Microsoft Word safruh. Inama dogru doc



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə108/133
tarix21.06.2018
ölçüsü2,84 Mb.
#50922
1   ...   104   105   106   107   108   109   110   111   ...   133

_________________Milli Kitabxana

________________ 

 

 



357

«20 Yanvar bizim hiddətimizdən doğdu: - imperiya azğınlığına qarşı 

Hiddətimizdən; erməni məkrinə qarşı Hiddətimizdən; içimizdəki özgəçilər 

yağılığına qarşı Hiddətimizdən!.. Yağının  əlində boğulmadı, kal nizamda 

boğuldu Hiddətimiz!.. 20 Yanvar təhlükəsi hələ  də qalır… Ali hiddətimizi 

qorumaq gərək… Yetkinləşən Xalq Yaratmaq gərək…» 

Mən Soylunu əsasən  əməlçi, hünərçi kimi təqdim elədim. Ancaq onun yazı 

yaradıcılığı da var. Bunu «İnsani və Milli Ləyaqət Publisistikası» da 

adlandırmaq olar («Ləyaqət Yönü», «Müstəqilliyindən  əziyyət çəkən xalq», 

«Azadlıq Harayı», «İdeologiya yadlığı» və b.), «Ruhaniyyat yönündən 

Publisistika» da («Qəriblik Ruhsuzluğu», «İlahi Nağıllar Karvanı», «İlahi 

Xəta» və b.),  «Ədəbi Tənqid» də («Zamanın içində», «İstedad və İnsanilik», 

«Ziyalı xalqsızlığı» və kontekstinə görə bu kitaba salınmayan  Ə.Firdovsi, 

Y.İmrə,  İ.Turgenev, L.Tolstoy və b. sənətkarların yaradıcılığına yönəlik 

yazıları), «Siyasi Publisistika» da (demək olar bütün yazılarında bunun çaları 

var, özəllikcə «Siyasət kriminologiyası» - bədii  əsər motivləri üzərində 

yazılmış olsa da, - «Qaragüruh cəngəlliyi», «Beynəlxalqçılıq antibəşəriliyi», 

«Hünərsiz sevgi çarpışları», «Yolçuluq Həqiqəti» və b.). 

Soylunun yazı yaradıcılığı «Publisistika» təyininə  sığmır. O, xüsusi olaraq 

heç kəsi araşdırmır, Mütləqə İnam baxımından üz tutduğu Kəslərin Həqiqətini 

və Ləyaqətini – Hünərini araşdırır və bu zaman heç bir elmi, bədii, dini, fəlsəfi 

nüfuz, çoxluq, sistem qarşısında öz Həqiqətini qısmır, addımını geri (və 

anlamsız öcəşmə xatirinə irəli) qoymur. Onun yanaşma prinsipi artıq yetərincə 

mənimsəmiş olduğu  İnam Atasından gəlir: Yalnız Mütləq Həqiqət – 

Həqiqətdir, Nisbi Həqiqət – Yalandır; Yalnız Mütləq Hünər – Hünərdir, Nisbi 

Hünər – Hünərsizlikdir… 

Yeri gəlmişkən deyim ki, Soylunun yazı üslubu hələ oturuşmayıb; onunku 

anlam, məzmun, yön üslubudur. 

Soylu özünə Ad axtarmır, Bəla axtarır – İnsanlığa bütün varlığıyla həqiqət 

yönündən xidmət etmək istəyən başqa bəşər övladları kimi. 

Bu yolda ona uğurlar diləyirəm! 

Soylu Atalının yazı yaradıcılığını incələmək mənim gücüm çatan iş deyil. 

Əslində onun Yükümlü yaradıcılığı (Mütləqə İnam Ocağı xəttiylə quruculuğu) 

da mənim deyə bildiklərimdən qat-qat artıq, uca siqlətə malikdir. Bunu 

zamanlar və zaman-zaman insanlar deyəcəklər. Çünki biz, Asif Atanın Mütləqə 

İnam Ocağının Evladları olaraq, bir qom adamın dilindən danışmırıq. Bizim 

«dilindən danışdığımız» ən kiçik ünvan Azərbaycandır («Uluyurd» Hərəkatının 

hədəflədiyi), bundan sonra «Türk Dünyası» deyilən yarımdünyadır və mütləq 

bir tələb kimi ümuminsanlıqdır. Çünki Mütləq Həqiqətin ünvan quruluşu da bu 

cür olur, yayılma – aidlik əhatəsi də. 




_________________Milli Kitabxana

________________ 

 

 



358

Biz  ədiblik, bilginlik (alimlik), filosofluq, estetlik iddiasında deyilik; 

bədiiyyatın, estetikanın, bilimin (elmin), fəlsəfənin  İnsanilik, Mənəviyyat və 

Həqiqət baxımından xiridarı, təəssübçüsü və yiyəsiyik. 

Biz deyirik: Çılpaq  İnsan – Yoxdur, Geyimli Heyvan yoxdur; İnsafsız 

(Ədalətsiz) İnsan – Yoxdur, İnsaflı (Ədalətli) Heyvan yoxdur… 

Biz bircə barrikada tanıyırıq. Onun bir tərəfi biolojilik – Heyvanilikdir, o biri 

tərəfi Ruhanilik – İnsanilikdir. Biz – ikincinin yanındayıq.  İkinci birincini 

yaşada bilər, birincinin heç nə vecinə deyil. 

Bizim çəkdiyimiz Harayın məğzi budur: Ruhanilik Biolojiliyə yenilərsə, 

insan üçün hər şey məhv olar. 

Biz bu işi mininci dolamadan deyil, birbaşa aparırıq. Dolamalarda 

bədiiyyatın, estetikanın, fəlsəfənin, elmin də bizim qayğılarımıza doğma 

nələriylə olduğunu bilirik, onlardan bəhrələnirik də. Ancaq görürük ki, Mütləq 

Həqiqəti onların öhdəsinə buraxmaq olmaz. Onlardan heç birinin Yaşayan, 

İşləyən, Diri Mütləq Həqiqət hədəfi yoxdur. Bunların ən yaxşısı sayılan fəlsəfə 

onu yalnız dərk eləyir. Onun dərk elədiyi Mütləq Həqiqətsə ayaq açıb yeriyə 

bilmir, adamlarda onun cazibəsinə qarşı immunitet yaranıb. 

Din burada nə isə eləyə bilərdi. O da öz «mütləq həqiqətinə» adamlaşan 

(danışan, çığıran, bağıran), hətta cəbhələşən, millətçiləşən – assimile eləyən 

«Allah» yalanı qatdı. 

Çıxış yolu – Diri Mütləqə İnam axını yaratmaqdır. İnam Atanın «Ruh Üstə» 

Harayı əsasında. Mütləqə İnam Ocağı həmin axının təkançısıdır; Soylu Atalı bu 

Ocağın indiki Yönəldicisi, Yükümlüsüdür. 

Gör nə boydu quruculuq işləri var irəlidə!.. 

Böyük Quruculuq Eşqindən Böyük Dağıdıcılıq «haytası» da yarana bilər… 

Mən bu «haytanı» Soylunun özündə  də, yazılarında da yetərsiz görürəm. Bəs 

siz? 


«Allahlıq iddiası»nda insanları  qınama dəbi var. O dəb dəbdən 

düşməlidir! İnsanın heyvanlıq iddiası qınanmalıdır! Allahlıq iddiasının nəyi 

pisdir?! 

Ancaq bu iki iddianı bir-biriylə qarışdırmamalı!.. 

Göylər dolusu şaqqıldamağa yalnız Allahın haqqı  və hünəri olur. Mütləqə 

İnamın bəşərin qulağına və  qəlbinə çatması üçün belə bir şaqqıltıya ehtiyac 

var… 

 

Atamız var olsun! 



 

Şölə ayı, 28-il.  

Atakənd. İnam Evi. 

(İyun 2006. Bakı). 


_________________Milli Kitabxana

________________ 

 

 



359

 

  



 

 

 

 

 

 

 

 

 

 

 

 


Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə