Microsoft Word Sefter Hesenzade book doc


Vətən həsrətli, barıt qoxulu sətirlər



Yüklə 385,77 Kb.
Pdf görüntüsü
səhifə10/13
tarix14.04.2018
ölçüsü385,77 Kb.
#38512
1   ...   5   6   7   8   9   10   11   12   13

Vətən həsrətli, barıt qoxulu sətirlər 

 

55



Köhnə vətənliniz şair Səftərin. 

 

   A MƏKTUB 

 

Yazıban mən səni salıram yola, 

Gedib yetişəsən yurda, a məktub. 

Yetir salamımı elə, mahala, 

Xəbər ver, nələr var burda, a məktub. 

 

Get bizim Qafqaza, Azərbaycana, 



Salam söylə məndən əhli Şilyana, 

Tanıyıb bilənə, əhval sorana, 

Həm qohum, həm də ki yada, a məktub. 

 

Nə zamandı mən düşmüşəm aralı, 



Qəriblikdə gülü-rəngim saralı, 

Mən ovçuyam itirmişəm maralı, 

Bəlkə də qalıbdı torda, a məktub. 

 

Vətəndən çıxdığım indi beş ildir, 



Bu necə vilayət, bu necə eldir, 

Bu neçə zamandır, bu neçə gündür, 

Yada düşür dost da, yar da, a məktub. 

 

Salam söylə məndən qoca anama, 



Yaxşı olan qismət olmaz yamana. 

Salam söylə Sərdar, Tavad, Sonama, 

Hardadır o günlər, harda, a məktub. 

 

Qoca bir şairəm - adımdı Səftər, 



Məni Məcnun edib bu qəmli sözlər, 

Könül qübar edib Sərdəri gözlər, 

Qoyma məni daha darda, a məktub 

 

13.VII.1943-cü ildə yazılmışdır





Səftər Həsənzadə 

 

56



 

GƏLMƏDİ 

 

Cavan ikən düşdüm çöldən çöllərə, 

Getdi cavanlığım yenə gəlmədi. 

Satıldım əllərdən düşdüm əllərə

Mən axtaran bir zamana gəlmədi. 

 

Tərk etdim Vətəni, çıxdım bir zaman, 



Düşdüm çöldən-çölə elə beygüman, 

Axtardım Vətəndən tapam bir nişan, 

Dəli könül bir divana gəlmədi. 

 

Keçirdim dövranı qərib ellərdə, 



Dastanlarım əzbər oldu dillərdə, 

Krımda, Rusyada, elə hər yerdə, 

Vətənimdən bir nişana gəlmədi. 

 

Ayrılalı vətənimdən, elimdən, 



Qürbət eldə nələr keçdi könlümdən, 

Mən şairəm – biləsiz, dərd əlindən, 

Haray çəkdim bir dərmana gəlmədi. 

 

Neçə namə yazdım, gəlmədi cavab, 



Könül necə etsin dəxi buna tab

Bilmirəm nə işdi, bu necə hesab?! 

Nə bir namə, nə nişanə gəlmədi. 

 

Gündə məktub yazıb göndərdim elə, 



Qəmli könlüm daşıb nə döndü selə, 

Gözlədim Vətəndən bir namə gələ, 

Əridim, taqətim cana gəlmədi. 

 

Bir neçə külfətim qalıbdı başsız, 



Qalıbdı çörəksiz, həm də ki aşsız, 

Anam oğul deyə, bacı qardaşsız, 




Vətən həsrətli, barıt qoxulu sətirlər 

 

57



Dərdi elə artdı sana gəlmədi. 

 

Ayrı düşdüm Vətənimdən, yurdumdan, 



Uzaqlaşdım qoşunumdan, ordumdan, 

Şairi Səftərə öz Sərdarından, 

Pis günlərim heç bir sana gəlmədi. 

 

5.VIII.1943-cü ildə Kursk vilayəti 



Zolotuxinski rayonu «Step»xutorunda 

yazılmışdır 

 

 



ANA 

 

Salam sənə məndən, mehriban ana! 

Xeyli zamanlardı həsrətəm sana. 

 

Görmürəm bir neçə ildir ki səni, 



Qocaldıb biləsən, dərdin ha məni. 

 

Dərdini çəkməkdən ağarıb başım, 



Sərasər tökülür elə göz yaşım. 

 

Yoxdu bir xəbərim - heç ana səndən, 



Beşinci ildir ki, bilmirəm nədən. 

 

Ayrılalı səndən, ana, nə zaman, 



Həsrətin çəkirəm biləsən haman. 

 

Nə deyək, yazılmış qəzadır belə, 



Səbrdən başqa şey nə gəlir ələ. 

 

Anacan, lazımdır səbr eyləmək. 



Yəqin, belə qalmaz, bir düzələcək, 

 

Böyütmüsən bizi zəhmət çəkərək. 



Səftər Həsənzadə 

 

58



Bir şəfa görəndən yenə qaldım tək. 

 

Salam sənə məndən mehriban ana, 



Həsrətəm biləsən elə mən sana. 

 

Həsrətin qaynayır hər zaman məndə, 



Dərdini çəkirəm elə bədəndə. 

 

Nə qədər yazıram sizə namələr, 



Gözləyirəm sizdən bir cavab gələr. 

 

Yoxdu elə bir şey - gəlməyir cavab, 



Nə könül dincəlir, nə göz edir xab. 

 

Gözüm qalıb yolda, ana, biləsən, 



Mənə öz halından xəbər verəsən. 

 

Ana, salam söylə bacılarıma, 



Fatmaya, Tavada, həm Sərdarıma. 

 

Yetir salamımı mənim kimim var, 



Bilsinlər ki, sağam bütün qonşular. 

 

Bu salamı qəbul etsinlər məndən. 



Öz övladınızdan, adı Səftərdən. 

 

17.VIII.1943-cü ildə Vətəndən, 



əzizlərindən kağız almadığına 

görə yazmışdır 

 

 



BƏKİR BƏŞİR OĞLU VƏ CƏBRAYIL 

DOLUXAN OĞLUNUN ÖLÜMÜNƏ HEYFSLƏNMƏ 

 

Yatmışdım yuxuda gördüm vətəni, 

Nədənsə titrəmə tutdu bədəni. 

 

Ayılıban durdum bir dəm yuxudan, 




Vətən həsrətli, barıt qoxulu sətirlər 

 

59



«Vətəndən kağız var» - deyə qışqıran. 

Səftər Həsənzadə 

 

60



 

Bir nəfər yoldaşın səsin eşitdim, 

Alıb kağızları birbəbir öpdüm. 

 

Doğrudur, vətəndən gəlmişdi kağız, 



Mənimlə söhbətə başladı cansız. 

 

Dedi: «Nə yatmısan, qəflətdən ayıl, 



Ölüb Bəkir dayın, əmin Cəbrayıl». 

 

Oxudum bunları nə isə qandım, 



Biləsiz hirsimdən alışdım-yandım. 

 

Artıq bilirəm ki, yox daha onlar, 



İki söz ustası, o iki dülgar. 

 

Gedibdi dövranım, gedibdi dəmim, 



Ölüb qoca dayım, ölübdü əmim. 

 

Yox olub gedibdi iki sənətkar, 



Mahir söz sərrafı, iki bənnalar. 

 

Qalıbdı onların yeri çoxdan boş. 



İstəyən gözlərdən qoy tökülsün yaş. 

 

Lazımdır onların qədrini bilmək, 



Hər zaman onları dildə söyləmək. 

 

Ey mənim ustadım, qocaman əmi, 



Biləsən yandırıb ölümün məni. 

 

Bilirsən istərdim səni nə qədər, 



Ey övlad qocası, ey böyük əjdər. 

 

Bil ki çıxarmaram səni yadımdan, 




Yüklə 385,77 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə