Microsoft Word Sefter Hesenzade book doc


Vətən həsrətli, barıt qoxulu sətirlər



Yüklə 385,77 Kb.
Pdf görüntüsü
səhifə2/13
tarix14.04.2018
ölçüsü385,77 Kb.
#38512
1   2   3   4   5   6   7   8   9   ...   13

Vətən həsrətli, barıt qoxulu sətirlər 

 

5



və ifaçılığı ilə bağlı söhbət açsa da, şair Səftər Həsənzadənin 

yaradıcılığı haqqında bir kəlmə belə qeyd etməmişdir. 

Bununla belə hazırda  əlimizdə  Səftər Həsənzadənin itib-

batmış zəngin arxivinin bir hissəsi vardır ki, bu arxivdə şairin 

1941-1944-cü illərdə səngərdə qələmə aldığı xeyli nümunələr 

saxlanılmışdır. 

Oxucular şairin yaradıcılığı haqqında daha dolğun tə-

səvvürlərə malik olsun deyə bu nümunələri onların diqqəti-

nə  təqdim etməzdən  əvvəl Səftər Həsənzadə haqqında qı-

saca məlumat verməyi üstün tutduq. Bu baxımdan  şairin 

səngərdə yazdığı  tərcümeyi-halından aşağıdakıları oxu-

yuruq: 


Mən Həsənzadə Səftər Kərəm oğlu Cənubi Qafqazda 

Azərbaycanın  Şirvan mahalındakı Göyçay rayonunun 

Yuxarı  Şilyan kəndində (qeyd edək ki, XX əsrin 1941-ci 

ilinə qədər Ucar rayon statusuna malik olmadığından onun 

kəndləri Göyçayın tərkibində idi. Elə buna görə  də 

R.Rzanın,  Ə.Məmmədxanlının doğulduğu Çiyni kəndi, 

Məlikballı Qurbanın doğulduğu Məlikballı kəndi bu gün də 

bəzi müəlliflər tərəfindən səhvən Göyçayın kəndləri kimi 

göstərilir. Halbuki, Ucar rayon statusu aldıqdan sonra 

göstərdiyimiz kəndlər, o cümlədən Yuxarı  Şilyan kəndi 

Ucar  ərazi-bölgü vahidinin payına düşür və buna görə  də 

Ucara aid kəndlərdən söhbət getdikdə onların yalnız vaxtı 

ilə Göyçaya aid olduğu bildirilməlidir. Səftər Həsənzadə 

Şilyanlı da o vaxtkı Göyçay rayonunda doğulsa da, onun 

doğma kəndi Yuxarı  Şilyanın Ucarın olduğu mütləq qeyd 

edilməlidir - N.T) anadan olmuşam. 1920-ci ildə atam vəfat 

etdikdən sonra anamın himyəsində böyümüşəm. 

1927-ci ildə Şiylandakı Birinci Dərəcəli Zəhmət Mək-

təbinə daxil olmuşam, 1929-cu ildə  həmin məktəbi bitirib 

Bağman Bərgüşad kəndində açılmış Kolxoz Cavanlar 

Məktəbinin 6-cı sinifinə daxil olmuş,1931-ci ildə oranı 

müvəffəqiyyətlə bitirib, Göyçayda açılmış müəllimlik kur-



Səftər Həsənzadə 

 



suna ezam olunmuşam. 1932-ci ildə orada təhsilimi başa 

vurduqdan sonra Zərdab rayonunun Hüseynxanlı 

kəndindəki ibtidai məktəbə direktor təyin olunmuşam. Bu 

qayda ilə Zərdabın müxtəlif kəndlərində, o cümlədən Xan-

məmmədli, Qoşoba, Gəndəbil,  Şahsünlü,  İsaqbağı, Xalac, 

Gəlmə, Lələağacı və Göyçayın Lək I və Lək II kəndlərində 

müəllimliklə  məşğul olub, həmin ilin martından hərbi 

xidmətə çağırılmışam. 

Hərbi xidməti german müharibəsinə  qədər Krımın 

Yevpatoriya  şəhərində 

keçmişəm. Dava başla-

yan kimi, mən topçu 

polkda qulluq etdiyim-

dən bizim polkumuzu 

Xarkov 

şəhərinin 



müdafiəsinə göndər-

dilər. Burada yerlilə-

rimizdən mənimlə bir-

likdə  Şəftəxaldan (Zər-

dab) Xəlil Xəlilov, Al-

pıdan (Ucar) Hüseynalı 

Məmmədov, Bəydövül-

dən (Göyçay), 

Abdulkərim Hüseynov, 

Nəzərallıdan (Zərdab) 

Qafur Fəttahov və 

başqaları olmuşlar. 

1941-ci ilin oktyabr ayının 20-si gözlənilmədən biz-

lərdən bir neçəmizi polkdan ayırıb ayrıca hazırlıq polkuna 

göndərdilər. Və biz Xarkovdan Stalinqrad oblastındakı 

Mixaylovka  şəhərinə 700 km yolu bir aya piyada gəldik. 

Burada yoldaşlarımızdan bir neçəsini bizdən ayırdılar. 

Bəziləri isə bizimlə birlikdə qaldılar. Bizi burada 146-cı 

diviziona saldılar. Az keçməmişdi ki, 1942-ci ilin fevral 



Vətən həsrətli, barıt qoxulu sətirlər 

 

7



ayında bizim divizionu Voronej oblastından Ostroqoz 

şəhərinə göndərdilər. Burada güclü döyüşlər getdi. Lakin 

almanların silah-sursatı bizimkini dəfələrlə üstələdiyindən 

həmin ilin iyulundan biz yenidən geriyə – Mixaylovkaya 

çəkilməyə  məcbur olduq. Bir qədər buradakı Sederin 

kəndində qərar tutduqdan sonra bizi oradan birbaşa döyüşə-

düz Volqa çayının üstündəki Lübovka, Peskabad, Proleyka, 

Kamışin, Yeleşan kəndləri uğrunda vuruşa göndərdilər. 

Qanlı döyüşlərdə bu kəndləri nemeslərdən xilas etdik. Az 

keçmədi yenə  də divizionumuzda silah-sursat çatışmazlığı 

yarandı. Buna görə  də bizi digər divizionlar arasında 

bölüşdürdülər. Digər yerlilərimizdən fərqli olaraq, daim 

mənimlə birgə olan Abdulkərim Hüseynov biz 

Ostroqrozdan Mixaylovkaya göndərilərkən yolda itdi. 

Burada məni təmtəkcə 31saylı topçu divizionuna saldılar. 

Səftər Həsənzadə 

 



1942-1943-cü illərdə german Stalinqrada hücum 

çəkən zaman bizim 31- ci divizion düşmən üzərinə hücuma 

keçdi. Vəziyyət gərgin idi. Biz hücum edirdik, geri cəki-

lirdik. Həmin illərin qışını biz Stalinqradın müxtəlif düz-

lərində keçirdik. 

1943-cü ilin fevralında bizi stansiya Kotlovana, həmin 

ilin mayında isə silah-sursatla birgə Kursk oblastına 

gətirdilər… 

Daha sonra Səftər Həsənzadə tərcümeyi-halında qeyd 

edir ki, biz hal-hazırda (yəni 1943-cü ilin mayında – N.T) 




Vətən həsrətli, barıt qoxulu sətirlər 

 

9



qərbə doğru hərəkət edirik. Tərcümeyi-haldan məlum olur 

ki, bu münvalla onlar Rusiyanın Stalinqrad, Voronej, 

Tambov, Azov, Kursk; Ukraynanın Sumsk, Xarkov, 

Çerniqov və s. şəhərlərindən sonra Belorusiyanın Qomel və 

digər  şəhərləri uğrunda gedən döyüşlərdə  qəhrəmancasına 

vuruşmuşlar. 

Səftər Həsənzadə daha sonra yazır: 1943-1944-cü 

illərdən başlayaraq sovet qoşunları öz hücumlarını günü-

gündən artırdıqlarından german qoşunları geri çəkilməyə 

məcbur olurdu. Bu zaman bizim divizionu cəbhə xəttindən 

bir qədər aralı çəkib-hərbi idarəni qorumağı tapşırdılar. Mən 

də burada idim. 1944-cü il aprelin 13-də düşmən havadan 

ardı-arası  kəsilmədən hücum etdiyindən bizi müvəqqəti 

olaraq Jitomir quberniyasındakı Obruç şəhərinə göndərdilər. 

Bir müddət orada qaldıqdan sonra bizim divizion, o 

cümlədən bütün sovet qoşunları düşmən üzərinə elə hücuma 

keçdilər ki, torpağı nemeslərdən təmizləyə-təmizləyə onları 

düz Polşaya qədər qovub keçirdik. Ordumuz yerüstü və 

havadan hücumlar təşkil etməklə, Rovno, Sarnı, Kovel, 

Xolmo, Brest və b. bu kimi Ukrayna və Belorus şəhərlərini 

azad edə-edə almanları Prussiya ərazisinə qovdu. Polşanın 

bir neçə şəhərini xilas etdikdən sonra bizim divizion Luqov 

şəhərinin yaxınlığında dayandı… 

Burada Səftər Həsənzadənin  əlyazmasının 152-ci 

səhifəsinin sonunda sonrakı hissə qırılır. Təəssüf ki, biz əl-

yazmanın digər tək-tək saxlanılmış  səhifələrindən tərcü-

meyi-halı  şairin özü qələmə aldığı kimi oxuculara çatdıra 

bilmirik. 

Səftər Həsənzadənin yarımçıq əlyazmalarını sandığın-

da bu günə qədər hifz edən səksən altı yaşlı anam isə onun 

həyatı ilə bağlı  mənə  aşağıdakıları söylədi. Mən də onları 

anamın söylədiyi kimi oxuculara çatdırmağı özümə borc 

bilirəm. 

Səftər Həsənzadə 

 

10



 

… Səftər 

1945-ci ilin son-

larında axır ki, 

sağ-salamat Və-

tənə qayıtdı. Və-

tənə dönən kimi 

onu Müsuslü də-

miryolu mək-

təbinə (Ucar 

rayonunda) 

müəllim təyin et-

dilər. O da çox 

böyük  əzmkar-

lıqla bütün bilik 

və bacarığını 

şagirdlərinə 

mənimsətməkdən həzz ala-ala, bədii yaradıcılıqla məşğul 

olurdu. Rayonda bacarıqlı müəllim olmasından, şairliyindən 

çox danışırdılar. Lakin fələk Səftər Həsənzadənin nə cavan-

lığına, nə də istedadına baxmadı, ona erkən qıydı. Mühari-

bədən qaydıb gələndən heç üç il keçmədi ki, o, haqq dün-

yasına köçdü, əbədiyyətə qovuşdu. Dünyadan köçməklə 

Səftər bizi yetim qoydu, ümidimizi Allahdan üzdü. Sevinc, 

təbəssüm qapımızı birdəfəlik kilidlədi. Çünki Səftər bizim, 

anamgilin təkcə qardaşı yox, həm də ümid, güvənc yeri idi. 

Bu güvənc yerindən Allah bizlərin əlini yamanca qırdı.

 

 



Anam deyir ki, ataları rəhmətə gedəndən sonra Səftər 

onlara çörək gətirən, onları yaşadan, onların ruh verəni 

olmuşdu. 

Səftər Həsənzadə  xəstə olarkən bacıları başının üs-

tündə  ağlayarkən o, onlara dəfələrlə  təskinlik verib demiş-

dir: «Ağlamayın, mən bunu əhd etmişdim. Demişdim ki, ya 

Allah, sən məni düşmən gülləsindən qoru, Vətənimə gedim, 



Yüklə 385,77 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə