Microsoft Word tam jurnal -1 018 Nadir m pdf doc



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə23/140
tarix19.07.2018
ölçüsü1,8 Mb.
#57273
1   ...   19   20   21   22   23   24   25   26   ...   140

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
59 
 
Qətibə Quliyeva 
AMEA Nəsimi adına Dilçilik İnstitutu, 
filologiya üzrə fəlsəfə doktoru 
gatibevaqifkizi@yahoo.com 
 
 
Qədim uyğur mətnləri kontekstində xitabların  
üslubi-ekspressiv funksiyaları 
Açar sözlər: Xitab, qədim uyğur, türkologiya, üslubi-ekspressiv 
funksiya 
Ключевые  слова:Oбращение,  древнеуйгурских,тюркология, 
стилистически-выразительные функции 
Keywords:  Adresses,  Аncient  Uigur,  Turkology,  stylistic-
expressive functions 
 
Dilçilikdə  qrammatik  cəhətdən  cümlə  üzvləri  ilə  bağlı  olmayan 
sözlərdən  bəhs  edilərkən  cümlə  üzvlərindən  fərqli  olaraq,  cümlənin 
əmələ  gəlməsində  bilavasitə  iştirak  etməyən,  heç  bir  suala  cavab 
verməyən  sözlər  və  söz  qrupları  nəzərdə  tutulur  (1,  s.216).  Cümlənin 
qurulmasında  iştirak  edən  bu  ünsürlər  əsasən  fikrin  dəqiq  və  düzgün 
çatdırılmasına xidmət edir. Bunlara vokativlər, intonasiya ilə bağlı olan 
əmr və sual cümlələri, ara cümlə və ara sözlər daxildir. Xitablar da bu cür 
söz  qruplarına  daxildir.  Kommunikativ  əlaqə  zamanı,  nitqin  təşkilində, 
eləcə  də,  ədəbi  dil  normaları  çərçivəsində  cümlənin  qurulmasında 
xitabların  rolu  böyükdür.  Dildə  müəyyən  üslubi-ekspressiv  ifadə 
funksiyasını  yerinə  yetirən  xitablar  fərqli  şəxslərə,  şəxsləndirilən 
obyektlərə,  mücərrəd  varlıqlara  müraciət  məqsədi  ilə  işlədilir.  Müraciət 
məqsədilə istifadə edilən sözləri və söz birləşmələrini əhatə edən xitablar 
Türkologiyada az öyrənilmiş, dil tarixi baxımdan çox az tədqiq edilmiş 
dilçilik  sahələrindən  biridir.  Bu  mənada  türkoloji  dilçilikdə  qrammatik 
cəhətdən  cümlə  üzvləri  ilə  bağlanmayan,  sintaktik  əlaqəyə  girməyən 
ünsürlər  kimi  təhlil  edilən  xitabların  cümlədəki  mövqeyinin  tarixi  dil 
faktları əsasında təsbiti və üslubi funksiyalarının təyini böyük əhəmiyyət 
kəsb edir.  


D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
60 
 
“Xitab”  termini  sintaktik  kateqoriya  kimi  ilk  dəfə  dilçilikdə 
T.İ.Buslayevin  yazdığı  “Rus  dilinin  tarixi  qrammatikası”  adlı  əsərində 
işlədilmiş  və  xitaba  aid  xüsusiyyətlər  şərh  olunmuşdur  (2,  s.11). 
Türkoloji dilçilikdə isə xitabların cümlədəki mövqeyi, müəyyən hallarda 
mübtəda  ilə  eşdeğer  kimi  çıxış  etməsi,  adlıq  cümlə,  vokativ  cümlə, 
həmcins  üzvlər,  ara  sözlər,  əlavə,  xüsusiləşmə,  nida  ilə  eyniləşdirilərək 
təhlil  olunnması,  bəzən  isə  qarışdırılması  özünü  göstərir.    Tədqiqatçı 
Ş.Orucovanın da qeyd etdiyi kimi xitabın bu cür mövqeyi, türkologiyada 
fikir  müxtəlifliyinin,  fərqli  mülahizələrin  yaranmasına  rəvac  vermişdir. 
Türkologiyada  ilk  dəfə  olaraq  özbək  alimi  A.R.Sayfullayev  “Müasir 
özbək  ədəbi  dilində  ara  üzvlər”  adlı  məqaləsində  xitabları  “cümlənin 
üçüncü dərəcəli üzvləri” kimi təqdim etmişdir (2, s.61-69). 
Dildə müəyyən üslubi-ekspressiv ifadə funksiyasını yerinə yetirən 
xitablar  fərqli  şəxslərə,    şəxsləndirilən  obyektlərə,  mücərrəd  varlıqlara 
muracaat məqsədi ilə istifadə edilir.  xitabla cümlə elementləri arasında 
məna  əlaqəsi  olsa  da,  sintaktik  əlaqə  yoxdur;  adlarla  (substantiv/ 
isimləşmiş sözlərlə) və ismi birləşmələrlə ifadə edilir; xüsusi intonasiya 
ilə  tələffüz  edilir;  məzmunca  ikinci,  şəkilcə  üçüncü  şəxsə  aid  olur. 
Ümumiyyətlə,  dilçilikdə  xitabın  bir  sintaktik  vahid  kimi  şərhi  müxtəlif 
olsa da, əsasən cümlə üzvləri ilə bağlı olmamağı bütün məqamlarda ön 
plana çıxarılmışdır.  
Cümlə  üzvləri  ilə  bağlanmayan,  “cümlədışı  ünsür”,  “ünləm”, 
“eytiş”, bəzən isə “səslənmə ünləmi”, “hitap”, “cümlə bətninə daxil olan 
artıq  ünsür”,  “cümlələri  mürəkkəbləşdirən  vasitələr”,  “üçüncü  dərəcəli 
üzv”və  s.  kimi  sintaktik  vahid olaraq  təhlil edilən,  qrammatik  cəhətdən 
cümlənin başqa üzvləri ilə bağlanmayan sözlərdən, birləşmələrdən ibarət 
olan xitabdan gah müstəqil, gah da asılı üzv kimi bəhs edilmişdir. 
Dilçi Ə.Cavadov qeyd edir ki, “qrammatik cəhətdən cümlə üzvləri 
ilə  bağlı  olmayan  sözlər  cümlə  üzvü  kimi  qəbul  olunur,  çünki  cümlə 
daxilində  iştirak  edən,  müəyyən  vəzifəni  yerinə  yetirən  söz,  cümlə 
üzvüdür”.  Dilçi  alim  qeyd  edir  ki,  xitab  və  ara  sözlərin  cümlə,  onun 
üzvləri və hissələri ilə semantik bağlılığı mövcuddur (3, s.309, ).  
Görkəmli  dilçi  Ə.Dəmirçizadə  “Dədə  Qorqud”  dastanlarının 
dilində  diqqəti  cəlb  edən  əlamətlərdən  biri  kimi  bir  sıra  əlavə  sözlərin 


D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
61 
 
işləndiyini yazır, bu əlavələrin sırasında “xitab, nida, alqış, qarğış, təsdiq, 
rədd bildirən ədatlardan, bağlayıcı sözlərdən və şəxsi, qeyri-müəyyənlik 
bildirən  ifadələr”i  qeyd  edir  (4,s.121).  Müasir  Azərbaycan  dili  (III) 
kitabının  xitab  haqqında  tərifi  belədir:  “nitq  prosesində  danışanla 
dinləyənbir-birinə  müraciət  edərək  bir  şey  soruşmaq,  öyrənmək  istəyir, 
ya da onu müəyyən işə təhrik edir” (3, s.310).Xitab bu və ya digər şəxsə 
müraciət  üçün  işlənir,  bununla  yanaşı  təbiət  hadisələrinə,  cansız 
qüvvələrə  müraicət  formaları  da  vardır.  Bəzən  isə  xitab  bildirmə, 
əzizləmə səciyyəsi də daşıyır. Fikrin çatdırılmasında iştirak edən xitab bu 
cəhətinə  görə  cümlə  üzvlərinə  yaxın  olur  və  cümlənin  mübtədasıının 
ekvivalenti kimi çıxış edir.  
Qədim  uyğur  mətnlərin  dilində  istifadə  edilən  sözlərin  leksik-
semantik  mənə  qruplarına,  söz  yaradıcılığının  inkişaf  xüsusiyyətlərinə 
görə  müqayiseli  təhlili  müasir  türk  dillərinin  tarixi  lüğət  tərkibini, 
sözlərin  qədim  dövrdən  bu  günümüzə  qədər  keçdiyi  inkişaf  tarixini 
izləməkdə,  etimologiyasını  təsbit  etməkdə,  köktürkcədə  istifadə  edilən 
ayrı-ayrı  sözlərin  müasir  türk  dillərindəki  müxtəlif  məna  çalarlarını, 
işləkliyini  və  anlaşıqlıq  səviyyəsini  aydınlaşdırmaqda,  araşdırma 
nəticəsində  müəyyən  sözlərin  aktivlik  baxımından  hal-hazırda  hansı 
mövqedə  olduğunu  söyləməkdə  bizə  kömək  edir.  Abidələrin  dil 
zənginliyini  tamamlayan  faktorlardan  biri  kimi  xitabları  xüsusilə  qeyd 
etmək  lazımdır.  Əski  uyğurca  abidələrin  dilində  işlənən  xitablar 
özünəməxsus  xüsusiyyətlər  daşıyır.  Bu  mətnlərdə  nidalı  və  nidasız 
işlənən xitablar də geniş işlənmişdir. 
Qədim  uyğur  mətnlərinin  dilində  işlənən  xitablar  özünəməxsus 
üslubi keyfiyyətlərə malikdir. “Qədim türkçənin qrammatikası” kitabında 
A.fon  Qaben  qrammatik  xüsusiyyətlərindən  bəhs  edərkən  mətnlərdən 
gətirilən  nümunələr  əsasında  dilin  bütün  yaruslarına  dair  müəyyən 
faktları  ortaya  qoymuşdur.  A.  Fon  Qaben  qədim  türkçədə  xitabları 
“Nidalar, ədatlar, əlavələr” başlığı altında təhlil etmişdir (5, §.342-343). 
Ümumiyyətlə,  “dildə müəyyən ekspressiv və emosional vəzifəni yerinə 
yetirən  leksik-semantik  söz  qrupları”  [2,  s.57]  olan  xitabların  cümlə ilə 
bağlılığından  bəhs  edərkən  iki  məqamı  qeyd  etmək  lazımdır.  Bu 
məqamları qədim uyğur mətnləri kontekstində belə təsnif etmək olar: 


Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə