Яли Щясянов, Адил Вялийев
26
hərbi-avtoritar, kommunist (sosialist) və dini sistemlərə malik
ölkələr olmuşlar. Bu səbəbdən də qeyd olunan dövlətlərin par-
lament formalı idarəetmə üsulu ilə yanaşı, Prezident idarəetmə
üsulunu seçməsi təsadüfi deyil. Belə ki, 1988-2012-cı illər ər-
zində dünyada parlament formasında idarəetmə üsullu dövlət-
lərin sayı 43-dən 74-ə qədər yüksəlmiş, məhdud hakimiyyətli
Prezident idarəetmə üsuluna keçmiş dövlətlərin sayı da eyni
proporsiyada artaraq 35-dən 64-ə çatmışdır. Yalnız, Cənubi
Asiyada bu proses əksinə cərəyan etmişdir. 1988-ci ildə Pakis-
tanda, sonralar isə Banqladeşdə Prezident idarəetmə üsulu
parlament idarəetməsinə çevrilmişdir. Hazırda Xorvatiya və
Serbiya dövlətləri də bu yolla hərəkət edirlər.
Məhdud hakimiyyətli Prezident idarəetmə üsulunun tipik
forması ABŞ-da mövcuddur. Ümumiyyətlə, Birləşmiş Ştatlara
xas olan bəzi idarəçilik prinsipləri hazırda sistemlər arasındakı
ciddi fərqə baxmayaraq, digər dövlətlərdə də təkrar olunur.
Belə ki, icraedici hakimiyyətin ABŞ sistemi son bir neçə ildə
intensiv olaraq bəzi Şimali və Cənubi Amerika ölkələrində
yayılmışdır. Bu regionun 21 dövlətindən yalnız Kanada və
Beliz dövlətində icraedici hakimiyyət Parlamentdə seçilən Baş
nazirə məxsusdur. Keçmiş Britaniya müstəmləkəsi olan digər
ölkələrdəki kimi, bu dövlətlərdə də parlament formasında
Respublika idarəetmə üsulu mövcuddur.
Dualist formalı Prezidentli respublika idarəetmə üsulu
Dualist formada idarəetmə üsulu, liberal-demokratik re-
jimli keçmiş 4 və bu yaxınlarda yaradılmış 27 yeni demokratik
dövlətdə mövcuddur. Bu idarəetmə formasının əsası liberal-
demokratik rejimli Fransada qoyulub. Lakin eyni idarəçilik
sistemini seçən digər dövlətlərin icra hakimiyyət orqanlarının
fəaliyyət prinsipi müəyyən qədər fərqli xüsusiyyətlərə malik-
dir. Məsələn, Rusiya, Portuqaliya, Rumıniya, Ukrayna, Haiti,
Tunis, Tacikistan, Şri Lanka, Mavritaniya və s. ölkələrdə icra
ДЦНЙА ЮЛКЯЛЯРИНИН МЦАСИР СИЙАСИ СИСТЕМЛЯРИ
27
hakimiyyəti orqanları Prezidentlə Baş nazirin, Monako və
Mərakeşdə isə monarxla Baş nazirin effektli partnyorluğu yolu
ilə təşkil edilir.
Litva, Qırğızıstan və s. dövlətlərdə icraedici hakimiyyətin
parlament formasında idarəetmə üsulu üstünlük təşkil edir. La-
kin bu dövlətlərdə ölkəyə rəhbərlik edən Prezidentlər birbaşa
seçilir və öz əllərində hakimiyyətin formalaşdırılması və idarə
edilməsi ilə bağlı kifayət qədər səlahiyyət saxlayır ki, bu da
qeyd olunan dövlətləri “dualist” adlandırmağa əsas verir. Mə-
sələn, hal-hazırda parlamentli respublika olan Çexiyada əvvəl-
lər mövcud olmuş dualist idarəetmə üsulu dövründə Prezident
əsasən mərasim funksiyalarını yerinə yetirirdi, bununla belə,
azadlıq uğrunda mübariz, lider kimi qəbul edilən eks-prezident
Vaslav Qavelin Prezidentlik fəaliyyəti dövründə Prezidentin
xarizmatik səlahiyyətləri qorunurdu və əsas məsələlər onunla
razılaşdırılırdı.
Son illərdə dövlətlərdə siyasi hakimiyyətin tədricən Prezi-
dentdən Parlament tərəfindən təyin olunmuş Baş nazirə
keçməsi halının artması müşahidə edilir.
Kommunist sisteminin idarəetmə üsulu
1991-ci ilə qədər dünyada Sovet Sosialist Respublikaları
İttifaqı adlanan SSRİ, partiya və sinfi maraqları təmsil edərək
qanunverici, icra və məhkəmə hakimiyyətinin kommunist for-
ması kimi klassik nümunə hesab olunurdu. Artıq dünyada nə
Sovet İttifaqı, nə də ki, digər sosialist dövlətləri yoxdur və yeni
yaranmış postsovet dövlətlərində, o cümlədən Rusiyada prezi-
dent, parlament, habelə dualist formada idarəetmə üsulları
mövcuddur.
Hal-hazırda kommunist sistemi yalnız Çində, Şimali Ko-
reyada, Kubada və daha bir neçə ölkədə saxlanılıb. Lakin
SSRİ-dən fərqli olaraq bu ölkələrdə mülkiyyət çoxnövlülüyü
və digər bazar iqtisadiyyatı əlamətləri mövcuddur.
Яли Щясянов, Адил Вялийев
28
Çində bütün siyasi hakimiyyət 340 üzvü olan Kommunist
partiyasının Mərkəzi Komitəsinə, Siyasi Büroya, Mərkəzi Ko-
mitə tərəfindən seçilən və hər həftə yığıncağı keçirilən, 12-25
nəfərdən ibarət mərkəzi nazirlik orqanına, həmçinin Mərkəzi
Komitənin kiçik inzibati qolu - Katibliyə mənsubdur. Bu tip
dövlət orqanlarının sədrləri, Baş nazir və Prezident kimi mü-
hüm vəzifələr də daxil olmaqla kommunist partiyasının yuxarı
təbəqəsini təşkil edir.
Kommunist idarəçilik sistemi özündə siyasətin məqsədini
təyin edən partiyanı və bu məqsədləri həyata keçirən dövlət
aparatını cəmləşdirmişdir. Bir fakta diqqət yetirmək lazımdır
ki, ABŞ kimi liberal-demokratik bir ölkədə hakimiyyətin fəa-
liyyətinə Konstitusiya nəzarət edirsə, kommunist ölkələrində
Konstitusiya da daxil bütün dövlətə, hakim partiyaya nəzarət
edir. Konstitusiya bir qayda olaraq partiyanın tələblərinə uy-
ğun olaraq onun qərarı ilə tez-tez dəyişdirilir. Bütün bunlara
baxmayaraq, Çində iqtisadi fəaliyyət azadlığı, azad mülkiyyət
hüququ və vətəndaşların iqtisadi sərbəstliyi heç də digər dünya
dövlətlərində olduğundan az deyil.
Digər bir sosialist ölkəsi olan Kubada keçmiş dövlət
başçısı Fidel Kastro “kommunist inqilabı”nın lideridir və onda
liderliyin şəxsləşdirilmiş, plebisit, xarizmatik forması üstünlük
təşkil edir.
Cənubi Şərqi Asiyada Şimali Koreya hələ də sosialist-
kommunist sistemi ilə yaşayır. 2011-ci ildə atası Kim Çen İrin
ölümündən sonra hakimiyyətə gələn Kim Çen In sosialist tipli
kommunist idarəçilik rejimini davam etdirir.
Ümumiyyətlə, bu kateqoriyaya aid olan dövlətlər dünyada
sayca çox olmasalar da, planetin ümumi əhalisinin 1/4 hissə-
sini əhatə edir.
Məhdudiyyəti olmayan Prezident idarəetmə üsulu
“Məhdudiyyətsiz” termini bir partiyalı, lakin kommunist
rejimi olmayan dövlətlərdə icra orqanlarını xarakterizə etmək
Dostları ilə paylaş: |