Microsoft Word Sefter Hesenzade book doc


Vətən həsrətli, barıt qoxulu sətirlər



Yüklə 385,77 Kb.
Pdf görüntüsü
səhifə4/13
tarix14.04.2018
ölçüsü385,77 Kb.
#38512
1   2   3   4   5   6   7   8   9   ...   13

Vətən həsrətli, barıt qoxulu sətirlər 

 

15



Qocaldıb biləsən dərdin ha məni. 

 

Səftər Həsənzadə 

 

16

 



Dərdini çəkməkdən ağarıb başım, 

Sərasər tökülür elə göz yaşım. 

 

Yoxdu bir xəbərim heç, ana, səndən, 



Beşinci ildir ki, bilmirəm nədən. 

 

Ayrılalı səndən, ana, nə zaman, 



Həsrətin çəkirəm biləsən haman… 

 

Şairin  əsərlərinin mündərəcəsi, forma xüsusiyyətləri, 



ideya-məzmun palitrası  işgüzar bağbanın yaz, bahar vaxtı 

qulluq etdiyi gülzarı andırır. Burada, demək olar ki, hər 

gözəl meyvədən var: üstəlik o meyvələrin rəngi, dadı, 

ləzzəti. Oxucu bu əsərlərlə tanış olduqda orada biçimli 

ifadələr, insanı duyğulandıran motivlərlə rastlaşır. Səftər 

Həsənzadə yaradıcılığı patetikadan kənar olub, real 

həyatımızın konkret mənzərələrini  əks etdirən yaradı-

cılıqdır. 

Şair Səftər Həsənzadənin  şeirləri nəinki doğma Uca-

rın, həm də qonşu rayonlardan olan aşıqların, xanəndələrin 

dilləri əzbəri olmuşdur. Qələmə aldığı nümunələrin ölçüsü, 

strukturu, kompozisiyası, problematikası rəngarəng olan bu 

şairin poetik «naxışlar»ı son dərəcə özəl, özünəməxsus, 

şifahi xalq yaradıcılığından, klassik poeziyamızdan qaynaq 

alandır. 

Yəqin həyatdan vaxtsız getməsəydi, Səftər Həsənzadə 

Azərbaycan oxucularına qalaq-qalaq əsərlər bəxş edəcək, 

insanların poetik hisslərinə hakim kəsiləcəkdi. Bütün bizi 

culğayan bədbin hisslərə baxmayaraq (çünki Səftər 

Həsənzadə bu sətirlərin müəllifinin doğma dayısıdır – N.T), 

ümid edirik ki, onun oxuculara təqdim etdiyimiz şeirləri 

onların xoşuna gələcək, qəlbini oxşayacaqdı. 



 

Nizami Tağısoy 

filologiya elmləri doktoru, 


Vətən həsrətli, barıt qoxulu sətirlər 

 

17



professor

 

Səftər Həsənzadə 

 

18



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


Vətən həsrətli, barıt qoxulu sətirlər 

 

19



 

SƏFTƏRİN 

 

Yeri, göyü, ərşi, kürşü yaradan

Bir fikir çək əhvalına Səftərin. 

Çoxdan ayrılıbdı öz vətənindən, 

Nəzər sal sən iqbalına Səftərin. 

 

Vətənim deyildi heç ölkədən kəm, 



Bahar çağı olur o abi zəm-zəm, 

Salamat qayıdıb əgər gedərsəm, 

Sən cavab ver sualına Səftərin. 

 

Qərib ellər olsa cənnəti rizvan, 



Bənd olmaz heç ona bu könlüm, inan, 

Gah yar düşür yada, gah Azərbaycan, 

Kim yanacaq bu halına Səfrətin. 

 

Yazda cənnət olur o bizim ellər



Al-əlvan çiçəklər, ətirli güllər. 

Vətən, vətən deyir indi könüllər, 

Nələr düşür xəyalına Səftərin. 

 

Keçdi cavanlığım, gəldim bu sinnə, 



Aşırdım dövranı gəldim bu tinə, 

Çərxı-fələk çıxardasan ağ günə, 

İnanasan amalına Səftərin. 

 

Uzaq düşdüm torpağımdan, elimdən, 



Üzüldü əllərim yarın əlindən, 

Qəbul eylə hər nə çıxsa dilimdən, 

Sən həmdəm ol kamalına Səftərin. 

 

Dəli könül coşub eyləyər kədər, 



Qadir Allah özü dadıma yetər, 

Yolumu gözləyir balaca Sərdər, 



Səftər Həsənzadə 

 

20



Çatdır haqqı-halalına Səftərin. 

 

SƏN MƏNƏ 

 

Gəzib dolaşmışam xeyli çölləri, 

Qadir Allah imdad eylə sən mənə. 

Tərk etmişəm oba, oylaq, elləri, 

Qadir Allah imdad eylə sən mənə. 

 

Ayırdın vətəndən məni bir zaman, 



Düşdüm qəribliyə, oldum pərişan, 

Sənə ərzim budur, ey çərxi dövran, 

Bu dar gündə imdad eylə sən mənə. 

 

Kəsilib hər yerdən, yoxdur əlacım, 



Gedibdir şirinim, gəlibdir acım, 

Yolumu gözləyir dörd nəfər bacım, 

Qadir Allah imdad eylə sən mənə. 

 

Kəsibdir hər yandan qanlı əjdaha, 



Ümüd yoxdur heç bu gündən sabaha, 

Əlac qalıb bircə Qadir Allaha, 

Qadir Allah imdad eylə sən mənə. 

 

Ayrıldım yoldaşdan-üzüldü əlim, 



Kəsilibdir indi bu yazıq dilim, 

İmdad eylə mənə özünsən Kərim, 

Havadar ol bu qürbətdə sən mənə. 

 

 



      MƏNİ 

 

Yetiş harayıma, ey pərvərdigar

Verəsən dərdimə ayrı dəvalar. 



Vətən həsrətli, barıt qoxulu sətirlər 

 

21



Səftərin yolunu gözləyir Sərdar, 

Yetir vətənimə, elimə məni. 

 

Bir kəsim yox gələ sora halımı, 



Danışdırıb bilə dərdi-əhvalımı, 

Açasan vətənə bağlı yolumu, 

Yandırıb sən qatma külümə məni. 

 

Ana vətənimdə alasan canım, 



Qala vətənimdə bəlkə nişanım, 

Oxuna üstümdə «Yasin Quran»ım, 

Çatdır öz obama, elimə məni. 

 

 



    

BU 

YERDƏ 

 

Ey dil, nə deyim qalmışam avara bu yerdə, 

Salma yenə də könlümü qubara bu yerdə. 

 

Yoxdu bir dərdə dəva taki yüz il axtarasan, 



Eyləyə bəlkə şəfa böylə dəvasız dərdə. 

 

Rəvadır ki, fələk dustaq olam mən neçə il



Düşüb zindanə həmən satqın olam əllərdə. 

 

Var imiş, əlbət, günahım nədən isə mən bilməm, 



Salıbdır dərdə fələk qalmışam pis günlərdə. 

 

Eşidəsən sözlərimi, ya ilahi, yalvarıram, 



İnsaf et, qoyma öləm bu viranə çöllərdə. 

 

Bir yetir ol Vətənə, al canımı, «uf» demərəm, 



Oxunsun ayə «Quran», qoy dolanım dillərdə. 

 

Səftər Həsənzadə 

 

22

Həsrətəm, ya ilahi, mən neçə ildir vətənə, 



Nə xəbər var, əzizim, indi görəm ellərdə. 


Yüklə 385,77 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə