_________________Milli Kitabxana
________________
368
gülürlər). Həmin şeydi da!.. Deyir: “Sənə heç salam verməyə dəyməz! Get sən
insanlar arasında yaşa!” (Yenə bərkdən gülürlər).
Safruh: Hə, indi davam eləyək. (Dəftərindən Sabirin sözünü oxuyur). “Bu
qərar qəti surətdə verilmişdi, Aydın da dəyyusluğu qəbul etməliydi, ya da məhv
olmalıydı. O isə birincidən də, ikincidən də yaxa qurtarmağa çalışdı.” Yəni həm
dəyyus olmasın, həm də məhv olmasın. “Bəs nəticə nə oldu? Nəticə belədir:
Aydın məhv oldu və Gültəkini də oraya eyirsiniz ki, onlar Aydın kimi deyillər.
Sabir: Onlar qiymətləndirirlər (qadın gözəlliyini), amma deyirlər yola dəxli
yoxdur də!
Safruh: (Dəftərindən Sabirin sözünü oxuyur) “Dünyada elə bir quduz ideya
yoxdur ki, üzünə Xeyir, Ədalət maskası taxmasın”. Mən burdan özüm üçün
belə bir nəticə çıxardım: İnamçılığı (İnamçılıq mən Asifçiliyə deyirəm) bundan
qorumalıyıq — quduzluqdan, maskalıqdan qorumalıyıq. Sabir müəllimin
şallağından gərək özümüzü qoruyaq. Sabir Yanardağ qadın azadlığından,
qadın-kişi hüquq tənliyindən danışır — Cəfərin “Yaşar”ıyla bağlı. “Fikrimizcə
məsələni Tərəqqi və tərəflərin bir-birinə ehtiramı həll edə bilər”. “Yaşar”dakı
İmamyardan söz edib yazır: “Onlar Şər yolu tutur, uğur qazanır, qələbələr çalır,
uğursuzluğa yaddırlar. Lakin bu yolun saxtalığı özünü orada biruzə verir ki, Şər
heç bir zaman məğlub olmasa da, hər bir bitkin hadisənin sonunda iflas edir.
Halbuki daim özünün eyni olub qalan Dünya heç bir zaman iflas etmir. Xeyirin
və Tərəqqinin şərə qarşı üstünlüyü burasındadır. Ardı-arası kəsilməyən zərbələr
altında qalan, həyatını uğursuzluqlar müşayiət edən Xeyir və Tərəqqi sonda
qələbə çalır”.
Mənim indi suallarımdan biri də bununla bağlı olacaq, sonralardan olacaq,
ona görə qabağa qaçmaq istəmirəm. “İstedadın taleyini bəşəri qanunlar idarə
edir” — Sizin fikrinizdir. — “Bəzən sənətdə dramatik ixtilafdan söhbətlər
gedir. Biz sənətə yaradıcılığın bir hissəsi kimi baxdığımıza görə ixtilaf
söhbətlərinə o qədər də etina etmirik. Bəzən deyirlər ki, aranı filankəs
qarışdırmışdır, o evyıxan adamdır. Halbuki insanın taleyini araqarışdıranlar,
evyıxanlar yox, onun öz qabiliyyəti həll etməlidir. Tərəqqinin aşağı
səviyyəsində cəmiyyətdə intizamın pozulduğu zaman fərdlər arasındakı
münasibətlər şəxsiyyətin taleyinə təsir göstərir. Bu isə yenə də Tərəqqinin
naqisliyinə işarədir… İfşa olunmuş İmamyar işini insani…”.
Sabir: Sən mənim bunlarla bağlı yazımı oxudun da?
Safruh: Kim, nəynən?
Sabir: Bunun varisliyi haqqında sual verirlər…
Safruh: Yox.
Sabir: Hə. Sonra baxarıq.
Safruh: Hə, Sabir müəllimdə Sultan Əmirli — İmamyar qarşılaşdırması
coşğun, parlaq, hızlı Asif Ata üslubundadır. O biri səhifələrdə düzənlikdə axan
çay kimi, amma bu, qarşılaşdırma…
_________________Milli Kitabxana
________________
369
Sabir: Orda monoloqlar gedir da… Düz 30 il bundan əvvəl olan yazılardır.
Safruh: “Eyni zamanda iki gözü birdən axıtmaq” — “gözü çıxartmaq”
əvəzinə “axıtmaq” kimi işlədirsiniz deyəsən? (Sabir: Hə) “Eyni zamanda iki
gözü birdən axıtmaq üçün iki barmaq yetər. Halbuki insanın iki gözü, on
barmağı var. Öz ağlının işıqlanmasına meyl etməyən adam on barmaqla iki
gözünü çıxartmış olur”.
Sabir: İki barmaq kifayətdir.
Safruh: Sabir müəllim yenə deyir: “Mən yaradacağam deyə səndən asılı və
sənə yaxın olan adamları atmaq, onları köməksiz buraxmaq… Əgər yaradıcılıq
insana zalımlıq hesabına başa gəlirsə, bəs bu kimin üçün, nə üçün, nə məqsədlə
həyata keçirilir?” Sənə yaxın uşağı atır, fərz eləyək ki, “mən teatra lazımam”…
Heylə deyir, ərin atır, uşağın atır; ya arvadın atır, uşağın atır ki, mən teatra
lazımam… Bu da deyir ki, sən bunu insan üçün eləyəcəkdin, insanın ikisini bəri
başdan… pis günə qoyursan. Elə şey var — sənətə belə yüksək qiymət vermək.
Bu, əslində şöhrətə böyük qiymət verməkdi.
Sabir: Məsələn, Jan-Valjan bütün şəhəri buraxıb, Kozettanı xilas edir.
Şəhərin məsuliyyəti mənim üstümdə deyil. Kozettanın məsuliyyəti mənim
üstümdədi.
Safruh: “Ailə bütün göstəriciləri ilə davam edirsə, heç bir şeyin, hətta
yaradıcılığın xatirinə də onu dağıtmaq olmaz.” Var ol, Sabir bəy! Orada Sizin
sözünüzdən coşmuşam: Var ol, Sabir bəy! Həyatın heç bir sahədə, heç bir
məqamda çaşmaması, daim düz yol ilə detməsi Sabir kimi ərənlərin varlığını
tələb edir. İndi yenə sizin sözünüzdü, kitiabınızın 1235-ci səhifəsində:
“Cəmiyyət həyatında qaydanı gözləməyib sürət, temp götürənlərə tarix dişini
ağardıb istehza edir. Elm də cəmiyyət həyatında bir sıçrayış olacağını seçdikdə
arada arxaya da baxmağı məsləhət bilir”.
Sabir: Bu mənim əsərimin ən zəif yeridi. Oranı bir də işləyəcəm. “Dönüş”lə
bağlıdı o, “Dönüş” peysi ilə bağlıdı.
Safruh: “Bəşər aqibəti” və ya sadəcə “Aqibət” kitabını — makinada yazılıb
cildlənmiş — Sabir müəllim iş yerinə gətirmişdi — onun arasında Asif Atanın
80-ci ildə bu kitaba dair çox dəyərli fikirləri var. Orda üç konsepsiya məsələsini
deyir… Sabir müəllim, belə bunlar adda-budda qeydlərdir. Mən suallarımı
sonra deyəcəm.
Sabir: Eybi yoxdu! İşində ol, əşi! Oturmuşuq də, işləyirik!
Safruh: “Tarix istehza eləyib öz yekununu başqa cür vurursa, bu, tamamilə
başqa məsələdi”.
Bu, Sabirin başlıca yanlışıdır. Mən özümçün yazmışam. Sabir elə bil İstibdad
adında, İstila adında nəysə bir varlıq icad eləyib, onu insanla qarşılaşdırır.
İstilanın müşahidə edildiyi yerlər” insanın zəifliyinə, tarixin də naqisliyinə
işarədir”. Ardınca yazır: “İstibdada qədər dağınıqlıq. dərəbəylik, istibdaddan
sonra isə diktatura və cılız bir demokratiya müşahidə olunur, bu, tarixin