Microsoft Word Sefter Hesenzade book doc


Vətən həsrətli, barıt qoxulu sətirlər



Yüklə 385,77 Kb.
Pdf görüntüsü
səhifə11/13
tarix14.04.2018
ölçüsü385,77 Kb.
#38512
1   ...   5   6   7   8   9   10   11   12   13

Vətən həsrətli, barıt qoxulu sətirlər 

 

61



Göy odlar çıxsa da mənim canımdan. 

 

Qocaman əmimsən, həmi ustadım, 



Kim olar başçısı bizim övladın. 

 

Yat! Əmi, rahat yat qara torpaqda, 



Unutmaram səni mən heç bir an da. 

 

Qoşaram adına bir neçə dastan, 



Gələcək tarixə səni tanıdan. 

 

Onlar da oxuyub anarlar səni, 



Tarix nişanəsi, böyük dədəni. 

 

Ey əmi, dilimdə olarsan əzbər. 



Mən şair oğlunam, mən şair Səftər. 

 

25.VIII.1943-cü ildə dayısı Bəkir və əmisi 



Cəbrayılın ölümündən iki il keçəndən 

xəbər verildikdən sonra Kursk vilayətinin 

Voropayev kəndində yazılmışdır 

 

 

  DNEPR 

 

Gəlibən yetişdik sahillərinə

Keçirik üstündən qoca Dneprin. 

Başlayıb Volqadan, keçmişik Donu, 

Keçmişik Şos çayı, həmi Desnanı. 

İndi də çatmışıq Dnepr sənə, 

Köhnə dostlarındı gəlib üstünə. 

Qonaq gəlib sənə əziz dostların, 

Sovet döyüşçüsü, öz tanışların. 

Yığılıb gəliblər səni görməyə, 

Bu azad ölkədən xəbər verməyə. 

Sevinclə qarşılar bizi duyğular, 



Səftər Həsənzadə 

 

62



Azadə səs ilə mahnı oxuyar. 

 

 



Nəki var söyləyir bizə dalğalar, 

Bir zaman qalmışdı burda azğınlar. 

Şikayət edirlər onlardan bizə

Mahnı deyə-deyə başlayır sözə. 

Deyir: «Qulaq asın, ey əzizlərim, 

Sovet döyüşçüsü qara nərlərim». 

Doğrudur sözlərim, deyildir yalan, 

Kim idi millətin qaydına qalan. 

Neçəsin öldürüb, neçəsin asıb, 

Neçəsin diricə bu çaya atıb, 

Çox zülm eylədi bizə heyvanlar, 

Qalmadı bəlkə də körpə - çağalar. 

Dalğalar söyləyir, Dnepr axır, 

Ləpələr sahildən, sahilə qalxır, 

Guya ki, sevinir qoca dalğalar, 

Zülmdən qurtarmış, yəqin ki, onlar. 

Qurtardıq söhbəti keçdik o taya, 

Quruldu körpülər o enli çaya. 

Meydan igidləri, meydan ərləri, 

Sovet ölkəsinin döyüşçüləri. 

Yeriyir irəli, hey yorulmadan, 

Doğma vətən üçün keçirlər candan. 

İt kimi çəkilir geri düşmənlər, 

Nemes paltarında o partizanlar. 

Kəsir dəmiryolun, sökür zavodu, 

Yandırır boyepripas, həm də anbarı. 

Daxildə düşmənə verilir zəfər, 

Partizan dəstəsi neçə min nəfər, 

Çalışır vətənin azadlığına. 

Başladıq Volqadan, keçdik Kubana, 

Şimali Qafqazdan, Rostovla Dona. 



Vətən həsrətli, barıt qoxulu sətirlər 

 

63



Krımı, Donbası, Zaparojeni, 

Bryansk, Oryolu, Xarkovu, Sumı. 

Dnepr, Poltava, həmi Tulanı. 

 

Sözlərim dürüstür, yoxdur yalanı. 



O murdar itlərdən eylədi azad, 

Bilmərik yorulmaq nədi ki bir zad. 

Dedik: «Salamat qal, qoca Dnepr, 

Qırmızı ordumuz arxadan gəlir. 

Onlara yol göstər, körpü ver keçsin, 

Əzilən millətin halına yetsin. 

Sarsılmaz qüvvəmiz çaydan, dənizdən

Qovuruq itləri vətənimizdən. 

Bizimkidir indi biləsiz hər yer, 

Bizimkidir daha Desna, Dnepr». 

Oynayır silahlar, dayanmır qanlar, 

Quduran itlərsə ölüb qırılar. 

İndi o itlərin tamamdı qırxı, 

Batıbdı taleyin çevrilib çarxı. 

Atalar məsəli: «Böyük xalqlar da, 

Qırılar qırğında, qalar torpaqda». 

Qoy indi tanısın bizi hər mahal, 

Vermirik düşmənə döyüşdə macal. 

Qoy tanısın düşmən bizi kimlərik, 

Doğmaca vətənin döyüşçüsüyük. 

Biz sovet mülkünün gözətçiləri, 

Qoymarıq vətənə yad köpəkləri. 

Düşsə bağımıza düşmən ayağı, 

Bax belə kəsilər burnu, qulağı. 

Azıban itirər gəldiyi yolun

Kəsdirər meydanda başın, həm qolun. 

Biz hamımız birik, bir vətəndaşıq, 

Birdir fikirmiz, məqsədimiz bir, 

Bizim vətənimiz sovet elidir. 

Səftər Həsənzadə 

 

64



Atamızdır bizim böyük Stalin, 

Şuası, günəşi sovet elinin. 

İndiki səhnəni düşünür qəlbim, 

Yazır tarix üçün şair qələmim. 

 

Oxuyar tarixdə yeni nəsillər, 



İndiki əsrdən belə səhifələr. 

Qırmızı cəbhədə şanlı bir əsgər, 

Azərbaycanlıyam mən şair Səftər. 

 

25.VIII.1943-cü ildə Sovet-German müharibəsində 



əvvəl Sovet hökumətinin əlində olub istifadə etdiyi 

böyük Dnepr çayı düşmən hücumu zamanı sovetin 

əlindən çıxaraq almanların əlinə keçir. Sonra sovet 

gücünü toplayaraq yenidən hücuma keçir. Hücum 

edənlərin sırasında Səftər Həsənzadə də olub. Dnepr 

çayına çatarkən bu şeiri Kursk vilayətindəki Voropayev 

kəndində yazmışdır 

 

 

      NƏSİHƏT 

 

Nəsihət edirəm, oğul, mən sənə, 

Fikir ver dərindən şair dədənə. 

 

Deyil ki sözlərim biləsən hədər



Mənim Vahidarım, ey oğul Sərdər, 

 

Gəzmə küçələrdə səfil, sərgəndar. 



Eyləmə oğurluq, oynama qumar, 

 

Eyləmə xəyanət, haramzadəlik. 



Adam ol, adamla gəz, etmə gedəlik. 

 

Ağır dur, ağır otur, danışma hədyan, 



Qoy desin «mərhəba» səni tanıyan. 


Vətən həsrətli, barıt qoxulu sətirlər 

 

65



 

Hörmətin çox olar xalq arasında, 

Oğlum, səni sevər qohumda, yadda. 

 

Səftər Həsənzadə 

 

66

 



Eşit sözlərimi demə, əfsanə, 

Yaxşı ol, yaxşılıq getməz yamana. 

 

Nanəcim olsan sən heç cür yaramaz



Nə xeyrə, nə şərə kimsə çağırmaz. 

 

Səy et dərs, kitaba, qalma elimdən, 



Anla gələcəyi, tarixi öyrən. 

 

Uyma dövlət, mala, etmə cavanlıq, 



Elmli olarsan - yeyərsən artıq. 

 

Bil ki, elm insançün dövlətdi, maldı, 



İpəkdi dəyərli, həm də ki şaldı. 

 

Elmin olsa əgər barı cahanda, 



Nağdıca puldu o hər bir zamanda. 

 

Eşit sözlərimi, saxla yadında, 



Çox çalışmaq lazım elm yolunda. 

 

Bu yolda çalışdım, ey oğul, mən də, 



Bolluca bir çörək tapdım elmdə. 

 

Elmlə qazanmaq olar dünyada, 



Həm dəki yetişmək olar murada. 

 

Ey mənim, vahidim, dinlə atanı, 



Bəşər üçün çalış, bəzə dünyanı. 

 

Xainlik eləmə, oğul, bir kəsə, 



Hər kəs səni deyib, qapına gəlsə. 

 

Qaytarma qapıdan geri heç zaman, 




Yüklə 385,77 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə