Microsoft Word tam jurnal -1 018 Nadir m pdf doc



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə24/140
tarix19.07.2018
ölçüsü1,8 Mb.
#57273
1   ...   20   21   22   23   24   25   26   27   ...   140

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
62 
 
1. Xitap  işin  icracısı  deyil.  Cümlə  ilə  məntiqi  baxımdan  asılıdır, 
mübtəda,  tamamlıq  və  ismi  xəbərin  ekvivalenti  deyil.  Bu  zaman  xitab 
edilən şəxs işin icrasında passivdir. Danışan dinləyənə bu və ya digər bir 
iş, hadisə haqqında məlumat verir. Məsələn, qədim uyğurca bir şeirdə:  
a.Kadğırdukça, kaşı körtlem, kavışığsayur men (həsrət çəkdikcə, 
qaşı gözəlim, qovuşmaq istəyirəm)(6, ). 
b.Tengrim, sizni körmişte öküş tınlığlar (tanrım, saysız məxluqlar 
sizi gördükdə...)(6, s.) 
c. Teŋrim  yazukda  boşunu  ötünür  biz  (“tanrım,  günahlardan  
qurtularaq yalvarırıq biz”); (7, ) 
2. Xitab cümlə ilə həm məntiqi, həm qrammatika cəhətdən asılıdır. 
Buna  görə  də  işin  icraçısıdır.  Bu  zaman  xitab  edilən  şəxs  işin  yerinə 
yetirilməsində fəal mövqe nümayiş etdirir. Məsələn:. Örneğin:  
a)  Dintarlar yarlıkasar sizing savıngızça, ötügüzçe yorığay men 
–(Vaizlər  (dindarlar),necə  buyursanız,  sizin  sözünüzlə,  məsləhətinizlə 
hərəkət edərəm)(6,Bögü xan şərəfinə mətn, sətr 49).  
b)  Emtı yarlıkançuçı ilig tengrim, yarlıkang ol, mengigü tökelig 
munsuz  özüngüzün  körelim.  (İndi,  mərhəmətli  tanrım,  iltifatlı  olun, 
əbədiyyən günahsız vücudunuzu görək)(6,II abidə, sətr14). 
Xitab  bir  sintaktik  vahid  olaraq  sadəcə  müraciət  ifadə  etməklə 
məhdudlaşmır,  həm  də  danışanın  müraciət  etdiyi  şəxs  və  əşyaya 
münasibəti  də  ifadə  edir.  Bu  münasibət  əzizləmək,  məsləhət  vermək, 
yalvarmaq,  qarşısındakına  kin  bəsləmək,  hirslənmək,  əmr  etmək  və  s. 
şəkildə  ola  bilər(8,  s.70).  “İstər  canlı  danışıq  dilində,  istərsə  də  yazıda 
müraciətin əsas vasitələrindın biri olan xitab, onun tərkibindəki sözlərin 
leksik mənası, ifadə tərzi, intonasiyası bədii bir vasitədir”(9,s.306).   
Bu zaman müxtəlif vasitələrdən istifadə edilir və üslubi-ekspressiv 
ifadəlilik  təmin  edilir.  Təyinedici  sözlər,  şəkilçilər,  nida  sözləri  vasitəsi 
ilə meydana gələn bu cür xitablara aşağıdakıları nümunə göstərə bilərik: 
1)  Tüzün bilge kisigler tirilelim
Tengrinin bitigin biz işitelim (6, 5 №li mətn)  
2)  A...adınçığ amrak... 
Amrak özkigem... (6, 4 №-li mətn)  
3)  Kün tengri yarukın teg, köküzlügüm, bilgem, 


D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
63 
 
Kün tengri yarukın teg, köküzlügüm, bilgem,  
Körtle tüzün tengrim külügüm, küzünçim 
Körtle güzün tengrim burkanım, bulunşsuzum(10, ) 
4)  Barayın tiser baç amrakım 
Baru yme umaz men... (6, 4 №-li mətn, 4 sətr). 
Müraciətin  forması,  üsulu  ilə  danışan  bəzən  dinləyəni  xarakterizə 
edir, ona qarşı öz münasibətini bildirir, onun mənsub olduğu keyfiyyətləri 
açır. Əlbəttə ki, bütün məqamlarda, həm qədim yazılı nümunələrdə, həm də 
müasir ədəbi örnəklərdə işlənən xitablar ekspressiv səciyyə daşıyır, “xitablar 
və  xitablar  vasitəsilə  yaranan  intonasiya  cümləyə  yeni  məzmun  verir” 
(9,s.308).  Xitabların işlənmə xüsusiyyətlərinin təhlili zamanı əsasən onları 
məzmun və bədii keyfiyyətinə görə iki qrupa bölürlər: 1) Bir qrup xitablar o 
qədər  də  bədii  keyfiyyətə  malik  olmur.  Bunlar  konkret  müraciət  olunan 
şəxsi bədii çalar olmadan bildirir. Belə xitablar rəsmi dövlət sənədlərində, 
məktublarda işlənən xitablardan fərqlənmir; 2) Xitabların ikinci qrupu bədii 
ekspressiv səciyyə daşııyır. Bu qrupa xitabların əhatə dairəsi, onu təşkil edən 
sözlər  yazıçının  sənətkarlıq  qabiliyyətindən  asılı  olaraq  müxtəlif  şəkildə 
meydana  çıxır.  Bu  xüsusiyyələrt,  əlbəttə  ki,  qədim  uyğurca  yazılan 
mətnlərin dilinə də məxsusdur. Məs.: 
Xitabların cümlədəki  yerindən  bəhs  edərkən,  əsasən  onların  pre, 
inter ve post pozisyalarda işləndiyini gğrmək mümkündür:  
1)  Pre (cümlə başında) pozisiya:  
a)  Teŋrim  yazukda  boşunu  ötünür  biz    “tanrım,  günahlardan  
qurtularaq yalvarırıq biz”(7, ) 
b)  Tengrim, sizingerü ötünür men...(tanrım size yalvarıram)(7, ) 
2)  İnter (cümlə ortasında) pozisiya:   
a)  Siz kızarğar sevegek oğlanım, inilerim, inçe katığlanıng – siz 
qızarırsınız,  sevimli  oğlanlarlm  (övladlarım),  kiçik  qardaşlarım, 
inancınızda möhkəm olun (6, VII abidə, sətr 5-6). 
b)  Bu  kız  adın  kişige  yarakuluğ  ermez,  tengrim,  sizinge  
yarağay... (bu kız başqa birinə deyil,  ey tanrım, sizə layiq)(6, X abidə, I 
vərəq, 1-2 sətr) 


D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
64 
 
c)  Ya emtı, amrak oğlanlarım edgü ki-a barınlar (indi, ey mənim 
əziz (sevimli) övladlarım, yaxşı yola davam edin, gedin...)(Malov, s132, 
sətr4 ) 
3)  Post pozisiya: 
a)  Tuş birin munı teg buyanı 
     Tuşayın  sizinge,  Maytri!  (mükafat  verib  belə  savabı, 
qovuşum sizə, Maytrı!)(6, Maytrı, s. 179) 
b)  Saşmaksız burkan bolmışta,  
 
  Sakıgıl  mini,  Maytrı!  (Şaşmaz  burhan  olunca;  Düşün  beni, 
(sakın beni), Maytrı!(6, Maytrı, s. 179) 
c)  Tüküz atın yarıştım, 
    Aydım: Emdi al, Utar! (Sürətli atla hücum etdim; Hayqırdım: 
Al gəldi, Utar!)(10,Döyüş türküsü, s.45,) 
Xitabların  bu  cür  cümlə  daxilində  paylanmasını  başda,  ortada, 
sonda  işlənməsini  Ə.Dəmirçizadə  janr  və  üslubi  əlamət  kimi  göstərir. 
“Müasir  azərbaycan  dili.Sintaksis”  kitabında  xitabların  cümlədəki  yer 
dəyişmələri  onların  cümlə  üzvləri  ilə  qrammatik  (sintaktik)  əlaqə 
saxlamadığına görə cümlə daxilində müəyyən möhkəm yerinin olmaması 
ilə  izah  olunur.  “Xitabların  yerinin  müxtəlifliyinə  baxmayaraq,  eyni 
məzmuna  malik  olur,  yerini  dəyişməsi  ilə  cümlədə  heç  bir  məna 
dəyişikliyinə səbəb olmur” (11, s.222) 
A.Q.Rudnev  xitapların  üslubi  funksiyalarına  toxunaraq  xitabların 
“bədii  əsərlərdə  nəqletmənin  canlandırılması,  nitqdə  məna  və 
emosionallığın  verilməsi üçün” istifadə edildiyini yazır (12, s.17).  
Xitabların  həmhüdud  sintaktik  kateqoriyalara  münasibəti  və 
fərqləndirici  əlamətlərini  onların  qrammatik  ifadə  vasitələrində  əks 
olunduğunu  yazan  Ş.Orucova  türk  dillərində  bu  vasitələrin  zəngin  və 
rəngarəng  olduğunu  qeyd  edir  (2,s.57).  Bu  xüsusiyyət  qədim  uyğurca 
mətnlərin dilində də özünü göstərir və emosionallıq, həyəcan, münasibət 
bildirən xitablar zəngin ekspressiv-üslubi funksiyaları əks etdirir. Bu cür 
xitabların cümlə daxilində aşağıdakı xüsusiyyətlərini göstərmək olar: 
1.Xitabların başında ay, ey, oy, of və s. nidalar işlənir: 
a) Ay  sen  Varukdad  oğulı,  sening  ayğang...  (Ey  sən,  Varukdad 
oğlu, sənin sözün belədir)(6,XV abidə, sətr 6) 


Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə