Microsoft Word siyasi sistem son sss doc



Yüklə 4,25 Mb.
Pdf görüntüsü
səhifə221/225
tarix01.11.2017
ölçüsü4,25 Mb.
#8073
1   ...   217   218   219   220   221   222   223   224   225

ДЦНЙА ЮЛКЯЛЯРИНИН МЦАСИР СИЙАСИ СИСТЕМЛЯРИ

 

 



 

741 


OMAN 

 

  

 

 

Ümumi məlumat: VIII əsrin ortalarından XVIII yüzilliyin 

sonlarına qədər  Oman,  qısa fasilələrlə müstəqil teokratik 

dövlət  (imamat) olmuş, XVIII əsrdə  Maskat Sultanlığı ondan 

ayrılmışdır. XIX əsrin  əvvəllərində  Böyük Britaniya,  hər iki 

dövlət üzərində  nəzarəti həyata keçirməyə müvəffəq olmuş, 

1891-ci ildən etibarən  Maskat  Böyük Britaniyanın protek-

toratına çevrilmişdir.  

1951-ci ildə  Oman  İmamatının  və  Maskat Sultanlığının 

müstəqilliyini tanımış Böyük Britaniyanın yardımı ilə, 1955-ci 

ildə  Maskat  Omanı özünə birləşdirmiş  və 1970-ci ildən 

etibarən ölkə Oman Sultanlığı adlandırılmışdır.  

Cənub-qərbi Asiyada, Ərəbistan Yarımadasının  cənub-

şərq hissəsində yerləşən Omanın paytaxtı Maskat şəhəridir. 

Ölkənin  ərazisi 309,501 km², əhalisi  (2010) 2,773,479 

nəfərdir (əhali sıxlığı 9.2 nəfər/km²).  



Oman Sultanlığının rəsmi dövlət dili ərəb dilidir. 

Dövlətin İnsan İnkişafı İndeksi - 0.705 - yüksəkdir (89-cu 



yer). 

Dövlət quruluşu:  Oman Sultanlığı mütləqiyyət formalı 

idarəetmə üsuluna malik unitar islam monarxiyasıdır. Milli 

bayram günü olan Sultanın ad günü 1970-ci ildən etibarən hər 

il noyabr ayının 18-də qeyd olunur. Dövlətin  Əsas Qanunu 



(Ağ Kitab) 06 noyabr 1996-cı ildən qüvvədədir. 

İnzibati bölgüsü: 11 mühafaza (Dofar, Maskat, Musan-

dam, Şimali Əl-Batina, Cənubi Əl-Batina, Şimali Əş-Şarkiya, 


Яли Щясянов, Адил Вялийев

 

 



742 

Cənubi  Əş-Şarkiya,  Əd-Daxiliyə,  Əz-Zahirə,  Əl-Buraymi və 

Əl-Vusta) bölünür.  

Dövlət başçısı: Oman Sultanı ölkədə milli və dini birliyin 

rəmzi, milli müstəqilliyin və  ərazi bütövlüyünün təminatçısı, 

dövlət və Hökumət başçısı (Baş nazir), ali dini rəhbər (imam) 

və ali hakim, habelə silahlı qüvvələrin ali baş komandanı, 

maliyyə, müdafiə və xarici işlər naziridir.  

Dövlətin idarə olunması, o cümlədən icraedici və qanun-

vericilik hakimiyyəti bütövlükdə Sultanın səlahiyyətinə aiddir. 

Belə ki, Kabinetin üzvləri və digər vəzifəli  şəxslər, habelə 

1996-cı ildən fəaliyyət göstərən  Dövlət  Şurasının 41 üzvü 

Sultan tərəfindən təyin olunur.  



Nazirlər Kabinetinin tərkibi, ona bilavasitə rəhbərlik edən 

Sultanın xüsusi nümayəndəsindən, Baş nazirin 3 müavinindən 

(bir qayda olaraq Sultanın  ən yaxın qohumları olur),  Kabi-

netin katibindən və 20-dən artıq nazirdən ibarətdir. Nazirlərin 

və  əyalət qubernatorlarının böyük əksəriyyəti hakim ailəyə 

mənsubdurlar. Kabinet üzvləri  Sultanın qarşısında dövlət 

siyasətinin həyata keçirilməsi üçün kollektiv, öz səlahiy-

yətlərinin icrası üçün isə fərdi məsuliyyət daşıyırlar.  

Oman dövlətinin hazırkı və ilk Sultanı, 18 noyabr 1970-ci 

ildən etibarən Kabus bin Səid Əl Əbu Səiddir.  



Qanunverici hakimiyyət: Sultan tərəfindən seçilən 84 

(onlardan 1/6 hissəsini qadınlar təşkil edir) üzvdən ibarət bir-

palatalı  Məşvərət Məclisi (Məclis  əl-Şura)  ölkədə qanunveri-

cilik hakimiyyətini həyata keçirməkdə qismən səlahiyyətlidir. 

Sultanın rəhbərlik etdiyi Məşvərət Məclisi, ilk növbədə xalqla 

Hökumət (nazirliklər) arasında  əlaqələndiricilik missiyasını 

yerinə yetirir. 



Məşvərət Məclisi, yalnız xidmət (kommunikasiya və  məi-

şət)  nazirliklərinin hazırladıqları iqtisadi və sosial xarakterli 

layihələrə baxmaqda və tövsiyə verməkdə səlahiyyətlidir. Zə-

ruri hallarda, bu nazirliklərin rəhbərlərindən Məclis qarşısında 



ДЦНЙА ЮЛКЯЛЯРИНИН МЦАСИР СИЙАСИ СИСТЕМЛЯРИ

 

 



 

743 


hesabat tələb olunur. Bununla yanaşı, Məşvərət Məclisi xarici 

siyasət, müdafiə, təhlükəsizlik və maliyyə sahələrində heç bir 

səlahiyyətə malik deyil. 

Siyasi partiyaların fəaliyyət göstərmədiyi Omanda Məş-



vərət Məclisinin  hazırkı  tərkibi 15 oktyabr 2011-ci ildə 

formalaşmışdır.  



 Məhkəmə hakimiyyəti: Ölkədə hüquq sistemi bütövlükdə 

İslam hüquq sisteminə  (Şəriət)  əsaslanır. Formal olaraq məh-

kəmə iyerarxiyasının  ən yüksək instansiyası sayılan  Ali 

Məhkəmə, habelə  Apelyasiya  və digər birinci instansiya məh-

kəmələri mövcud olsa da, Omanda məhkəmə hakimiyyətinin 

fövqündə Sultan özü durur.  

 

 

 



Яли Щясянов, Адил Вялийев

 

 



744 

QƏTƏR 

 

  

 

                           

Ümumi məlumat:  VII  əsrdən etibarən  Ərəb Xilafətinin 

tərkibinə daxil olmuş, XIII yüzillikdən isə Bəhreynin əmirləri 

tərəfindən idarə olunan Qətər,  XVI  əsrdə  Portuqaliyanın 

hakimiyyətinə tabe edilmişdir.  

1871-ci ildən Osmanlı İmperiyasının nəzarətində olan öl-

kə, 1916-cı ildən  Böyük Britaniyanın protektoratına çevril-

mişdir.  

Qətər 1971-ci ildən etibarən müstəqil dövlətdir.  

Asiya qitəsində, Ərəbistan Yarımadasının şərq hissəsində 

yerləşən Qətərin paytaxtı Doha şəhəridir. 

Ölkənin  ərazisi 11,571 km², əhalisi  (2013) 1,903,447 

nəfərdir (əhali sıxlığı 160.2 nəfər/km²).  



Qətər Əmirliyinin rəsmi dövlət dili ərəb dilidir. 

Dövlətin  İnsan  İnkişafı  İndeksi  - 0.831 - çox yüksəkdir 



(37-ci yer). 

Dövlət quruluşu: Qətər Əmirliyi mütləqiyyət formalı ida-

rəetmə üsuluna malik monarxiyadır. Milli bayram günü olan 

müstəqillik günü (1971) sentyabr ayının 3-də qeyd olunur. 

Qətər  Əmirliyinin yeni Konstitusiyası  29 aprel 2003-cü il 

tarixində qəbul edilmişdir. 

İnzibati bölgüsü: 7 bələdiyyəyə  (Ad-Doha, Ar-Rayyan, 

Umm-Salal, Al Xor, Al-Vakra, Al-Dayyan və  Aş-Şamal) 

bölünür.  



Dövlət başçısı: Hakim ailənin 3 minlik kişi üzvləri arasın-

dan seçilən Qətər Əmiri,  mövcud Konstitusiyaya görə ölkədə 




Yüklə 4,25 Mb.

Dostları ilə paylaş:
1   ...   217   218   219   220   221   222   223   224   225




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə