Microsoft Word sahib eliyev doc



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə21/75
tarix12.10.2018
ölçüsü1,47 Mb.
#73591
1   ...   17   18   19   20   21   22   23   24   ...   75

Müasir  Azərbaycan  dili 
 
 
81 
şəxslə (mübtəda ilə) uzlaşdığını göstərən  əlamətlərdir.  Şəxs 
şəkilçiləri aşağıdakılardır: 
                    Şəxs şəkilçiləri 
 
I şəxs şəkilçiləri: -am
2
 (-m); -ıq
4
 (-q, -k) 
II şəxs şəkilçiləri: -san
2
 (-n); -sınız
4
 (-nız
4

III şəxs şəkilçiləri: (-), (-lar
2
). 
                    
 
                 
   Tək                                            Cəm  
     Mən işləyir-əm.                           Biz işləyir-ik. 
     Sən işləyir-sən.                            Siz işləyir-siniz.  
     O işləyir-.                                   Onlar işləyr-lər. 
 
Felin  şəkilləri.  Şəxsə görə  dəyişən fellər ifadə olunan 
hərəkətə modal münasibətə görə müxtəlif formada olur. Bu 
müxtəlif formalar felin şəkilləri adlanır. Felin şəkilləri iş 
görənin (subyektin) görülən işə münasibətini bildirir. Felin 
yeddi  şəkli var: əmr, xəbər, arzu, vacib, lazım,  şərt, davam 
şəkli. Felin şəkilləri müəyyən qayda ilə düzəlir. Bunu düstur 
formasında belə ifadə etmək olar: felin şəkilləri=felin kökü və 
ya başlanğıc forması+şəkillərin  əlamətləri (şəkilçisi)+şəxs 
şəkilçiləri. 
Felin  şəkillərini zamana görə  dəyişib-dəyişməməsinə
özünəməxsus  şəkli  əlaməti olub-olmamasına görə  aşağıdakı 
kimi qruplaşdırmaq olar: 
1.Özünəməxsus  şəkli  əlaməti olmayıb, zamana görə 
dəyişməyən, yalnız spesifik şəxs sonluqları  qəbul edən fel 
şəkilləri. Buraya felin əmr şəkli daxildir. 
2. Özünəməxsuz  şəkli  əlaməti olmayıb zaman və  şəxs 
şəkilçisi qəbul edən fellər. Bu qrupa felin xəbər şəkli daxildir. 
3. Özünəməxsus  şəkilçiləri olub, zaman şəkilçisi qəbul  
etməyən fellər. Buraya felin lazım, arzu, şərt, vacib və davam 
şəkilləri daxildir. 
Gülarə  Abdullayeva 
 
 
82
Felin əmr şəkli - əmr, buyruq, sərəncam, xahiş, nəsihət, 
məsləhət, öyüd, təklif, yalvarış  və s. bildirir. Xüsusi şəkli 
əlaməti yoxdur, felin kökünə  və ya başlanğıc formasına 
aşağıdakı şəxs şəkilçilərini artırmaqla düzəlir: 
              
 
                Tək                              Cəm 
 
   I  şəxs           -ım
4
, (-yım
4
)                  -aq
2
, (-yaq
2
)
 
   II şəxs           -                                   -ın
4
, (-yın
4
) 
   III şəxs          -sın
4                                           
-sınlar

 
I  şəxs - yazım, yazaq, II - şəxs yaz(-), yazın, III şəxs - 
yazsın,  yazsınlar.  Əmr  şəklində II şəxsin təkinin  şəkilçisi 
yoxdur, II şəxsin cəminin şəxs şəkilçisi isə  vurğu qəbul etmir: 
apa`rın, dinlə`yin və s. 
Felin xəbər  şəkli – iş  və ya hərəkətin hansı  şəxs 
tərəfindən və  nə zaman icra olunmasını bildirir. Bu şəklin də 
xüsusi qrammatik göstəricisi yoxdur, felin kökünə  və ya 
başlanğıc formasına zaman və  şəxs  şəkilçiləri artırmaqla 
düzəlir: al-dı-m, al-dı-n, al-dı (-), al-dı-q, al-ır-am, al-ır, al-ır-
sınız, al-acağ-am, al-ar-san və s. 
Felin arzu şəkli –hərəkətin icrasının və ya icra 
edilməməsinin arzu olunduğunu bildirirr. Bu şəkil felin kökünə 
və ya başlanğıc formasına -a
2
 (-ya
2
) şəkilçisi artırmaqla düzəlir. 
Çox vaxt həmin fellər  cümlədə  kaş, təki, barı  ədatları ilə 
işlənir. Bu ədatlarla işləndikdə arzu çaları daha qüvvətli nəzərə 
çarpır.  Gərək sözü ilə birgə  işləndikdə isə arzu mənasından 
uzaqlaşır və  hərəkətin icrasının gərəkliyini bildirərək vacib 
şəklinə yaxınlaşır.  Kaş yaz-a-san, gərək yaz-aq, təki gəl-ə-lər 
və s. 
Felin vacib şəkli – hərəkətin icra olunmasının və ya 
olunmamasının vacib olduğunu bildirir. Felin kökünə  və ya 
başlanğıc formasına  -malı
2
  şəkilçisini artırmaqla düzəlir: 


Müasir  Azərbaycan  dili 
 
 
83 
oxumalıyam, oxumalısan, oxumalıdır  və  s.  İnkarı  həm  -ma
2
 
inkar  şəkilçisi, həm də  deyil hissəciyi ilə düzələ bilir: 
getməliyəm-getməməliyəm-getməli deyiləm və s. 
Felin lazım  şəkli – hərəkətin icrasının lazım olub- 
olmadığını  bildirir. Felin kökünə  və ya başlanğıc formasına       
-ası
2
  şəkilçisini artırmaqla düzəlir:  ged-əsi-yəm, ged-əsi-sən, 
ged-əsi-dir, ged-əsi-yik, ged-əsi-siniz, ged-əsi-dirlər. Lazım 
şəklinin inkarı daha çox deyil inkar hissəciyi ilə düzəlir: bax-ası 
deyiləm, oxu-yası deyildir.  
Felin  şərt  şəkli – hərəkətin icra olunmasının və ya 
olunmamasının müəyyən  şərtlə bağlılığını bildirir. Felin 
kökünə  və ya başlanğıc formasına  -sa
2
  şəkilçisini artırmaqla 
düzəlir:  oxu-sa-m, oxu-sa-n, oxu-sa-(-), oxu-sa-q, oxu-sa-nız, 
oxu-sa-lar və sFelin şərt şəkli digər şəkillərdən fərqli olaraq, 
heç vaxt sadə cümlənin xəbəri olmur, həmişə tabeli mürəkkəb 
cümlənin budaq cümlə komponentində xəbər yerində durur. 
Felin davam şəkli-hərəkətin icrasının davam etdiyini 
bildirən fellərdir. Felin bu şəkli  -maqda
2
  şəkilçisi ilə yaranır. 
Məsələn, yazmaqdayam, oxumaqdasan, getməkdəyik və s.  
Felin təsriflənən formalarının sonuna idi, imiş, isə 
hissəciklərini artırmaqla fel şəkillərinin mürəkkəbi yaranır. İdi  
artırıldıqda fel şəkillərinin hekayəsi,  imiş  artırıldıqda rəvayəti, 
isə artırıldıqda şərti yaranır. İdi, imiş hissəcikləri qoşulduğu felə 
keçmiş zaman çaları verir. Isə  hissəciyi isə  şərt məzmunu 
yaradır. Lakin bu hissəcikləri  felin bütün şəkillərinə artırmaq 
olmur.  Əmr  şəklinin, ümumiyyətlə, mürəkkəbi yoxdur, şühudi 
keçmiş zamanda olan fellərə  də  idi, imiş  artırıla bilmir. Şərt, 
arzu  şəklində olan fellər   isə hissəciyi ilə işlənə bilmir. Qalan 
bütün fel şəkilləri, demək olar ki, mürəkkəb formaya da 
malikdir. Məsələn, vacib şəklinin hekayəsi:  yazmalı idim;  
rəvayəti: yazmalı imişəm,  şərti: yazmalıyamsa və s.  
Felin təsriflənməyən formalarına  məsdər, feli sifət və 
feli bağlama daxildir. Felin bu  formaları  şəxsə  və  kəmiyyətə 
Gülarə  Abdullayeva 
 
 
84
görə  dəyişə bilmir, eyni zamanda, fellə yanaşı, digər bir nitq 
hissəsinin də müəyyən əlamətlərinə malik olur. 
1.  Məsdər hərəkətin adını bildirən sözlər olub,  həm 
felin, həm də ismin xüsusiyyətlərini daşıyır.  Məsdərlər də isim 
kimi ad bildirir. Lakin isim əşyanın, məsdər isə hərəkətin adını 
bildirir. Məsdərlər fellərin kökünə  və ya başlanğıc formasına    
-maq

şəkilçisini artırmaqla düzəlir:  oxumaq,  almaq, işləmək, 
yazılmamaq və s.  
Məsdərin felə aid xüsusiyyətləri bunlardır:  hərəkət 
bildirir; təsdiq və ya inkarda olur: yatmaq, yatmamaq; təsirli və 
təsirsiz olur: aparmaq (təsirli),  baxmaq (təsirsiz); qrammatik 
məna növlərinə görə dəyişir: yazmaq, yazılmaq, yazışmaq və s; 
hərəkət məzmunu ifadə etdiyi üçün ətrafına çoxlu söz toplaya 
bilir, özündən  əvvəl gələn bu sözlərlə  əlaqəyə girərək, onları 
özünə tabe edir. Məsdərin yaratdığı bu cür birləşmələrə məsdər 
tərkibi deyilir.  
Məsdərin ismə aid xüsusiyyətləri bunlardır: ad 
bildirir:  bağlamaq, bölmək  və s.  nə? sualına cavab verir: 
yaşamaq (nə?) gözəldir  və s.  hallanır:  baxmaq, baxmağın, 
baxmağa, baxmağı, baxmaqda və s; mənsubiyyətə görə dəyişir: 
mənim baxmağım, sənin baxmağın, onun baxmağı, bizim 
baxmağımız, sizin baxmağınız  və  s; qoşmalarla işlənə bilir: 
çalışmaq üçün, çalışmağa görə  və s; xəbərlik  şəkilçisi qəbul 
edə bilir: Arzum    oxumaqdır.    Məqsədimiz  işləməkdir.  və s. 
İsim kimi cümlədə    mübtəda, tamamlıq, zərflik və ismi xəbər 
vəzifəsində  çıxış edir: Yaşamaq yanmaqdır, yanasan gərək.   
(B.Vahabzadə) O,  oxumağı hər şeydən üstün tuturdu. və s. 
Feli sifət.  Əşyanın hərəkətlə bağlı  əlamətini bildirən 
təsriflənməyən fel formasına feli sifət deyilir.  Feli sifət həm 
felin, həm də sifətin xüsusiyyətlərini daşıyır. Feli sifətlərdə felə 
məxsus cəhətlər bunlardır: Şərti olaraq zaman mənasını bildirir: 
daşmış (keçmiş z.) çay, danışan (indiki z.) tələbə,  deyiləsi 
(gələcək z.) söz və  s.;  təsirli və ya təsirsiz olur: yazını  yazan 
(təsirli),  şəhərdə  yaşayan  (təsirsiz); növ bildirir: aldığım 


Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə