D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
108
Bu baxımdan yanaşdıqda qeyd olunan sözlərin ayilə, təbiyət,
zəyif şəklində yazılışı daha məntiqli görünür.
• Söz ortasında eynicinsli qoşa samitlə (mm) yazılan
sözlərin bir samitlə yazılması (komunikativ, qramatika)
məqsədəuyğun olardı.
• Azərbaycan dilində cins kateqoriyasının olmadığını və
bir neçə sözü əhatə etdiyini nəzərə alaraq bəzi peşə adlarına
artırılan şəkilçidən imtina olunmasını daha məqsədəuyğun
hesab edirik: müəllim//müəllimə, katib//katibə, aktyor //
aktrisa... Bu şəkilçinin bir neçə sözü əhatə etməsi, digər bu
kateqoriyadan olan sözlərə artırıla bilməməsi (həkim, rəssam,
mühəndis, mühasib...), eləcə də türk təfəkküründə gender
ayrıseçkiliyinin qabarıq olmaması bu fikrin əsaslı olduğunu
göstərir. Ixtisas və peşə ilə bağlı vacib məsələ yaxşı
mütəxəssis olmaqdır, gender fərqi deyil.
Orfoqrafiyaya qaydaları dilin fonem sistemi və bu sistem
daxilində baş verən qanunauyğun dəyişmələrlə yanaşı,
mövcud
ənənə, dilin inkişaf tendensiyası – istiqaməti və dil
sistemindəki davamlı inkişaf ardıcıllığını nəzərə almağı tələb
edir. Yazı normasının əsasını təşkil edən bu qaydaların
praqmatik tərəfi - ədəbi dilin tətbiqində vahidliyi, bütövlüyü
qorumaq meyili diqqət mərkəzində saxlanılmalıdır. Dövlət
dilinə münasibət birmənalı olmalı, hər bir vətəndaş bu
məsələdə məsuliyyətini dərk etməli, dövlət atributlarından biri
kimi (Himnin ifa olunduğu dil olaraq!), dövlətçiliyin
təminatçısı kimi xüsusi hörmət və həssaslıqla yanaşmalıdır.
Unutmamalıyıq ki, “dil məsələsi – dövlətin milli təhlükəsizliyi
məsələsidir!” (9).