Microsoft Word tam jurnal -1 018 Nadir m pdf doc



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə33/140
tarix19.07.2018
ölçüsü1,8 Mb.
#57273
1   ...   29   30   31   32   33   34   35   36   ...   140

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
87 
 
şad  və  xuraman  (N.Gəncəvi);  Onun  ürəyi  qəfəsdəki  quş  kimi  çırpındı 
(S.Rəhimov);Birdən-birə  boyca  bir  növ  kiçilən  Əyyub  Ələkbərov  yetim 
cücələr  kimi  boynunu  büküb  ancaq  “bəli,  bəli”  deyə  bildi 
(C.Əmirov);Sözün  qısası,  buxalter  səhərə  kimi  yetənə  yetib,  yetməyənə 
bir  daş  atdıqdan  sonra  sehirli  göyərçin  kimi  qayıdardı  öz  yuvasına 
(C.Gözəlov);  Qocalığına  nə  baxırsan?  Dəyirman  xoruzu  kimidir 
(S.Rəhman);  Gəlinlər  qıy  vuraraq  qoy  quba  qazlar  kimi  Şeiriyyətlə 
tökülsün  hikmət  dolu  göllərə  (R.Rza);  Onlar  “İsa-Musa”  quşları  kimi 
hey  bir-birilərini  səsləyirlər  (C.Gözəlov);Yoxsa  elə  səhərə  qədər  “İsa-
Musa”  quşları  kimi  bir-birilərini  axtarardılar  (Ə.Azayev);  Bunun 
gözləri  Üçtəpə  sağsağanının  gözləri  kimi  qayır-qayır  qaynayır.  Heç 
əməlli adama oxşamır(“Koroğlu”).  
Azərbaycan  dilində  metaforik  ifadələrin  formalaşmasında 
təkrarların  da  rolunu qeyd etmək lazımdır.  M.Adilov  yazır:” Kimi, tək, 
qədər qoşmaları ilə düzəlmiş bu kimi təkrarlı tərkiblər adətən məzmunca 
bir  müqayisə  bildirir.  Müqayisə  tərkibləri  xüsusiləşmiş  üzvlər  əmələ 
gətirir.  Bunlar  bir  əşyanı  canlı  və  əyani  tərzdə  səciyyələndirmək  üçün 
onun  hər  hansı  əlamətini  başqa  əşyanın  bənzər  əlaməti  ilə  müqayisə 
etmək  nəticəsində  dildə  meydana  gələn  qrammatik  ifadə  üsulu  hesab 
olunur”(13,  85).  Metaforik  ifadələrdə  belə  təkrarların  işlədilməsi,  bir 
tərəfdən, qarşılaşdırılan subyekt və ya obyekt olaraq zərurətdən doğursa, 
digər  tərəfdən,  emosional-ekspressiv  mahiyyət  daşıyaraq,  üslubi  faktor 
kimi çıxış edir. Məsələn: 
Koroğlunun  ürəyi  atlandı,  beyni  qızdı,  gözləri  tərlan  gözü  kimi 
alovlanıb  yandı  (“Koroğlu”);  Görsəm  ki,  pis  fikirdədi,  o  saat  boğazın 
cücə  boğazı  kimi  üzərəm  (“Həsən  Qara”);  Atamın  canı,  onun  başını 
toyuq  başı  kimi  kəsərəm  (E.Elatlı);  Sizi  xəbərdar  edirəm,  burda 
gördükləriniz  barədə  haradasa  bircə  kəlmə  danışsanız,boğazınızı  cücə 
boğazı kimiüzəcəm (E.Elatlı). 
Metaforik  sahənin  yaranmasında  əlamət,  keyfiyyət  məzmunu  ilə 
müşayiət olunan sintaktik vahidlər, xüsusən də feili sifətlərin və onların 
yaratdığı  tərkiblərin  rolu  böyükdür.  Feili  sifətlər  əşyanın  hərəkətlə 
müəyyənləşən  əlamətini  bildirdiyindən  onların  metafor  yaratmada  rolu 
daha  böyükdür.  Bu  zaman  həmin  feili  sifət  və  ya  tərkibi  əlamət 
məzmununun, daha doğrusu, qarşılaşdırılan müqayisə materialının daha 
güclü təzahür etməsinə imkan yaradır. Məsələn: Şahlıq dərgahından gizli 
işarə  Dəyincə  gözümə,  mən  birdən-birə  Döndüm  qanadları  gərilmiş 
quşa;  Xilas  eylə  canını  sinə  sökən  bu  quşdan;  Sən  gül  bağçasından 
pərvaz  edən  quş,  Göy  Nəsri-tayiri  sənə  vurulmuş;  Sürahilər  banlar 


D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
88 
 
xoruz kimidir, Lazım gələn zaman onlar səs verir;Çırpındı qəfəsdə olan 
quş kimi, Xəznə üstə kasıb oturmuş kimi (N.Gəncəvi); Dedi: əsir olmuş 
mən  də  bir  quşam,  Yaman  bir  əyyamda  qız  doğulmuşam  (M.Dilbazi); 
Onun ürəyi gecə yarıdan keçənədək çırpındı; lap qəfəsdə qalan qızılquş 
kimi çırpındı, çırpındı, axır ki, yuxuya getdi (K.Nəzirli);Ac toyuq yuxuda 
darı  görən  kimi  xəyalımdan  keçirdim  (K.Əşrəfoğlu);Bu  səsə  diqqət 
kəsilən Abbas bəy düşündü: “Hə, deyəsən hərif ley əlindən qaçmış quş 
kimi özünü düşmən yuvasına salmışdır”; Kərəm ov görmüş tərlan kimi 
qanadlandı  (F.Eyvazlı);  Sevinc  içində  göylərdə  uçan  o,  birdən-birə 
qanadı  qırılmış  quş  kimi  başı  üstə  yerə  gəlmişdi  (Ə.Hacızadə);  Ərəb 
Reyhanın  adamları  hamısı  qırğı  görmüş  cücə  kimi  qaçıb  dağıldılar 
(“Koroğlu”); Görürəm yumurtadan təzə çıxmış cücə kimisən. Istəyirəm 
səni tükləndirəm (C.Gözəlov); İndi o, döşəmədə başı kəsilmiş toyuq kimi 
çapalayırdı(E.Elatlı). 
Bəzən  müqayisəyə  cəlb  edilən  əşyanın  iki  müxtəlif  əlaməti 
canlandırılır ki, bu da obrazlı ifadənin güclənməsinə xidmət edir; bu zaman 
əlamətlərdən biri digəri ilə birləşərək, daha təsirli əlamət müqayisəsi yaradır. 
Məsələn: Öz canım yellidir, - deyib, kəkili seyrələn tərs toyuq kimi bir ayağı 
üstündə dayanardı (“Şirzad”). 
Burada  da  müqayisəyə  cəlb  edilmiş  obyektin  iki  və  ya  daha  çox 
müxtəlif  əlamətlərinin  ayrı-ayrılıqda  tətbiqi  rəngarəng  metaforalar  yaradır. 
Məsələn: Dindirəndə deyir məşğulam. Özü də yumurtası tərs gəlmiş toyuq 
kimi gah o yana, gah bu yana qaçır (Ş.Qurbanov); Elə ki ürəyi gedir, biçarə 
başı kəsilmiş toyuq kimi qalır yerdə çapalaya-çapalaya (C.Gözəlov). 
Azərbaycan  dili  qrammatik  quruluşunun  zənginliyi  və  rəngarəngliyi 
ilə  xarakterizə  olunur;  eyni  məzmun  müxtəlif  qrammatik  quruluşlarda 
ifadəsini tapa bilir. Elə hallara rast gəlmək olur ki, əslində ayrılıqda işlədilə 
bilməyən, daha doğrusu, müəyyən feili sifət tərkibi formasında mövcud ola 
bilməyən  birləşmə  qoşma  ilə  metaforik  birləşmə  yarada  bilir.  Müasir 
dilimizdə  “tərlan  kəklik  alan”  feili  sifət  tərkibi  işlək  forma  deyil,  lakin 
“tərlan kəklik alan kimi” şəklində metaforik ifadə işləkdir. Məsələn: Ömər 
əlini döşünə döydü: - Onlar bax, bu lələşiyin boynuna, üstlərini elə alacam 
ki,  tərlan  kəklik  alan  kimi!(F.Eyvazlı);Tərlan  turaca  qonankimi  atıldı 
Qıratın üstünə (“Koroğlu”). 
Metaforik  ifadə  bəzən  daha  mürəkkəb  sintaktik  vahidlə  –  tabeli 
mürəkkəb  cümlə  şəklində  ifadə  oluna  bilir.  Bu  zaman  konstruksiyanın 
birinci komponenti izaha ehtiyacı olan baş cümlə, ikinci komponent isə 
müqayisə  məzmununda  metaforik  səciyyəli  budaq  cümlə  olur. 
Konstruksiya  bütünlükdə  ya  tərin,  ya  da  tərzi-hərəkət  budaq  cümləli 


Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə