Microsoft Word siyasi sistem son sss doc



Yüklə 4,25 Mb.
Pdf görüntüsü
səhifə220/225
tarix01.11.2017
ölçüsü4,25 Mb.
#8073
1   ...   217   218   219   220   221   222   223   224   225

Яли Щясянов, Адил Вялийев

 

 



738 

Səudiyyə  Ərəbistanında qəbilə  ənənələrinə uyğun olaraq 

dəqiq vəliəhdlik sistemi mövcud deyil. Hakimiyyət adətən 

yaşca böyük və başçı funksiyalarının icrasına daha uyğun 

gələn  şəxsə keçir. Ölkədə ixtilafsız hakimiyyət dəyişikliyini 

təmin etmək üçün 2000-ci ilin iyun ayında kral Fəhdin  və 

vəliəhd Abdullanın qərarı ilə Ərəbistan monarxiyasının banisi 

İbn Səudun nəslinin birbaşa nümayəndələrinin  (övladları, 



nəvə-nəticələri) 18 ən nüfuzlu üzvünün daxil olduğu Kral Ailə 

Şurası təsis edilmişdir.  



Nazirlər  Şurası icraedici orqan kimi 1954-cü ildən 

fəaliyyət göstərir. Konstitusiyaya görə Hökumətə Kral başçılıq 

edir (hazırkı forma 1953-cü ildən mövcuddur) və onun fəaliy-

yətinin  əsas istiqamətlərini müəyyənləşdirir. Hökumətin üzv-

ləri Kral tərəfindən təyin edilir və onun qarşısında məsuliyyət 

daşıyır. Nazirlər Şurası özündə həm icraedici, həm də qanun-

vericilik funksiyalarını birləşdirir. Onun bütün qərarları şəriət 

normalarına uyğun olmaqla, səs çoxluğu ilə  qəbul edilir və 

kralın dekreti ilə  təsdiq olunur. Kabinet Baş nazirdən, Baş 

nazirin I və II müavinindən, 20 nazirdən (Baş nazirin II müa-

vini sayılan Müdafiə naziri də daxil olmaqla), habelə kralın 

dekreti ilə nazirlər  şurasının üzvü kimi təyin olunan dövlət 

nazirlərindən və müşavirlərdən ibarətdir.     

Aparıcı nazir vəzifələrini Kral ailəsinin üzvləri tuturlar. 

Nazirlər krala, onun konstitusiyaya və digər qanunlara müva-

fiq olaraq səlahiyyətlərinin icrasına köməklik göstərirlər. Kral 

istənilən anda Nazirlər  Şurasını buraxa və ya yenidən təşkil 

edə bilər. 1993-cü ildən etibarən hər bir nazirin fəaliyyət dövrü 

4 illik müddətlə məhdudlaşır.  

Hal-hazırda Krallığın Vəliəhdi 18 iyun 2012-ci ildən 

etibarən Salman bin Abd əl-Əziz Əl Səuddur.  

Formal olaraq Ali qanunvericilik orqanının funksiyalarını 



Məşvərət  Şurası icra edir və onun üzvləri  (alimlər, yazıçılar, 

sahibkarlar, kral ailəsinin görkəmli nümayəndələri)  də Kral 


ДЦНЙА ЮЛКЯЛЯРИНИН МЦАСИР СИЙАСИ СИСТЕМЛЯРИ

 

 



 

739 


tərəfindən təyin olunur. 29 fevral 1992-ci ildə  Kral Fəhd 

Nazirlər  Şurasının xüsusi iclasında "Hakimiyyət sisteminin 

əsasları", "Məşvərət Şurasının rolu", "Ərazi quruluşu sistemi" 

modelini elan etmişdir. Fərmanlar  əsas etibarilə ölkədəki 

mütləq hakimiyyət sistemini möhkəmləndirmişdir. Hakimiy-

yətin bütün əsasları əvvəlki kimi Kralın əlində cəmləşmişdir.  

2001-ci ilin iyul ayında Səudiyyə Ərəbistanı Kralının əmri 

ilə Məşvərət Şurasının yeni dördillik müddətə təyin olunması 

haqqında qərar qəbul edilmişdir.  Əvvəlkindən fərqli olaraq 

məclis üzvlərinin sayı 90-dan 120-yə, hazırda isə 150 nəfərə 

qədər artırılmışdır. Ölkədə Ali qanunvericilik səlahiyyətlərinin 

Kral tərəfindən icra edilməsinə baxmayaraq, bu hadisəni 

ölkədə baş verən demokratik dəyişmələrin təzahürü kimi qiy-

mətləndirmək olar. Yeni Məclis üzvləri ölkənin demək olar ki 

bütün bölgələrini təmsil edir. İlk dəfə olaraq şiə məzhəbinin 4 

nümayəndəsi də Məşvərət Şurasının tərkibinə daxil edilmişdir. 

2011-ci ildən qadınların  Məşvərət  Şurasına  üzvlüyü ilə bağlı 

qadağa aradan götürülmüşdür.  

Parlamentin hazırkı sədri 2009-cu ildən etibarən Abdullah 



ibn Məhəmməd Əl əş-Şeyxdir. 

Konstitusiya və ölkənin cinayət-prosessual, məhkəmə 

qaydaları  Qurani-Kərim  və  şəriət qanunları  əsasında tənzim-

lənir. 1992-ci ildə  SƏK hakimiyyət sisteminin əsasları Kral 

tərəfindən imzalanmışdır. Məhkəmələrdə dini hakimlər – 

qazılar sədrlik edirlər. Dini məhkəmələrin üzvləri 12 böyük 

hüquqşunasdan ibarət Ali Ədalət  Şurasının tövsiyəsi ilə kral 

tərəfindən təyin edilir. Kral ali apellyasiya instansiyası olaraq 

əfv etmək hüququna malikdir.  

Ölkədə siyasi partiyalar və  həmkarlar ittifaqları  fəaliyyət 

göstərmir. Lakin, mövcud rejimə müxalifətdə olan siyasi, ic-

timai, dini təşkilatlar qeyri-qanuni şəkildə  fəaliyyət göstərir. 

Ölkənin siyasi həyatına onların təsiri çox məhduddur. Eyni 

zamanda, klerikal qüvvələrin dəstəklədiyi ekstremist islamçı 

qüvvələr mövcuddur. 



Яли Щясянов, Адил Вялийев

 

 



740 

Əsas etibarilə əcnəbi fəhlələrə və milli azlıqlara arxalanan 

millətçi və kommunist oriyentasiyalı kiçik qruplar (Avanqar-

dın səsi, Səudiyyə  Ərəbistanının Kommunist partiyası,  Ərəb 

sosialist dirçəliş partiyası, Yaşıllar partiyası, Sosialist əmək 

partiyası, Səudiyyə  Ərəbistanının Sosialist cəbhəsi,  Ərəbistan 

yarımadası xalqlarının İttifaqı) solçu müxalifətə aid edilir. Son 

illərdə onların fəallığı  nəzərə çarpacaq dərəcədə azalmış, bir 

çox qruplar dağılmışdır.  

 Liberal  müxalifət təşkilatı  cəhətdən formalaşmamışdır. 

Əsasən sahibkarlar, ziyalıların nümayəndələri və texnokrat-

larla təmsil olunan liberallar - dövlətin idarə olunmasında cə-

miyyətin müxtəlif nümayəndələrinin geniş  iştirakı, ölkənin 

sürətlə müasirləşdirilməsi, siyasi və məhkəmə islahatları, qərb 

demokratiyası institutlarının tətbiq edilməsi, mühafizəkar dini 

dairələrin rolunun azaldılması və qadınların vəziyyətinin yax-

şılaşdırılması  uğrunda çıxış edirlər. Liberal müxalifətin tərəf-

darları çox deyil, lakin son illərdə Qərblə yaxşı münasibətləri 

qorumağa çalışan kral rejimi müxalifətin bu qanadının fikrini 

nəzərə almağa məcburdur.  

Mühafizəkar və sünni və şiə məzhəbli dini fundamentalist 

islamçı dairələri daha radikal müxalifət qüvvəsi sayılır. İslamçı 

hərəkat, qeyri-formal qrupların konqlomeratı kimi hələ 1950-

ci illərdə meydana gəlmiş, lakin bütünlükdə 1990-cı illərin 

əvvəllərində formalaşmışdır. Sünni məzhəbli müxalifətin ara-

sından üç cərəyan: ənənəyə sədaqətli vəhhabizmin mötədil qa-

nadı, neovahhabizmin davakar cərəyanı və islamçı islahatların 

tərəfdarlarının liberal oriyentasiyalı cərəyanı seçilir.  

Şərq  əyalətinin dini azlığını  təmsil edən  şiə  məzhəbli 

islamçılar  şiələr üçün bütün məhdudiyyətlərin ləğvi və dini 

ayinlərinin sərbəst şəkildə icra edilməsi uğrunda çıxış edirlər. 

Ən radikal şiə qruplaşmaları “Səudiyyə Hizbullahı” və 

“İslamçı Hicaz cihadı” sayılır. 1990-cı illərin əvvəlində “İslam 

İnqilabı  Təşkilatı”nın  əsasında yaradılmış  “İslahatlar uğrunda 

şiə hərəkatı” daha mötədil qruplaşma hesab edilir. 



Yüklə 4,25 Mb.

Dostları ilə paylaş:
1   ...   217   218   219   220   221   222   223   224   225




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə