Microsoft Word tam jurnal -1 018 Nadir m pdf doc



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə25/140
tarix19.07.2018
ölçüsü1,8 Mb.
#57273
1   ...   21   22   23   24   25   26   27   28   ...   140

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
65 
 
b) Ay buryuk-a, emrek adayım, Mgastvi kanta ermis (Ay buyuruk, 
sevgili  övladım,  Magastavi  harada?)  (7,  Şahzadə  və  arslan  hakkında 
əfsanə,s.178,). 
2.Xitabların  sonuna  bazi  morfoloji  elementlər,  şəkilçilər  əlavə 
edilərək  ekspressivlik  möhkəmləndirilir.  Çox  zaman  müraciət  edən 
xitabın  sonuna  birinci  şəxs  tək  mənsubiyyət  -ım,  -im  şəkilçilərini 
artırmaqla ekspressiv təsirin yaranmasına müvəffəq olur: 
a) Tengrim, eksüklüg, yazukluğ biz! (7, sətr 144). 
b) Amrak  oğlım,  amrak  ökügüm,  Yir  tengri  törümüşte  bay  yime 
bar,  yok  çığay  yime  bar...(istəkli  övladım,  yer  və  göy  törədikdən  varlı 
(bəy) yenə var, yoxsul yenə var...)(6,Altun yaruk, s.198-199 ) 
3.Eyni  xitabın  cümlədə  təkrar  olunması  ekspressivliğin  daha 
qüvvətli ifadəsinə xidmət edir: 
a) Ay  mung,  ay  mung,  yitürmis  men  isig  sever  amrak  adayımın! 
(Ey azap, ey azap, ben çok istekli aziz evladımı yitirdim...)(6,Altun yaruk, 
sətr 623 ) 
 
Uyğurca mətnlərdə xitabların nidalarla işlənməsinin özünəməx-
sus  xüsusiyyətləri  də  diqqəti  cəlb  edir.  Abidələrin  dilində  işlənən  bəzi 
xitablara  nidalar  sonda  şəkilçi  qismində  artırılaraq  müraciət,  iltica 
bildirir: 
a)  Ulug ilig beg+e! Biş yüz sığınlarka isig öz boşı birsün! (ey ulu 
hökmdar, be. Yüz sığır həyatını sədəqə olaraq versin). (5, §453) 
b)  Emgek+a ! (Ey istirab), (5, §343) 
c)  İligler  beglerning  kut  tengrisi+a!  (ey  hökmdarlar  və  bəylərin 
səadət tanrısı!) (5, §343) 
d)  Kut kolur biz Tengrim+e! Etüzümüzni küzeding, 
Üzütümüzni  boşunq!  (Səadət  umuruq,  ey  tantım;  Vücudumuzu 
saxlayın, Ruhumuzu azad edin!) (10, İlahi, s.79) 
e)  Bu  savnıng  baca  son  qınta  Maqastvi  tigin  ınça  tip  tidi:  Ay 
içilerim+a!  (bu  sözü  eşidib  üçüncü  Maqastvi  şahzadə  belə  ded: 
ay mənim böyük qardaşlarım!)(6, Altun yaruk,sətr 615) 
 
A.fon  Qaben  a,  ya,  ay, ey  nidaları  ilə  işlənən  xitablardan  bəhs 
edərkən “xitab edilən şəxsə sən, nəzakətli ifadə ilə isə siz deyilir. III şəxs 
tək seçilərsə daha çox rəsmi müraciət” olduğunu qeyd edir (5, §.453).  


D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
66 
 
 
Türk dillərində xitabların qrammatik ifadə vasitələrini və leksik-
semantik  xüsusiyyətlərini  təhlil  edən  dilçi  alim  Ş.Orucova  “fərqli  türk 
dillərindən  əldə  edilən  nümunələrə  əsasən  uca  tanrıya  edilən 
müraciətlərin”  zəngin  olduğunu  və  istər  qədim  yazılı  mətnlərdə,  istərsə 
canlı danışıq dilində, istərsə də bədii sənət nümunələrində Allaha xitabın 
mühüm  yer  tutduğunu  qeyd  edir(2,  s.100-98).  Həqiqətən  də,  ədəbi 
mətnlər  əsasında  aparılan  araşdırmalar  nəticəsində  əldə  edilən  faktlar 
əsasında    “tanrıya”  edilən  xitabların  daha  çox  olduğunu  görmək 
mümkündür. Bu vəziyyət həm qədim türk  mətnlərində, həm də sonrakı 
dövrlərdə qələmə alınan türkdilli yazılı abidələrin dilində Tanrıya xitabın 
daha geniş yayıldığı müşahidə edilir. Bu mənada mətnlərin dilində nida 
olmadan meydana gələn xitablara aid nümunələrə rats gəlirik. Mətinlərdə 
“ey”,  “ay”  nidalarının  işlənmədiyi,  söz  sonuna  I  şəxs  tək  mənsubiyyət 
şəkilçisinin    (-ım,  -im,  -m,  )  əlavəsi  ilə  əmələ  gələn  xitablar  çoxdur:  Te-
ngrim,  oğlanım,  oğlım  və  s.  Əski  uyğurca  manixey  dini  məzmunlu 
“Xuastuanift” abidəsində oxuyuruq:  
Teŋrim,  emtı  men  Raymast  ferzind  ögünür  men  yazukda  boşunu 
ötünür men manastar xirza-h. “Tanrım, men Raymast övladı günahlardan 
azad olaraq yalvarıram. Bizi bağışla!”; Teŋrim yazukda boşunu ötünür biz  
“tanrım, günahlardan  qurtularaq yalvarırıq biz” (10, s. 178). 
Başqa  bir  uyğurca  manixey  məzmunlu  bir  şeirdə  eyni  formada 
xitablar işlənmişdir: 
a)  Körtle tüzün tengrim külügüm, küzünsüm, 
Körtle  güzün  tengrim  burkanım  bulunçsuzum...(Gözəl,  əsil  Tanrım, 
şöhrətlim,  qoruyucum!  Gözəl,  əsil  Tanrım,  bürhanım,  bulunma-
zım).(10,İlahi, s.102) 
b) Maha puruş, ulu er, suu-vikiranda şiri
    Manqqalım,  sizinge  yükünür  (Mahapuruşa,  böyük  ər, 
Sunvirkranda  şri;  Şöhrətlim,  sizə  ibadət  edirəm)  (10,  Türk  buddist 
şeiri, s.109) 
Fərqli  üsullarla  yaranan  xitablar,  qədim  uyğur  mətnlərinin  dilində 
əsasən əvvəlində  nidaların gəlməsi, xitabların  sonuna morfoloji elementlər, 
əksərən I şəxs tək mənsubiyyət şəkilçisiini artırmaqla ekspressiv-üslubi təsir 
yaranmışdır.  İnsan  bildirən,  başqa  canlıların  adlarını  bildirən  və  cansız 


D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
67 
 
əşyaların  və  mücərrəd  anlayışları  ifadə  etməsi  ilə  xitablar  üç  növə 
bölünür.  İnsana  aid  xitablarda  əsas  məqsəd  dinləyicinin  diqqətini  cəlb 
etməkdirsə,  qalan  xitablarda  əsas  məqsəd  ifadənin  təsirini,  ekspressiv 
gücünü artırmaqdır (11, s.218, 219) 
Dilin  rəngarəngliyini,  ekspressiv  çalarlığını,  müraciət  olunanın 
statusunu  və  şəxsi  keyfiyyətlərini,  müraciət  edənin  kimliyini  və 
cəmiyyətdəki  mövqeyini  əks  etdirən  xitabların  qədim  uyğurca  mətnlər 
kontekstində,  tarixi  dil  faktları  işığında  araşdırılması  onların  istər 
qrammatik-leksik, istərsə də semantik-üslubi, sintaktik vahid olaraq türk 
dilçiliyindəki mövqeyini təsbit etmək baxımından əhəmiyyətli olduğunu 
söyləmək olar.  
ƏDƏBİYYAT: 
 
1.Abdullayev  Ə.,  Seyidov  Y.,  Həsənov  A.  Müasir  Azərbaycan  dili. 
Sintaksis. IV hissə. III nəşr, Bakı, Şərq-Qərb nəşriyyatı, 2007, 424 s. 
2.Orucova, Ş. Ə. Türk dillərində xitab. Bakı, Nurlan, 2007, 200 s.  
3.Müasir Azərbaycan dili. Sintaksis, III cild, Bakı, 1981. 
4.Dəmirçizadə  Ə.  M.  Azərbaycan  ədəbi  dilinin  tarixi.  I  hissə.  Bakı, 
Marif, 1979,  
5.Gabain A. von. Eski Türkçenin Grameri (Çeviren: M.Akalın). Ankara: 
TDK, 2007, XXIII+313 s. 
6.Əski  türk  yazılı  abidələrinin  müntəxabatı.  (Tərtib  edəni,  ön  söz  və 
lüğətin müəllifi Ə.A.Quliyev).  Bakı, Bakı Universiteti nəşriyyatı, 1992, 
279 s.  
7.Малов, С.Е.. Памятники древнетюркской письменности. (Тексты и 
исследования). М.-Л.: 1951. 451 с. 
8.Şahbazova Z. Xitablar və onların linqvistik xüsusiyyətləri. Azərbaycan 
filologiyası:  İnkişafın  yeni  mərhələsi»  mövzusunda  Respublika  elmi 
konfransının  materialları,  Bakı,  2016,  “Bakı  Universiteti”  nəşriyyatı, 
səh.67-72. 
9.Azərbaycan  bədii  dilinin  üslubiyyatı.  Oçerklər.  Bakı,  Elm  nəşriyyatı, 
1970, 357 s.   
10.  Cəfərov N.Q. Qədim türk ədəbiyyatı müntəxabatı. Bakı: AzAtam, 
2004,  322 s. 


Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə