Microsoft Word Sefter Hesenzade book doc


Vətən həsrətli, barıt qoxulu sətirlər



Yüklə 385,77 Kb.
Pdf görüntüsü
səhifə12/13
tarix14.04.2018
ölçüsü385,77 Kb.
#38512
1   ...   5   6   7   8   9   10   11   12   13

Vətən həsrətli, barıt qoxulu sətirlər 

 

67



Qoy səni tanısın hər oba, hər yan. 

Səftər Həsənzadə 

 

68



 

Atanın borcudur nəsihət verə, 

Öyrədə övladı - həm yol göstərə. 

 

İndi özün anla, ey oğul, düşün. 



Elmlə ələ gələr dünya büsbütün. 

 

Nəsihət edirəm, oğul, mən sənə, 



Fikir ver dərindən şair dədənə. 

 

Bəs edər, zənnimcə, oğul, bu qədər



Sənə nəsihətçi öz atan Səftər. 

 

1944-cü ildə Belorusiyanın Qomel 



vilayətindəki İkinci Zyabrovka 

kəndində yazılmışdır 

 

 



    XƏBƏR VER 

 

Başına mən dönüm sahibi Şilyan, 

Doğmaca vətəndən, eldən xəbər ver. 

Nə namə yazan var, nə bir hal soran, 

Dağlardan xəbər ver, çöldən xəbər ver. 

 

Ayrıyam vətəndən bir xeyli zaman



Düşüb çöldən-çölə mən oldum girman. 

İndi məkanımız bu düz, biyaban, 

Doğma ləhçə, doğma dildən xəbər ver. 

 

Xəbər ver, könlümü eylə bir halı, 



Söylə görüm neçə Şilyan mahalı. 

And verirəm sənə böyük Allahı, 

Sevgi dolu bir könüldən xəbər ver. 

 

Qınıyır-qınasın qoyun el məni, 



Qəmli sözlər şair edib sinəmi, 

Arzularam bacıları, həmdəmi, 




Vətən həsrətli, barıt qoxulu sətirlər 

 

69



O vətəndən gələn teldən xəbər ver. 

 

Ərz edirəm sizə sahibi Şilyan, 



Yazıban sirrimi edirəm bəyan, 

Məgər tapırmayır bir namə yazan

Çiçəkdən xəbər ver, güldən xəbər ver. 

 

Nə yaxşıdır məlul könlüm şad etsən, 



Hal əhlisən könüldən xəbər bilsən, 

Gözləyirəm mənə namə göndərsən, 

Həm əhvaldan, həmi haldan xəbər ver. 

 

Yamanca dərdliyəm, belədir halım, 



Nə müddətdir mən vətəndən çıxalım, 

Adım Səftər Azərbaycan mahalım, 

Həsrətiyəm, barı eldən xəbər ver. 

 

4.XI.1944-cü ildə Belorusiyanın 



Qomel vilayətindəki Zyabrovka 

kəndində yazılmışdır 

 

 

KARPAT DAĞLARI 

 

Yay fəsli idi - bir axşamın çağında, 

Gəzirdim Karpatın o dağlarında. 

Gəlib keçir idi önümdən həyat, 

Mənimlə üzbəüz durur kainat. 

Baxıram Karpatdan səhralara mən, 

Yaylım atəşləri gəlir cəbhədən. 

Baxıram cəbhəyə, baxıram hərbə, 

Baxıram qorxağa, baxıram mərdə. 

Bu mərdlər dəstəsi, qırmızı ordu, 

Amansız düşməni vətəndən qovdu. 

Qaytarıb Volqadan, keçirdi Donu, 

Keçirdi Farş çayı, həmi Desnanı. 

Səftər Həsənzadə 

 

70



Çaldı zərbəsini qanlı düşmənə, 

Stalin eşqinə, vətən eşqinə. 

 

Stalinqrada endirdi zərbə



Düşmənlər qaçaraq qayıtdı Qərbə. 

Kurskla Uralda quruldu tələ, 

Düşdü ağzınlara böyük vəlvələ. 

Soyulub çıxdılar tamam dəridən, 

İt kimi qorxdular mühasirədən. 

Qaçıb ilim-ilim itdi düşmənlər, 

Gəlibən Karpatdan keçdi düşmənlər. 

Düşmən gətirmədi qarşımızda tab, 

Qoy bütün ölkələr götürsün hesab. 

Dayanıb ruslarla durdular üzə, 

Axırıncı gücünü göstərə bizə. 

Bizim döyüşçülər geri durdular, 

Onlara arxadan tələ qurdular. 

Köpək dəstələri düşdü tələyə, 

Alındı hamısı mühasirəyə. 

Vurdular üst-üstə neçə zərbələr

Ordumuz düşməni yerə qərq edər. 

Ad olsun aləmdə qızıl ordumuz, 

Bu dərdi-bəladan çıxsın yurdumuz. 

Bu böyük xalqımız əmindir buna, 

Biz qalib gəlmişik, qalibik yenə. 

Çünki ustadımız böyük Stalin, 

Bu mərdlər ölkəsi sovet elinin. 

Poladdır qüvvəmiz əyilməz, sınmaz, 

Əməkçi bayrağı heç məğlub olmaz. 

Bu böyük vətənin mərdanə hərbi, 

Tutacaq tarixdə ən əsas yeri. 

Qoy yazılsın bir - bir bu qanlı illər, 

Oxusun tarixdə yeni nəsillər. 

Yazılsın tarixdə yeni səhifə, 




Vətən həsrətli, barıt qoxulu sətirlər 

 

71



Bu bizim eradan qanlı səhifə. 

Yazmışam əvvəldən, yazıram yenə, 

Sancarıq bayrağı biz o, Berlinə. 

Səftər Həsənzadə 

 

72



 

Qüvvəmiz artıqdır çaydan, dənizdən, 

Qorxur həddən artıq german da bizdən. 

İstəyirlər etsin bizim ilə «mir». 

Biz cavab veririk daha «mir» nədir? 

Qaynayıbdır qazan, görürsən daşır, 

Vətən igidləri kükrəyir, coşur. 

Alına zalımdan böyük intiqam, 

Bir qana lazımdır eyləyək min qan. 

Ürəklər çırpınıb eyləyir kədər, 

Azərbaycanlıyam mən şair Səftər. 

Doğma vətənimdir can Azərbaycan, 

Ana torpağımdır Yuxarı Şilyan. 

 

1944-cü ildə sovet qoşunlarının 



Polşadan keçib Karpat dağlarını 

tutmaları münasibətilə yazılmışdır 

 

 



         GƏLMƏDİ 

 

          (gəraylılar) 

 

Qadir Allah gözləyirəm

Evdən bir cavab gəlmədi. 

Yazdım gündə neçə kağız, 

Gəlmədi, cavab gəlmədi. 

 

İki ildi hey yazıram, 



Gah da hirslənib pozuram, 

Görürsən yolum azıram, 

Gəlmədi, cavab gəlmədi. 

 

Dərdli könül tüğyan eylər, 



«Vətən» deyə-deyə söylər, 

Elə uzun bir yol eylər, 

Eldən bir cavab gəlmədi. 



Yüklə 385,77 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə