Microsoft Word siyasi sistem son sss doc



Yüklə 4,25 Mb.
Pdf görüntüsü
səhifə217/225
tarix01.11.2017
ölçüsü4,25 Mb.
#8073
1   ...   213   214   215   216   217   218   219   220   ...   225

ДЦНЙА ЮЛКЯЛЯРИНИН МЦАСИР СИЙАСИ СИСТЕМЛЯРИ

 

 



 

727 


Tədqiqatçılar hesab edir ki, əslində dövlət teokratiyası nə 

monarxiya, nə də ki, respublika idarəetmə formasıdır. Onların 

fikrinə görə, teokratiya müstəqil idarəetmə forması hesab 

edilməlidir. 

Bütövlükdə, teokratik dövlət – siyasi rejim anlayışından 

daha çox, dini-siyasi sistem anlamını verən, habelə özündə 

demokratik və ya qeyri-demokratik əlamətlər yükünü daşıyan 

unikal bir dövlət quruluşudur. 

Mütləq Monarxiya (təkhakimiyyətlilik) – elə bir idarəetmə 

formasıdır ki, burada ali hakimiyyət vətəndaşların iradəsindən 

asılı olmayaraq, tam şəkildə bir mütləq dövlət başçısının (im-

perator, kral, sultan, şah və s.)  əlində  cəmləşmişdir. Bu tipli 

idarəetmə sistemində: hakimiyyət varislik yolu ilə ötürülür; 

müddətsiz olaraq həyata keçirilir və əhalinin iradəsindən asılı 

deyil. 


Dövlətin idarə edilməsini Konstitusiyasız, bəzi hallarda 

isə Parlamentsiz həyata keçirən mütləq monarxiya, uzun 

müddət yer üzündə hakim olan idarəçilik forması olmuşdur. 

Hazırda mütləq monarxiyalar Asiya regionunda hələ  də 

qalmaqdadır (Bruney, Oman, Qətər və s.). Burada xalqın azad 

iradəsi nəticəsində formalaşmış qurumlar mövcud deyil və 

dövlət suverenliyinin yeganə daşıyıcısı monarxdır.  

 

 



 


Яли Щясянов, Адил Вялийев

 

 



728 

BRUNEY 

 

 

   


 

 

Ümumi məlumat:  XIV-XIX  əsrləri  əhatə edən dövrdə 

müstəqil irsi monarxiya olan Bruney, 1888-ci ildən  Böyük 



Britaniyanın protektoratına  (sultanlıq statusunda), 1906-cı 

ildən isə faktiki olaraq müstəmləkəsinə çevrilmişdir.  

1959-cu ildə daxili muxtariyyət əldə etmiş Bruney, 1984-

cü ildən etibarən  Birləşmiş Krallığın  tərkibində tam müstəqil 

dövlətdir.  

Asiyanın  cənub-şərq hissəsində yerləşən  Bruney Darus-

salam dövlətinin paytaxtı Bandar Səri Bəqavan şəhəridir. 

Ölkənin ərazisi 5,765 km², əhalisi (2011) 408,786 nəfərdir 



(əhali sıxlığı 67.3 nəfər/km²).  

Bruneyin rəsmi dövlət dili malay dilidir. 

Dövlətin  İnsan  İnkişafı  İndeksi  - 0.838 - çox yüksəkdir 



(33-cü yer). 

Dövlət quruluşu:  Bruney Sultanlığı mütləqiyyət formalı 

idarəetmə üsuluna malik teokratik irsi monarxiyadır. Milli 

bayram günü olan müstəqillik günü (1984) 01 yanvarda qeyd 

olunur. Ölkə Konstitusiyası 1959-cu ildən  (1984-cü ildə 



edilmiş əsaslı dəyişikliklərlə birlikdə) qüvvədədir. 

İnzibati bölgüsü: 4 dairəyə (Belayt, Bruney-Muara, Tem-

buronq və Tutonq) bölünür.  

Dövlət başçısı: Mövcud Konstitusiyaya görəBruney Sul-

tanı ölkədə milli və dini birliyin rəmzi, milli müstəqilliyin və 

ərazi bütövlüyünün təminatçısı, dövlət və Hökumət başçısı 



(Baş nazir), ali dini rəhbər, habelə silahlı qüvvələrin ali baş 


ДЦНЙА ЮЛКЯЛЯРИНИН МЦАСИР СИЙАСИ СИСТЕМЛЯРИ

 

 



 

729 


komandanı və müdafiə naziridir. İcraedici Hakimiyyətin müt-

ləq səlahiyyətlərini özündə ehtiva edən Sultan, özünün tövsiyə 

və  təyin etdiyi, müxtəlif məhdud hüquqlu funksiyaların daşı-

yıcısı olan 5 Şuraya (Ortaq Şura, Varislik Şurası, Dini Şura, 



Nazirlər  Şurası  və Qanunvericilik Şurası)  sədrliyi həyata 

keçirir. 



Bruneyin hazırkı, sayca 29-cu sultanı 5 oktyabr 1967-ci 

ildən etibarən Hassanal Bolkiahdır.  



Qanunverici hakimiyyət: 36 üzvdən ibarət birpalatalı Qa-

nunvericilik Şurası tərəfindən həyata keçirilir. Mövcud Konsti-

tusiyaya müvafiq olaraqSultanın rəhbərliyi ilə ənənəvi qanun-

vericilik vəzifələrini icra edən ölkə Parlamenti, yalnız məş-

vərətçi funksiyaya malikdir.  



Monarxın qanunvericilik funksiyası, ilk növbədə  Parla-

mentin çağırılması  və buraxılması, habelə  Qanunvericilik  Şu-

rasının  qəbul etdiyi qanunvericilik aktlarına  Sultan  sanksi-

yalarının tətbiqi ilə müəyyən edilir. 

Siyasi partiyalar ölkədə formal olaraq fəaliyyət göstərir və 

Parlamentdə təmsil olunmurlar. 



Bruneyin Qanunvericilik Şurasının  hazırkı  sədri Avanq 

İsa Avanq İbrahimdir. 

Məhkəmə hakimiyyəti: Məhkəmə iyerarxiyasının ən yük-

sək instansiyası sayılan və iki məhkəmə struktur elementini: 



Yüksək Məhkəmə  və Apelyasiya Məhkəməsini  özündə birləş-

dirən  Bruney Sultanlığının Ali  Məhkəməsi  ölkədə  məhkəmə 

hakimiyyətinin həyata keçirilməsində səlahiyyətlidir.  

Qeyd olunan məhkəmə instansiyaları ilə yanaşı, Bruneydə 



Şəriət məhkəmələri də fəaliyyət göstərir. Bu məhkəmələr (Ali 

Məhkəmə  və  Şəriət məhkəmələri) arasında  İslam qanunlarının 

təfsiri üzrə sıx əməkdaşlıq mövcuddur. 

 

 

 




Яли Щясянов, Адил Вялийев

 

 



730 

İRAN  

 

 

     


 

  

Ümumi məlumat: Dünyanın ən qədim dövlətçilik tarixinə 

malik ölkələrindən biri sayılan  İran,  əsrlər boyu Şərqdə  həl-

ledici rola sahib olmuşdur.  I Daranın hakimiyyəti dövründə 

(e.ə. 521-485) Əhəmənilər dövləti  Yunanıstan və Liviya  tor-

paqlarından İnd çayına qədər uzanırdı.  

Orta əsrlərdə (XVII-XVIII) kifayət qədər qüdrətə və nüfu-

za malik olan İran (Persiya), XIX əsrin sonlarına doğru yarım-

müstəmləkə dövlətinə çevrilmişdir. 1979-cu ilin fevral ayında 

ölkədə baş vermiş islam inqilabı  nəticəsində  İran  İslam Res-



publikası elan edilmişdir.  

Asiyanın qərb hissəsində yerləşən İran İslam Respublika-

sının paytaxtı Tehran  şəhəridir. 

Ölkənin ərazisi 1,648,195 km², əhalisi (2012) 75,149,669 

nəfərdir (əhali sıxlığı 48  nəfər/km²).  

İranın rəsmi dövlət dili fars dilidir. 

Dövlətin İnsan İnkişafı İndeksi - 0.707 - yüksəkdir (88-ci 



yer). 

Dövlət quruluşu:  1979-cu il fevral ayının 11-də  İranda 

şah idarə üsulu olan monarxiya ləğv edilmiş  və  nəticədə 01 

aprel 1979-cu ildə  İran  İslam Respublikası elan olunmuşdur. 

1979-cu il dekabr ayının 3-də  qəbul olunmuş Konstitusiya hal-

hazırda qüvvədədir. 1989-cu il iyulun 28-də ona dəyişikliklər 

edilmişdir. Mövcud Konstitusiya respublika quruluşunun yaran-

masını, bütün hakimiyyətin dini-siyasi dairələrin nümayəndələ-

rinə keçməsini hüquqi cəhətdən təsbit etmişdir. İran İslam Res-




Yüklə 4,25 Mb.

Dostları ilə paylaş:
1   ...   213   214   215   216   217   218   219   220   ...   225




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə