un üyüdürdü. Hə, o da elə. Bütün şəhəri. Gərək bütün 

gecəni, gündüzü orada olasan. 10 kilo buğdaya, 8 kilo düyüyə bir qızıl onluq 

verirdilər. O məndən 3-4 yaş böyükdür, mən də əl boyda uşaq; bununla gedib 

gecə-gündüz işləyirdik. Evə  də baxırdıq.  İki yerdəydi mülkümüz. Bir dəmyə 

yerdə yerimiz vardı, bir də suluq yerdə yerimiz vardı. Onu da işləyirdik axı! 

Daha çox mən işləyirdim. Amma ağır işlərdə birlikdə. Bu həm də oxuyurdu. 

Bir dənə bax ki, gəldi  əmilərimizin birisinin, onda “Standart” deyirdilər

müəyyən ölçü — onun əslində  (əsasında) kartoçka verirdilər, həm də çörək 

verirdilər. Altı uşaq, bir də anam. 7 baş ailə birdən çörəksiz qaldıq. O da yox idi 

ey! Onları da himayəsinə götürdü. Ağır ildə!.. Ailələr bütöv-bütöv acından ölür. 

Mən onu deyirəm ki, özgənin dərdini çəkmək bizim ailənin... Məsələn, mən 

mərhəmətli olmağnan bərabər, hər adamla bir süfrə başında otura bilmirdim. 

Ürəyim götürmürdü, iyrənirdim; onnan ötrü ölürəm, amma mənim tayım deyil 

ki, mənimlə bir süfrənin başında... Anam dilənçini də, yolçunu da bizimlə 

bərabər süfrənin başında oturtdururdu. 

Safruh: Allah ona rəhmət eləsin! 

Sabir: Cibində, ətəyində, evində, təhnəsində olanı özgəyə paylayandan sonra 

özümüzə götürürdük... Köklər, xarakter! Bax bu məni o yerə  gətirib ki, insan 

dərdlərinə vaqif olam. Ailəmiz də çox savadlı olub. Ömrümdə Mirzə Mabud 

ləyaqətində, sanbalında adama rast gəlməmişəm. Atamdan 25 yaş böyük olub. 

Əmimdi. “Taun”da onun adı keçir: “Bərəkalla Mirzə Mabud! Adamları gözəl 

güllələyirsən!” Atam, atam... Məsələn, indi sizlə münasibətlərim, başqa cür 

əlaqələrim də var. Məsələn, Nüsrət, bizim evi, sənin atanın evini respublikada 

görməyən olub? Hamısı ordan keçib da. Bütün respublika mənimlə oradan 

keçib. Elə atam ordaydı, Söyün Rəhmanov, — Nazirlər Sovetinin sədri, ya 

maarif naziri Dadaş Bünyadzadə,  Əliheydər Qarayev və sair. Hamısı  gəlib 

bizdən keçirdi. O zonaya çıxan hər kəs gəlib atamı görməmiş getmirdi. Mirzə 

Mabud Stalinlə, Trotskiylə bağlı adam idi, Mircəfər Bağırovla. Bunlarla bağlı 

adam idi. Bunlar da adi adamlar deyil ey, ideya adamlarıydı. Mən yazmışam ki, 

mənim orta təhsilim yoxdu, ali təhsilim yoxdu, aspiranturam yoxdu, 




Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə