Microsoft Word Sefter Hesenzade book doc


Vətən həsrətli, barıt qoxulu sətirlər



Yüklə 385,77 Kb.
Pdf görüntüsü
səhifə5/13
tarix14.04.2018
ölçüsü385,77 Kb.
#38512
1   2   3   4   5   6   7   8   9   ...   13

Vətən həsrətli, barıt qoxulu sətirlər 

 

23



 

Elimə, həm obama, torpağıma bağlıyam, 

Səftərəm, qalmış gözüm o tək balam Sərdərdə. 

 

 

  MƏNİM 

 

 (gəraylılar) 

 

Gedə bilməm Vətənimə, 

Bağlanıbdır yolum mənim. 

Kəsibdir yağı düşmənlər, 

Hanı əlim, qolum mənim?! 

 

Daha yoxdur gediş-gəliş, 



Hamıya bəllidir bu iş. 

Mən ağlaram yaz ilə qış, 

Lal olubdur dilim mənim. 

 

Vətənim harda, mən harda, 



Mənəm qalan belə darda, 

Qadir Allah indi dərdə, 

Yanır içim, çölüm mənim. 

 

Aç yolumu Vətən sarı, 



Rəhm eylə sən mənə Tanrı, 

Gedib görəydim Sərdarı, 

Dərddir ayım, ilim mənim. 

 

Mənim elim Azərbaycan, 



Hər tərəfi yaşıl, əlvan, 

Ana vətənimdir Şilyan, 

Doymaz ondan könlüm mənim. 

 

Yönümü çevirim hayana, 



Dərdim güc eyləyir cana

Qohum, qardaş, bacı, ana, 



Səftər Həsənzadə 

 

24



Hanı obam, elim mənim?! 

 

Dərddən ağarıbdır başım, 



Sel olubdur axan yaşım, 

Ömür-gün qərib yodaşım, 

Qırılıbdır belim mənim. 

 

Səftərəm, Qafqazdı ölkəm, 



Belə oldum taleyi kəm, 

Qalıbdır bir quru kölgəm, 

Dərmanımdı ölüm mənim. 

 

1942-ci ildə Stalinqrad vilayətinin 

Mixaylovka şəhərində yazılmışdır 

 

 



      QAFQAZ DAĞLARI 

 

Tiflisdən uzanıb Bakıya qolum, 

Ay qarlı, girvəli Qafqaz dağları, 

Tərxanlı atları, qoyunu, malı, 

Ay uca zirvəli Qafqaz dağları. 

 

Yayda oba köçüb səndə əylənir, 



Səfalı yerlərin dildə söylənir, 

Dağ kəli sıçrayır, maral küylənir, 

Ay sirli, cilvəli Qafqaz dağları. 

 

Gözəl olur yayda səfər eyləmək



Günləri saxlayıb, ayı əyləmək, 

Çöllərdə yaşılbaş, evlərdə mələk, 

Gəlməli, görməli Qafqaz dağları. 

 

Darağı, cəhrəsi, naxış xanası, 



Ağ əllərin belə əlvan hənası, 


Vətən həsrətli, barıt qoxulu sətirlər 

 

25



Bənzəyir qulara qızı, anası, 

Gülləri hörməli Qafqaz dağları. 

 

Sürülər otlayır yüksəklərində, 



Gözəllər seyr edir ətəklərində, 

Puşkin də vəsf edib öz əsərində, 

Qoynunda ölməli Qafqaz dağları, 

 

Neçə vaxtdır düşdüm səndən aralı, 



Dərd əlində yazıq canım saralı, 

Ulu Tanrım özü olsun caralı, 

Binadan türbəli Qafqaz dağları. 

 

Vətən dərdi məni edib divanə, 



Kimim var dərdimi söyləyim ona? 

Doğmaca Vətənim Azərbaycana

Ay könül verməli Qafqaz dağları. 

 

Ayrılıb həmdəmdən yaman qaldım tək, 



Dərd-kədər güc gəlir tuğyan edərək, 

Bu ərşin ləngəri, qocaman fələk, 

Ay ömür sürməli Qafqaz dağları. 

 

Yağı düşmən kəsib tamam hər yanım, 



Qaranlıq quyular olub məkanım, 

Mənə əziz olan Küdrüm, Şilyanım, 

Əssin Vətən yeli Qafqaz dağları. 

 

1941-ci ildə Xarkovda yazılmışdır 

Səftər Həsənzadə 

 

26



 

HACI ƏMİ 

 

Yenə dərdim artıb dönüb ümmana, 

Yazıram əhvalım sənə, Hacı əmi. 

Qohum, qardaş, bacı, həmdəmi ana, 

Ver onlardan xəbər mənə, Hacı əmi. 

 

Yuxu qaçıb məndən çəkilib ərşə



Könül xab etməyib düşür təşvişə, 

Təəccüb qalmışam indi bu işə, 

Xəbər gözləyirəm yenə, Hacı əmi. 

 

Kimə yazdım kağız-cavab almadım. 



Uzaqlaşıb qəmdən kefə dalmadım, 

Kişi olub ev dərdinə qalmadım, 

Dərd ilə dolubdur sinə, Hacı əmi. 

 

Başına mən dönüm qocaman əmi, 



Artıbdı könlümün dərdiylə qəmi, 

Ələ fürsət düşə görəm ölkəmi, 

Aylar, illər bir də dönə, Hacı əmi. 

 

Ver mənə ailəmdən ətraflı xəbər, 



Görüm salamatdır, yaki dərbədər

Necədir o, anam, balaca Sərdər, 

Nə deyim mən aya, günə, Hacı əmi. 

 

Əhlidil kişisən, qocaman əmi, 



Dərdim bir dəryadır, mənsə bir gəmi, 

Könül çaşıb ələ alır qələmi, 

Gəl bax saçımdakı dənə, Hacı əmi. 

 

Coşur qəmli könlüm, eyləyir tuğyan, 



Qaynayır beynimdə tamamilə qan, 

Yusifi çıxaran dərin quyudan, 




Vətən həsrətli, barıt qoxulu sətirlər 

 

27



Baxmır bu dumana, çənə, Hacı əmi. 

 

Unutmaram sizi heç zaman, inan, 



Görüşmək istərəm sizinlə hər an, 

Adım Səftər, Vətənimdi o Şilyan, 

Mənə göydən imdad enə, Hacı əmi. 

 

01.XI.1942-ci ildə Voronej 



vilayətindəki Ostroqoz şəhərində 

qospitalda olarkən yazılmışdır 

 

 



  

YURDUMUN 

 

Gəldi bahar fəsli, yetişdik yaza

Nə gözəldir hal-əhvalı yurdumun, 

Həsrətəm nə vaxtdır kamana, saza, 

Pərişan edir məni halı yurdumun. 

 

Gözəl olur həm dağı, həm aranı, 



Görməyənlər necə tanır oranı, 

Ona tay bir ölkə dünyada hanı?! 

Var hər şeyi, bolca malı yurdumun. 

 

Şırıldar çayları, ırmaqlar axar, 



Köhlən atlar kişnər, yeri dırnaqlar, 

Atlı, piyadalı gələn qonaqlar, 

Qonaqlı-qaralı eli yurdumun. 

 

Gözəllər baharda çıxarlar düzə, 



Marallar, ceyranlar hər yerdə gəzə, 

Çəmən, çiçək, otlar çıxanda dizə, 

Olmaz heç vaxt qeylü-qalı yurdumun. 

 

Sağın vaxtı gəlir sürü sərdənə, 



Sağır arvad, kişi, əldə dəngənə, 

Səftər Həsənzadə 

 

28



Qırxılıb yunları sərilər günə, 

Vardır böyük gəlhagəli yurdumun. 

 

Bir neçə şəhərlər ona sürahı, 



Quba, Bakı, Göyçay, Dərbənd, Şamaxı, 

Gəncəqala, Göygöl, Şəki yaylağı, 

Var ipək, kətanı, alı yurdumun. 

 

Gözəl olur yayda barı, bəhəri, 



Füsunkar axşamı, tərlan səhəri, 

Qutqaşın, Lənkəran, Bərdə, Tərtəri, 

Var Səftər tək əhli-halı yurudumun. 

 

1942-ci ildə Stalinqrad vilayətindəki 

Mixaylovka şəhəri yaxınlığında səngərdə 

yazılmışdır 

 

 



  SƏFTƏRİ 

 

Sənə qurban olum ərənlər piri, 

Yetirəsən mətləbinə Səftəri. 

Açasan Vətənə bağlı yolunu, 

Göndərəsən doğru yola Səftəri. 

 

Qurtarasan nalə, qüssəyi, qəmdən, 



Bu böyük bəladan, belə zülümdən, 

Bu oddan, alovdan, bu ağır gündən, 

Ürəyi həsrətlə dolu Səftəri. 

 

Tək qalıbdır-yoxdur bir kimsənəsi, 



Qəmdən yaranıbdır ömrün binəsi, 

Dərdi-qəmdən şair olub sinəsi, 

Gəl unutma bu duyğulu Səftəri. 

 

Yetiş harayıma, ey şahlar şahı, 




Yüklə 385,77 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə