ДЦНЙА ЮЛКЯЛЯРИНИН МЦАСИР СИЙАСИ СИСТЕМЛЯРИ
23
yada Soborlar, İngiltərədə Parlament, Polşada Seym və s.)
yaradılır ki, bu da dövlət idarəçilik sisteminə müəyyən təsir
göstərməyə başlayır.
Lakin bu dövrdə də bəzi feodal monarxları (xüsusən XIII-
XV əsrlərdə Avropa və b. ərazilərdə) Şərq despotizmi tipli
mütləq monarxiya xarakteri daşıyırdı.
Avropada kapitalizm münasibətlərinin inkişafı ilə (XVI-
XVII əsrlərdə) monarxiyaların xarakteri də tədricən dəyişməyə
başlayır və konstitusiyalı monarxiya rejimləri yaranmağa baş-
layır. Bu tipli idarəçilik köhnə zadəganlarla yeni burjua sinfi-
nin maraqlarını uyğunlaşdırmaq məqsədi daşıyaraq monarxın
hakimiyyətini qismən məhdudlaşdırmağa xidmət edirdi. Kons-
titusiyalı monarxiyanın iki daha geniş yayılmış – Konstitu-
siyalı (qarışıq) və Parlament tipli forması mövcuddur.
Konstitusiyalı (qarışıq) idarəçilik sistemində monarx icra
hakimiyyətini formalaşdırır və ona rəhbərlik edir. Cəmiyyətin
maraqlarını isə seçilmiş parlament təmsil edir ki, bu da qanun-
verici hakimiyyəti tamamilə monarxın tabeliyindən çıxarır,
dövlətdə müəyyən maraqlar balansı yaradır. Bu tipli idarəçilik
XVII-XIX əsrlərdə bəzi Avropa dövlətlərində mövcud ol-
muşdur.
Kapitalizmin inkişafı ilə Avropada və dünyada ən geniş
vüsət almış monarxiya rejimi Parlamentli monarxiyadır. Ha-
zırda Avropanın Böyük Britaniya, İsveç, Danimarka, Hollan-
diya və b. aparıcı ölkələrində Parlamentli Monarxiya quruluşu
hökm sürür.
Parlamentli monarxiyanı xarakterizə edən əsas xüsusiyyət
monarx hakimiyyətinin kifayət qədər məhdudlaşdırılmasıdır.
Bu rejimdə qanunverici hakimiyyət seçkili orqana – Parlamen-
tə məxsus olur. Parlament seçkilərində qalib gəlmiş partiya,
yaxud partiyalar hökuməti formalaşdırır və ona rəhbərlik edir.
Ən çox səs toplamış partiya rəhbəri həm də ölkəyə başçılıq
edir.
Яли Щясянов, Адил Вялийев
24
Parlament monarxiyasında dövlət başçısı monarx qarşı-
sında deyil, parlament qarşısında hesabat verdiyindən, monar-
xın ölkədaxili və xarici siyasətdə rolu çox məhdud olur.
Qanunverici hakimiyyətdə monarxın rolu yalnız qəbul
olunmuş qanunları təsdiq etməkdən ibarətdir.
Dövlət idarəçiliyinin ən geniş yayılmış forması Respub-
lika İdarəçilik sistemidir. Respublika İdarəçilik sistemi Parla-
ment, Prezident, Dualist (qarışıq), Kommunist, Hərbi, Mütləq
və s. rejimli ola bilər ki, bunların da əksəriyyətini dövlət or-
qanlarının formalaşdırılması prinsipləri (seçkili orqan) birləş-
dirir.
Monarxiya idarəçilik sistemi kimi respublika idarəçiliyi
də qədim dövrlərdən insanlara tanış idi. Qədim dünyada iki
növ - aristokratik respublika (Roma) və demokratik respublika
(Afina) mövcud olmuşdur. Birincidə, seçkili orqanlar əsasən
yuxarı təbəqədən - aristokratlardan ibarət idisə, ikincidə qullar
istisna olmaqla bütün əhalini təmsil edirdi (Xalq toplantısı, Se-
nat və s. bu respublikaların məşvərət orqanı rolunu oynayırdı.).
Feodalizmin inkişafı ilə bəzi Avropa dövlətlərində mütlə-
qiyyət rejimləri yanında respublika tipli idarəçilik forması tət-
biq edilməyə başlayır (İtaliya, Hollandiya, Almaniya, Rusiya
və s.). Bu ölkələrdə bir qayda olaraq Parlament əhalinin yuxarı
təbəqələrindən seçilirdi.
Kapitalizmin inkişafı Avropada respublika quruluşunun
bərqərar olmasına ciddi təkan verir. Bu respublikalar əsasən
Parlament və Prezident tipli olsalar da, bəzilərində Konstitu-
siyalı Monarxiya rejimi də saxlanılmışdı. Məsələn, İtaliya,
Almaniya, Avstriya kimi ölkələr Parlament tipli idarəçilik
sistemini yaradır. Bu ölkələrdə Parlament hökuməti və dövlət
başçısını (kansler, Prezident, Baş nazir və s.) seçir və onun
idarəçiliyinə nəzarət edir. Bu tipli idarəçilikdə Prezidentin rolu
Parlament qarşısında məhdud olur.
ДЦНЙА ЮЛКЯЛЯРИНИН МЦАСИР СИЙАСИ СИСТЕМЛЯРИ
25
Başqa ölkələr, məsələn Fransa, ABŞ və s. ölkələr Prezi-
dent respublikası formasını seçir. Bu ölkələrdə Prezidenti xalq
seçir və o həm dövlətə, həm də hökumətə rəhbərlik edir. Ümu-
miyyətlə, hal-hazırda parlament formasında idarəetmə üsulu
müasir dünyada monarxiya, yaxud respublika quruluşuna məx-
sus olmasından asılı olmayaraq geniş yayılmış idarəetmə for-
masıdır. Bu formanı, dünya əhalisinin təxminən 2/5-ni (38%)
əhatə edən 74 dövlət qəbul edib. Onlardan 38-i konstitusiyalı
monarxiya, qalanları isə respublikadır. Parlament formalı
idarəetmənin tipik forması Böyük Britaniyada yaranmış və
indi də mövcud olan “Vestminister” modeli kimi baxılır.
Böyük Britaniyanın özü də daxil olmaqla, icra hakimiyyət
orqanının parlament prinsipi ilə idarə olunan dünya dövlətləri-
nin 29-u keçmişdə Britaniya imperiyasının bir hissəsi olub və
hal-hazırda Britaniya Millətlər birliyinin müstəqil üzvləridir.
Parlament formalı idarəetmə üsulu liberal-demokrat və
yeni yaradılmış demokratik dövlətlərdə də geniş tətbiq olunur.
Bu dövlətlərdən 19-u Avropanın şimal və qərb hissəsində, 11-i
Karib regionunda, 10-u isə Okeaniyada yerləşir. Parlament
formalı idarəetmə üsullu dövlətlərin demək olar ki, yarısı
adalarda yerləşir. Bu cür idarəetmə üsulu, əsasən, kiçik dövlət-
lərdə üstünlük təşkil edir. Bununla belə, əhalisinin sayına görə
dünyada ikinci yerdə olan Hindistanda da parlament forma-
sında respublika idarəetmə üsulu mövcuddur.
Məhdud hakimiyyətli Prezident idarəetmə üsulu
Müasir dövrdə məhdud hakimiyyətli Prezident idarəetmə
üsulu, bütün dünyada Prezidentli respublika hakimiyyətinin ən
geniş yayılmış siyasi təşkilat formasıdır. Bu cür idarəetmə
üsulu Yer kürəsinin 27% əhalisini, habelə yer səthinin təxmi-
nən yarısını əhatə edən 64 dövlətdə mövcuddur. Qeyd etmək
lazımdır ki, göstərilən dövlətlərdən 36-sı keçmişdə məhdu-
diyyəti olmayan Prezident idarəetmə üsuluna, digərləri isə
Dostları ilə paylaş: |