D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
113
Salçı, İnançu, Kutluğ, Toğluk, Bökli, Təkəş, Bilgə, Kapağan, Kıyağan və
s.; 3) mürəkkəb quruluşlu antroponimlər: Altuğa, Elbilgə, İltəris, və s.
Müəllif mürəkkəb antroponimlərdən bəhs edərkən Orxon-Yenisey
abidələrindəki mürəkkəb antroponimlərin daha çox model təşkil etdiyini
qeyd edir və modelləri tərkibdəki sözlərin miqdarı üzrə dörd sinfə bölür:
1) tərkibində iki söz olan model: Aza Tutuk, Alp Urunu, Apa Tarkan,
Buğak Tutuk, Kutluğ çor və s.; 2) üç sözdən ibarət olanlar: Boyla Buğa
Tarkan, Ögə Bert Tutuk, Öz Alp Tutuk və s.; 3) dörd sözdən ibarət
olanlar: Ög Bas İn Alp, İnançu Apa Yargan Tarkan və s.; 4) beş sözdən
ibarət olanlar: Tüz Bay Küç Bars Kutluğ [1, s.60].
Araşdırmalar göstərir ki, Orxon-Yenisey abidələrində iki sözdən
ibarət olan antroponimik modellər üstünlük təşkil edir. Ə.Tanrıverdi
göstərir ki, Orxon-Yenisey abidələrindəki antroponimlər arasında
birhecalı antroponimləri – Bay Apa, Bars Bəg, Küç Bars, Küç Kül,
ikihecalı antroponimləri – Arslan, Altun, Bogü, Sabık Basar, Yamtar,
Kutluğ və s., üçhecalı antroponimləri – Bağatur, İsbara, İlbigə, Kapağan,
ayırmaq olar. Bunların arasında bir və ikihecalı appelyativlər əsasında
formalaşanlar çoxluq təşkil edir. Hətta çoxsözlü antroponimik
modellərdəki vahidlərin hamısının azhecalı olmasına təsadüf edilir.
Məsələn, “Tüz Bay Küç Bars Kutluk” antroponimik modelindəki beş
sözdən dördü birhecalıdır [1, s.61].
Linqvistikada modelləşdirmə müəyyən kriteriyalar əsasında
vahidlərin forma və ya məzmun planına görə eyni çərçivə daxilinə
salınması nəzərdə tutulur. Qurulan qəliblər model adlandırılır.
Ə.Tanrıverdi modelləşdirmə üçün mürəkkəb antroponimləri vahid kimi
götürmüş və onları tərkibdəki sözlərin sayı əsasında qruplaşdırmış,
müvafiq modelləri tərtib etmişdir. Belə modellərdə
beş sözdən ibarət olan
adlar qrupu da aşkara çıxır ki, bu, adlandırmanın qənaət prinsiplərini bir
qədər pozur. Belə hesab etmək olar və ya belə bir mülahizə irəli sürmək
olar ki, dilin qədim qatlarına getdikcə antroponimlərin sadə variantlarda
olması ağlabatandır. Yəni insana ad verərkən onun tələffüzünün
ahəngdarlığı, eləcə də qısalığı aparıcı olmalıdır. Təsadüfi deyil ki, iki
sözdən ibarət olan mürəkkəb antroponimlər Orxon-Yenisey abidələrində
çoxluğu ilə seçilir. Beş sözdən ibarət olan modelə aid Ə.Tanrıverdi yalnız
bir nümunə vermişdir: Tuz Bay Küç Bars Külüğ [1, s.61]. Bununla
yanaşı əsərdə Ak baş Atık İnal Ögə antroponimi də təhlilə cəlb
edilmişdir. Həmin təhlildə göstərilir ki, Ak baş Atık İnal Ögə adındakı
sözlər ardıcıl olaraq aşağıdakı mənalara malikdir: ak - ağ, baş - baş, inal -
inanılmış, etibarlı, ögə - müdrik, ağıllı. Bu ardıcıllıqda Atık sözünün
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
114
müasir dildə açılışı yoxdur. Ə.Tanrıverdi, Ə.Rəcəbov və Y.Məmmədova
istinadla qeyd edir ki, söz “at” kökü və “-ık” şəkilçisi əsasında formalaş-
mışdır. “Ak baş Atık” mürəkkəb adı “ağ baş atı olan” kimi izahlanır.
Ə.Tanrıverdi “atık” sözünün appelyativ olaraq “tanınmayan, bilinməyən”
anlamlı “aduk” və “ayı” anlamlı “adığ” sözlərinin ola biləcəyi ehtimalını
irəli sürür, “ayı” dır. Xüsusi adların fərqli müxtəlifliyi onların öyrənilməsinə
əhəmiyyətli dərəcədə təsir göstərir. Bir halda yer, ərazi, yaşayış məntəqəsi
xüsusi ad alırsa, başqa halda xüsusi adın arxasında real subyekt durur. Təbii
ki, insanı coğrafi obyekti, heyvani, kosmik obyekti adlandırma fərqli
hadisələrdi. Ona görə də, xüsusi adların öyrənilməsində həm oxşar, həm
spesifik məsələlər üzə çıxır.Antroponimlərin modelləşdirilməsi məsələsini
fərqli şəkildə qoymaq olar. Əgər antroponim çox sözdən düzəlirsə, bu halda
modelləşdirmənin sözlərin miqdarına əsasən aparılması mümkündür. Lakin
belə modelləşdirmə adın tərkibindəki hər bir sözün semantik
xüsusiyyətlərini nəzərə almır. Antroponimlərin əksəriyyəti bir sözdən
ibarətdir və iki və daha artıq sözün işlənməsi, şübhəsiz ki, tarixən sonrakı
dövrlərə aid ola bilər. Ona görə də ilk növbədə bir sözdən ibarət
antroponimlərin modelləşdirilməsi, daha sonra isə iki sözdən ibarət antropo-
nimlərin modelləşdirilməsi məsələsini qoymaq daha məqsədəuyğundur.
Xüsusi adların düzəlməsi məsələsini təhlil edərkən, əsaslar və
formantlardan danışmaq lazım gəlir. Çünki əsasın tərkibinə daxil olan
prefiks,
kök və suffikslər,
bir qayda olaraq, onomastikaya qədərki formanın
komponentləridir. Onlar xüsusi adlar üçün baza rolunu oynamışdır.
Sonuncunun tərkibinə hazır əsaslar (enonimlər) axırda daxil olmuşdur [3,
s.22]. Antroponimlərin struktur-semantik tədqiqatlarında “antropoəsas” və
“antropoformant” anlayışlarından istifadə olunur. «Antroponimik əsas
(antropoəsas) şəkilçisi və antropoformantı atıldıqda antroponimin qalan his-
səsidir. Antroponimik formant (antropoformant, formant antroponima) - an-
troponimin
affiksal elementi, həmçinin antroponimik suffiksdir» [4, s. 35].
Ç.Hüseynzadə göstərir ki, xüsusi adların əsaslarının öyrənilməsi tarixi
antroponimiyaya həsr olunmuş tədqiqat işlərinin başlıca məsələsidir. Çünki
bunsuz hər hansı təsnifin və etimologiyanın aparılması mümkün deyildir.
Dilçilik ədəbiyyatında topo- və antropo əsasların öyrənilməsinə müxtəlif
yanaşma və münasibətlərin hamısı buradan irəli gəlir. Xüsusi adların əsa-
sını morfoloji, struktur, leksik-semantik, semasioloji, substitusional
mövqedən şərh edərkən eyni bir əsasın linqvistik və ekstralinqvistik
səciyyəsini aşkara çıxarmaq mümkündür. Bu yolla əldə edilmiş nəticələr
çox zaman ziddiyyətli olur və onomastika ilə məşğul olanlar arasında
mübahisələr doğurur.
Bununla belə, xüsusi adların əsaslarını öyrənərkən təd-