Microsoft Word semil sadiq-?d?biyyatla bütövl?smis s?xsiyy?tl?r



Yüklə 1,3 Mb.
Pdf görüntüsü
səhifə13/39
tarix07.07.2018
ölçüsü1,3 Mb.
#53653
1   ...   9   10   11   12   13   14   15   16   ...   39

54
 
 
    Hər nə varsa göydə var
    – Əvət, doğru... 
    Baxın, iştə! 
    –  Qos-qoca  bir  təyyarə.... – kim bilir nərdən 
gəliyor, yolu hanki diyarə? 
                                                               
“Dəniz kənarında” 
 
Göstərdiyimiz şeir parçalarında iki və üç müxtəlif 
ölçülü misralar biri digərini vəzncə izləmiş və mənaca 
tamamlamışdır. Cavid tərəfindən ilk dəfə  qələm təc-
rübəsindən keçən heca vəznli sərbəst şeirin bu, ilk nü-
munələri müasir şairlərimiz tərəfindən böyük məhəb-
bətlə sevilməkdə, inkişaf etdirilməkdə və cilalanmaq-
dadır. Azərbaycan ədəbiyyatı tarixində ölçülü sərbəst 
şeirin mükəmməl nümunələrini yaradan və əruz vəz-
nində sərbəst şeirin yazıla biləcəyini əyani surətdə sü-
but etdirə bilən ilk böyük sənətkar Caviddir. 
Böyük şair və dramaturq Hüseyn Cavid Rəsizadə-
nin vəzn sahəsində  ədəbiyyatımıza gətirdiyi yuxarı-
dakı yeniliklər bizi məcbur edir ki, bu dahi sənətkarın 
yaradıcılığına daha həssaslıqla yanaşaq, onun ədəbiy-
yat tarixində tutduğu mövqeyi daha düzgün müəy-
yən edək. 
 
Elmi axtarışlar, XII toplu (“Filologiya məsələləri”nin 
xüsusi buraxılışı), “Nurlan” nəşriyyatı, 2004. 


55
 
 
“İblisin intiqamı” pyesi haqqında 
 
Sülhpərvər qüvvələrin qələbəsi ilə bitən bu pyes 
janrına görə dramdır. Bu, Cavidin yeganə dram əsəri-
dir ki, orada Sovet hökumətinin, onun nümayəndələ-
rinin, ümumiyyətlə, onun varlığının adı çəkilir. Qeyd 
etməliyik ki, Cavidin irili-xırdalı digər bədii əsərlərin-
də sovet hakimiyyətinin adı  və yaxud atributlarına 
rast gəlinmir. Bu baxımdan əsər xüsusi maraq doğur-
maqdadır. Doğrudur, onun “Telli saz” pyesində So-
vet Azərbaycanından bəhs olunur, lakin bu əsər  əli-
mizdə olmadığından, bizə gəlib çatan üç kiçik parça-
ya  əsaslanaraq, onun haqqında geniş fikir yürütmək 
çətindir.“İblisin intiqamı”  əsərinin qəhrəmanı Birinci 
Dünya müharibəsi əleyhinə yazılmış “İblis”faciəsinin 
əsas qəhrəmanlarındandır. Əsərin təsir obyekti bütün 
dünya imperializmidir. Buna görə də əsərdə İblis şey-
tanlardan istifadə edir. Buradakı Arif “İblis”dəkinə 
bənzəmir. O, artıq ”Şərqin mütərəddid çocuğu” deyil, 
əksinə, sülhü bütün varlığı ilə müdafiə edən bir mü-
cahiddir. Əsərdə İblisə qarşı insanlara kömək edən iki 
simvolik obraz da vardır. Bunlar sülh pərisi Sima və 
Tuncərdir. Sima özünü “...bir çox şairlərin, filosofların 
könlünü ovlayan, ən yüksək və  dərin düşüncələrdə 
qanad çalan bir dilək pərisi, ... bəşəriyyət üçün çırpı-
nan, qan izlərini silməyə çalışan sülh pərisi” adlandı-
rır. Tuncər sülh pərisi Simanın keşiyini çəkmək üçün 
sülhpərvər bəşəriyyəti təmsil edən Spartak qiyafəli 
bir qəhrəmandır.  Əsərdə onun hansı xalqın, hansı 
dövlətin nümayəndəsi olduğu dəqiq söylənilmir. 
Doğrudur, Arif: “Gerçəkdən Tuncərmi? Mən onu çox-


56
 
 
dan tanıyıram. Söylə, indiyə qədər haralarda idin?” – 
deyirsə  də, bizi daha çaşbaş salır. “İblis”dəki Arifin 
əslən İstanbullu olub Bağdad civarında yaşadığını bi-
lirdik, buradakının isə hardan gəlib, hara getdiyi də-
qiq məlum deyil. Tuncər adına Cavidin nə “İblis”, nə 
də ki digər əsərlərində rast gəlmişik. 
Professor  Ə.Cəfərin redaktorluğu ilə Hüseyn Ca-
vid külliyyatının IV cildində ilk dəfə çap olunan “İbli-
sin intiqamı” pyesində bu ad Tüncər yox, Tuncər kimi 
verilmişdir. M.Cəfərin tədqiqatında “tunc heykəli” 
Tuncərin Tüncər kimi verilməsi də  təəccüblüdür. 
Tunc sözündən yaranmış Tuncər adını A.Həsənoğlu 
da Tüncər kimi qəbul edərək aşağıdakıları yazır: ”Bü-
tün bunlara qarşı  şair Tüncəri qoymuşdur. Tüncərin 
mənası münbit torpağa səpilən toxum mənasını ifadə 
edir ki, bu da bütün dünyada sülhün, əmin-amanlığın 
təbii inkişafı,  ədalətin, tərəqqi və  təkamülün poetik-
ləşdirilməsindən ibarətdir”. Nə qədər gözəl və poetik 
səslənsə də, biz hər halda akad. M.Cəfərin “tunc hey-
kəl” ifadəsini və prof. Ə.Cəfərin redaktəsindəki Tun-
cər adını qəbul etsək, daha yaxşı olar. Tuncərin Spar-
tak qiyafəsində olması onun mübarizəyə qalxmış 
məzlum siniflərin ümumiləşdirilmiş, rəmzi bir obraz 
olduğuna dəlalət edir. Hörmətli şairimizin qızı Turan 
xanımın tərtibatı ilə Hüseyn Cavidin 2005-ci ildə 5 
cilddə çap olunan əsərlərinin V cildində bu söz Tün-
cər yox, Tuncər kimi verilmişdir. 
1936-1937-ci illərdə əsər yazılarkən Cavid bəşəriy-
yəti gözləyən böyük bir müharibəni və onun qanlı nə-
ticələrini  əvvəlcədən duyub görmüşdü. Qeyd etmək 
lazımdır ki, bunu duyub-görənlər az deyildi. Lakin 


57
 
 
onun nəticələrini düzgün təyin etmək bacarığı yalnız 
dahilərə məxsusdur. Cavid gələcək müharibədə faşiz-
min məğlubiyyətini labüd bilirdi. O duymuşdu ki, qa-
lib gələn demokratik qüvvələr məğlub olan irticanın 
məhkəməsini onların öz ölkəsində, öz vətəndaşlarının 
iştirakı ilə aparacaq və bu proseslərdə bütün beynəl-
xalq sülhsevər insanlar iştirak edəcəklər. Elə  təkcə 
Nürnberqdə müharibə canilərinə qurulmuş beynəl-
xalq mühakiməni buna misal göstərsək, kifayətdir. 
Alman, italyan və yapon faşizminə qurulan məhkə-
mələr həmin ölkələrin ərazisində, geniş xalq kütlələri-
nin gözü qarşısında olmuşdur. “İblisin intiqamı”nda 
sovet nümayəndəsinin əsərin sonunda söylədikləri bu 
baxımdan Cavidin peyğəmbərliyi idi. 
İrihəcmli əsərlərinin, demək olar ki, hamısında bu 
və ya digər tərzdə  ədəbiyyatımıza yeniliklər gətirən 
böyük sənətkar burada da öz ənənəsini davam etdir-
mişdir. “İblisin intiqamı”ədəbiyatımızda ictimai-siya-
si məzmunda yazılıb böyük beynəlxalq məclislərin 
bədii təsvirini verən ilk dram əsəridir. 
Pyesi dəfələrlə oxuyub, Cavidin digər dram əsər-
ləri ilə müqayisəli surətdə tədqiq edəndən sonra gəl-
diyimiz nəticə ondan ibarətdir ki, ”İblisin intiqamı” 
dil və bədii cəhətdən onun digər əsərlərindən kəskin 
surətdə fərqlənir. Bədiilik baxımından onu deyə bilə-
rik ki, əsərin əlimizdə olan variantı Cavidin sənətkar-
lıq cəhətdən  ən zəif  əsəridir. Pyes, əsərin tamamlan-
mamış bir qaralama variantını xatırladır. Bizi bu şüb-
hələrə  gətirib çıxaran ikinci pərdədən sonra əsərdə 
olan natamamlıq və  tələskənlik, pyesin dili, oradakı 
şeir parçalarıdır.  Əsərin birinci və ikinci pərdəsində 


Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə