ДЦНЙА ЮЛКЯЛЯРИНИН МЦАСИР СИЙАСИ СИСТЕМЛЯРИ
17
kimiyyət dairələrinə opponentlik etməklə, daha dolğun, cəlb-
edici ideyalar, proqramlar təklif etməklə tərəfdarlarının sayını
artırır və seçki yolu ilə hakimiyyətə gəlir. Siyasi partiyalar
zaman-zaman hakimiyyətə gələrək hakimiyyətdəki qrupları
əvəzləyir ki, bu da hakim və opponent güclərinin dinamik
yarışmasını şərtləndirir.
Siyasi sistemin əsas tərkib hissələrindən biri də ictimai
qurumlar, qeyri-hökumət təşkilatları və azad mətbuat orqan-
ları hesab olunur. Bu qurumlar öz qarşılarına bilavasitə fəal
siyasətlə məşğul olmaq, hakimiyyətə gəlmək məqsədi qoyma-
salar da, yürüdülən siyasətə təsir etmək, bu və ya digər vəzifə-
ləri reallaşdırmaq məqsədilə aktiv fəaliyyətlə məşğul olurlar.
İqtisadi, sosial, ekoloji, mədəni yönlü təşkilatlar, həmkarlar
ittifaqları, milli-dini qrupların təmsilçiləri ümumi dövlət ma-
raqları, ölkədə maddi və mənəvi sərvətlərin bölgüsü və s. pro-
seslərdə təmsil etdikləri təbəqənin maraqlarının təmsilçisi
rolunda çıxış edir.
Demokratiyanın və siyasi plüralizmin hökm sürdüyü ölkə-
lərdə mətbuat bütöv cəmiyyətin maraq və mənafelərini, yürü-
dülən siyasətlə bağlı ictimai rəyi əks etdirərək dövlət siyasə-
tinə bilavasitə təsir edir.
Siyasi sistemi üstqurum hadisəsi kimi səciyyələndirmək
mümkündür. Belə ki, istənilən tip cəmiyyətdə, istənilən quru-
luş formasının təməli, bazisi qismində iqtisadiyyat, onun müx-
təlif inkişaf dərəcələri və səviyyəsi çıxış edir. Məhz buna görə
də siyasi sistemlər üstqurum mahiyyətli olur və iqtisadi əlaqə-
lər onların təbii əsasını təşkil edir. İqtisadiyyat və siyasətin bu
cür qarşılıqlı təsirini yüz illər boyu, quldarlıq quruluşundan
müasir dövrə qədər izləmək mümkündür. Sistemin həyatiliyi,
gücü və bütövlüyü sabit iqtisadi əlaqələrin hüdudu ilə
müəyyən olunur.
Яли Щясянов, Адил Вялийев
18
Siyasi sistem və Konstitusiya
Hər bir dövlətin xarakterini, siyasi sisteminin əsas məziy-
yətlərini onun Ali qanunu – Konstitusiyası müəyyən edir.
Konstitusiya siyasi sistemin strukturunu əks etdirən sənəd və
ya sənədlər toplusu olmaqla, hakimiyyətin necə bölüşdürüldü-
yünü, hökumət təsisatlarının funksiyasını və quruluşunu, onla-
rın necə fəaliyyət göstərməli olduqlarını müəyyənləşdirir.
Konstitusiyada üç əsas hakimiyyət institutuna: qanunvericilik,
icraedici və məhkəmə hakimiyyətinə başlıca yer ayrılır və bu
institutların bölgülü və ya birgə fəaliyyətinin müxtəlif
prinsipləri müəyyən edilir.
Ümumiyyətlə, hakimiyyətin bölgüsü və tarazlığı anlayışı
müasir dövrdə siyasi sistemin azadlıq səviyyəsini, demokratik
və hüquqi xarakterini müəyyənləşdirən meyar sayılır. Qeyd
olunan amillərlə yanaşı, bir çox hallarda hakimiyyət bölgüsü
qanadlar arası deyil, siyasi mərkəzlə regionlar arasında haki-
miyyətin bölgüsünü ehtiva edir (Federativ və yaxud konfede-
rativ dövlət quruluşlarında).
Konstitusiya heç də siyasi sistemin bütün aspektlərini tam
əhatə etmir. Belə ki, orada bütün siyasi partiyaların və ya
müəyyən qrup insanların maraqlarını ifadə edən digər təşkilat-
ların adbaad nəzərə alınması qeyri-mümkündür. Konstitusiya
hakimiyyətin necə fəaliyyət göstərdiyini, onun bölgüsünü, si-
yasi sistemin xarakterini göstərir, lakin onun necə işlədiyini
tam və dəqiq əks etdirmir. Konstitusiya yalnız dövlət sistemi-
nin və müvafiq idarəçiliyin prinsiplərini göstərir.
Ölkələrin konstitusiyaları xaraktercə fərqli olsalar da, on-
ların tam əksəriyyəti dövlətin idarə edilməsi və fəaliyyətini
həyata keçirən institutlara aid mövcud qanunvericilik baza-
sının əsaslarını təşkil edir.
Müasir dünyada demokratik quruluşlu ölkələrin Konstitu-
siyalarında geniş istifadə etdiyi hüquqi dövlət anlayışının
əsasını hakimiyyətlərin bölünməsi prinsipi təşkil edir.
ДЦНЙА ЮЛКЯЛЯРИНИН МЦАСИР СИЙАСИ СИСТЕМЛЯРИ
19
Hakimiyyətin bölgüsü doktrinasını ilk olaraq müəyyənləş-
dirən fransız filosofu Monteskye 1748-ci ildə yazmış olduğu
və bu nəzəriyyəni ifadə edən “Hakimiyyətin bölgüsü” əsərində
sübut edirdi ki, bölgü və balanslaşdırma yolu ilə üç institutun
hər hansı birinin (xüsusən də icraedici orqanın) hakimiyyətdən
ölkə vətəndaşlarının maraqlarının ziddinə olaraq sui-istifadə
etməsi halı aradan qalxır.
Siyasi rejim
Hər bir dövlətin siyasi həyatında fəaliyyət göstərmək
üçün qanunla müəyyən olunmuş prinsiplər və lazımi şərait
olmalıdır. Siyasi sistemin əsas komponentləri arasında mövcud
olan münasibətlər, hüquq və öhdəliklər, hakimiyyətin forma-
laşdırılması və idarəedənlərin fəaliyyəti üzərində ictimai nəza-
rət, siyasi və vətəndaş hüquqlarının təmin olunması, dövlət-və-
təndaş münasibətlərinin xarakteri və prinsipləri, müxalifət
institutlarının və azad mətbuatın mövcudluğu və s. hər bir
siyasi rejimi xarakterizə edən əsas amillərdir.
Tədqiqatçılar müasir dünyada mövcud olan siyasi rejim-
ləri iki əsas qrupa ayırırlar: demokratik və qeyri-demokratik.
Hər iki kateqoriya mövcud cəmiyyətdə insan hüquq və azad-
lıqlarının vəziyyəti və yuxarıda qeyd etdiyimiz digər meyar-
larla müəyyən edilir.
Demokratik siyasi rejimli ölkələrdə hakimiyyətin əsas
mənbəyi xalq hesab olunur və yalnız onun seçimi əsasında
legitim hakimiyyət formalaşdırıla bilər. Seçim azad və sərbəst
olmalı, hər bir vətəndaş öz iradəsini ifadə etmək, seçmək və
seçilmək imkanına malik olmalıdır. Hökumət və hər bir idarə
edən xalq qarşısında hesabat verməli, qanun qarşısında məsu-
liyyət daşımalıdır.
Hər bir insan, təşkilat, orqan, institut hakimiyyətlə bağlı
öz fikrini sərbəst şəkildə bildirmək, onun fəaliyyətini müzakirə
etmək imkanına malik olmalıdır. İnsanlar qanun qarşısında,
Dostları ilə paylaş: |