Dialektik coğrafiya
231
göstərir ki, iqtisadi inkişafın transmilliləşməsi ritmi dinyanının
xəritəsinin
sərhədlərini dəyişdirilməsinə səbəb olmuşdur.
Dayanıqlı sənaye ölkələrinin virtual siyasi-iqtisadi modelləri
Müasir dövrdə dayanıqlı sənaye ölkələrinin virtual coğrafiyası elmi-texniqi
tərəqqinin üzərində qurulmuşdur. Dayanıqlı siyasi-iqtisadi inkişafının kons-
truktiv praktikasına söykənən elm mərkəzlərinin təklif etdikləri sənaye model-
lərinin tipologiyası əsaslandırılmışdır. Taktiki olaraq siyasi iqtisadi sənaye mo-
delləri tipoloji məzmunda aşağıdakıları göstərə bilərik.
Liberal model = ABŞ iqtisadiyyatının inkişafında mühüm yer tutur və ba-
zar münasibətlərinə uyğunlaşdırılmışdır. İnvestisiyada,
işçi qüvvəsindən istifa-
də və s. problemlərini tənzim edir. Milli və yerli orqanlar qanunvericilik və in-
zibati prosseslərlə xüsusi bölməni idarə edir. İşçi qüvvəsindən istifadə edilmə-
si sistemində ABŞ-ın öz xarakteri vardır. Bu ölkədə müəssisələr səviyyəsində
əmək müqavilələri bağlanması, mərkəzləşmiş həmkarlar hərəkatı yoxdur. Kol-
lektiv müqavilələr üç illiyə bağlanır, əmək haqqının dəyişməsi müqavilədə
göstərilir.
Bu sistem modeli - Kanada, Belçika, Fransa, İtaliya, B.Britaniya və
s. ölkələr üçün də xarakterikdir.
Korporativ model. Bu model tənzim olunan bazarı nəzərdə tutur. Bu da
dövlətin yaxından iştirakı ilə baş verir. Həmin model iki sistemə ayrılır: de-
mokratik (sosial-islahat forması) və iyerarxiya (aşağıdan yuxarı tabeçilik). De-
mokratik sistemdə dövlət sahibkarlığı yuksəkdir. İsveçdə, Avstraliya və s. öl-
kələrində bu model xarakterikdir. Sosial-bazar modelindən Almaniyada daha
çox istifadə edilir.
Hər bir ölkənin sənaye siyasəti virtual olaraq daxili və xarici əlaqəsinin çər-
çivəsində formalaşır. Sənaye ölkələrinin sosial siysətinin əsasını məşğulluq
strategiyası təşkil edir. Sənaye ölkələrində məşğulluq siyasətinin dialektikasın-
da kreativ iqtisadi inkişaf,ümumi təhsil,işsizlik normasının müəyyən edilməsi
(ABŞ-da bu norma 3-4%, B.Britaniyada 1.0-1.5%-dir)
və s problemlərindən
ibarətdir. Sənaye ölkələrində məşğulluq siyasətinin həyata keçirilməsi nəticə-
sində xərclərin xüsusi çəkisi B.Britaniyada 1.5-2.3%, Danimarka 5.8-7.1% təş-
kil edir. Hər bir ölkənin daxili bazarının həcmi, iqtisadi fəaliyyətinin səviyyəsi,
onun idxal və ixrac kvotası ilkin təsnifatda ÜDM-də idxal-ixracın xüsusi çəki-
si ilə müəyyən edilir.
Məlumdur ki, ərazicə kiçik olan ölkələrdə ixrac kvotası
(Belçikada - 70%, Hollandiyada - 56%, İsveçrədə - 37% və s.)
yüksək olduğu-
na görə bu ölkələrdə daxili bazar da kiçikdir, beynəlxalq bazar münasibətlərin-
dən çox asılıdır.
Ağazeynal A. Qurbanzadə
232
Hər bir ölkənin iqtisadi-sosial strategiyasının əsasında istehlak tələbi mü-
hüm funksiyalardan sayılır. Daxili bazarın inkişafı məhdud olan ölkələrdə bu
tələbin təsiri daha böyük olur. Məlumdur ki, istehlakın həcmi ilk növbədə əha-
linin intellektual məşğulluq səviyyəsindən, əhalinin gəlirlərindən və s. asılıdır.
İnkişaf etmiş sənaye ölkələrində intellektual əmək üstünlük təşkil etdiyi üçün
bu sahədə çalışanların əmək haqqları daha yüksəkdir. BMT-nin iqtisadi eks-
pertlərinin təhlillərinə əsasən (2008-2012-ci il) sənaye
ölkərlərinin emal sənaye
komplekslırində çalışan intellekt işçilərinin orta hesabla bir saatlıq əmək haqqı =
Almaniyada - 27; Yaponiyada - 25; ABŞ-da - 22 dollar = təşkil etmişdir.
Ümumiyyətlə, dayanıqlı kreativ inkişaf yüksək faydalı məhsul səviyyəsinin
iqtisadi artımını təmin edir. Ona görə də bu iqtisadi artımının əsaslandırılma-
sında makroiqtisadi səviyyədə təhlillərinin aparılmasına üstünlük verilir. Bu-
nun başlıca məqsədi istehsalın real və ya yüksək faydalılığında son məhsul əl-
də olunması ilə xarakteriza olunmasıdır. Dayanıqlı kreativ inkişaf dialektika-
sında köhnə ideya siyasi doktrinası yeniləşmə formada daha aydın reallaşır.
Məlumdur ki, “
iqtisadi inkişaf sivilizasiyalarının toqquşması” iqtisadiyyatın
kompleks yaradılmasının nəticəsidir. Dünya ölkələrinin siyasi coğrafi xəritəsi-
nin bu istiqamətdə yenidən qurulması problemlərinin
inkişaf etmiş dövlətlərlə
yanaşı, beynəlxalq iqtisadi münasibətlərinə maraqları olan inkişaf etməkdə
olan dövlətlər üçün də sınaqa çevrilir.
Virtual məkan siyasətin paradiqması
Müasir epoxanın xarakterik cəhətlərindən biri virtual məkan siyasətinin
dinamikasında anqlosaksion modellərinin
159
üstünlük təşkil etməsidir. Məntiqi
önəm
ondan ibarətdir ki, ölkələrin müxtəlif iqtisadi-siyasi inkişafının və for-
malaşmasının kardinal dəyişkənliyinə reaksiya verən dialektik virtual modellə-
rə ehtiyac duyulur.
Virtual məkan siyasətində baş verən radikal dəyişikliklər inkişaf etməkdə
olan ölkələrinin yaxın dövr ərzində dünyanının hərəkətverici qüvvəsinə çevril-
məsinə dair yeni paradiqma modellərinin fəaliyyəti aktivləşməkdədir. Dünya
Bankının strateji təhlillərinin reallıqlarına görə, yaxın illərdə (≈ 2030-ci illər
ərəfəsində) Qlobal Məcmu Məhsulun (QMM)
160
mütləq həcmi 72 trln. $ olma-
159
Anqlosakson modellər: bu günkü virtuallaşmaya “itaət” ediməsinin labüd olmadığını,
onun kardinal formada məzmun dəyişkənliyinə məruz qalmasının zəruriliyini ifadə edir.
160
Qlobal Məcmu Məhsul dedidikdə - dünya üzrə sənaye istehsalı,
dünya ticarəti, həyat səviy-
yəsi göstəriiləri, eləcə də digər iqtisadi-sosial indikatorlar daxildir.