Vətən həsrətli, barıt qoxulu sətirlər
61
Göy odlar çıxsa da mənim canımdan.
Qocaman əmimsən, həmi ustadım,
Kim olar başçısı bizim övladın.
Yat! Əmi, rahat yat qara torpaqda,
Unutmaram səni mən heç bir an da.
Qoşaram adına bir neçə dastan,
Gələcək tarixə səni tanıdan.
Onlar da oxuyub anarlar səni,
Tarix nişanəsi, böyük dədəni.
Ey əmi, dilimdə olarsan əzbər.
Mən şair oğlunam, mən şair Səftər.
25.VIII.1943-cü ildə dayısı Bəkir və əmisi
Cəbrayılın ölümündən iki il keçəndən
xəbər verildikdən sonra Kursk vilayətinin
Voropayev kəndində yazılmışdır
DNEPR
Gəlibən yetişdik sahillərinə,
Keçirik üstündən qoca Dneprin.
Başlayıb Volqadan, keçmişik Donu,
Keçmişik Şos çayı, həmi Desnanı.
İndi də çatmışıq Dnepr sənə,
Köhnə dostlarındı gəlib üstünə.
Qonaq gəlib sənə əziz dostların,
Sovet döyüşçüsü, öz tanışların.
Yığılıb gəliblər səni görməyə,
Bu azad ölkədən xəbər verməyə.
Sevinclə qarşılar bizi duyğular,
Səftər Həsənzadə
62
Azadə səs ilə mahnı oxuyar.
Nəki var söyləyir bizə dalğalar,
Bir zaman qalmışdı burda azğınlar.
Şikayət edirlər onlardan bizə,
Mahnı deyə-deyə başlayır sözə.
Deyir: «Qulaq asın, ey əzizlərim,
Sovet döyüşçüsü qara nərlərim».
Doğrudur sözlərim, deyildir yalan,
Kim idi millətin qaydına qalan.
Neçəsin öldürüb, neçəsin asıb,
Neçəsin diricə bu çaya atıb,
Çox zülm eylədi bizə heyvanlar,
Qalmadı bəlkə də körpə - çağalar.
Dalğalar söyləyir, Dnepr axır,
Ləpələr sahildən, sahilə qalxır,
Guya ki, sevinir qoca dalğalar,
Zülmdən qurtarmış, yəqin ki, onlar.
Qurtardıq söhbəti keçdik o taya,
Quruldu körpülər o enli çaya.
Meydan igidləri, meydan ərləri,
Sovet ölkəsinin döyüşçüləri.
Yeriyir irəli, hey yorulmadan,
Doğma vətən üçün keçirlər candan.
İt kimi çəkilir geri düşmənlər,
Nemes paltarında o partizanlar.
Kəsir dəmiryolun, sökür zavodu,
Yandırır boyepripas, həm də anbarı.
Daxildə düşmənə verilir zəfər,
Partizan dəstəsi neçə min nəfər,
Çalışır vətənin azadlığına.
Başladıq Volqadan, keçdik Kubana,
Şimali Qafqazdan, Rostovla Dona.
Vətən həsrətli, barıt qoxulu sətirlər
63
Krımı, Donbası, Zaparojeni,
Bryansk, Oryolu, Xarkovu, Sumı.
Dnepr, Poltava, həmi Tulanı.
Sözlərim dürüstür, yoxdur yalanı.
O murdar itlərdən eylədi azad,
Bilmərik yorulmaq nədi ki bir zad.
Dedik: «Salamat qal, qoca Dnepr,
Qırmızı ordumuz arxadan gəlir.
Onlara yol göstər, körpü ver keçsin,
Əzilən millətin halına yetsin.
Sarsılmaz qüvvəmiz çaydan, dənizdən,
Qovuruq itləri vətənimizdən.
Bizimkidir indi biləsiz hər yer,
Bizimkidir daha Desna, Dnepr».
Oynayır silahlar, dayanmır qanlar,
Quduran itlərsə ölüb qırılar.
İndi o itlərin tamamdı qırxı,
Batıbdı taleyin çevrilib çarxı.
Atalar məsəli: «Böyük xalqlar da,
Qırılar qırğında, qalar torpaqda».
Qoy indi tanısın bizi hər mahal,
Vermirik düşmənə döyüşdə macal.
Qoy tanısın düşmən bizi kimlərik,
Doğmaca vətənin döyüşçüsüyük.
Biz sovet mülkünün gözətçiləri,
Qoymarıq vətənə yad köpəkləri.
Düşsə bağımıza düşmən ayağı,
Bax belə kəsilər burnu, qulağı.
Azıban itirər gəldiyi yolun,
Kəsdirər meydanda başın, həm qolun.
Biz hamımız birik, bir vətəndaşıq,
Birdir fikirmiz, məqsədimiz bir,
Bizim vətənimiz sovet elidir.
Səftər Həsənzadə
64
Atamızdır bizim böyük Stalin,
Şuası, günəşi sovet elinin.
İndiki səhnəni düşünür qəlbim,
Yazır tarix üçün şair qələmim.
Oxuyar tarixdə yeni nəsillər,
İndiki əsrdən belə səhifələr.
Qırmızı cəbhədə şanlı bir əsgər,
Azərbaycanlıyam mən şair Səftər.
25.VIII.1943-cü ildə Sovet-German müharibəsində
əvvəl Sovet hökumətinin əlində olub istifadə etdiyi
böyük Dnepr çayı düşmən hücumu zamanı sovetin
əlindən çıxaraq almanların əlinə keçir. Sonra sovet
gücünü toplayaraq yenidən hücuma keçir. Hücum
edənlərin sırasında Səftər Həsənzadə də olub. Dnepr
çayına çatarkən bu şeiri Kursk vilayətindəki Voropayev
kəndində yazmışdır
NƏSİHƏT
Nəsihət edirəm, oğul, mən sənə,
Fikir ver dərindən şair dədənə.
Deyil ki sözlərim biləsən hədər,
Mənim Vahidarım, ey oğul Sərdər,
Gəzmə küçələrdə səfil, sərgəndar.
Eyləmə oğurluq, oynama qumar,
Eyləmə xəyanət, haramzadəlik.
Adam ol, adamla gəz, etmə gedəlik.
Ağır dur, ağır otur, danışma hədyan,
Qoy desin «mərhəba» səni tanıyan.
Vətən həsrətli, barıt qoxulu sətirlər
65
Hörmətin çox olar xalq arasında,
Oğlum, səni sevər qohumda, yadda.
Səftər Həsənzadə
66
Eşit sözlərimi demə, əfsanə,
Yaxşı ol, yaxşılıq getməz yamana.
Nanəcim olsan sən heç cür yaramaz,
Nə xeyrə, nə şərə kimsə çağırmaz.
Səy et dərs, kitaba, qalma elimdən,
Anla gələcəyi, tarixi öyrən.
Uyma dövlət, mala, etmə cavanlıq,
Elmli olarsan - yeyərsən artıq.
Bil ki, elm insançün dövlətdi, maldı,
İpəkdi dəyərli, həm də ki şaldı.
Elmin olsa əgər barı cahanda,
Nağdıca puldu o hər bir zamanda.
Eşit sözlərimi, saxla yadında,
Çox çalışmaq lazım elm yolunda.
Bu yolda çalışdım, ey oğul, mən də,
Bolluca bir çörək tapdım elmdə.
Elmlə qazanmaq olar dünyada,
Həm dəki yetişmək olar murada.
Ey mənim, vahidim, dinlə atanı,
Bəşər üçün çalış, bəzə dünyanı.
Xainlik eləmə, oğul, bir kəsə,
Hər kəs səni deyib, qapına gəlsə.
Qaytarma qapıdan geri heç zaman,
Dostları ilə paylaş: |