10
Xarici ticarət nəzəriyyələri uzun bir təkamül prosesi keçərək çoxəsrlik tarixə
malikdir. Sxem 1.1
Beynəlxalq ticarət nəzəriyyələrinin təkamülü
Mə
nbə
: Hacıyev Ş
.H. “Beynə
lxalq ticarə
t nə
zə
riyyə
lə
ri: metodoloji tə
kamül”. “ qtisad elmlə
ri:
nə
zə
riyyə
və
praktika” jurnalı, 1998, №
1-2, sə
h. 55
Klassik nəzəriyyələrə
qədərki konsepsiyalar
Merkantilizm
Fiziokratizm
Klassik nəzəriyyələr
Mütləq üstünlüklər nəzəriyyəsi
Müqayisəli üstünlüklər nəzəriyyəsi
Beynəlxalq dəyər nəzəriyyəsi
Neoklassik nəzəriyyələr
stehsal amilləri nəzəriyyəsi
stehsal amillərinin nisbəti nəzəriyyəsi
stehsal amillərinin qiymətlərinin
bərabərləşdirilməsi teoremi
Müqayisəli üstünlüklər nəzəriyyəsinin
daha çox miqdarda ölkə və əmtəələrə
intişar edilməsi
Müasir nəzəriyyələr
Müasir şəraitdə klassik nəzəriyyələrin
prinsiplərinin zənginləşdirilməsi
Beynəlxalq ticarətin yeni
problemlərinin klassik mövqedən
tədqiq edilməsi
Beynəlxalq ticarətin müasir alternativ
(klassik nəzəriyyədən fərqli)
nəzəriyyələri
11
Xarici ticarətə dair ilk sistemli fikirlər yalnız XVI əsrdə merkantilistlər
tərəfindən yaradılmışdır.
Merkantilizm nə
zə
riyyə
lə
rinin əsas nümayəndələri
kimi, Tomas Meni, Antuan Monkretyeni, Çarlz Davenantı, Vilyam Stafforu
və digərlərini göstərmək olar. Merkantilistlərin fikrincə, iqtisadi sistem üç
sektordan – istehsal sektorundan, kənd təsərrüfatı sektorundan və xaici
koloniyalardan ibarət idi. Onlara görə, tacirlər iqtisadi sistemin ən mühüm
subyekti, əmək isə istehsalın əsas amili idi. Merkantilistlər hesab edirdilər ki,
ölkənin iqtisadi gücü onun qızıl və qiymətli metallar ehtiyatları ilə ölçülməlidir.
Qızıl ehtiyatlarının artımı dövlətin əsas vəzifəsi olmalı və xarici ticarət də ilk
növbədə buna xidmət etməlidir.
Merkantilizmdən az sonra yaranan fiziokratizm nəzəriyyəsi xarici ticarətə
elə böyük əhəmiyyət verməsə də iqtisadi elmin inkişafında mühüm rol
oynamışdır. Bu nəzəriyyənin nümayəndələri kimi Fransua Keneni, Jak
Turqonu, Viktor Mirabonu göstərmək olar. Onlar merkantilistlərdən fərqli
olaraq ölkənin sərvətinin əsasını ticarətdə deyil, istehsalda, daha doğrusu kənd
təsərrüfatı istehsalında görürdülər və belə fikirləşirdilər ki, dövlət iqtisadi
həyatın təbii axarına qarışmamalıdır.
Xarici ticarət əlaqələrinin xarakteri və ölkələrin kim ilə, nə ilə və nəyə
görə ticarət etməsi problemi xarici ticarət sahəsində nəzəri axtarışların əsas
məqsədi olaraq qalmaqda davam etmişdir və bu tarixi vəzifə ilk dəfə olaraq
XVIII əsr ingilis klassik iqtisadi məktəbinin üzərinə düşmüşdü. Xarici ticarət
sahəsində irəli sürülmüş nəzəriyyələrdən biri klassik məktəbin ən görkəmli
nümayəndəsi Adam Smitin “Mütləq üstünlüklər nəzəriyyəsi”dir. O,
merkantilistlərin əsinə olaraq, ticarətin sərbəst olması ideyasını müdafiə edir və
hesab edirdi ki, xarici ticarət vasitəsilə ayrı-ayrı ölkələr varlandıqca dünya
iqtisadiyyatı da inkişaf edir. A.Smitin konsepsiyasına görə, ölkələr daha az
xərclərlə istehsal etdikləri (yəni istehsalında mütləq üstünlüyə malik oduqları)
ə
mtəələri ixrac edir və digər ölkələr tərəfindən daha az xərclərlə istehsal olunan
(yəni istehsalında mütləq üstünlüyün tərəfdaş ölkələrə məxsus olduğu)
ə
mtəələri idxal edir.
12
A.Smitdən təxminən 40 il sonra klassik məktəbin digər görkəmli
nümayəndəsi David Rikardo mütləq üstünlüklər nəzəriyyəsinin müddəalarını
inkişaf etdirərək müqayisəli üstünlüklər nəzəriyyəsini işləyib hazırladı. Bu
nəzəriyyənin təməli o qədər güclüdür ki, müasir dövrdə də müqayisəli
üstünlüklərin beynəlxalq ticarətin əsasını formalaşdırdığı qəbul edilir.
Müqayisəli
üstünlüklər nəzəriyyəsinə görə, əgər ölkələr digər ölkələrlə
müqayisədə nisbətən daha az xərclərlə istehsal edə bildikləri əmtəələrin
istehsalında ixtisaslaşırlarsa, onda ticarət hər iki tərəf üçün qarşılıqlı faydalı
olacaq. Bu zaman, istehsalın onların birində digərinə nisbətən mütləq
effektivliyə malik olması əhəmiyyətə malik olmayacaq.
Beynəlxalq dəyər nəzəriyyəsinin banisi Con Stüart Mill olmuşdur.
Beynəlxalq dəyər nəzəriyyəsinə görə, əmtəələrin mübadilə dəyəri onlara olan
tələbin elastikliyindən asılı olaraq formalaşır. O, müəyyən qiymət dairəsini
müəyyənləşdirir ki, bu dairədən də kənarda beynəlxalq mübadilə özünün
cəlbediciliyini itirir. Deməli, beynəlxalq dəyər nəzəriyyəsinə görə ölkələr
arasındakı əmtəə mübadiləsini optimallaşdıran qiymət mövcuddur və bu qiymət
tələb və təklifdən asılı olan bazar qiymətidir.
Istehsal amilləri nəzəriyyəsinin banisi Jan Batist Sey istehsal amilləri
kimi əməyi, torpağı və kapitalı göstərirdi. Onun fikrincə, bu amillərin bazaar
qiymətləri (əmək haqqı, kapital faizi və torpaq rentası) istehsal xərclərini
formalaşdırır və istrhsal amillərini qiymətləndirməyə imkan verir.
XX əsrin 20-ci illərinin ortalarında isveç neoklassik-iqtisadçıları Eli
Hekşer
və onun şagirdi Bertil Olin yeni bir konsepsiya işləyib hazırladılar ki,
bu da sonradan istehsal amillərinin nisbəti nəzəriyyəsi adını aldı. Bu nəzəriyyə
çox sadə və rasional müddəaya əsaslanır. Nəzəriyyədə müdafiə edilən ana fikri
belə formalaşdırmaq olar: bir ölkə hansı istehsal amili ilə zəngindirsə, istehsalı
həmin amildən daha çox tələb edən əmtəələr üzrə müqayisəli üstünlük əldə
edər, yəni onları daha ucuz istehsal edər və bu sahədə də ixtisaslaşar. Onların
fikrincə xarici ticarət o zaman səmərəli olur ki, o ayrı-ayrı dövlətləri eynitipli