Microsoft Word Sefter Hesenzade book doc


Vətən həsrətli, barıt qoxulu sətirlər



Yüklə 385,77 Kb.
Pdf görüntüsü
səhifə13/13
tarix14.04.2018
ölçüsü385,77 Kb.
#38512
1   ...   5   6   7   8   9   10   11   12   13

Vətən həsrətli, barıt qoxulu sətirlər 

 

73



 

Məskənimdi qərib ellər, 

Bu dərəli, düzlü çöllər, 

Nə gedir zəhmətim hədər, 

Nədən bir cavab gəlmədi?! 

 

Həmişə yoldadı gözüm, 



Belədir baharım, yazım, 

Heç eşidilmir avazım, 

Nədən bir cavab gəlmədi?! 

 

Yazıram-almıram cavab, 



Nə dincəlib, edirəm xab, 

Mən bilmirəm - necə hesab, 

Nədən bir cavab gəlmədi?! 

 

Ayrı düşmüşəm elimdən, 



Süsənimdən sünbülümdən, 

Mənim o Qafqaz elimdən, 

Nədən bir cavab gəlmədi?! 

 

Belədir əhvalım-halım, 



Yoxdur bir əhval soranım, 

Gözləyirəm cavab alım, 

Nədən bir cavab gəlmədi?! 

 

Könül nə eyləyir tüğyan, 



Hamıya əhvalım bəyan, 

Yoxdu kağıza qol qoyan, 

Nədən bir cavab gəlmədi?! 

 

Vətənim Qafqaz ölkəsi, 



Yanağında gül bitəsi, 

Nə gedəsi, nə gələsi, 



Səftər Həsənzadə 

 

74



Nədən bir cavab gəlmədi?! 


Vətən həsrətli, barıt qoxulu sətirlər 

 

75



 

Şairi Səftərdi adım, 

Fələk yetirsin muradım, 

Hanı Sərdarım, Tavadım?! 

Nədən bir cavab gəlmədi?! 

 

 



   QOCALIQ 

 

Getdi cavanlığım, gəldi qocalıq, 

Nə lazımdır daha sadəlik, ağlıq. 

Gah olur xəstəlik, gan olur sağlıq, 

Hardan gəlib tapdı məni qocalıq. 

 

Keçirdim dövranı səfil-sərgəndar, 



Bir daxma qaraldıb etmədim güzar

Ayrıldım vərəndən diyarbadiyar, 

Bu qürbətdə tapdı məni qocalıq. 

 

Cavanlıqda oldum qərib ellərdə, 



Car oldu sözlərim elə dillərdə, 

Vecsiz keçirdiyim belə günlərdə, 

Hardan gəlib tapdı məni qocalıq. 

 

Ey əzizlər, yalan yoxdu sözümdə, 



Vətənin həsrəti qaynar gözümdə, 

Tamam ağdı çıxan tüklər üzümdə, 

Hardan gəlib tapdı məni qocalıq. 

 

Töküldü dişlərim, ağardı başım, 



İyrimi səkkizmi, ya otuz yaşım, 

Yoxdu tayım, tuşum, nə bir yoldaşım, 

Hardan gəlib tapdı məni qocalıq. 

 

Qəribəm qalmışam rus ölkəsində, 



Qışda qazmalarda, yay meşəsində, 

Gündüzü günündə, həm gecəsində, 



Səftər Həsənzadə 

 

76



Hardan gəlib tapdı məni qocalıq. 

 

Qocalmışam indi, deyiləm cavan, 



Şair olub gündə yazıram dastan, 

Azərbaycanlıyam - vətənim Şilyan. 

Hardan gəlib tapdı məni qocalıq. 

 

Qalıb tifillərim bir neçə nəfər, 



Eşidib halların, tutmuram xəbər, 

Abdulum, Əjdərim, Musayım, Sərdər. 

Hardan gəlib tapdı məni qocalıq. 

 

Dolanıb dövranı, gəldim bu tinə, 



Qəriblik qocaldıb dolmuşam sinnə, 

Səftər deyər Qafqaz ölkəsinə

Hardan gəlib tapdı məni qocalıq. 

 

 



 NECƏDİR 

 

Səndən xəbər alım, a cansız kağız, 

Söylə mənə o vətənim necədir?! 

Düşüb diyar-diyar qalmışam yalğız, 

O çəmənim, o gülşənim necədir?! 

 

Çaylar şırıldayıb, axar irmaqlar, 



O güllü səhralar, düzlər, torpaqlar, 

Bahar fəsli qərənfillər, yarpaqlar, 

Dağlarda dumanım, çənim necədir?! 

 

Necə keçir indi bahar, yazları, 



Necədir ördəyi, qusu, qazları, 

Məclislərdə tar, kamanı, sazları, 

Eşidim görüm ki günüm necədir?! 

 

Ayrıyam vətəndən - yoxdu xəbərim, 



Gəlir düşür yada çoxlu dərdlərim, 


Vətən həsrətli, barıt qoxulu sətirlər 

 

77



Abdulum, Əjdərim, Musam, Sərdərim, 

Görsünlər taleyim mənim necədir?! 

 

Bahar çağı el gedərmi yaylağa, 



Yığışırmı yenə yaşıl dağlara, 

Bağçaya, bostana bülbül bağlara, 

Görüm nədi qibləm, yönüm necədir?! 

 

Ayrı düşdüm torpağımdan, elimdən, 



Uzaqlaşdım doğma yurd, vətənimdən, 

Şairi Səftərə öz Sərdərindən, 

Gəlmədi bir namə, görüm, necədir?! 

 

 



ANAMA CAVAB 

 

Uçar bülbül, ana, qayıdar dağa, 

Ağlayıban yaş axıtmaq nə üçün?! 

Çox analar həsrət qalıb oğluna, 

Bəs şəkərə zəhər qatmaq nə üçün?! 

 

İnşallah qurtarar, ana, davamız, 



Bulud köçər, təzələnər havamız, 

Pis günlərdən həm qurtarar canımız, 

Yalan deyib, yaxa yırtmaq nə üçün?! 

 

Nə üçün ağlayaq, ay ana, indi, 



Bütün mahal üçün bu qara gündü, 

Göstər mənə hansı ürək bütündü, 

Dərdi-səri ucuz tutmaq nə üçün?! 

 

Gedər



 

dövlət, nişan qalmaz Allahdan, 

Nə deyim Vəlidən, Vəli Yüllahdan

Şərike bir gündür gəlib Allahdan, 

Hədər yerə ömrü satmaq nə üçün?! 

 

Ağlama, anacan, nə etmə qübar, 



Səftər Həsənzadə 

 

78



Tezliklə bu dava bir gün qurtarar. 

Hakimlər hakimi cəlil - cəlbaz, 

Gümanlrala başı qatmaq nə üçün?! 

 

  MƏDƏT 



 

Bir kəs ki tərk edib çıxa vətəni, 

Əgər ki olmasa bir yandan mədət. 

Yox ola dövləti, bitkisi, dəni, 

Gəlməsə bu qoca cahandan mədət, 

 

Tərk etmişəm Azərbaycan suyunu, 



Çox çağırdım, eşitmədin hayımı, 

Qurdlar, quşlar tələf edər qoyunu, 

Əgər ki olmaya çobandan mədət. 

 

Nədənsə saralıb bənd ilə bəniz, 



Düşünür hər zaman gecəyi - gündüz, 

Tamamən quruya bənzəyər dəniz, 

Dəyməsə yağışdan, ya çaydan mədət. 

 

Dağılıban gedər dövlət, xanası, 



Əldən axar tamam yurdu, binası, 

Çətinlikdə qalsa külfət, anası, 

Yetişə üstünə hər yandan mədət. 

 

Azarlayıb kişi olanda naxoş, 



Lazım deyil ona nə əppək, nə aş, 

Götürüb həşpəşin məzara birbaş, 

Xəstəyə olmasa loğmandan mədət. 

 

Ey əzizlər, sanmayın ki cailəm, 



Qafqazlıyam vətənimə mailəm, 

Səftər deyər necə olar ailəm




Vətən həsrətli, barıt qoxulu sətirlər 

 

79



Ya könüldən mədət, ya candan mədət. 

Səftər Həsənzadə 

 

80



 

     BACOĞLU 

 

O əziz məktubun yetişdi mənə, 

Oxudum, şad oldum, sağ ol, bacoğlu, 

Məktubundan öpdüm mən dönə-dönə, 

Sən ucal həmişə, dağ ol, bacoğlu! 

 

Gözəl sözlərini aldım oxudum, 



Bütün məzmunundan xəbərdar oldum, 

Dərdlənib əlimə qələmi aldım, 

Sən həmişə baxtı ağ ol, bacoğlu! 

 

Krım eli olub mənim məkanım, 



Qəriblik qocaldıb bu cavan canım, 

Hardadı bilmirəm Azərbaycanım, 

Bir bahar çiçəkli bağ ol, bacoğlu! 

 

O eli-obanı bir daha görsəm, 



Qohum, qardaşların əhvalın bilsəm, 

Vətən torpağında can verib ölsəm, 

Sən də bu dünyada haqq ol, bacoğlu! 

 

Bu qoca dayının belədir işi, 



Tökülüb qalmayıb ağzında dişi, 

Rəhm eyləsə mənə yaradan kişi, 

Həmişə həyatı çağ ol, bacoğlu! 

 

Vətənsiz olanlar dövləti neylər, 



Mənə muştaq olmuş bu qərib ellər, 

Açıb dəftərini dayınız Səftər, 

Sağ ol mənim balam, sağ ol, bacoğlu! 

 

Əzəldən bəlalı bu qərib başım, 



Qürbətdən atdılar qürbətə daşım, 

Baxaram, görünməz qohum-qardaşım, 




Vətən həsrətli, barıt qoxulu sətirlər 

 

81



Görünmür bir cavan, ahıl, bacoğlu! 

 

 A KÜR QIRAĞI 



 

Min doqquz yüz otuz iki sənədə, 

Mən də düşdüm sənə, a Kür qırağı! 

Ən gənc çağlarımdan qulluq eylədim, 

Qulluq edəm yenə, a Kür qırağı! 

 

Mərkəz olub sənə balaca Zərdab, 



Səndən ayrılanlar gətirərmi tab? 

Dillərin əzbəri can Abdulgülab, 

Söykənibdir sənə, a Kür qırağı! 

 

Cənnəti rizvansan, kövsər-bulağı, 



Hər kəs səndə gəzib, olubdur halı, 

Neyləyir dünyada dövləti, malı, 

Şam tut ömrə-günə, a Kür qırağı! 

 

Baqqi çeşmələrin yada düşür, ax, 



Gəzdim sahilini araqbaaraq, 

Qırxıncı sənə də səndən çıxaraq, 

Düşmüşəm bax belə günə, a Kür qırağı! 

 

Səfalı yerlərin behiştə bənzər, 



Yetişər gözəllər, sinəndə gəzər, 

Nə deyim, olmusan dillərdə əzbər

Vurulmuşam sənə, a Kür qırağı! 

 

Dastanlar deyərlər səni görənlər, 



Ayrılıb çıxanlar, billah vərəmlər, 

Bir zaman Səftər də eylədi nəzər, 

Könlümə sevinc ver, a Kür qırağı! 

Səftər Həsənzadə 

 

82




Vətən həsrətli, barıt qoxulu sətirlər 

 

83



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



Səftər Həsənzadə 

 

84



 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




Vətən həsrətli, barıt qoxulu sətirlər 

 

85



 

Səftər Həsənzadə 

 

86



GECİKMİŞ GÖRÜŞƏ SÖZ ARDI… 

 

Beləliklə, oxuculara Səftər Həsənzadənin müharibədə 



yazdığı  şeirlərindən bəzi nümunələri təqdim etdik. Bu 

nümunələri biz şairin 162 səhifədən ibarət müharibə bloknot 

- gündəliyindən və doğmalarına ünvanladığı  mək-

tublarından  əldə etmişik. Bloknotda Səftər Həsənzadənin 

qohum - əqrəbalarının adı, müharibədə ünsiyyət, ülfət 

bağladığı  cəbhə dostlarının adları, 1941-1944-cü illərdə 

yazdığı  şeirlər, Rusiyanın, Ukraynanın, Belorusiyanın 

müxtəlif vilayət,  şəhər, qəsəbə, kənd, xutorlarının adları, 

rus, ukrayna, belorus qızlarının ünvanı, ana dilində yazdığı 

şeirlərlə yanaşı, həm də rus dilində «Şumit kamış», «Pesnya 

o soldate», «Nataşa» və s. kimi şeir nümunələri də vardır. 

Səftər Həsənzadə bloknotundakı  şeirlərindən, Vətənə 

göndərdiyi məktublarından göründüyü kimi onun fikri-zikri 

daim doğmaları, eli, obası ilə olmuşdur. O, yaxşı bildirdi ki, 

bir dul anası, dörd bacısı yenicə pərvazlandıqları, «özlərini 

yenicə düzəltdikləri» bir məqamda, bu yandan da müharibə 

qapılarını döydü. İki qardaş, böyük qardaşı Paşa və bir də 

özü onun lap qaynar nöqtəsinə yollandılar. Böyük qardaş iki 

dəfə yaralandı, qospitalda müalicə olunduqdan sonra yenə 

də ön cəbhəyə yollandı. 1939-cu ildən 1945-ci ilin sonuna 

qədər Vətənə xidmət etdilər, düşmənlərlə düşmən kimi 

vuruşdular. Doğmalarının üstünə başı dik, alnı açıq, üzü ağ 

və salamat qayıtdıqdan sonra böyük qardaş aradan bir 

keçməmiş, Səftər Həsənzadə isə iki il yarımdan sonra haqq 

dünyasına qovuşdular. 

Səftər Həsənzadə doğmalarına ünvanladığı bütün 

məktublarında müharibənin məhrumiyyətindən, rəzalətin-

dən, fəlakətindən danışsa da, tanış-bilişdən, cəbhədə qardaşı 

Paşadan, bu sətirlərin müəllifinin atası Tağıdan illərlə 

məktub almamasından gileylənir,  şikayətlənir və Tağıdan, 

nəhayət ki, iki il keçdikdən məktub aldıqdan sonra «Mənim 



Vətən həsrətli, barıt qoxulu sətirlər 

 

87



Tağım» şeirini yazıb həm əzizlərinə, həm də Tağının özünə 

ünvanlayır (Yeri gəlmişkən qeyd edək ki, Tağı  Səftərin 

bacısının həyat yoldaşı idi və o da 1939-cu ildən 

müharibənin ön cəbhəsində olmuşdu). Həmin  şeirdən bir 

parçaya nəzər salaq: 

 

İki məktub gəldi mənə Vətəndən, 



Biri öz evimdən, biri Xəlildən

Oxuyub halıyam hər birisindən, 

Eşit salamımı, a mənim Tağım. 

 

Könül evim eylər elə hey kədər, 



Gecələr yuxum yox səhərə qədər, 

Yazıblar ki, yoxdu Paşadan xəbər, 

Eşit salamımı, a mənim Tağım. 

 

Şair «ürəyində alovlu söz»lərinin çox olmasına bax-



mayaraq, kağız Tağıya çatan kimi məktubunu cavablandır-

masından, qəlbində Abdulun, Sərdərin (Abdul – bacısı oğlu, 

Sərdər – doğma oğlu) çırpınmasından, hiss və duyğularının 

el-oba ilə olmasından danışır. 

Müharibə illərindən Səftər Həsənzadənin doğmalarına 

ünvanladığı elə bir əsgər məktubu tapmaq mümkün deyildir 

ki, o məktubda onun hansısa şeirindən parçalar yer almasın. 

Əksər hallarda o doğmalarına məktub ünvanlamağa kağız 

belə tapmamasından gileylənmişdir. 

Səftər Həsənzadə müharibəni o vaxtki SSRİ-nin hansı 

regionlarında keçirdiyini biz kitabın  əvvəlində qeyd 

etmişdik. O, əsgər məktublarında ünvanını «Polevaya poçta. 

32578 «A» göstərib. Bütün məktublar üçkünc qatlanaraq 

başqalarına ünvanlanmışdır. Məktubların hamısında 

«Prosmotreno voyennoy senzuroy» və eyni zamanda 

«Pobedu mı v boyax dobudem, ne bıt pod nemtsem russkim 

lyudyam» qeydləri vardır. 

Səftər Həsənzadə 

 

88



Səftər Həsənzadənin xeyli şeirləri adi karandaşla, ya-

xud çernillə yazılıb həddən artıq pozulduğundan onları 

bərpa edə bilmədik. «A Qafur», «Sənin», «A Xarkov», 

«Mənim ailəm», «Ağ tük» və digər onlarla şeirlər buna mi-

saldır. 

Maraqlıdır ki, Səftər Həsənzadə alovlu vətənpərvər 

olduğundan şeirlərindən biri – «A mənim Qafqazım, Azər-

baycanım»ı Azərbaycan Kommunist Partiyası  Mərkəzi 

Komitəsinin birinci katibi Mircəfər Bağırova göndərmişdir. 

«Birinci»nin ona hansı cavabı verdiyi bizə məlum deyildir. 

Səftər Həsənzadə, yuxarıda qeyd etdiyimiz kimi, biz 

nəşrə hazırladığımız şeirləri 1941-1944-cü illərdə, yəni təx-

minən 65-70 il bundan öncə qələmə almışdır. Təqdim olun-

muş nümunələrin orijinallığını oxucular şübhə altına al-

masınlar deyə, biz şairin əlyazmalarından bir neçəsinin üzü-

nü skaynerlə (çətin olsa da) çıxarıb onlara təqdim etməyi 

məqbul hesab etdik. 

Qəbrin nurla dolsun, Səftər Həsənzadə. Nəhayət,   sə-

nin oxucularla görüşün mümkün oldu. Bəlkə  də indiyəcən 

ruhunu incidən də yazdıqlarının oxuculara çatdırılmaması 

ilə bağlı narahatlıq və nigarançılıq idi. Bunu gec də olsa 

etdik. Gündəkindən dinc yat! 

 

Nizami Tağısoy 

Azərbaycan Yazıçılar Birliyinin 

üzvü, ədəbiyyatşünas-təndiqçi 

 



Vətən həsrətli, barıt qoxulu sətirlər 

 

89



 

KİTABIN İÇİNDƏKİLƏR 

 

Səftər Kərəm oğlu Həsənzadə haqqında qısa bioqrafik arayış 



Nizami Tağısoy. Səftər Həsənzadənin səngər  şeirləri (Anamın 



sandığından)  

 

 



Səftərin…………………………………………………………… 17 

Sən mənə………………………………………………………… 18 

Məni……………………………………………………………… 18 

Bu yerdə…………………………………………………………. 19 

Mənim (gəraylılar)………………………………………………. 20 

Qafqaz dağları…………………………………………………... 21 

Hacı əmi…………………………………………………………. 23 

Yurdumun……………………………………………………….. 24 

Səftəri…………………………………………………………….. 25 

Qafqaz dağlarında………………………………………………. 26 

İmdad eylə……………………………………………………….. 27 

Ay qış…………………………………………………………….. 28 

A tutbit…………………………………………………………... 

28 


Vətənə……………………………………………………………. 30 

İndən belə………………………………………………………... 30 

Kağız səni………………………………………………………... 32 

Məsnəvi………………………………………………………….. 33 

Nədəndi………………………………………………………….. 34 

Mənim………………………………………………………….... 35 

A mənim Qafqazım, Azərbaycanım…………………………… 36 

Unutmusan daha məni, Xəlilim!.............................................. 38 

Tavadım…………………………………………………………. 40 

Fələk……………………………………………………………... 41 

Mənim Tağım…………………………………………………… 42 

Kağız…………………………………………………………….. 43 

Durnalar…………………………………………………………. 43 

Salam…………………………………………………………….. 45 

A məktub………………………………………………………… 47 

Gəlmədi………………………………………………………….. 48 

Ana………………………………………………………………. 49 

Bəkir Bəşir oğlu və  Cəbrayıl Doluxan oğlunun ölümünə 

heyfslənmə……………………………………………………….. 

 

50 



Dnepr…………………………………………………………….. 52 

Nəsihət…………………………………………………………… 55 

Xəbər ver…………………………………………………………  57 

Səftər Həsənzadə 

 

90



Karpat dağları…………………………………………………... 58 

Gəlmədi (gəraylılar)…………………………………………….. 60 

Qocalıq…………………………………………………………... 62 

Necədir…………………………………………………………... 63 

Anama cavab……………………………………………………. 

64 


Mədət……………………………………………………………. 65 

Bacoğlu…………………………………………………………... 66 

A Kür qırağı……………………………………………………... 67 

Gecikmiş görüşə söz ardı… ……………………………………..  72 



 

 

 

 

 

Nəşriyyatın direktoru 



Telman Vəlixanlı  

 

Nəşriyyat redaktoru  



Əliş Ağamirzəyev  

 

Kompüter tərtibatı  



Vəfa Əhmədova  

 

Operator 



 Şəfa Məmmədova 

 

 



 

 

************** 



Çapa imzalanıb: 18.02.2009. 

Format: 84x108 1/32. Qarnitur: Times. 

Ofset kağızı: əla növ. Həcmi: 4,75 s.ç.v. Tiraj: 150. 

Sifariş № 11. Qiyməti müqavilə ilə. 



 

Mütərcim” Nəşriyyat-Poliqrafiya Mərkəzi  



Bakı, Rəsul Rza küç., 125 

Tel./faks 596 21 44 

e-mail: mutarjim@mail.ru 

 

Yüklə 385,77 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə