Microsoft Word Sefter Hesenzade book doc


Vətən həsrətli, barıt qoxulu sətirlər



Yüklə 385,77 Kb.
Pdf görüntüsü
səhifə3/13
tarix14.04.2018
ölçüsü385,77 Kb.
#38512
1   2   3   4   5   6   7   8   9   ...   13

Vətən həsrətli, barıt qoxulu sətirlər 

 

11



orada el-oba adətimizlə  mənə ölüm qismət elə.  İndi o 

gözəgörünməz də mənim səsimi, yalvarışımı eşidib, canımı 

Vətənimdə alır. Bu, mənimçün  şərəfli ölümdür. Mən bu 

mübarək ölüm günümü çoxdan gözləyirdim. Ağlamayın». 

Anam deyir ki, sonra biz Səftərin  əlyazmasında hə-

qiqətəndə onun belə istəyinin olduğunu  əsərlərindən, xü-

susən «Məni» şeirindən oxuduq: 

 

Ana vətənimdə alasan canım, 



Qala el-obamda bəlkə nişanım, 

Oxuna üstümdə «Yasin Quran»ım, 

Çatdır öz obama, elimə məni. 

 

Elə beləcə də oldu. Ana Vətəni Azərbaycana yetişdi. 



Cismi  Şilyanda torpağa tapşırılarkən üstündə «Yasin» 

oxundu. Bununla da cəsədi Ana Vətənində uyudu, rahatlıq 

tapdı. Yeri cənnətlik oldu… 

Səftər Həsənzadənin səngərdə qələmə aldığı bütün şeir-

lərində, qəzəllərində, məsnəvilərində  Vətən eşqi, Ana mə-

həbbəti xüsusi şəkildə  əks olunur. Bu istər «Sən mənə», 

«Mənim», «Qafqaz dağları», «Yurdumun», «Qafqaz dağla-

rında», «Ay qış», «A tutbit», «Vətən», «İndən belə», «Kağız 

səni», «Nədəndi» kimi şairin burnunun ucunu göynədən, 

özünü  əlindən alan ümumi mövzulu şeirlərdə olsun, istərsə 

də konkret ünvana müraciətlə yazılmış  şeirlər də - onların 

hamısında  şairin hiss və duyğularını dilləndirən, 

emosiyalarını nostalji-motivlərlə  zənginləşdirən yenə  də 

doğma Vətənə, elə, obaya, kəndə, yaxınlara həsr edilmiş 

şeirlərin mayasında Vətən həsrəti, yurd sevgisi dayanmışdır. 

Biz bunu Səftər Həsənzadənin «Unutmusan daha məni, 

Xəlilim», «Tavadım», «Mənim Tağım», «Ana», «Xəbər ver» 

və s.şeirlərində apaydın görə bilirik. 

Səngərlərdə vuruşa-vuruşa  şairin  əli tətikdə, gözü 

düşməndədirsə, hissləri, duyğuları, fikri-zikri vətənlədi, el-



Səftər Həsənzadə 

 

12



oba ilədi. Məsələn, «Xəbər ver» şeirində hisslər daha qa-

barıq, daha relyeflidir: 

 

Başına mən dönüm sahibi Şilyan, 



Doğmaca vətəndən mənə xəbər ver, 

Nə namə yazan var, nə bir hal soran

Bu dərdli könlümə dərman xəbər ver. 

 

Xəbər ver, könlümü elə bir halı, 



Söylə görüm necə Şilyan mahalı, 

And verirəm sənə böyük Allahı, 

Qoca anam, Sərdarımdan xəbər ver. 

 

Qınayır-qınasın qoyun el məni, 



Qəmli sözlər şair edib sinəmi, 

Arzularam ana, bacı, həmdəmi, 

Öz sevgimdən, öz yarımdan xəbər ver. 

 

Şair uzun müddət eldən, obadan ayrı düşməsinə bax-



mayaraq, doğmalarından,  əzizlərindən məktub almır. Dərd 

içini oyum-oyum oyur, heç kim də ona bir təsəlli məktubu 

ünvanlamır. Elə ona görə də tez-tez yuxuda Vətəni, kəndi, 

eli-obanı, qohum-əqrəbanı, yeganə  oğlunu, yaxınlarını 

görür, hətta bəzilərinin dünyalarını dəyişdiyini də bilir. Bu, 

ona sanki əyan olur. Elə «Bəkir Bəşiroğlu və  Cəbrayıl 

Doluxan oğlunun ölümünə heyfislənmə»də bu münasibətlə 

qələmə alınmışdır: 

 

Yatmışdım yuxuda gördüm vətəni, 



Nədənsə titrəmə tutdu bədəni. 

 

Ayılıban durdum bir dəm yuxudan, 



«Vətəndən kağız var», - deyə qışqıran. 

 

Bir nəfər yoldaşın səsin eşitdim, 



Alıb kağızları birbəbir öpdüm. 

 

Doğrudur, vətəndən gəlmişdi kağız, 




Vətən həsrətli, barıt qoxulu sətirlər 

 

13



Mənimlə söhbətə başladı cansız. 

 

Dedi: «Nə yatmısan, qəflətdən ayıl, 



Ölüb Bəkir dayın, əmin Cəbrayıl»!… 

 

Oxudum bunları nə isə qandım, 



Biləsiz hirsimdən alışdım-yandım. 

 

Artıq bilirəm ki, yox daha onlar



İki söz ustası o, iki dülgar. 

 

Gedibdi dövranım, gedibdi dəmim, 



Ölüb qoca dayım, ölübdü əmim. 

 

Yox olub gedibdi iki sənətkar, 



Mahir söz sərrafı, iki bənnalar. 

 

Bax,  şair səngərdən yuxuda doğma elinə, obasına 



beləcə «baş çəkir», onları yad edir, həyatda, insanlar arasın-

da onların söz sərrafı olduqlarını özünəməxsus poetik ciz-

gilərlə  təsvir edir. Yeri gəlmişkən qeyd edək ki, Səftər 

Həsənzadə dayısı  Bəkirin və  əmisi Cəbrayılın ölümündən 

yalnız iki il sonra xəbər tuta bilmişdir. Bu xəbər onu çox 

göynətmiş  və Kursk vilayətinin Voropayev kəndində bu 

şeiri səngərdə 25 iyul 1943-cü ildə qələmə almışdır. 

Türk xalqlarının poetik təfəkküründə «durnalar» 

daimi mövzulardandı. Bu mövzuda Vidadi, Vaqif, Q.Zakir, 

S.Vurğun və başqaları  şeirlər yazmışlar. Hamısında da 

durnalar öz niskili, öz tənhalığı, öz yetimliyi, öz dərbədər-

liyi ilə seçilir. «Durnalar» mövzusuna şairlər  əlləri hər 

yerdən üzüləndə müraciət etmişlər. Səftər Həsənzadə  də, 

demək olar ki, analoji hisslər baş qaldırmışdır, o da durna-

ları 1943-cü ilin 17 iyununda özünəməxsus vəsf etməyə 

çalışmışdır: 

 

Deyin görüm, səfəriniz hayana, 



Şamaxıya, ya Bakıya, Səlyana. 

 

Səftər Həsənzadə 

 

14

Aparın naməmi atın Şilyana, 



Çıxıbdır sevincim yoxa, durnalar. 

 

Başlayıb əjdaha bizimlə cəngi, 



Yeridir döyüşə şiri, pələngi, 

 

Toplayır gətirir fini, firəngi, 



Allah üzümüzə baxa, durnalar. 

 

Coşub qəmli könlüm - nə eyəyir xun, 



Didəmdən tökülən göz yaşım ceyhun, 

 

Bilmirəm Fərhadam, yainki Məcnun?! 



Dönüb yalvarıram dağa, durnalar. 

 

Səftər Həsənzadə yaradıcılığında  ənənəvi mövzular-



dan biri də «Ana» mövzusudu. Ananı şairlərdən hər biri öz 

bildiyi kimi, qələminin gücünə söykənməklə təsvir etməklə, 

ona məhəbbət və sevgisini ifadə etmişdir. 

Biz Səftər Həsənzadənin doğmalarına ünvanladığı bü-

tün məktublarında daim anasını sormasını, ondan muğayat 

olmanı ismarladığını görürük. Məsələn, ömür-gün yoldaşı 

Tavad xanıma ünvanladığı məktublarında Tavadı şeirlə vəsf 

etdikdən sonra o, aşağıdakıları qeyd edir: «İstəkli Tavadım, 

mənim bu aşiqanə sözlərimdən,  əlbəttə, bir mətləb 

anlayacaqsan. Mən hələ, həmd olsun Allaha ki, salamatam. 

Ancaq sənə tapşıracağım anama mənim  əvəzimdə qulluq 

etməyini səndən xahiş edirəm. Mənim anamdan muğayat ol. 

Sərdəri isə (Səftər Həsənzadənin yeganə  oğlu idi - N.T) 

tapşırmaq istəmirəm. Çünki sənin özünündür». İndi «Ana» 

şeirindən bir parçaya diqqət yetirək: 

 

Salam sənə məndən mehriban ana! 



Xeyli zamanlardı həsrətəm sana. 

 

Görməyirəm neçə ildir ki səni, 




Yüklə 385,77 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə