Microsoft Word Sefter Hesenzade book doc


Vətən həsrətli, barıt qoxulu sətirlər



Yüklə 385,77 Kb.
Pdf görüntüsü
səhifə9/13
tarix14.04.2018
ölçüsü385,77 Kb.
#38512
1   ...   5   6   7   8   9   10   11   12   13

Vətən həsrətli, barıt qoxulu sətirlər 

 

47



9.VII.1943-cü ildə Qərb 

cəbhəsində yazılmışdır 

 

MƏNİM TAĞIM 



 

Əzəl başdan sənə salam edirəm, 

Eşit salamımı, a mənim Tağım. 

Öyrənib yerini indi bilirəm, 

Eşit salamımı, a mənim Tağım. 

 

Dəfələrlə məktub yazdım Vətənə, 



Yoxdu cavab yazan, əzizim, mənə, 

Şükür olsun o Allahı-Kərimə, 

Eşit salamımı, a mənim Tağım. 

 

İki məktub gəldi mənə Vətəndən, 



Biri öz evimdən, biri Xəlildən, 

Oxuyub halıyam hər birisindən, 

Eşit salamımı, a mənim Tağım. 

 

Könül evim eylər elə hey kədər



Gecələr yuxum yox səhərə qədər, 

Yazıblar ki, yoxdu Paşadan xəbər, 

Eşit salamımı, a mənim Tağım. 

 

Nə isə belədir, mənim əzizim, 



Çoxdu ürəyimdə alovlu sözüm, 

İndi az yazıram, biləsən özüm, 

Eşit salamımı, a mənim Tağım. 

 

Hələlik bəs edər elə bu qədər, 



Unutma, kağız yaz, mənimçün göndər, 

Çırpınır qəlbimdə Abdulla, Sərdər, 

Eşit salamımı, a mənim Tağım. 

 

Dəli könlüm yenə hey qübar eylər, 



Leylisin itirmiş Məcnuna bənzər, 

Səftər Həsənzadə 

 

48



Hissim deyər, şair dilim nə söylər, 

Eşit salamımı, a mənim Tağım. 




Vətən həsrətli, barıt qoxulu sətirlər 

 

49



 

KAĞIZ 

 

Aydın olsun gözlərim: aldım anamdan bir kağız, 

Könlümə fərəh verən bir qiymətli dürdür kağız. 

 

Oxudum, ördüm, gözə sürtdüm,- dedim: «Sərdar mərhəba», 



Gözüm üstə var yerin bir könlüm üçün pirdir kağız. 

 

Çəkirdim intizarı, gözlərimdə neçə ildi. 



Şükür olsun Allahıma necə şirindir gör kağız. 

 

Sizdən ayrı o qədər yaş tökmüşəm mən dəmbədəm. 



Yasa batıb, islanıb o, bəlkə ölübdür kağız. 

 

Alıram ildə birin, bilməm yazan yoxdur necə? 



Bilmirəm harda qalıb, Allah, mənə yetir, kağız. 

 

Gündə yazıram evə, cavab alam hər birinə. 



Dərdli könüllər bilər bu dünyada nədir kağız, 

 

Hər yetən yazanları qılma bədəli bu çarə, 



Yadigar Səftərdən bir ömür-gündür kağız. 

 

15.VII.1943-cü ildə yazılmışdır 

 

 

   DURNALAR 



 

Bölük-bölük havalarda gəzirsiz, 

Çıxmısınız seyrəngaha durnalar. 

Üz tutuban hansı yerə gedirsiz? 

Ayrılırsız bizdən daha, durnalar?! 

 

Neçə gündü bu səfərdən gəlirsiz? 



Hardan keçib, indi hardan gəlirsiz? 

Ayrılıban dost-yoldaşdan gəlirsiz



Səftər Həsənzadə 

 

50



Hicran üzür, ömür baha, durnalar. 

 

Yetirin naməmi Qafqaz elinə, 



Salam söyləyiniz vətənə əhlinə, 

Vətəndən bir xəbər gətirin mənə, 

Çarəm qalıb bir Allaha, durnalar. 

 

Neçə ildir mən düşmüşəm aralı, 



Qərib eldə gülün rəngi saralı, 

Sorsanız ki, sənin əslin haralı, 

Bu dərddən qurtarmaz yaxa, durnalar. 

 

Bilirəm tanırsız Azərbaycanı, 



Şamaxı, Ucarı, Gəncə, Səlyanı. 

Göyçay qəzasında köhnə Şilyanı, 

Könlüm indi dönüb şaha, durnalar. 

 

Deyin görüm, səfəriniz hayana?! 



Şamaxıya, ya Bakıya, Səlyana. 

Aparın naməmi atın Şilyana, 

Çıxıbdır sevincim yoxa, durnalar. 

 

Ayrılıb vətəndən bilmirəm nədən, 



Satılıban gəldim Krıma birdən, 

Nə isə xahişim belədir sizdən, 

Qoymayın dərd məni yıxa, durnalar. 

 

Sözüm çoxdu, bir kəsim yox deyəsi, 



Kimim var ki, əhvalımı biləsi, 

Yetişsin dadıma Allah bəndəsi, 

Oduma bir leysan yağa, durnalar. 

 

Sağ-salamat bu səfərdən dönəsiz, 



Birbəbir vətəni gəzib görəsiz, 


Vətən həsrətli, barıt qoxulu sətirlər 

 

51



Köhnə yurddan mənə xəbər verəsiz, 

Baxın bu nisgilə, aha, durnalar



Səftər Həsənzadə 

 

52



 

Başlayıb əjdaha bizimlə cəngi, 

Yeridir döyüşə şiri, pələngi, 

Toplayır gətirir fini, firəngi, 

Allah üzümüzə baxa, durnalar. 

 

Coşub qəmli könlüm - nə eyləyir xun, 



Didəmdən tökülən göz yaşım ceyhun, 

Bilmirəm Fərhadam, yaniki Məcnun?! 

Dönüb yalvarıram dağa, durnalar. 

 

Gah yaman kövrəlir, gah ağlayıram, 



Gah olur ki, keçən günüm sayıram, 

Vidadidən artıq indi şairəm

Bənzər qatarımız oxa, durnalar, 

 

Bir baş çəkin mən qəribin halına, 



Dastan ilə namə, durnam telinə, 

Şairi Səftərdən Qafqaz elinə, 

Yetirin Vətənə dua, durnalar. 

 

 



     SALAM 

 

Salam sizə məndən, ey əhli vətən! 

Bir neçə ildir ki ayrıyam sizdən. 

Qəbul eyləyiniz salamlarımı, 

Böyükdən kiçiyə birbəbir hamı. 

Bilin sizinkiyəm, öz övladınız, 

Dilimdə əzbərdi daim adınız, 

Unutmaram sizi qalsam neçə il, 

Qırmızı orduda elə müttəsil. 

Salam söyləyirəm sizlərə haman

Qırmızı cəbhədə olduğum zaman. 

Qırmızı əsgərəm indi cəbhədə, 

Zəfərlər verirəm düşmənə gündə. 



Vətən həsrətli, barıt qoxulu sətirlər 

 

53



Döyüş meydanında deyiləm yalqız, 

Səftər Həsənzadə 

 

54



 

Neçə milyon oğlan, neçə milyon qız. 

Girişirik hərbə neçə pəhləvan, 

Alırıq düşməndən qanımıza qan. 

Havada təyyarə eyəyir çövlan, 

Şığayır düşmənə necə ki tərlan. 

Buraxır bombanı qanlı düşmana, 

Göy üzü bənzəyir qırmızı qana. 

Bir yandan bombanın alovlu səsi, 

Bir yandan topların qızıl gülləsi. 

Qarışır bir yerə elə bir zaman, 

Qopubdur qiyamət elə bil haman. 

Sovet ölkəsinin döyüşçüləri, 

Qaytarır vətəndən azğın itləri. 

Salam sizə məndən, ey əhli vətən! 

Xahişim belədir, deməli, sizdən, 

Salam göndərirəm sizə könüldən

Bu coşan ürəkdən, söyləyən dildən. 

Yazan qələmimdən, mürəkkəbimdən, 

Mənə məskən olan bu qürbət eldən. 

Salam söyləyirəm hər bir ağızdan, 

Sizinlə görüşə gedən kağızdan. 

Yetirin salamımı vətən əhlinə, 

Qocaya, cavana, qıza gəlinə. 

Bütün məktəbliyə, müəllimlərə, 

Kolxozda çalışan hər işçilərə. 

Oxuyun salamımı o bizim eldə, 

Qoyun əzbər olsun hər bir könüldə. 

Oluna dillərdə salamım əzbər, 

Qoy eşitsin anam, həm də ki Sərdər, 

Bilsinlər onlar da - mən salamatam

İki ildir onlardan kağız almıram. 

Salam sizə məndən, ey əhli Vətən, 

Bir neçə ildir ki ayrıyam sizdən. 

Eşidin salamın qızıl əsgərin, 



Yüklə 385,77 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə