Microsoft Word semil sadiq-?d?biyyatla bütövl?smis s?xsiyy?tl?r



Yüklə 1,3 Mb.
Pdf görüntüsü
səhifə17/39
tarix07.07.2018
ölçüsü1,3 Mb.
#53653
1   ...   13   14   15   16   17   18   19   20   ...   39

73
 
 
əhəmiyyətli insanlar olmuşlar. Bəlkə, elə buna görədir 
ki, Ədəbiyyat İnstitutunun nüfuzu digər müəssisələr-
dən daima fərqlənmişdir.  Əziz Mirəhmədov, Yaşar 
Qarayev, Bəkir Nəbiyev kimi böyük alimlərdən son-
ra, bu instituta rəhbərlik edəcək ən layiqli elm xadimi 
məhz İsa müəllim idi. Bunu İsa müəllimin institutda-
kı bir illik fəaliyyətində daha aydın sezmək olar. Belə 
ki, bir il müddətində  Ədəbiyyat  İnstitutunda yaradı-
lan “Ədəbi tənqid”  şöbəsi, “Mətbuat tarixi” şöbəsi, 
“Mühacirət  ədəbiyyatı”  şöbəsi, “Nəşriyyat”  şöbələri-
nin yaradılması, “Ədəbiyyat məcmuəsi”, “Xəbərlər” 
elmi jurnallarının çapının intensivləşməsi, “Poetika. 
izm”in təsis edilməsi, “Ədəbi  əlaqələr” jurnalını  İns-
titutun qanadları altına alması,  Akademiyanın tari-
xində ikinci olan yüksək texnologiya ilə təmin edilmiş 
“Elektron” akt zalının məhz  Ədəbiyyat  İnstitutunda 
yaradılması, uzun illər öncə fəaliyyətini dayandırmış 
“Ədəbi proses” adlı illik hesabat xarakterli konfransın 
yenidən fəaliyyətə başlaması ədəbiyyatşünaslığın dir-
çəlməsinə, ədəbi proseslərə ciddi şəkildə münasibətin 
ortaya qoyulmasına xidmət edir. Elm özlüyündə ağır 
bir prosesdir. Onu çevikləşdirən və praktik edən isə 
təhsildir.  İsa müəllimin Naxçıvan Dövlət Universite-
tindən  əldə etdiyi təcrübəni  Ədəbiyyat  İnstitutunda 
həyata keçirmək arzusu ədəbiyyatşünaslığımız üçün 
bir  ərməğandır sanki. Çünki İsa müəllim  Ədəbiyyat 
İnstitutuna Naxçıvan Dövlət Universitetitinin priz-
masından yanaşır. Bu da elmi tədqiqat müəssisəsinin 
imkanlarını genişləndirir, beynəlxalq  əlaqələrini for-
malaşdırır. Bunun nəticəsində də Azərbaycan ədəbiy-
yatının, ədəbiyyatşünaslığının dünyaya açılması pro-


74
 
 
sesi başlanmış olur. Bu prosesdən isə qazanan, əlbəttə 
ki, Azərbaycan elmi, mədəniyyəti olur.  
Professor Asəf Zamanovun maraqlı bir fikri var: 
“Elə Universitetlər var ki, ora kimi rektor qoysan onu 
yüksəldir, çəkisini artırır. Elə müəssisələr də var ki, 
onları müəssisəyə rəhbərlik edənin şəxsi nüfuzu, icti-
mai-siyasi ampluası və əzmi daha yüksəklərə qaldırır. 
İsa Müəllim məhz bu cür liderlərdəndir. Bunu Naxçı-
van Dövlət Universitetindəki fəaliyyəti də göstərmiş, 
bu gün Ədəbiyyat  İnstitutunda da gedən proseslər 
sübut edir. İsa Həbibbəyli ideyalarının həyata keçmə-
sində, Azərbaycan  ədəbiyyatşünaslığının yenidən və 
müasir tələblərlə formalaşmasında onunla çiyin-çiyi-
nə  işləmək bir zövqdür. Bundan əlavə isə bir akade-
mikin xoş  və  şirin xatirələrinin  şahidi olmaq Abbas 
Zamanovun dili ilə desək “bir aləmdir”. 
Bu günlər “qızmar günəş” sevdalısı akademik İsa 
Həbibbəylinin 65 illik yubileyidir. Artıq  İsa müəllim 
təkcə şəcərəsinin yox, Azərbaycanın, türk dünyasının 
adamıdır. Dərin zəkaya, müdrik düşüncəyə malik us-
tadın  əlini sıxmaq, doğum gününü üzbəüz təbrik et-
mək mənim həyatımın önəmli və dəyərli hadisələrin-
dən olacaq! 


75
 
 
Qövsi Təbrizi qəzəllərinin vəzni haqqında 
 
Əlican Qövsi daha çox istedadlı bir qəzəl şairi ki-
mi məşhurdur. Daha dəqiq desək, Qövsi ədəbiyyat 
tarixində XVII əsrin müxtəlif mövzularda məharətlə 
yazılmış oynaq, mənalı, ürəyəyatımlı qəzəllər müəllifi 
kimi tanınmışdır. Onun yaradıcılığında ictimai motiv-
li, məhəbbət, təbiət gözəlliklərinə  həsr edilmiş  qəzəl-
lərlə yanaşı,  Əlişir Nəvai, Vahid Təbrizi, Sahir və  ən 
çox Məhəmməd Füzuli kimi böyük şairlərə yazdığı 
nəzirələri də vardır. 
Qövsi əsərlərinin mühüm hissəsini əruz vəznində 
yazmışdır. Lakin o, bu vəznin ən oynaq, Azərbaycan 
dilinin xüsusiyyətlərinə uyğun musiqili bəhrlərini se-
çərək,  əsərlərini bu bəhrlərdə yazmağa çalışmışdır. 
Təəssüflər olsun ki, Qövsi Təbrizinin tədqiqatçıların-
dan heç biri şairin əsərlərinin vəzni haqqında müfəs-
səl məlumat verməmişdir. Ona görə də biz bu məsə-
ləyə bir az məsuliyyətli yanaşaraq,  əruz vəzninin 
Qövsi yaradıcılığında rast gəldiyimiz bəhrləri barə-
sində bir qədər məlumat vermək istərdik. 
Qövsi Təbrizi  şeirlərini yazarkən bəhrlərin  əksə-
riyyətindən çox ustalıqla istifadə etmişdir. Lakin şai-
rin  ən çox işlətdiyi bəhrlər həzəc, rəməl və müzare 
bəhrləridir. Bu bəhrlərdən bir neçə misalı gözdən ke-
çirək: 
Birinci növ-dördbölümlü bütöv həzəc: 
 
MəfA' İlün  məfA' İlün  məfA' İlün  məfA' İlün  
Nə sərkeş şölədir bu vəh, bu nə qəddü, nə qamət-
dir, 


76
 
 
Qiyamətlər qiyamından qiyam etmiş qiyamətdir?! 
 
Səkkizinci növ-dördbölümlü sınıq açıq naqis hə-
zəc, yaxud müstəzad həzəci: 
 
   Məf 'Ulü   məfa' İlü  məfA' İlü  fə' Ulün 
   Bülbül mənim əfğanıma qatlanmadı uçdu, 
   Yarım gecə qönçə yuxudan durdu və köçdü. 
 
İndi isə Qövsinin rəməl bəhrinin müxtəlif növlə-
rində yazdığı şeirlərinə misal olaraq aşağıdakı nümu-
nələri göstərmək istərdik. Rəməl bəhrinin Qövsi yara-
dıcılığında  ən çox ikinci növ-dördbölümlü bütöv na-
qis növünə rast gəlinir ki, onun da ölçüsü aşağıdakı 
kimidir: 
 
   fA'ilAtün  fA'ilAtün  fA'ilAtün  fA'ilün 
   Canə etdim dərdi-zil zəbtindən, ey dildar eşit! 
   Əndəlibin sərgüzəştin, ey güli-bixar, eşit!.. 
 
Qövsi yaradıcılığında rəməl bəhrinin daha bir nö-
vünə rast gəlinir ki, bu da altıncı növ-dördbölümlü 
qısa incə  rəməldir. Bu növün ölçüsü aşağıdakı kimi-
dir: 
   fə'ilAtün  fə' ilAtün  fə'ilAtün  fə'ilün 
   Kimi can etdi, kimi könlünü dildarə fəda, 
   Bilmənəm mən ki, yoxumdur, nə edim yarə  fə-
da? 
Qövsi Təbrizi müzare bəhrində  də  qəzəllər yaz-
mışdır. O, bu bəhrin, xüsusilə, birinci və üçüncü növ-


Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə