D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
99
muşdur (məs., bu layihələrin icra müddəti Qazaxıstanda 2011-
2020-ci illəri, Rusiyada 2016-2020-ci illəri əhatə edir).
“Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə
uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət
Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam da (layihə
2013-2020-ci illəri əhatə edir) bu zərurətdən irəli gəlmiş, Azər-
baycan dilinin və dilçilik elminin inkişafına hesablanmışdır.
2018-ci ildə “Orfoqrafiya lüğəti”nin yeni nəşri nəzərdə
tutulmuş, qaydalara yenidən baxılmış, müzakirələr nəticəsində
bəzi qaydaların mövcud dil mənzərəsini əks etdirməməsi
aşkarlandığından müəyyən dəyişikliklər təklif olunmuş, geniş
ictimaiyyətin müzakirəsinə təqdim olunmuşdur. F. de Sössürün
qeyd etdiyi kimi, “Nitq həmişə dili qabaqlayır... dil eyni zaman-
da nitqin həm aləti, həm də məhsuludur” (1, s.57). Məhz bu
baxımdan meydana gələn dəyişikliklərin qaydalarla tənzimlən-
məsi təbii qarşılanmalıdır.
Müzakirəyə təqdim olunan layihədə
mübahisə doğuran iki
bəndə münasibət bildirmək istərdik.
22. Aşağıdakı sözlərin mənbə dildəki yazılışı əsas
götürülərək, k hərfi ilə yazılması məqsədəuyğun sayılır:
əskər, əskinas, İskəndər, işkəncə və s.
Qeyd: Bu sözlər dilimizdə məhz tələffüzlərinə əsasən
indiyədək g hərfi ilə yazılmışdır. Belə ki, mənbə dildə
yanaşı gələn kar samitlərdən (sk, şk) ikincisi (k) tələffüzdə
cingiltiləşərək, onun cingiltili qarşılığına (g) keçmişdir.
Ümumiyyətlə, orfoqrafiyanın məlum prinsiplərindən
əlavə (Azərbaycan dili üçün fonetik, morfoloji və tarixi-
ənənəvi), dil norması hər bir dilin tipoloji quruluşundan, tarixi
inkişaf xüsusiyyətlərindən qaynaqlanan qanunauyğunluqlarla
tənzimlənir, universal prinsiplərdən olan qənaət prinsipi də
nəzərə alınmaqla “cilalanan” variantlar dildə mövcud qəliblərə
uyğun olaraq analıgiya prinsipi ilə qruplaşdırılır. Qeyd olunan
məsələdə - əskər, əskinas, İskəndər, işkəncə kimi sözlərin yazı
qaydasının tənzimlənməsində bu tipli sözlərin iki qrupa