Microsoft Word semil sadiq-?d?biyyatla bütövl?smis s?xsiyy?tl?r



Yüklə 1,3 Mb.
Pdf görüntüsü
səhifə12/39
tarix07.07.2018
ölçüsü1,3 Mb.
#53653
1   ...   8   9   10   11   12   13   14   15   ...   39

50
 
 
müqayisə edilə bilməz. Müqayisə edilərsə, qalib gələ-
cəyi şübhəsizdir! 
“Azər”də ölçülü sərbəst  şeirin həm  əruz vəznli, 
həm də heca vəznli formalarına rast oluruq. Şair əsər-
də əruz vəznli sərbəst şeir nümunələrini həzəc və rə-
məl bəhrinin müxtəlif təfilələri  əsasında yaratmışdır. 
İlk növbədə, həzəc bəhrində yazılmış ölçülü sərbəst 
şeirə diqqət yetirək: 
 
    Üsyan! 
    Fəlan 
    Dilcan 
    Üsyan deyə hər dildən, ağızdan 
    məf 'Ulü    məfA'İlü    fə'UlAn 
    Bir nifrət ucaldı. 
    məf 'Ulü   fə'Ulü 
    Keçmişlərə, keçmişdəki adətlərə üsyan! 
    Məf' Ulü   məfA'İlü   məfA' İlü  fə'UlAn 
    “Üsyan” 
 
Misal gətirdiyimiz misralar “Müstəzad həzəc”in-
də (dördbölümlü sınıq açıq naqis həzəc) yazılmışdır. 
Həzəcin bu növünü təşkil edən təfilələr asanlıqla par-
çalanmaq və müxtəlif ölçülərdə birləşmək (qruplaş-
maq) xüsusiyyətinə malikdir. Elə  həzəcin 10 və 12-ci 
növlərini də yaradan 8-ci növün (müstəzad həzəcinin) 
bu xüsusiyyətidir. Müstəzadlığa malik olan, əruzun 
bəhr növlərinin hamısına bu xüsusiyyət xasdır. 
Klassik  ədəbiyyatımızda müstəzad  şeirlər külli 
miqdardadır. Lakin onlarda vur-tut iki qəlib, yəni 
dördbölümdən sonra ikibölümlü (nadir hallarda üç-


51
 
 
bölümlüdən sonra ikibölümlü gəlir) işlənir. Cavidin 
müasiri və yaxın dostu olan Hadinin yaradıcılığında 
bəzən üç qəlibə rast olunur (“Ümməhati-həyat”, “Fik-
rət”). Lakin bu, Cavidin sərbəst  əruzu qədər cilalan-
mış bir formada deyildir. 
Yuxarıda misal gətirdiyimiz parçada dörd müxtə-
lif ölçülü qəlibin-misranın bir-birini necə ardıcıllıqla 
izlədiyinin və tamamladığının  şahidi oluruq. Bunlar-
dan ikisi, qeyd etdiyimiz kimi, şairlər arasında çox-
dan məlum idi və geniş surətdə tətbiq edilirdi. Üçün-
cüsü, məf'Ulü məfA'İlü fə'Ulün  şeirimizə Cavid tərə-
findən gətirilmiş  və  şairin adıyla “Cavid həzəci”ad-
landırılmışdı. Hamısından maraqlısı dördüncü qəlib – 
fə'lAn təfiləsidir. Fə'lAn, fə'İlün təfiləsinin son hecası 
ikiqat uzun olan variant formasıdır. Uzun fəlun adla-
nır. “Azərbaycan əruzunda bu təfilə fəal təfilələrdən-
dir. Beş  bəhrdə – mütəqarib, mütədarik, rəməl, müc-
təs və xəfif bəhrlərində işlənir”. 
Bəs onda həzəclə əlaqəsi olmayan fəl'an təfiləsinin 
həzəc bəhrində yazılmış bu şeirdə  iştirakını necə ad-
landıra bilərik? Böyük şairimizin milli əruzumuzda 
olan daimi, ciddi axtarışlarının müvəffəqiyyətli nəti-
cəsi! 
Şeirimizdə rəməl bəhrinin müstəzad forması Cavi-
də  qədər də mövcud idi. Bu forma müstəzadlı mü-
xəmməs və  qəzəllərimizdə iki, M.Ə.Sabirin bəhri-tə-
villərində (Həmin  şeirlər təvil bəhrində deyil, rəməl 
bəhrində yazıldığı üçün Sabir onları haqlı olaraq bəh-
ri-təvil deyil, uzun dərya adlandırmışdır) daha böyük 
ölçülərdə  təzahür etsə  də, bu şeirlərin heç birinə öl-
çülü sərbəst şeir adı vermək mümkün deyil. Cavidin 


52
 
 
“Azər” dastanındakı rəməl bəhrli müstəzadları isə öl-
çülü sərbəst şeirin tələblərinə tamamilə uyğundur. 
 
    Çağlayanlar kürələrdən daşaraq, 
    fA' ilAün   fə' ilAtün  fə' ilün 
    Süzülən gözləri oxşar və öpərkən şaqraq. 
    Fə' ilAtün  fə' ilAtün fə' ilAtün  fə'lün 
    İncə bir şeir oxunur. 
    fA' ilAtün  fə' ilün 
“Azad əsirlər” 
 
Bir-birini vəzncə izləyən və mənaca tamamlanma-
yan üç misra – üç müxtəlif ölçülü qəlib!... Bu, Cavidin 
şeiri artıq sözçülükdən azad etmək üçün müxtəlif öl-
çülü misralara müraciət etməsi, vəznə yaradıcılıqla 
yanaşaraq ölçülü sərbəst  şeirin daha bir müvəffəqiy-
yətli nümunəsini ədəbiyyatımıza gətirməsi deyilmi? 
Ədəbiyyatımızda ilk uğurlu nümunələri Cavid tə-
rəfindən yaradılan əruz vəznli ölçülü sərbəst şeir nə-
zəri cəhətdən çox geniş inkişaf imkanlarına malikdir. 
Belə ki, həzəc və  rəməlin başqa növlərində, bundan 
əlavə, səri, müzare və mütədarik bəhrlərinin bir sıra 
növlərində çox asanlıqla (əlbəttə, müəyyən vərdiş sa-
yəsində) ölçülü sərbəst  şeir yazmaq mümkündür. 
Əruz elminin ən görkəmli nümayəndələrindən biri 
olan, fəxrimiz prof. Əkrəm Cəfər də milli əruzumuz-
da həzəc və rəməlin müstəzadlı formalarından başqa 
digər bəhrlərin də müstəzadlı formalarının mövcud 
ola biləcəyini dəfələrlə söyləmişdir. Bu, müasir şairlə-
rimiz qarşısında milli əruzumuzun və ölçülü sərbəst 


53
 
 
şeirimizin inkişafı üçün geniş imkanlar açan və bu-
nunla bərabər tələblər qoyan bir problemdir. 
Heca vəznli ölçülü sərbəst şeirə “Azər” dastanının 
“Tısbağanın zövqü”, “Yaşamaq və yaşatmaq”, “Mə-
zarlıqdan keçərkən”, “Dəniz kənarında” adlı hissələ-
rində rast olunur: 
 
    Azər gülüb “xayır!” dedi: “Bizdə deyil tısbağa, 
    İnsan belə görməz bu zövqü əsla! 
    Şərqin bir çox ölkəsini mən gəzib də dolaşdım, 
    Çox ellərə yanaşdım. 
 
“Tısbağanın zövqü” 
 
    Gəncliyin almaz gözləri şimşək kimi çaxardı. 
    Hər üzdə maraqlı bir hal vardı.        
         
Yaşamaq və yaratmaq” 
 
    Bir eşq yaşarkən 
    Sən də atdın məni. 
    Vəfasız olsan da mən, 
    Unutmam səni. 
 
“Məzarlıqdan keçərkən” 
 
    Şətarətli bir mayısdır... Azər enmiş sahilə, 
    Zümrüd dalğaları seyrə dalmışdı. 
    Bu halda bir şey gurladı, maraqlandı cocuqlar: 
    – Nədir bu səs? 
    Yıldırımmı? 


Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə