D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
78
Nərgiz Hacıyeva
AMEA Nəsimi adına Dilçilik İnstitutu,
filologiya üzrə fəlsəfə doktoru, dosent
nergiz.haciyeva1961@mail.ru
“Quş” zooniminin metaforlaşması və frazeologizm
yaranmasında rolu
(II məqalə)
Açar sözlər: quş, metaforlaşma, obraz, müqayisə, zoomorfizm,
assosiasiya, frazeologizm
Ключевые слова: птица, метафоризация, образ, сравнение,
зооморфизм, ассоциация, фразеологизм
Key words: bird, metaphorization, image, comparison, zoomor-
phism, association, phraseology
Zoomorfizm – metaforlaşmanın universal xüsusiyyətlərindən
biridir.Bu proses insan təcrübəsinin assosiativ əlaqələrinə əsaslanır.
Heyvan və quş adlarının insanların üzərinə köçürülməsi onların xarici
görünüşünə və xarakterik xüsusiyyətləri əsasında həyata keçirilir.
Məlumdur ki, quşlar insanların və təbiətin həyatında mühüm rol
oynayır. Onlar qədimdən bəri insanları hər yerdə: əməkdə, ovda,
arzularda müşaiyət edir. Qanadlılar bütün xalqların miflərinin, nağıl və
nəğmələrinin, əfsanə və rəvayətlərinin qəhrəmanlarıdır. Get-gedə
ornitonimlər çoxplanlı simvolikanın rəmzləri olaraq təfəkkürün milli-
mədəni xüsusiyyətlərini əks etdirir. “Quş” sözünün ifadə etdiyi məna
assosiasiyaları təkcə uçmaq mənası vermir, habelə bir çox digər mənalara
malikdir. Quşun davranışında olan xüsusiyyətlər situasiyadan və
danışanın intensiyasından asılı olaraq həm mənfi, həm də müsbət
keyfiyyətlərlə şərh oluna bilər. Quşun davranışındakı müxtəlif
xüsusiyyətlər metaforik mənanın əsasında durur.
Quşlarla əlaqədar frazeologizmlər Azərbaycan dilinin qədim
qatlarına məxsusdur, bununla da dil daşıyıcılarında onların semantik
məzmunu və geniş istifadə imkanları açıq ifadə olunur. Dilin digər
sahələrində olduğu kimi, bu frazeologizmlərin formalaşmasına da
ekstralinqvistik faktorlar təsir edir. Azərbaycan dilində quş komponenti
ilə işlənən frazeologizmlərə dair bir sıra tədqiqat işləri olsa da, onların
üslubi xüsusiyyətləri və hansı məqamlarda işləndiyi hərtərəfli
göstərilməmişdir. Bu tədqiqatlar daha çox ingilis dili ilə müqayisə
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
79
xarakteri daşımış, “quş” konsepti ilə bağlı frazeologizmlərin üslubi
xüsusiyyətləri tam açıqlanmamışdır (1, 9).
Quşlarla əlaqədar olan frazeologizmlər xalqın milli xarakterini
anlamağa və tarixini öyrənməyə imkan verir. Zoonimlərlə formalaşan
frazeologizmlərdə konseptual metaforaların tədqiqi ornitonim-
komponentlə zoonimlərin metaforik istiqamətini müəyyən edir. Nitqdə
ornitonimlər mahiyyətcə geniş və rəngarəng şəkildə işlənir. Onlar daha
çox üslubi, metaforik mənalarla obrazlılıq yaradaraq ornitonimlərlə əlaqədar
olan hadisələri ifadə edir. Azərbaycan dilində “quş” komponentli
frazeologizmlər bunlardır: quş, quş olmaq, quş qoymaq, quşu qonmaq, quş
uçurmaq, ömür quşu, könül quşu, məhəbbət quşu, dövlət quşu, iki vətənli
quş, azad quş, quş südü, quş iliyi, quş dili, quş yuxusu, quş xislətli, quş
cəldliyi, hansı yuvanın quşu, quş həddinə düşmək, quş göz, quş quşluğu ilə
və s.Bu frazeologizmlər natural kateqoriyaya aiddir. S.Skorupka
frazeologizmləri natural və konvensional növlərə ayıraraq yazır: ”Natural
frazeologizmlər müxtəlif dillərdə bir-birindən asılı olmadan şifahi şəkildə
yaranır, belə ki, onlar ümumi əsasa malikdirlər ki, bu da inkişafın ümumi
şərtləri altında insanın təbiətin müxtəlif hadisələrini, həyatını və
heyvanların davranışını müşahidə etməsi ilə əlaqədardır; bununla da
leksemlərdə məcazi mənaların ümumi qanunları inkişaf edir ki, onlar
frazeologizmləri əmələ gətirir (2, 125). Bir dildə insanın heyvanların
həyat və davranışlarını müşahidə etməsi ilə əlaqədar yaranan
frazeologizmlər digər dildən leksemlərin tərkibi ilə fərqlənir, bu
funksiyada requlyar çıxış edən frazeologizmlərdən və bu fikri ifadə edən
sözlərdən fərqlənir. Onların yaranmasının ümumiliyi isə müxtəlif xalqlar
üçün maddi əsas ov, heyvandarlıq və əkinçilik olmuşdur, bundan əlavə –
xalqların mədəni inkişafının ümumiliyi, dünyagörüşü, inamlar, dini və ruhi
zənginlikləri ilə bağlıdır.
“Azərbaycan dilinin frazeologiya lüğəti”ndə“quş bişirmək”(qorx-
maq), “quş qondarmaq”(uydurmaq), “quş olub göyə uçmaq”, “quş südü”,
“quşu qonmaq”, “quşu gözündən atmaq”, “quşu havada tutmaq” kimi
ifadələr verilir (3, 108-109). N.Seyidəliyevin “Frazeoloji lüğət”ində də“quş
da keçə bilməz”, “quş gəlsə qanad salar, qatır gəlsə dırnaq salar”, “quş
kimi uçmaq”, “quş olub göyə çəkilmək”, “quş səkə bilməz”, “quşu
qonmaq” kimi ifadə və cümlələr göstərilmişdir (4, 191). “Azərbaycan dili-
nin izahlı lüğəti”ndə “quş südü”, “quş-quş olmaq”, “quşu qonmaq” kimi
ifadələr qeydə alnır (5, 224). Q.Məhərrəmli və R.İsmayılovun “Azərbaycan
dilinin frazeologiya lüğəti”ndə “quş buraxmaq”, “quş da keçə bilməz”,
“quş dili oxumaq”, “quş qoymaq”, “quş südü”, “quşu gözündən vurmaq”,
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
80
“quşu qonmaq”, “quşla şah seçmək”, “quş südü ilə böyütmək”kimi ifadələr
yer tutur (6, 198). Göründüyü kimi, “quş” sözünün iştirakı ilə zəngin
frazeologizmlər vardır.
Son dövrlər koqnitiv dilçilikdə konsept məsələsinə dair bir sıra
tədqiqat işləri məlumdur. Müxtəlif semantikalı sözlərin dildə oynadığı rol,
onların təfəkkürdəki yeri, assosiativ əlaqələri sahəsində tədqiqat işləri
aparılır. Bu cəhətdən “quş” konsepti daha böyük araşdırma mövzusu ola
bilər. F.Vəliyeva yazır ki, Azərbaycan və ingilis dillərinin frazeoloji
sistemində ornitonim komponentli frazeologizmlərin leksik-semantik
təhlilində antroposentrik ölçü meyarlarına istinad edilir (7, 3-7). Bunun
özü həmin mövzunun aktuallığını bir daha artırır.
X.Yolçuyeva qeyd edir ki, hər bir frazeoloji vahidin əsasında
əşyalar və hadisələr haqqındakı mədəni-tarixi təsəvvürləri əks etdirən
konseptlər dayanır. Bu vəziyyət sübut edir ki, frazeologiyada invariantlıq
leksikaya nisbətən mücərrəd səciyyə daşıyır (8, 18). Əşya və hadisələrin
məntiqi-əşyəvi məzmunu və onları əks etdirən tarixi-mədəni təsəvvürlər
konsept məzmunu təşkil edir. Konseptlər öz məzmununa görə dünyanın
dil mənzərəsinin vacib fraqmentlərindən ibarətdir. Konseptlərin və
konsept sahələrinin elmi sistemləşdirilməsi xalqın yaddaşındakı təbii
əşyəvi sistemləşməni təkrar edir. Məsələn, müsbət emosiya mənası
daşıyan frazeoloji vahidlərin konseptual əsası baza konseptləri nöqteyi-
nəzərindən xüsusi maraq kəsb edir. Təbii ki, heç də bütün pozitiv və
neqativ hisslər frazeologiyada öz əksini tapmır. Burada ümumxalq və
ümumi assosiativ xüsusiyyətlərin rolu əsasdır.
“Quş” sözünün iştirakı ilə formalaşan metaforik birləşmələr
quruluş etibarilə müxtəlifdir. Təyini söz birləşmələrinin bütün növləri
üzrə ifadələrə rast gəlmək olur; “quş” sözü isə həm birinci, həm də ikinci
komponent kimi çıxış edə bilir.
I növ təyini söz birləşməsi şəklində olanornitonim tərkiblilər: Azad
bir quşdum, Yuvamdan uçdum (C.Cabbarlı); Ürək sinəsində çırpınıb
dedi:-Ürəyəm. Kövrəyəm, qanadlanmışam, Get! Tərəddüd etmə! Qanadlı
quşam(M.Dilbazi); Yəqin etdilər ki, o sevimli quş Burdan düz Mədain
şəhrinə uçmuş (N.Gəncəvi); Torpaq acgöz bir quşdur, ən gözəl dənsən
ona (İ.Hüseynov).
II növ təyini söz birləşməsi şəklində olan ornitonim tərkiblilər:
Səhər quşu səhərtək bəndə düşdü, Aya tor quran fələk özü kəməndə
düşdü;Tutdu ümid quşu budaqda qərar, Açıldı söhbətə geniş bir diyar
(N.Gəncəvi); Müjdəylə qanadlandı şadlıq quşu Ülkərə, Yeddi lələk
Dostları ilə paylaş: |