D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
131
“Yandırılmış kitablar”da daha bariz şəkildə əks olunur. Şair İran
cəlladlarına xatırladır ki, Azərbaycan xalqı, onun dili məğlub olmamışdır.
“Keyxosrovun başını anam Tomris kəsmişdir” – deyərək şair onlara
bildirir ki, Koroğlunun, Səttarxanın çələngi indi bizim başımızdadır.
Zaman gələr ki, “şəhidlərin qiyam rühü yapışacaq yaxasından”. “Cəllad!
Mənim dilimdədir, bayatılar, qoşmalar...” – deyə şeir dilinə xor
baxanları, ona “Türkəxər” deyənləri “daş ürəkli, qan içən qurdlar”
adlandırır, onları kəskin bir dillə ittiham edir:
“Söylə, sənmi xor baxırsan mənim şeir dilimə?
Qoca Şərqin şöhrətidir Füzulinin qəzəli!
Sənmi “Türkəxər” deyirsən ulusuma, elimə?
Anam Tomris kəsmədimi Keyxosrovun başını?
Nəsillərim qoymayacaq daş üstündə daşını”.
Şair daha sonra “Bakının dastanı” poemasında yazılı abidələrin
qorunub saxlanılmasını zəruri sayır, onların mədəniyyət, xüsusilə
dilimizin keçmişini öyrənmək üçün böyük əhəmiyyətə malik olduğunu
göstərir. Həmçinin, o, qədim tarixə malik olan ana dilimizin qədrini
bilməyi, onun saflığını, təmizliyini göz bəbəyi kimi qorumağı gənclərə
tövsiyə edir və müqəddəs bir vəzifə kimi tapşırır:
“Mən qəlbimlə, ilhamımla anmaqdayam bu gün sizi,
Əzbər deyin şeirimizi, təmiz bilin dilimizi”.
Dilin lüğət tərkibinin zənginləşməsi, sənətkarın canlı xalq dilinə
əsaslanması və ondan ilham alması kimi məsələlər də şairin bədii
yaradıcılığında öz poetik həllini tapmışdır. Şair bildirir ki, incilər, gövhərlər
mədəni olan, əsrlər boyu büllurlaşmış xalq yaradıcılığından istifadə etmək
daha faydalıdır, çünki aqil babalar ikicə sözlə böyük mənalar ifadə etmişlər.
Sadəliyin özündə mürəkkəblik yaratmaq sənətkardan böyük məharət, iste-
dad tələb edən prinsiplərdir. Aqil bir çobanın dilindən eşitdiyi:
“Muğan muğan olsa, biri üç eylər...
Muğan tufan olsa, üçü heç eylər...” kimi qüvvətli aforizmdən sonra
şair xalq zəkasının böyüklüyünə heyran qalaraq, oxucusuna belə
müraciət edir:
“Oxucum, belədir aqil babalar,
Bir dastan yaradır ikicə sözlə...
Bu kamal dünyası gülər bir üzlə,
Nəsildən nəsilə keçir yadigar” (7, s.174).
Elə buradaca şair yaradıcılığına nəzər salır, öz sözlərinin
yaşayacağına şübhə etmir:
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
132
“Lakin o qocanın bayaqkı sözü
Nəsildən – nəsilə yaşayacaqdır”.
Odur ki, şair sənətkardan məhz xalq müdrüklüyü, onun kimi
getdikcə öz ziyası ilə aləmə nur saçan qiymətli inçilər, sözlər söyləməyi
tələb edir. Bu isə dil ənənələrimizin ən yaxşı cəhətlərini mənimsəmək,
klassiklərin dilinə yaradıcı münasibət bəsləməklə həqiqət ola bilər.
M. Qorki yazırdı: “Yazıçılar bu dildən kor - koranə deyil, şüurlu və
ağıllı surətdə istifadə etməlidirlər. Aydın, mənalı, dürüst və doğru
məfhum ifadə edən sözləri, gözəl və ahəngdar kəlmələri diqqətlə,
ehtiyatla seçib işlətməlidirlər”. Göründüyü kimi, hər iki sənətkarın xalq
dilinə münasibətdə tələbləri yaxından səsləşir.
Prof. M.C. Paşayev “Bədii dilimiz haqqında” adlı məqaləsində
yazır: “Tamamilə xalqdan, danışıq dilindən alınmış, nədənsə son
zamanlara qədər ədəbi dilə, yazıya düşməmiş sözlər bədii əsərlərə
gətirilir. Bu cəhətdən S. Vurğunun şeir dili diqqətəlayiqdir. İlk baxışda
yazı üçün “bir təhər” görünən “sayrışmaq, şütümək, kövrək, niskil,
sanbal, quzey, güney, ilıq, qəlbi cığal” kimi sözləri indi hamı başa düşür,
işlədir. Eldən gələn bu sözlər bədii əsərdə özünə vətəndaşlıq hüququ
qazandıqca Azərbaycan dilinin gözəlliklərini ədəbiyyata gətirir” (4, s. 6).
Bu cəhət S. Vurğunun yaradıcılığında duyulmaqdadır və bu gözəl
ənənəni şair bədii dillə belə ifadə edir:
“Muğan” dastanımda əks olunmadı,
O yerdə gördüyüm gözəl bir səhnə,
Sonralar bildim ki, “ilğım”dır adı,
Düşsün şeirimizin söz xəzinəsinə”.
“S. Vurğun xalq dilində işlədilən bir sıra söz və ifadələri bədii dilimizə
gətirir, onu zənginləşdirirdi: küsənmək, hayqırmaq, tamarzı, sayrışan, sağa-
lmaq, güvənmək, ayağı sayalı, dələmə, gözləmə (sevgilisi, gözaltı elədiyi),
ilğım, qaqqıldamaq, gümüldənmək, cilvələnmək, xınalanmaq, qımıldanmaq,
qıymamaq (Döyünməsin qoy ürəklər; Qıymayıram onlara mən dolaylar
(Dolaylarda bahar çağı; Bir doyunca gəzim, dağlar!) və s.
“Muğan” dastanında əks olunmadı
O yerdə gördüyüm gözəl bir səhnə;
Sonralar bildim ki, “ilğımdır” adı,
Düşsün şeirimizin söz xəzinəsinə!
...Bizim Əmirxan da ilğımlar kimi
Gah gözə görünür, gah qaçır gözdən”
“İlğım” sözünü bizim dilimizə gətirən şair onu elə növbəti
səhifədəcə həm də gözəl bir müqayisə kimi işlədir” (10, s. 42).
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
133
Şair həm də göstərir ki, sözün lüğət tərkibinə daxil olması, bilava-
sitə məfhumun gündəlik həyata, məişətə daxil olması ilə əlaqədardır.
Ümumiyyətlə, şair bədii yaradıcılığında daha geniş, rəngarəng fikirlər
irəli sürür ki, bunların çoxu publisistik yaradıcılığında da bu və ya digər
şəkildə təkrar olunur. Lakin buna baxmayaraq, S.Vurğunun publisistikası
elmilik baxımından daha çox əhəmiyyətlidir və dilçiliklə bağlı geniş,
dəyərli mülahizələr irəli sürülür.
S. Vurğun öz şeirində, sənətində, bir də böyük məhəbbətlə sevdiyi
Azərbaycanımızın, xalqımızın qəlbində yaşayır və dünya durduqca
yaşayacaqdır. O, “...mənsub olduğu xalqın bədii düşüncə tarixində
xüsusi mövqe tutan bir sənətkardır” (M.Cəfər). “S.Vurğun həmişə böyük
ideallar, böyük duyğular və arzularla yaşamış və sənətini də bu idealların
tərənnümünə həsr etmişdir” (B. Vahabzadə).
“Bu böyük sənətkar sağlığında əfsanələşmişdir, əfsanəvi – tarixi
şəxsiyyətə çevrilmişdir. Xalqın hafizəsində onun reallığı ilə xəyali obrazı bir
vəhdət halında birləşmiş, o, dastan qəhrəmanı olmuş, aşıqların sazlarında
səslənmiş, haqqında neçə - neçə şeirlər yazılmışdır “ (9, s. 183).
M. Hüseynin təbirincə desək, “Nizami, Füzuli, Vaqif və Sabir kimi
sənətkarların adı ilə şöhrət tapmış Azərbaycan şeirinin tarixində S. Vur-
ğunun özünəməxsus görkəmli yeri vardır. O çoxdan bəri bütün ölkəmizdə
istedadlı bir xalq şairi kimi tanınmaqda və sevilməkdədir” (9, s. 183).
Bütün bu söylənilənlərə əsasən onu deyə bilərik ki, S. Vurğun təkcə
bir şair, dramaturq, tərcüməçi, publisist, ictimai xadim deyildir, o həm də bir
dilçidir. O, dil məsələləri ilə, daha geniş mənada desək, dilçilik elmi ilə
müntəzəm məşğul olmasa da, bu elmin ən mühüm sirlərini, problemlərini
dərindən mənimsəmiş, qarşıya çıxan və həll olunacaq hər bir məsələni
vaxtında görmüş, onun həyata keçirilməsində böyük rol oynamışdır.
Vurğunun dil məsələlərinə dair apardığı mübarizə böyük və tarixi
əhəmiyyətə malik olmaqla bərabər, dilçilik elmimizin inkişafına, bədii
dilin, yazıçılıq və sənətkarlıq mədəniyyətinin yüksəlməsinə, ümumxalq
canlı danışıq dilinin və ədəbi dilin təkamülünə, tərəqqisinə əvəzsiz
xidmətlər göstərmişdir. Öz mülahizələrində daha çox təcrübəyə
əsaslanmış, odur ki, şairin nəzəri fikirləri ilə əməli işi vəhdət təşkil
etmişdir, biri digərini tamamlamış, əməli işindəki bu və ya digər
xüsusiyyətlərini isə nəzəri görüşləri təsdiq etimişdir.
S. Vurğun bir sənətkar kimi daima bədii ədəbiyyatın materialı olan
dilə doğma münasibət bəsləmiş, onu ədəbiyyatın, yazıçı sənətkarlığının
ən ümdə məsələlərindən biri saymışdır. Şair “Böyük sənət əsərləri” adlı
məqaləsində bu xüsusda yazırdı: “Ədəbi müzakirələrimizin əsas
Dostları ilə paylaş: |