D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
115
qiqatçıların əksəriyyəti həm topoəsasın, həm də antropoəsasın seçilməsinin
təsadüfi olmaması haqqında vahid fikrə gəlirlər” (Ç.Hüseynzadə).
Adlar dilin lüğət tərkibindəki sözlər əsasında formalaşsa da, onların
şəxslərə verilməsi və ya fərdin bu və ya digər adla nominasiyası təsadüfi
səciyyə daşımır. Mövcud adların semantik təhlili, sözlərin mənalarına görə
tematik qruplaşdırılması təsdiq edir ki, antroponimlər müəyyən seçim
əsasında götürülmüşdür və bu seçim də insanın real gerçəkliyə, onun
hadisələrinə, əşya və predmetlərinə münasibətdən asılı olmuşdur. Yəni
antroponimlər təsadüfi sözlər toplusu deyildir. Elə sözlər vardır ki,
onların antroponim olma ehtimalı yüksəkdir, elə ümumi sözlər də vardır
ki, onlardan antroponim üçün ümumiyyətlə istifadə olunmur.
Antroponimləşməyə meyillilik,
hər şeydən əvvəl, komponentlərin seman-
tikasından doğur.
Xüsusi adların öyrənilməsi, ilk növbədə, şəxs adlarının qeydə
alınması, təsviri, yaranma xüsusiyyətlərinin, prinsiplərinin araşdırılması,
onların mənşəyinin müəyyənləşdirilməsi, struktur tiplərinin təyin
edilməsi ilə başlanmışdır. Bu tip tədqiqatlarla antroponimikanın əsası
qoyulmuşdur. Sonralar başqa bir qrupa məxsus xüsusi adlarla bağlı işlər
üzə çıxmışdır. Coğrafi obyektlərin, daha çox insan yaşayış məskənlərinin
adlarının öyrənilməsi toponimikanın təşəkkülü və inkişafına təkan
vermişdir. Məhz bunun nəticəsidir ki, onomastika uzun müddət
antroponimika və toponimika zəminində inkişaf etmişdir.
Fikrimizcə, xüsusi adlar sistemində antroponimikanın daha qədim
olması ehtimalını irəli sürmək olar. Antroponim linqvokulturoloji təhlil
obyektidir. Deskriptiv -analitik təsvir metodu ilə həm antroponimlərin
funksiyalarını, həm də onların konkret mədəniyyət kontekstində
reallaşma xüsusiyyətlərinin araşdırmaq mümkündür.
İnsan adı onun mövcudluğunun ayrılmaz hissəsidir. Antroponim
cəmiyyət üzvünü ona xas olan xüsusiyyət və əlamətlər əsasında təqdim
edə bilmir. Çünki insana ad uşaqlıqdan verilir. Bu dövrdə adın
semantikasındakı əlamətlər müəyyən niyyət, arzu və s. nəzərdə tutulur.
Antroponim denotatı olan, digər siqnifikatı isə olmayan vahiddir. Ad
istifadə zamanı semantika və
konnotasiya ilə zənginləşir
Türklərdə şəxsə totem adlarının verilməsi geniş yayılmış ənənə
olmuşdur. Qurd qədim türk totemlərindən biridir və bu sözdən
advermədə çox istifadə edilmişdir. Məsələn, Buri, Buriboy (özbəklərdə),
Bori, Boribay, (qazaxlarda), Bure (başqırdlarda), Bori, Qurt
(türkmənlərdə), Byorü (Qaraçay-balkarlarda), Çon (monqol-qalmıqlarda)
şəxs adlarıdır [Bax: 5, s.20].