Microsoft Word Sefter Hesenzade book doc


Vətən həsrətli, barıt qoxulu sətirlər



Yüklə 385,77 Kb.
Pdf görüntüsü
səhifə8/13
tarix14.04.2018
ölçüsü385,77 Kb.
#38512
1   ...   5   6   7   8   9   10   11   12   13

Vətən həsrətli, barıt qoxulu sətirlər 

 

41



Doğmaca Vətənim, sovet elinin. 

Mən də bir əsgərəm böyük Vətənə, 

Kinimi bəslərəm xain düşmənə. 

Dururuq düşmənlə necə üzbəüz, 

Qırırıq itləri gündə neçə yüz. 

 

Alırıq onlardan necə intiqam, 



Bəllidir hamıya, deyil bu yalan. 

Bir addım atmaq olsa nə geri, 

Stalinqraddan qovaq itləri. 

Sovet ölkəsinin döyüşçüləri, 

Qırıb dərələrə tökür itləri. 

Buraxıb cəbhəni qaçdılar geri, 

Tökülübən qalıb, var adətləri. 

Neçə min tankları, maşını birdən, 

Anbarlar hər cürə, nə qədər desən. 

Tökülübən qaldı elə bu düzdən, 

Deməklə qurtarmaz, əlbəttə, sözdən. 

Komanda verildi döyüşçülərə

Biz aldıq onları mühasirəyə. 

Qovuruq onları Vətəndən geri, 

Onlardan minlərlə tutmuşuq əsri. 

Alətin, əfserin, saldatın haman, 

Tutuban eldəki necə bir tufan. 

Səfərbər etdiyi neçə dövlətdən, 

Rumın, Venqriya bir də finlərdən. 

Neçə korpusları keçdi biz sarı, 

Qırmayın, amandı, biz yazıqları. 

O azğın Hitlerin belədir işi, 

İtirib, bilməyir hardadı başı. 

Dadanıb Polşaya, Slovakiyaya, 

İstədi soxulsun bizim Bakıya. 

Heç biri düşünüb demədi - axı?! 

Proletar qanı ilə yaranmış Bakı! 

Qovdu ilim-ilim o yad itləri, 



Səftər Həsənzadə 

 

42



Qırmızı ordumuz gedir irəli. 

Düşməni qaytarır Vətəndən geri, 

Bütün əməkçilər əmindir buna, 

Sancacaq bayrağı sovet Berlinə. 

Bizim atamızdır böyük Stalin, 

Şuarı, günəşi sovet elinin. 

 

A mənim Qafqazım, Azərbaycanım, 



Ax ana torpağım, doğma Şilyanım, 

Dinləyin salamı qızıl əsgərdən 

Azərbaycan oğlu şair Səftərdən. 

 

5.VII.1943-cü ildə yazılmışdır. Şeirin bir 



nüsxəsini şair Azərbaycan Kommunist 

Partiyası Mərkəzi Komitəsinin birinci 

katibi Mircəfər Bağırova göndərmişdir 

 

 



 UNUTMUSAN DAHA MƏNİ, XƏLİLİM! 

 

Oturaq uzaqdan, gəl söhbət edək. 

Unutmusan daha məni, Xəlilim. 

Gözləməzdim ki, mən səndən belə iş, 

Unutmusan daha məni, Xəlilim. 

 

Mən səni sanıram doğmaca qardaş, 



Tuturam qəlbimdə bütün eldən baş, 

İldə bircə məktub alaydım mən kaş, 

Unutmusan daha məni, Xəlilim. 

 

Çox məktub yazıram sənə, əzizim, 



Neçəsin zakaznoy edirəm özüm, 

Durub Vətən sarı dikəlir gözüm, 

Unutmusan daha məni, Xəlilim. 

 

Bir ildən artıqdı almıram cavab, 



Nə könlüm dincəlir, nə göz edir xab, 


Vətən həsrətli, barıt qoxulu sətirlər 

 

43



Yaxşı düşün, indi belədir hesab, 

Unutmusan daha məni, Xəlilim. 

 

Güman edər idim mən sənə inan, 



Unutmaz Xəlilim məni heç zaman, 

Kim olar, əzizim, halıma yanan, 

Kimlər anar daha məni, Xəlilim. 

 

Beşinci ildi ki ayrıyam sizdən, 



Yoxdu bir xəbərim öz ölkəmizdən, 

Məyər yazmaq gəlmir heç əlinizdən?! 

Salmadınız yada məni, Xəlilim. 

 

İndi məskənimdir bu qürbət ellər, 



Oylaq olub mənə xaraba çöllər, 

Şair olub indi dərdli könüllər, 

Dərdim dəli edir məni, Xəlilim. 

 

Dərdim artıb indi eləyir tuğyan, 



Yazıb öz halımı edirəm bəyan, 

Söylə mənə görüm - necədir Şilyan? 

Vermədizsə bada məni, Xəlilim. 

 

Qəriblik qocaltdı, ağardı başım, 



İyirmi səkkizə çatıbdır yaşım, 

Necə oldu bilməm qohum, qardaşım. 

Ana, bacı, qardaş, əmi, Xəllim. 

 

Tanımaq istəsən Səftərin adın, 



Unudubdu məni qohumum, yadım, 

Necədir Sərdərim, mənim Tavadım, 

Unutmusan daha məni, Xəlilim?! 

 

Salam söylə məndən vətən əhlinə, 



Qocaya, cavana, qıza, gəlinə, 

Səftər Həsənzadə 

 

44



Şair Səftər qələm alıb əlinə, 

Unutmusan daha məni, Xəlilim. 

 

24.VII.1943-cü ildə Oryolda olarkən 

istəkli dostu və şagirdi olan Xəlildən 

məktublarına cavab aldıqdan sonra yazmışdır 

 



Vətən həsrətli, barıt qoxulu sətirlər 

 

45



 

TAVADIM 

 

Əzəl gündən mənki səni sevmişəm, 

Sən ey mənim gözəl canım, Tavadım. 

Bilirsən yolunda nələr çəkmişəm, 

Bəlalı sevgilim, mənim Tavadım. 

 

Mən səni sevmişəm allar içində 



Mənə xoşsan belə boyda, biçimdə, 

Qalmaqallar, qeyluqallar içində, 

İndi qara olub günüm, Tavadım. 

 

Qohum, qardaş getdi, könül xar oldu



Fələk onda bizə havadar oldu, 

Mənim dastanlarım eldə çar oldu, 

Mən necə danışım, dinim, Tavadım. 

 

Aşiq oldum sənə, sevgimdə nədən, 



Söyüş yazıb mənə hər dana güdən, 

Ey əzizim, bu söz çıxıb dilimdən, 

Qoyma zirvələrdən enim, Tavadım. 

 

Söyüşü, qarğışı qəbul eylədim, 



Şair olub gecə-gündüz söylədim, 

Bir vaxt məhbus oldum dağ oldu dərdim

Sənsən indi duam, dinim, Tavadım. 

 

Sahsünlüdə aldım səndən nişanə, 



Fikir güc eylədi, oldum divanə, 

Yaxınlaşdım qoca alma satana, 

Günüm belə keçdi mənim, Tavadım. 

 

Şahsünlüdən çıxdım qaranlıq gecə, 



Hədəni, qorxunu almadım vecə, 

O uzaq yolları yeridim gecə, 



Səftər Həsənzadə 

 

46



Başladı dumanım, çənim, Tavadım. 

 

Yetişdik, əzizim, öz arzumuza, 



Dualar eylədik Allahımıza, 

Yazılmış qəzadan bu alnımıza, 

Başına dolanım, dönüm, Tavadım. 

 

Ayrılmışam səndən bilməm nə qədər



Ana, bacılardan bilmirəm xəbər, 

Mən Səftərəm yadigarım o, Sərdər, 

Bəlkə çatdı sənə ünüm, Tavadım. 

 

02.VI.1943-cü ildə yazılmışdır 



 

 

   FƏLƏK 

 

Eylədin yaxşı məni dəhridən avara fələk, 

Günümü qara edən ax ey günüm qara fələk. 

 

Gərdişindən qalasan-belə də rəftar olurmu?! 



Axır ki, gətirdin bizi canımızdan zara fələk. 

 

Sürülür xeyli zamandı arada qanlı dava, 



Binəva millətin dərdinə yox çarə fələk. 

 

Nə ola rəhm edəsən sülh qoyula aralığa, 



Gəlməyə qara duman bir də bu yollara fələk. 

 

Ayrıyam bir neçə ildir ki, qohum, əqrəbadan, 



Çəkilibdir ürəyim gör necə də dara fələk. 

 

Açasan bir yolumu mənim doğma Şilyanıma, 



Yetişəm mən də bir an, bir də yenə yara fələk. 

 

Səftər, eylə dua sən də o haqq dərgahına, 



Nə olar çata dadıma, yetirə Sərdara, fələk. 

 



Yüklə 385,77 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə