Microsoft Word Sefter Hesenzade book doc


Vətən həsrətli, barıt qoxulu sətirlər



Yüklə 385,77 Kb.
Pdf görüntüsü
səhifə7/13
tarix14.04.2018
ölçüsü385,77 Kb.
#38512
1   2   3   4   5   6   7   8   9   10   ...   13

Vətən həsrətli, barıt qoxulu sətirlər 

 

35



Hər tükümdə dərd nişanı, 

Canım düşər indən belə. 



Səftər Həsənzadə 

 

36



 

Mən qocaldım qərib eldə, 

Çox dastanlar yazdım - dildə, 

Krımda, Rusda, hər eldə, 

Dərd ötüşər indən belə. 

 

Dəli könül qubar eylər, 



«Vətən» deyə-deyə söylər, 

Sərdərin atası Səftər, 

Söz döyüşər indən belə. 

 

20.VI.1943-cü ildə Kursk vilayətindən 



Stalinqrada ön cəbhəyə gedərkən döyüşçü 

yoldaşları ilə əlaqə yarada bilmədiyindən 

bu şeiri cana doyub yazmışdır

 

 



 

KAĞIZ SƏNİ 

 

Yazmaqdan cana gəlmişəm, 

Necə yazım, kağız səni?! 

Hirsimdən oda yanmışam, 

Necə yazım, kağız səni?! 

 

Sanki gedib çıxmayırsan, 



Əhvalıma baxmayırsan, 

Bilmirəm-harda qalırsan, 

Necə yazım, kağız səni?! 

 

Neçəsin yazıram birdən, 



Ağlı, huşu alır sərdən, 

Bu dağılmış qərib eldən, 

Necə yazım, kağız səni?! 

 

Bilirəm çətindir yolun, 



Yazıram sizi mən qalın, 

Gələrsənsə yola salım, 




Vətən həsrətli, barıt qoxulu sətirlər 

 

37



Necə yazım, kağız səni?! 

 

Gətir cavab mənə eldən, 



Süsəndən, sünbüldən, güldən, 

Məni soruşan hər dildən

Necə yazım, kağız səni?! 

 

Söylə salamımı mənim, 



Anama, bacıma həmin, 

Necədir halı Vətənin, 

Necə yazım, kağız səni?! 

 

Şair Səftər salam eylər, 



Hər sözünü dastan eylər, 

Yanar mənə yerlər, göylər, 

Necə yazım, kağız səni?! 

 

5.VIII.1943-cü ildə Vətəndən, əzizlərindən 

məktub almaması ilə bağlı yazılmışdır 

 

 

MƏSNƏVİ 

 

Ya ilahi, mənim ol dərdimə dərman verəsən, 

Qutarıb, bəlkə məni vətən sarı göndərəsən. 

 

Qalmışam mən avara bu çöllərdə tək-tənha, 



Əzbərim çərxi fələk bəlkə yetişə pənaha. 

 

İki ildi sürülür ya ilahi qanlı dava, 



Qırılan bu millətin sayın kim alar hesaba. 

 

Qırılır məzlum xalq hər tərəfli gör necə min, 



Mən necə təsvir edim, çarəsi yoxdur dilimin. 

 

Səftər Həsənzadə 

 

38

Qalıbdı necə gözü belə dünya mülkündə, 



Nə üçün dava gedir quru torpaq üstündə. 

 

Qılan yox imdadına bu binəva xalqımızın, 



Qoymayır dinc otura bu milləti bir azğın. 

 

Özü üçün qazanır bütün dünya varlığını, 



Binava bu millətlər heç anlayırlarmı bunu. 

 

Nə rəvadır ki, fələk, bir insana el qul ola, 



Nanəçim nifaq sala yer üzünə, hökmü qıla. 

 

Nəyçün qan tökülür, nədən isə mən bilməm, 



Od açır özü üçün bir-iki alçaq adəm. 

 

Nə dinə xeyri var, nədəki bir haqq yoluna



Ya ilahi, gəl yetiş bu millətin fəryadına. 

 

Yox ola bir dəfəlik qan içici yırtıcılar, 



Mən qəribə şairəm, sənə eylərəm dualar. 

 

30.VII.1943-cü ildə yazılmışdır 

 

 

NƏDƏNDİ 



 

Qadir Allah bu vurhavur, davanın, 

Nahaq qanın bəs səbəbi nədəndi?! 

Nədən ötrü millət qırır bir-birin, 

Nahaq qanın bəs səbəbi nədəndi?! 

 

Axır aralıqda qıpqırmızı qan, 



Yoxdu bu millətin qaydına qalan, 

Avam millət hər tərəfli qırılan, 

Nahaq qanın bəs səbəbi nədəndi?! 

 

Düşünməyir millət neynəsin ki, ax, 




Vətən həsrətli, barıt qoxulu sətirlər 

 

39



Özünü böyüdür bir necə yaltaq

Haçan millət bir daha anlayacaq, 

Nahaq qanın bəs səbəbi nədəndi?! 

 

Ulu Tanrı çat dadına millətin, 



Özün yetiş imdadına millətim, 

Bax dərdinə, bax oduna millətin, 

Nahaq qanın bəs səbəbi nədəndi?! 

 

Keçdi cavanlığım mənim orduda, 



Beş ildi həsrətəm doğmaca yurda, 

Dolandım bir qədər, gəzdim Krımda, 

Nahaq qanın bəs səbəbi nədəndi?! 

 

1943-cü ildə almanlarla sovetlər arasında 



gedən müharibənin kimlərə xeyri və kimlərə 

ziyanı olması, müharibədə məzlum xalqın 

nahaq yerə qırılması ilə bağlı yazılmışdır

 

 

 

    MƏNİM 

 

Qadir Allah eşidəsən sözümü, 

Atəş içindədir bədənim mənim. 

Qurtarasan məni qərib ölkədən, 

Qalıbdı uzaqda vətənim mənim. 

 

Qəriblik çəkirəm mən xeyli zaman, 



Yoxdu bir müsəlman, həmsöhbət olan, 

Qalmışam tək-tənha elə beygüman

Hanı yurdum, yuvam, məskənim mənim. 

 

Sirdaş axtarıram söhbət eyləyəm, 



Baməzə danışıb, şeir, söz deyəm, 

Mən özgə bağında bilmirəm nəyəm, 

Yoxdu harayıma yetənim mənim. 

 

Səftər Həsənzadə 

 

40

Həsrətəm – danışam ana dilimdə, 



Qalıb min bəlanın yükü belimdə, 

Oxuna vətəndə, doğma elimdə, 

Hanı daha gəlib-gedənim mənim. 

 

Sağ-salamat gedəm çıxam elimə, 



Sataş gələm öz bağımda gülümə, 

Qələmi-çernili alam əlimə, 

Sonra hazır ola kəfənim mənim. 

 

Cağırıram səni qadiri sübhan



Sən çıxardın o, Yusifi quyudan, 

Tapam dörd bacımı, qardaşım, anam, 

Tapıla gülşənim, çəmənim mənim. 

 

1943-cü ildə anasını, bacılarını, 



qardaşını, xanımını və oğlu Sərdəri 

düşünərkən bu şeiri qələmə almışdır 

 

 



           A MƏNİM QAFQAZIM, AZƏRBAYCANIM 

 

A mənim Qafqazım, Azərbaycanım, 

Ax ana torpağım, doğma Şilyanım. 

Necə gəlir düşür mənim yadıma, 

Beş ildi çıxmışam, həsrətəm ona. 

Həsrətəm görmürəm bir gələn-gedən, 

Yoxdu Vətənimdən bir xəbər verən. 

Yazıram elimə məktub çatmayır. 

Heç kim əllərimə əl yetirməyir. 

Nə bilim ki, çatır o cansız kağız, 

Bəlkə heç qalmayıb nə oğlan, nə qız. 

Yazıban göndərə mənə xəbərlər

Çırpınan ürəyim necə dincələr, 

Çəkirəm keşiyin indi ölkəmin, 




Yüklə 385,77 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə