Ş ə h r i y a r v ə z ə m a n ə m i z
1
Məsiağa Məhəmmədi
ŞƏHRİYAR
VƏ
ZƏMANƏMİZ
Bakı‐2015
M ə s i a ğ a M ə h ə m m ə d i
2
Redaktoru və ön sözün müəllifi:
Qurban Bayramov
Məsiağa Məhəmmədi. Şəhriyar və zəmanəmiz.
Bakı: “ADMİU”-nun nəşriyyatı, 2015, 80 səh.
Kitaba tanınmış şərqşünas və tərcüməçi Məsiağa
Məhəmmədinin dahi söz ustadı Məhəmmədhüseyn Şəhriyar
(1906-1988) yaradıcılığına dair müxtəlif illərdə yazılmış
məqalələri, eləcə də şairin Mövlana Cəlaləddin Rumiyə
(1207-1273) həsr edilmiş iri həcmli şeirinin fars dilindən
filoloji tərcüməsi daxil edilmişdir.
Kitab şərqşünas və ədəbiyyatşünaslara, eləcə də
Şəhriyar poeziyası ilə maraqlanan geniş oxucu kütləsinə
ünvanlanır.
ISBN 978-9952-330-82-3
© Məsiağa Məhəmmədi, 2015
Ş ə h r i y a r v ə z ə m a n ə m i z
3
Şəhriyarın “qələm Rüstəmi”
adlandırdığı unudulmaz ustadım,
böyük Azərbaycan şərqşünası,
professor Rüstəm Əliyevin
parlaq xatirəsinə ithaf edirəm.
Müəllif
M ə s i a ğ a M ə h ə m m ə d i
4
Ş ə h r i y a r v ə z ə m a n ə m i z
5
ŞƏHRİYAR ŞEİRİNƏ YENİ BAXIŞ
XX əsr Azərbaycan poeziyasında milli ruhu və
düşüncəni ifadə etmək qüdrəti baxımından yalnız
Səməd Vurğunla müqayisə edilə biləcək dahi Şəh-
riyarın yaradıcılığı, onun ana dilimizin qənirsiz gö-
zəlliyini, misilsiz şəhd-şəkərini, məhrəm melodi-
yasını təcəssüm etdirən şeirləri onilliklərdir ki,
tədqiqatçıların diqqət mərkəzindədir. Onun zəngin
bədii irsi, ədəbi-tarixi missiyası haqqında çox
deyilmiş, çox yazılmışdır. Bununla belə, Şəhriya-
rın çoxşaxəli yaradıcılığı ilə bağlı çözülməmiş
məsələlər, söylənməmiş fikirlər, toxunulmamış
mətləblər də az deyil. Və nə yaxşı ki, böyük usta-
dın bənzərsiz poeziyasının hələ açılmamış
qatlarını, toxunulmamış problemlərini orijinal bir
tərzdə incələməyi bacaran, hər cəhdində bu misil-
siz xəzinədən əl dəyməmiş dürr və gövhərlər çıxa-
ran yeni nəsil ədəbiyyatşünaslarımız var –
istedadlı, bacarıqlı, fəhmkar, modern təfəkkürlü
M ə s i a ğ a M ə h ə m m ə d i
6
şərqşünas-alim, nəzəriyyəçi, tənqidçi və tərcüməçi
Məsiağa Məhəmmədi kimi!..
Onun oxuculara təqdim olunan kitabına daxil
edilmiş və müxtəlif illərdə qələmə alınmış
məqalələrini birləşdirən bir cəhət var: Şəhriyar
şeirinə, onun ədəbi şəxsiyyətinə yeni baxış.
Fikrimi əsaslandırmaq üçün kitabdakı yazılar
barədə müəyyən məqamları qeyd etməyi lazım
bilirəm...
“Şəhriyar və zəmanəmiz” adlı məqalədə müəl-
lif Şəhriyarın fəlsəfi dünyaduyumunun əsas
aspektlərini, çağdaş dövrün mahiyyəti və səciyyəsi
ilə bağlı özünəməxsus görüşlərini açıqlayır. Bu-
nunla bağlı iki anlayışa (təməddün və siyasət)
xüsusi yer ayıran tədqiqatçı Şəhriyarın dünyagö-
rüşünü tamamilə yeni bir rakursdan təqdim edir.
Eyni zamanda şairin yaradıcılığında millilik, milli
dərdlərin ifadəsi qlobal kontekstdə nəzərdən keçi-
rilir, milliliklə ümumbəşəriliyin vəhdəti spesifik
yöndən işıqlandırılır. Əslində biz burada ədəbi
təhlillə yanaşı, fəlsəfi və sosioloji analizlə də
qarşılaşırıq...
Müəllifin “Şəhriyar və XX əsr İran ədəbi
mühiti” başlıqlı geniş həcmli araşdırması xüsusi
diqqətə layiqdir. Burada Şəhriyar yaradıcılığı XX
Ş ə h r i y a r v ə z ə m a n ə m i z
7
yüzillikdə İran ədəbiyyatının inkişaf xüsusiyyətləri
kontekstində nəzərdən keçirilir və bildiyim qədəri,
bizim ədəbiyyatşünaslıqda, ümumən şərqşünas-
lıqda ilk belə tədqiqatdır. Şəhriyarın poeziyasını
ənənə və novatorluq problemi baxımından, böyük
İran şairi Nima Yuşicin yaradıcılığı ilə əlaqəli
şəkildə araşdıran müəllif bu qənaətə gəlir ki,
Şəhriyar XX əsr İran şeirində əlahiddə bir yer tutur
və bunu şərtləndirən beş fundamental səbəbi açıq-
layır. Mənim fikrimcə, Belinskini oxumadan
Puşkini olduğu təkin başa düşmək mümkün olma-
dığı kimi, Məsiağanın bu məqaləsini oxumadan
Şəhriyarın da kim olmasını dəyərincə başa düşmək
mümkün deyildir...
Şəhriyarın dillər əzbəri olan “Azərbaycan”
şeiri haqqında məqalə isə həmin şeir ətrafında
mübahisə və spekulyasiyalara nöqtə qoyan sanballı
və əzmkar alim sözüdür. Təsadüfi deyil ki, həmin
məqalə mətbuatda dərc olunan kimi böyük rezo-
nans doğurmuş, internet-mediada, sosial şəbəkə-
lərdə qızğın diskussiyalara yol açmışdı. Məqaləyə
təkcə Azərbaycandan deyil, İran və Türkiyədən də
təqdiredici reaksiyalar olmuşdu. Qeyd edim ki, bu
Dostları ilə paylaş: |