Müasir Azərbaycan dili
73
xarakterikdir. Dilimizdə fel üçün səciyyəvi olan aşağıdakı
cəhətlər var:
1.
Fellərin iş görəni, işi icra edəni olur.
2.
Fellər təsdiq və inkar olur.
3.
Fellər təsirli və təsirsiz olur.
4.
Fellərdə növ kateqoriyası var.
5.
Fellərdə zaman kateqoriyası var.
6.
Fellərdə şəxs kateqoriyası var.
7.
Felin təsriflənən və təsriflənməyən formaları var.
Azərbaycan dilinin felləri zəngin lüğəvi məna növlərinə
malikdir: Bunlara aşağıdakıları misal göstərmək olar:
İş felləri: qazmaq, yazmaq, tikmək, sökmək, hörmək,
boğmaq və s.
Hərəkət felləri: getmək, gəlmək, yüyürmək, qaçmaq,
uçmaq, yola düşmək və s.
Təfəkkür felləri: düşünmək, anlamaq, dərk etmək, başa
düşmək, fikrindən keçirmək və s.
Nitq felləri: danışmaq, dillənmək, dilə gəlmək,
qışqırmaq, çığırmaq, söyləmək, boşboğazlıq etmək və s .
Görmə felləri: baxmaq, nəzər salmaq, seyr etmək, seyrə
dalmaq və s.
Eşitmə felləri: eşitmək, dinləmək, qulaq asmaq, qulaq
vermək, qulaqardına vurmaq və s.
Hal-vəziyyət felləri: ağarmaq, qorxmaq, xəstələnmək,
sağalmaq, kökəlmək, sevinmək, arıqlamaq və s.
Felin quruluşca növləri. Fellər quruluşuna görə
3 qrupa bölünür: 1. Sadə; 2. Düzəltmə; 3. Mürəkkəb fellər.
Yalnız bir kökdən ibarət olan fellərə sadə fel deyilir.
Yazmaq, yatmaq, getmək, almaq, oxumaq, gəlmək, baxmaq,
gülmək, görmək kimi fellər sadə quruluşludur. Dilimizdəki
bütün sadə fellər yalnız milli sözlərdir, sadə fellər, adətən,
azhecalı (bir, ikihecalı) olur.
Gülarə Abdullayeva
74
Düzəltmə fellər həm sadə, həm də düzəltmə sözlərə
sözdüzəldici şəkilçilər artırmaqla düzəlir. Həmin şəkilçilər ya
adlara, ya da fellərin özünə artırılır.
Azərbaycan dilində adlardan fel düzəltmək üçün
aşağıdakı şəkilçilərdən istifadə olunur:
-la
2
şəkilçisi: duzla(maq), başla(maq), izlə(mək),
gözlə(mək), təmizlə(mək), qarala(maq), yağla(maq) və s .
-laş
2
şəkilçisi: vidalaş(maq), abadlaş(maq), sözləş(mək),
yaxşılaş(maq), dilləş(mək) və s.
- lan
2
şəkilçisi: dillən(mək), kədərlən(mək), qanadlan
(maq), fərəhlən(mək), arxalan(maq), şadlan(maq) və s.
- ar
2
şəkilçisi: ağar(maq), göyər(mək), közər(mək),
yaşar(maq), otar(maq), bozar(maq) və s.
- al
2
(-l) şəkilçisi: düzəl(mək), kökəl(mək), boşal(maq),
qaral(maq), çoxal (maq), genəl(mək), daral(maq) və s.
- ı
4
şəkilçisi: bərki(mək), turşu(maq), yavaşı(maq),
ləngi(mək) və s.
-a
2
şəkilçisi: yaşa(maq), qana(maq), ələ(mək) və s.
-ılda
4
şəkilçisi:
tappılda(maq), gurulda(maq),
guppulda(maq), nərildə(mək) və s.
Bundan başqa, dilimizdə aşağıdakı qeyri-məhsuldar
feldüzəldən şəkilçilər də vardır ki, onlar həm adlardan, həm də
feldən fel düzəldir:
- sa
2
; -sı, -sın, -sin şəkilçiləri: susa(maq), qəribsə(mək),
diksin(mək), qaxsı(maq) və s. (1, səh. 69)
- imsə, ümsə şəkilçisi: mənimsə(mək), gülümsə(mək),
dadımsa(maq) və s.
- an
2
şəkilçisi: dadan(maq), hoppan(maq), gücən(mək)
və s.
- xa, -xala, -ala, -ələ, -ux şəkilçisi: ovxa(maq),
ovxala(maq), yayxala(maq), didələ(mək), qovala(maq),
səpələ(mək), çözələ(mək), durux(maq), dolux(maq), solux(maq)
və s.
-aş
2
şəkilçisi: yanaş(maq), öcəş(mək) və s.
Müasir Azərbaycan dili
75
-ırğa şəkilçisi: yadırğa(maq) və s.
-ən şəkilçisi: gücən(mək) və s .
-qun şəkilçisi: udqun(maq) və s .
-ik, -ük şəkilçisi: gecik(mək), döyük(mək) və s.
Dilçilik kitablarında aşağıdakı şəkilçilər feldən fel
düzəldən şəkilçilər kimi qeyd olunur:
-ıl
4
şəkilçisi: aparıl(maq), səpil(mək), pozul(maq),
süzül(mək) və s.
-dır
4
şəkilçisi: çatdır(maq), gəzdir(mək), dondur(maq),
öldür(mək) və s .
-ış
4
şəkilçisi: qaçış(maq), deyiş(mək), görüş(mək), vuruş
(maq) və s.
-ın
4
şəkilçisi: çəkin(mək), daşın(maq), yolun(maq),
deyin (mək) və s.
-ıt
4
şəkilçisi: axıt(maq), qorxut(maq), çürüt(mək),
ləngit(mək), bərkit(mək) və s.
-ır
4
şəkilçisi: qaçır(maq), bişir(mək), doyur(maq),
keçir(mək), bitir(mək) və s.
-ar
2
şəkilçisi: qopar(maq), çıxar(maq) və s.
Mürəkkəb fellər iki və daha artıq sözün birləşməsindən
yaranır. İsim, sifət və zərflərdən fərqli olaraq, mürəkkəb fellər,
demək olar ki, bitişik yazılmır. Bir neçə söz istisnadır:
sağollaşmaq, xudahafizləşmək, istiotlamaq, xoşhallanmaq.
Mürəkkəb fellər daha çox aşağıdakı yollarla yaranır:
1.Yaxın və ya əksmənalı fellərin birləşməsindən. Bu
zaman, adətən, birinci fel -ıb
4
şəkilçisi ilə işlənir: gəzib-
dolaşmaq, yazıb-pozmaq, əsib-coşmaq, küsüb-barışmaq,
atılıb-düşmək və s. Belə fellərin hər iki tərəfi eyni zamanda
qrammatik cəhətdən dəyişə bilir: gəzir-dolaşır, yazır-pozur,
əsir-coşur, küsür-barışır, atılır-düşür və s. Bu cür mürəkkəb
fellər defislə yazılır.
2.Mürəkkəb fellərin başqa bir qismi etmək, eləmək,
olmaq köməkçi fellərini digər hiss hissələrinə artırmaqla, eləcə
də -a
2
(-ya
2
) şəkilçisini qəbul etmiş felə bilmək sözünü
Gülarə Abdullayeva
76
artırmaqla düzəlir: qəm etmək, qohum olmaq, xəstə olmaq, yaza
bilmək, oxuya bilmək və s . Belə fellərin birinci tərəfi qrammatik
cəhətdən dəyişə bilmir, yalnız ikinci tərəfi dəyişir: qohum
olacağıq, yaza bilmədim. Bu yolla yaranan fellər ayrı yazılır.
Onlara tərkibi fellər də deyilir.
3.Mürəkkəb fellərin bir qrupunu isə feli frazeoloji
vahidlər təşkil edir ki, onlar da mürəkkəb fel hesab olunur:
qulaq asmaq, başa düşmək, başa salmaq, gözdən düşmək və s.
Fellər hərəkətin icra edilib-edilmədiyinə görə təsdiq və
inkarda olur. Hərəkətin icra edildiyini və ya ediləcəyini bildirən
fellərə təsdiq fellər deyilir. Məsələn, oxuyur, gələcək, qorumaq,
qaçanda və s. Təsdiq felləri əmələ gətirmək üçün heç bir
şəkilçidən istifadə edilmir, yəni inkar şəkilçisi olmayan hər bir
fel özlüyündə təsdiqdə sayılır. İnkar fellər təsdiq fellərin
kökünə və ya başlanğıc formasına -ma
2
şəkilçisi, bəzən də deyil
inkar hissəciyi artırılmaqla düzəlir: almadı, satmayacaq, sönəsi
deyil, kəsməli deyilik və s. Felin indiki və qeyri-qəti gələcək
zamanlarında - ma
2
inkar şəkilçisinin saiti düşür. Baxmayır-
baxmır, qaçmayıram-qaçmıram oxumayar-oxumaz və s.
Fellərə xas olan cəhətlərdən biri ismin müxtəlif
hallarında olan sözlərlə (yiyəlik haldan başqa) əlaqələnərək
onları özündən asılı vəziyyətə salmaqdır. Bu zaman təsir
göstərdiyi obyektlə əlaqə formasından asılı olaraq fellər iki cür
olur: təsirli və təsirsiz fellər. Əgər fel özündən asılı olan, yəni
idarə etdiyi sözün təsirlik halında olmasını tələb edirsə, belə
fellərə təsirli fellər deyilir. Başqa sözlə, təsirli fellər obyektlə
birbaşa əlaqələnir. Məsələn , məktubu oxumaq, dərsi öyrənmək,
vətəni sevmək, yeməyi yemək və s. Əgər fel özündən asılı olan,
idarə etdiyi sözün təsirlik haldan qeyri digər hallarda olmasını
tələb edirsə, əşya ilə birbaşa deyil, dolayı yolla əlaqələnirsə,
belə fellərə təsirsiz fellər deyilir. Məsələn, filmə baxmaq, stulda
oturmaq, evə gəlmək və s. Dilimizdə elə fellər də vardır ki,
omonimlik xüsusiyyətinə malik olmaqla həm təsirli, həm də
təsirsiz fel kimi çıxış edir. Məsələn, gülü üzmək (təsirli), suda
Dostları ilə paylaş: |