Microsoft Word Sefter Hesenzade book doc


Vətən həsrətli, barıt qoxulu sətirlər



Yüklə 385,77 Kb.
Pdf görüntüsü
səhifə6/13
tarix14.04.2018
ölçüsü385,77 Kb.
#38512
1   2   3   4   5   6   7   8   9   ...   13

Vətən həsrətli, barıt qoxulu sətirlər 

 

29



Eylə mənə bu qürbətdə pənahı, 

Əvf eylə taxsırım, həmi günahı, 

Unutma bu eşqin qulu Səftəri. 

 

Bu rus torpağında qaldım neçə il, 



Rəbi-Xudam, sənsən Cəbrayıl, Cəlil, 

Tut qolum dəstindən elə beyqəfil, 

Dirilt el dərdindən ölü Səftəri. 

 

Ey məni yox yerdən yaradan fələk, 



Ağı daha seçmə qaradan fələk, 

Yüsifi quyudan çıxaran mələk, 

Tutsun bir Allahın əli Səftəri. 

 

 

QAFQAZ DAĞLARINDA 

 

Mən də bir zaman gəzmişəm. 



Bizim Qafqaz dağlarında. 

Gözəlliklər seyr etmişəm, 

Bizim Qafqaz dağlarında. 

 

Gözəlləri dəstə-dəstə, 



Qara saçlı, boyu bəstə, 

Oxuyurlar nə ahəstə, 

Bizim Qafqaz dağlarında. 

 

Kim dönər belə yaylaqdan



Əl çəkər süddən, qaymaqdan, 

İçilər sular bulaqdan, 

Bizim Qafqaz dağlarında. 

 

Qazılır yerdən təndiri, 



Ayrı olur sağın yeri, 

Səftər Həsənzadə 

 

30



Yağı, qaymağı pendiri, 

Bizim Qafqaz dağlarında. 

 

 

 



 İMDAD EYLƏ 

 

Yoxdu isti paltar, nə də bir papaq, 

Elimiz, obamız deyil ki torpaq

Kimə deyək, dərdə bir əlac qılaq, 

Aman Allah, özün gəl imdad eylə. 

 

Soyuq kəsir əli, həm də ayağı, 



Qalmayıb ürəkdə bil mərrə yağı, 

Ey gözəgörünməz, yetir dayağı, 

Aman Allah, özün gəl imdad eylə. 

 

Gecə yarı qövr eləyir yaramız, 



Yamanca qarışır ağa qaramız, 

Necə olar bundan sonra çaramız, 

Aman Allah, özün gəl imdad eylə. 

 

Hamısı xaçpərəst-arasında mən, 



İncidirlər məni, tab etmir bədən, 

Kimdir mənə bu gündə kömək edən, 

Aman Allah, özün gəl imdad eylə. 

 

Külək əsir, buz tək kəsir şaxta, qar, 



Harda, nə vaxt bizdəki can dincələr, 

Sənə sığınıbdır bu yazıq Səftər, 

Aman Allah, özün gəl imdad eylə. 

 

1942-ci ildə Peskabadda yazılmışdır 

 



Vətən həsrətli, barıt qoxulu sətirlər 

 

31



 

  AY QIŞ 

 

Nə gəlirsən ayı kimi qabaqdan, 

Sanki gözləmisən illəri, ay qış. 

Qalmışıq çöllərdə, yurdsuz, binasız, 

Dondurma, amandır, üzləri, ay qış. 

 

Quru çanıq, yoxdu bir daldanacaq, 



Nə əyində pencək, nə də yatacaq, 

Qış günü əsgərlər harda qalacaq, 

Sərgərdan eyləmə elləri, ay qış. 

 

Hardan alaq isti paltar, papağı, 



Necə tapaq quru yeri, yatağı, 

Yaman dondurursan dili, dodağı, 

Salma dərdi-sərə çölləri, ay qış. 

 

Düşmən kəsib indi hər yerdən yolum, 



Keçilməz olubdur hey sağım, solum, 

Kəsilibdir elə bil, ayağım, qolum, 

Qurudum danışan dilləri, ay qış. 

 

Bu il tez gəlmisən, bilmirəm nədən, 



Gətirdin şaxtanı, soyuğu birdən, 

Buz bağlayıb, daha getməz bu yerdən, 

Titrəyir qəlbimin telləri, ay qış. 

 

 



   A TUTBİT 

 

Sən də mənim kimi düşmüsən qərib

Haradan gəlmisən bura, a tutbit. 

Kimin nəzərindən bəlaya keçdin, 

Nə səbəbdən oldun biçarə, a tutbit. 

Səftər Həsənzadə 

 

32



 

Qafqaz ölkəsidir sənin məkanın, 

Oxşayır qanıma sənin də qanın, 

Söylə mənə halın Azərbaycanın, 

Vurma ürəyimə yara, a tutbit. 

 

Hansı ölkələrdə olmusan orda, 



Oxuyub gəzmisən güllü bağlarda, 

Cavansan, qocasan, necə çağlarda, 

Baxtın niyə oldu qara, a tutbit. 

 

Nə oxursan sən qəribə dilləri? 



Tərk etmişik gözəl oba, elləri, 

İndi məkanımz bu rus çölləri, 

Bir zindan kimidir bura, a tutbit. 

 

Oxursan yamanca, qaralır qanım, 



Yoxdur qərib eldə əhval soranım, 

Hər an gəlir yada düşür Şilyanım, 

Salmısan könlümü tora, a tutbit. 

 

Dayanıb üz-üzə qan içən yağı, 



Yoxdu alma, armud, nə də tut bağı, 

Ey əzizim, budur sözümün sağı, 

Gəlmir dava-dərman kara, a tutbit. 

 

Bəlalı tutbitim, gəl eyləmə faş, 



Hazırlaş buradan o vətənə qaç, 

Bu qərib ellərdən şimşək kimi saç

Mənimçün də dərman ara, a tutbit. 

 

Yetir salamımı Azərbaycana, 



Dost, aşnaya, tanış, biliş, sorana, 

Kəsik bacılara, Sərdər, anama, 

Gəlib könlüm daha zara, a tutbit. 

 

1943-cü ildə Stalinqrad vilayətindən Kursk vilayətinə  



gedərkən meşədə tutbitin oxuduğunu eşidib əhvalı  


Vətən həsrətli, barıt qoxulu sətirlər 

 

33



pərişan olduğundan bu parçanı tutbitə həsr etmişdir 

 

    VƏTƏNƏ 

 

Yalvarıram sənə ulu Yaradan, 

Yetirəsən məni bir də vətənə. 

Nə müddətdi ayrılmışam elimdən, 

Döndər, Allah, məni bir də vətənə. 

 

Ayrılıb çıxmışam bir neçə ildir, 



Sinəmdə çırpınan qərib könüldür

İndiki məkanım xaraba çöldür, 

Döndər, Allah, məni bir də vətənə. 

 

Qəriblikdə mənim yandı nəfəsim, 



Tək-tənha qalmışam yoxdu bir kəsim, 

Çərxi-fələk özü imdad eyləsin, 

Döndər, Allah, məni bir də vətənə. 

 

Qabağım düşməndir, dalımsa qala, 



Axtarram sağımı, baxıram sola, 

Qadir Allah özü bir çarə qıla, 

Döndər, Allah, məni bir də vətənə. 

 

Qalıbdır vətəndə mənim nişanım, 



Ağlar qalıb anam, bacım-yananım, 

Sərdərim, bir dəki, yoldaşım-canım, 

Yetir, Allah məni bir də Vətənə. 

 

 



İNDƏN BELƏ 

 

Gəldik yetişdik bu yerə, 

Çətin olar indən belə. 

Hər gün dəyişər yerimiz, 



Səftər Həsənzadə 

 

34



Köçər, düşər indən belə. 

 

Gündə çəkərik lihanı, 



Bərktimiş idik binanı, 

«İrəli dur» kamandasını, 

Ürək şişər indən belə. 

 

Ordumuz gedir irəli, 



Nemesi qaytarır geri, 

Dağıdıbdı cəbhələri, 

Torpaq bişər indən belə. 

 

Görüm Allah batsın nemes, 



Bəlkə, dincələ el, ulus, 

Berlini ala ingilis

Yox ola şər indən belə. 

 

İncidir bu zalım bizi, 



Torpaqdan doymayır gözü, 

Tülkü kimi qaçır özü, 

Yeyib-şişər indən belə. 

 

Qazırıq hər gün hər yanı, 



Örtürük böyürün, yanını, 

İsti, soyuq alır canı, 

Dərd yetişər indən belə. 

 

Nədən ötrü qan tökülür, 



Bütün dirəklər sökülür, 

Kimlərə hasar çəkilir, 

Bilər bəşər indən belə. 

 

Ay yazıq millətin canı, 



Nahaq axır, nahaq qanı, 


Yüklə 385,77 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə