D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
121
yanaşıldıqda bu bağlayıcılar mənşə baxımından mürəkkəb hesab edilsə
də, indiki vəziyyətdə morfoloji quruluşu baxımından sadə bağlayıcılardır.
Əsas məsələ isə, fikrimizcə, müstəqillik dövrü üçün dilimizin yeni
orfoqrafiya qaydalarının hazırlanmasıdır. Məlum olduğu kimi, əvvəlki
lüğətlərdə alınma sözlərin yazılışında bir qayda olaraq ərəb və fars
mənşəli sözlər, o cümlədən rus dilindən və bu dil vasitəsi ilə dilimizə
keçən sözlərin yazılışı öz əksini tapırdı. Bu da dövrün tələblərindən irəli
gəlirdi. Çünki dilimizə yeni sözlər rus dilindən və rus dili vasitəsi ilə
keçirdi. Artıq müstəqillik illərində dilimiz birbaşa mənbə dillərdən söz
alır. Bu səbəbdən də “orfoqrafiya qaydaları”nda bu qaydalar təsbit
olunmalıdır. Məsələn, son illər dilimizə ərəb dilindən “əl” artiklı ilə bir
neçə söz daxil olub, “əl-qaidə”, “əl-cəzirə” və s. Mətbuatda bu sözlərin
müxtəlif yazılış formaları mövcuddur və lüğətdə bu sözlərin yazılışı
təklif olunmalıdır. Əlbəttə bu tip sözlər az deyil: Məsələn, dilimizə son
illər daxil olan, veb-kamera, vay-fay, vatsap və s. sözlərin doğru
yazılması üçün ingilis dilindəki “w” hərfinin dilimizdə necə yazılmasını
bilmək lazımdır.
Digər bir məsələ isə dildə alınmaların tənzimlənməsi və dilimizin
qaydalarına uyğunlaşdırılmasıdır. Bu proses dildə həmişə olub və indi də
davam etməkdədir. Məsələn, biz əsli “şəhr”, “qazeta”, “vyodra” və s.
olan sözləri dilimizin fonetik qaydalarına uyğunlaşdıraraq “şəhər” və
“qəzet”, “vedrə” kimi yazırıq. 2004-cü ildə apostrof
işarəsi ləğv edilərkən
bir çoxları bunun dilimiz üçün “fəlakət” olacağını
deyirdilər, hətta indi də
bununla bağlı narahatlıq keçirənlər var, amma keçən illər sübut etdi ki,
bu addım doğru idi.
Lüğətlər hazırlanarkən üç prinsip nəzərə alınır: fonetik, morfoloji
və tarixi-ənənəvi prinsip. Azərbaycan dili üçün isə fonetik prinsip
əsasdır. Yəni biz orfoqrafiya lüğətlərini hazırlayarkən fonetik prinsipi
əsas götürürük. Bu barədə danışarkən A.Axundov yazır: “Azərbaycan
dilinin orfoqrafiya qaydalarının tərtibi zamanı fonetik prinsipə ona görə
üstünlük verilir ki, dilçilik elmi Azərbaycan dilinin iltisaqi dil olması
barədə bizə nəzəri əsas verir” (8, s.118). Lakin bu o demək deyil ki,
bizim dilimizin orfoqrafiya prinsipləri hazırlanarkən digər prinsiplər
nəzərə alınmır. İlk növbədə onu bilmək lazımdır ki, fonetik prinsip,
əsasən, alınma sözlərin yazılışında nəzərə alınır. Məsələn, Azərbaycan
dilinin orfoqrafiya lüğətində “qayınana” sözü tarixi-ənənəvi prinsipə görə
belə yazılır. Əgər biz bu sözü fonetik prinsipə görə yazsaq, onda bu söz
“qaynana” kimi yazılmalıdır. Bu halda isə dilin qrammatik prinsipi
pozulmuş olacaq, yəni sözün mənası itəcək. Bəzi hallarda isə biz